Məhkəmə qərarları › İş №e-2-2(115)-264/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-264/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-264/2020 04.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 istifadə edilmiş təbii qazın dəyərinə görə hesablanmış 11486,66 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun, ümumilikdə isə 11517,06 manat pulun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X6 ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan isatifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx xxxxxxx 2019-cu il tarixli, AMX-6240/19 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən cavabdeh X3 rəhbərlik etdiyi müəssisə İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, cavabdeh X6 bağlanmış müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun nəticəsində istifadə edilən təbii qazın dəyərinə görə cavabdehin İddiaçınə 7703 manat 86 qəpik məbləğində debitor borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə xx.xx.2020-ci il tarixli, FM-01/13-084 saylı məktubla pretenziya qaydasında müraciət olunmuş və cavabdehə borcun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bu gün ki, günə heç bir ödəniş aparılmamış və xx.xx.2020-ci il tarixə 11486 manat 66 qəpik borcu vardır. Cavabdeh X6 tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və İddiaçınə 11486 manat 66 qəpik məbləğində debitor borcu yaranmışdır. Borc əsaslıdır. İstehlakçı tərəfindən ödənilməlidir. Lakin cavabdeh borcu könüllü ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-6240/19 saylı qazın alğısatqısı müqaviləsindən, xx.xx.2018-ci il tarixli abonentin saldosundan və debitor borcunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh X6 (VÖEN: **********) Samux rayonu Lək kəndində yerləşən istixanada təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 11486 manat 66 qəpik borcu yaranmış, həmin borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcu ödəməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı X1 müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, istehlak edilmiş təbii qaza görə 11486 manat 66 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu X2 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11486 manat 66 qəpikməbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar