Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-265/2020 30.07.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən istifadə edilmiş təbii qaza görə hesablanmış 12641,92 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun, ümumilikdə isə 12672,32 manat pulun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan isatifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx xxxxxx 2019-cu il tarixli, AMX-4294/19 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən Cavabdeh İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, Cavabdeh bağlanmış müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun nəticəsində istifadə edilən təbii qazın dəyərinə görə cavabdehin İddiaçınə 27104 manat 12 qəpik məbləğində debitor borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə xx.xx.2020-ci il tarixli, FM-01/13- 085 saylı məktubla pretenziya qaydasında müraciət olunmuş və cavabdehə borcun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən bu gün ki, günə qismən ödəniş aparılmış və xx.xx.2020-ci il tarixə 12641 manat 92 qəpik borcu vardır. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və İddiaçınə 12641 manat 92 qəpik məbləğində debitor borcu yaranmışdır. Borc əsaslıdır. İstehlakçı tərəfindən ödənilməlidir. Lakin cavabdeh borcu könüllü ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə etməyərək, izahatında bildirdi ki, Cavabdeh iddiaçıya olan borcunu məhkəmə baxışı ərəfəsində tam olaraq ödəmişdir. Hazırda cavabdehin iddiaçıya borcu qalmamışdır. Bu barədə məhkəməyə arayış təqdim edərək, iddiadan imtina etmək və ya iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermək səlahiyyəti olmadığı üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi İddiaçı Gəncə X9 İdarəsinin xx.xx.2020-ci il tarixli A-32 nömrəli arayışından görünür ki, Gəncə şəhəri Şəmkir şossesi ünvanında yerləşən Cavabdeh MMC-nin (kod:**********00010) məhkəmə işi üzrə (iş № e-2-2(115)-265/2020) 12641 manat dəyərində iddia qaldırılmış və iddiaya baxılması dövründə həmin borcu Cavabdeh MMC tam olaraq ödəmişdir. Məhkəmə hesab edir ki, cavabdehin istifadə edilmiş təbii qazın dəyərinə görə iddiaçıya borcu olmadığından, borcun ödənilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-265/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-265/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver