Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2583/2025 23.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. I. İddiaçının tələbi
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1020 (min iyirmi) manat pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin (VÖEN:**********) direktoru X1 ilə cavabdeh “Cavabdeh” fiziki şəxs (VÖEN: 4********) arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhərində bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh tələb olunan malı satmağı, alıcı isə həmin malı qəbuletməyi və müqavilə ilə razılşadırılmış qaydada malın dəyərini sarıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş qarşılıqlı üzləşmə aktından da aydın görünür ki, alıcı satıcıdan dəyəri 1720.02 (min yeddi yüz iyirmi manat iki qəpik) manat olan müxtəlif inşaat məhsulları almışdır. Məhsul cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh bir neçə dəfə müqavilə öhdəliklərini yerinə yetirmiş, 700 manat məbləğində ödəniş etmişdir. Lakin bir müddət sonra cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə gətirməkdən imtina etmişdir. Bir neçə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da cavbdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş 1020 (min iyirmi) manat borcu vardır. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən cavabdehə tərəflərindən pretenziya mətubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün deyildir.
II. Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
III. Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.
5. Belə ki, elektron sistemdən əldə edilərək iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı əvvəlcə də Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1020 manat 02 qəpik əsas borcun, 204 manat cərimə borcunun və 46 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 15 noyabr 2021-ci il tarixli 725/A nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh müxtəlif dövrlərdə mallar təhvil verilməli və təhvil alınan malların dəyəri tam olaraq Cavabdeh tərəfindən ödənilməli idi. Lakin cavabdeh istifadə olunmuş malların dəyərini tam olaraq ödəməmiş və bunun nəticəsində iddiaçıya xx.xx.2025-ci il tarixə 1020 manat 02 qəpik borc yaranmışdır. Müqavilənin 6.2-ci bəndinə əsasən ödənişlərin gecikdirilməsinə görə Cavabdeh gecikdirmənin hər günü üçün öhdəliyin dəyərinin 0.2%-i həcmində peniya ödəməlidir (1020.02+20%=1224,024).
6. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-850/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1020 manat 02 qəpik əsas borc, 30 manat cərimə borcu olmaqla cəmi 1050 (bir min əlli) manat 02 (iki) qəpik borc və 30 (otuz) manat 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
7. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməmişdir.
8. Göründüyü kimi iddiaçı eyni əsasla eyni cavabdehə qarşı məhkəməyə müraciət edərək, eyni müqavilə üzrə eyni məbləğdə əsas borcun tutulmasını xahiş etsə də, artıq həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
9. Ona görə də, məhkəmə hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməlidir.
IV. Məhkəmənin gəldiyi nəticə
6. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
7. Bundan başqa, məhkəmə xx.xx.2025-ci il tarixli qəbzə əsasən müəyyən edir ki, 31 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən həmin dövlət rüsumu da qaytarılmalıdır.
8. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu İddiaçınə tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əbülfəz Məmmədli