Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2739/2025 13.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X8 qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3559 manat 62 qəpik, İşsizlikdən sığorta fonduna olan 141 manat 75 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 567 manat 66 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxx 1998-ci il, doğulduğu yer - Azərbaycan, Ağdam rayonu, Əfətli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 567 manat 66 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 3559 manat 62 qəpik, İşsizlikdən sığorta fonduna 141 manat 75 qəpik olmaqla, ümumilikdə 4269 manat 03 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********311000, xx.xx.2025-ci il tarixli **********312700, xx.xx.2025-ci il tarixli **********310300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan X1 rayonu, Əfətli kəndində yaşayır. Ərizəçinin nümayəndəsi Xəyal Səfərov məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində "xxxx" MMC-də direktor olaraq fəaliyyət göstərmişdir. Lakin xx.xx.2025-ci il tarixindən etibarən vəzifədən azad edilmişdir. Qeyd etdiklərinin qanuni təsdiqi olaraq müvafiq hüquqi sənədlər (Şirkətin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən aparılan hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış, Nizamnamə və şirkərin rəhbərliyin dəyişməsi barədə xx.xx.2025-ci il tarixli qərar ) ərizəyə əlavə olunur. Hal-hazırda şirkətdə X7 direktor vəzifəsini icra edir. Onun şirkətin cari fəaliyyəti ilə əlaqədar hər hansı məsuliyyət daşımadığını və ondan tələb olunan ödənişlərlə bağlı hüquqi prosedurların onunla əlaqədar olmadığını bildirmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, icra orqanının rəhbəri Maraqlı şəxs olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 567 manat 66 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 3559 manat 62 qəpik, İşsizlikdən sığorta fonduna 141 manat 75 qəpik olmaqla, ümumilikdə 4269 manat 03 qəpik borcu vardır. Maraqlı şəxs tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, “İRM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisinin xx.xx.2025-ci il tarixli qərarı ilə X7 “İRM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin edilmişdir. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan və hüquqi şəxsin nizaməsindən görünür ki, təsisçi olaraq X7 qeyd edilmişdir. Əvvəlki qanuni təmsilçi Maraqlı şəxs hazırkı qanuni təmsilçi X7 ilə əvəz edilmişdir. Həmçinin iş materiallarında olan ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmiş hüquqi şəxs haqqında məlumatdan da görünür ki, “İRM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri X5r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Sadalanan qanunvericiliyin tələbindən göründüyü kimi vergi öhdəliyini yerinə yetirməyən fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Maraqlı şəxs hazırda “İRM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri vəzifəsində işləmir. “İRM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəmiyyətin direktoru, yəni icra orqanının rəhbəri X2. Beləliklə, Maraqlı şəxs hazırda “İRM Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, yəni icra orqanının rəhbəri olmadığından, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri kimi onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Bu səbəbdən, ərizə əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi təmin edilməsin. Qətnаmədən rəsmi qаydаdа verildiyi gündən bir аy müddətində Gəncə Kommersiya Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2739/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2739/2025
13.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver