Məhkəmə qərarları › İş №e-2-2(115)-29/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-29/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-29/2024 23.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı İlqar qızının Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli saziş əsasında yaranmış 100903,38 manat pul məbləğinin və ödənilmiş 410 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs İddiaçı “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğuldur. İddiaçı Cavabdeh ilə Gəncə şəhəri və ətraf rayonlarda dondurma məhsulunu satmaq üçün xx.xx.2019-cu il tarixdə razılığa gəlmişlər. Belə ki, bu razılaşmaya əsasən iddiaçı öz avtomaşınlarında topdan satış qiymətinə dondurma göndərir, öz puluna anbar sahəsi icarəyə götürüb orada soyuducu kamera quraşdırır, cavabdehə mal paylaması üçün özünün 4 ədəd soyuducu avtomaşınını və 252 ədəd soyuducunu verir, cavabdeh Gəncə şəhər sakini Cavabdeh isə həmin malın üzərinə 25-30% əlavə pul qoymaqla satıb, göndərdiyi malın satış qaiməsində olan dəyərini ona ödəyir, 30%ədək əlavə qoyulan pula görə yaranan qazanc isə cavabdehə qalır. Göstərilən iş “Selena” şirkəti tərəfindən təşkil edilmişdir. Təyinatı üzrə istifadə etməsi məqsədilə Cavabdeh müvəqqəti istifadə etməsi üçün iddiaçıya məxsus 4 ədəd “Mercedes Sprinter furqon” markalı (**-MG-***, **-SA-***, **-MD-***, **-EO-*** dövlət qeydiyyat nişanlı) soyuducu maşınları, icarəyə 1 ədəd 20 kv.m sahəsi olan anbar binası və 252 ədəd soyuducu verilmişdir. Anbardan dondurma məhsulları adı, qiyməti, sayı göstərilməklə satış qaiməsi ilə Cavabdeh firmanın avtomaşını ilə göndərilmiş, qaimə 3 nüsxədə tərtib olunmuş, Cavabdeh malın təhvil alınması barədə qaiməyə imza edərək bir nüsxəsini özündə saxlamış, həmçinin əvvəlki qaimələr üzrə aldığı və öhdəsində qalan malın satış pulundan ödədiyi məbləği də qeyd edərək öz imzası ilə təsdiq etməklə firmanın nümayəndəsinə geri qaytarmışdır. Cavabdeh istifadə etdiyi firmaya məxsus 4 ədəd avtomaşın və 252 ədəd soyuducu təmənnasız olaraq müvəqqəti istifadə üçün verilmiş, Elçin gəlirini malın üzərinə qoyduğu təxminən 30% həddində qazancdan götürmüşdür. Cavabdeh 2020-ci ildən qalan qalıq məbləğini 2021-ci ildə, 2021-ci ildən qalan qalıq məbləğini isə 2022-ci ildə ödəyəcəyinə söz verdiyindən, həmçinin iddiaçının ona olan etibarından istifadə etdiyi üçün 2022-ci ilin mövsümü başa çatana kimi iddiaçı gözləmiş lakin, artıq cavabdeh pulu verməkdən boyun qaçırdığı üçün işin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh etibar edib verdiyi, cavabdehə inanıb tapşırdığı əmlakın qalığını firmaya qaytarmadığı, eləcə də qalıq dəyərini tam ödəmədiyi üçün iddiaçı onun hərəkətlərindən şübhələnmiş və 2022-ci ilin noyabr-dekabr aylarında firmanın əməkdaşları ilə Gəncə şəhərinə gedib, anbar binasını sahibinə qaytarmış, 4 ədəd avtomaşını və soyuducuları geri təhvil almışdır. Həmçinin Cavabdeh dondurma satdığı bütün mağazalarda olub mal qalığı olub-olmamasını yoxladıqda təhvil verilmiş malları satdığı mağazalardan dondurmanın pulunu tam məbləğdə aldığı məlum olmuşdur. Yəni mağazaların aldıqları mala görə Cavabdeh mal və ya pul borcu olmamışdır. Belə olduğu təqdirdə Cavabdeh hesabını təhvil aldığı qaimələr və ödədiyi pul sənədləri ilə yoxladıqda 100903,38 manat çatışmazlıq aşkar edilmişdir. Buna baxmayaraq, o, borcunu iddiaçıya ödəməkdən imtina edir. Belə ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 fevral 2023-cü il tarixli auditor rəyinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində 43000.62 manat qalıq borcu mövcud olub, 2021-ci il ərzində 416744.18 manat dəyərində məhsul alışı olmuş, 416915,98 manat məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində 42828.82 manat öhdəlik mövcud olub, 2022-ci il tarixində 250158,20 manat dəyərində məhsul alışı olmuş, 192083.64 manat ödəniş həyata keçirilmişdir, xx.xx.2022-ci il tarixində olan öhdəlik 100903,38 manat dəyərində olmuşdur. Belə ki, Cavabdeh İddiaçı qarşı olan öhdəliyini icra etməməklə, 100903,38 manat məbləğin ödənilməsindən yayınmaqla idddiaçının sahibkarlıq fəaliyyətinə maneəçilik törədir. Cavabdeh iddia ərizəsinə etiraz edərək, qeyd edilən xüsusatlara əsasən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ona qarşı düzgün aidiyyati üzrə tələb deyildir. Belə ki, İddiaçı onunla heç bir vaxt rastlaşmağı, telefon danışıqlarının olması, onunla müqavilələr bağlanması, şifahi sövdələşmə və sair razılaşmalar olmamışdır. Hər bir kommersiya və ya müqavilələr yalnız vergi xidmətindən və notariusdan keçməklə bağlanır. Qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixli audit rəyi barədə məlumatlar qeyd edilmişdir. Audit yoxlamasının keçirilməsinə Gəncə Şəhər Prokurorluğuna o vəsatət verməklə tələb qoymuşdur. Şikayətçi tərəf bu vəsatətindən sonra prokurorluğa yazmış olduğu ərizəsini geri götürmüşdür. Prokurorluğa ərizə yazan İddiaçı olmamışdır. Dəfələrlə, prokurorluğun müstəntiqindən auditin keçirilməməsinin səbəblərini xəbər aldıqda bildirilmişdir ki, şikayətiçi X24 və Arzu adlı şəxs özləri onunla əlaqə saxlayacaqlar. Əfsuslar olsun ki, iddia tələbi həmin şikayətçi X24 və Arzu adlı şəxs tərəflərindən qaldırılmalı idi. Prokurorluğa bu mübahisə üzrə onlar tərəfindən müraciətlər olmuşdur, indi isə aidiyyatsız yuxarıda qeyd etdiyi kimi, tanımadığı, görmədiyi, bilmədiyi, heç bir vaxt iş birliyi olmayan İddiaçı tələb irəli sürmüşdür. Hansı ki, İddiaçı ilə aralarında heç telefon danışıqları olan əlaqədə olmamışdır. İddiaçı bu tələb üzrə X16 və Arzu adlı şəxsə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsində qeyd edilənlər hamısı ona qarşı 2 qərəzli qanunvericiliyin tələblərinə zidd olan tələblərdir. Hansı ki, əvvəlcədən elə mediasiyada Vəkil tərəfindən 1 saylı Mediasiya Xidmətinin mediatoru Afət Səmədovaya dolayı yolla təsir edərək, mediasiya keçirilmədən imtina arayışı əldə etmişdir. Bu qanun pozuntusu barədə Gəncə Şəhər Prokurorluğuna rəsmi ərizə ilə müraciətləri olmuş, hazırda araşdırmalar aparılır. Yəqin ki, haqq ədalət özünü sübut etdirər. Tərəfindən yuxarıda qeyd edilənlər, İddiaçı iddia tələbi qanunvericiliyin tələblərinə ziddir. Onunla iddiaçının ümumiyyətlə heç bir vaxt nə telefon danışıqları, nə də ki, görüşləri olmamışdır, belə olan halda heç bir iş birliyinin olmamasına sübutdur. Cavabdeh iddia ərizəsinə 04 sentyabr 2023-cü il tarixdə yenidən etiraz edərək, qeyd edilən xüsusatlar əsasında iddia ərizəsinin rədd edilməsinə tam əsaslar yarandığını bildirmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində şikayət verən şəxsin adı Yusif olmuşdur. Yusif iddiaçının oğludur. 4 il bundan qabaq Yusif onunla görüşərək birlikdə iş görmək üçün şifahi qaydada razılaşmışdır. Razılaşma dondurma alqı-satqısı ilə bağlı olmuşdur. Belə ki, o soyuducuların yerləşdirilməsi, mağazalarla onları tanış etmək və onların məhsullarını satmaq vəzifələrini icra edirdi. Bunun qarşılığında ona məvacib verəcəklərini bildirmişdilər. Bu sövdələşmədən sonra Yusif ona və onunla birgə 8 nəfərə yəni X17, X6, X3, X10, X7, X11, X8 və X9 4 ədəd soyducu avtomobil və dondurma soyduculari göndərmişdi. Onlar da bu 4 il ərzində yay mövsümündə Yusifin göndərdiyi dondurma məhsullarını qərb zonasında yəni Gəncə, Daşkəsən, Samux, Dəliməmmədli, Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax bölgələrində şəbəkə marketlərə və marketlərə onların tövsiyə etdiyi qiymətlərə satış edirdilər. Bu işin müqabilində satışdan gələn gəlirlə bütün xərcləri etməli idilər. Xərclərə daxil idi onunla birgə iş yoldaşlarının əmək haqları, anbar icarəsi, elektirik enerjisi xərci, maşınların yanacağı, maşınların təmir xərcləri, marketlərə verilən endirim faizləri, marketlərə soyducuların daşınması xərcləri və onların təmir xərcləri, avtomobilləri sənədləşməsi xərcləri, deportament qeydiyyatları, dövlət vergisi, çöl satışı üçün icazə xərcləri və sair xərclər hər mövsüm üçün ayrılıqda olmuşdur və bu barədə Yusifə məlumat verilmişdir. Eyni zamanda bu xərclərin hər biri ayrı-ayrılıqda onun iş kitabinda qeyd olunmuşdur. Həmçinin bu xərcləri yuxarıda qeyd etdiyi iş yoldaşlarının yazılı və şifahi təsdiqləyə bilərlər. Həmçinin avtotəmir ustaları və soyducu təmiri ustaları xərcləri təsdiq edə bilərlər. Avtomobil ustaları Emin və İsmayıl, soyducu ustası Ceyhundur. Ona görə də bu iddianı qəbul etmir, əgər Yusifin ona qarşı hər hansısa bir iddiasi varsa məhkəməyə verib ona qarşı iddia qaldıra biləcəyini qeyd etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o Sərngül xanımı tanımır, həmin şəxslə heç vaxt görüşməmiş, onunla heç bir işlə bağlı əlaqəsi olmamışdır. Sərngül xanımın oğlu Yusiflə aralarında birlikdə iş görmək üçün şifahi qaydada razılaşma olmuşdur. O qarşı tərəflə 2019-cu ildən əməkdaşlıq etmiş, münasibətləri 2023-ci ilin yanvar ayından etibarən dayanmışdır. O əvvəl Milla şirkətində işləmiş, Yusif onu axtarıb onunla işləmək istədiyini bildirmişdir. O, Yusifdən dəfələrlə rəsmi müqavilə bağlanmasını tələb etmiş, lakin Yusif bunu qəbul etməmişdir. Münasibətlərinin dayandırılması barədə Yusifə o müraciət etmişdir. Belə ki, Yusifə digər işçilərinə əlavə maaş ödədyini bildirmiş və ona əlavə maaş ödəyib-ödəməyəcəyini soruşmuşdur. Yusif ona əlavə pul verə bilməcəyini bildirmiş, o da buna öz etirazını bildirərək haqqını almayacağı təqdirdə onunla işləmək istəmədiyini bildirmişdir. Yusilə aralarında razılaşma dondurma alqı-satqısı ilə bağlı olmuşdur. Dondurmaların brendinin adı “Selena” olmuşdur. O, Yusifin işçisi kimi fəaliyyət göstərmiş, sadəcə olaraq həmin şəxslərin mallarını bazara çıxartmaqla məşğul olmuşdur. Belə ki, o, soyuducuların yerləşdirilməsi, mağazalarla onları tanış etmək və onların məhsullarını satmaq vəzifələrini icra etmişdir. Bunun qarşılığında ona məvacib verəcəklərini bildirmişlər. O, sifarişi Yusifə göndərmiş, Yusifin xidməti maşınları da malları gətirmişdir. Göndərdiyi məhsulların hamısı dondurma olmuşdur. Bildiyi qədəri ilə 4 ədəd xidməti maşını olmuşdur. Malları Bakıdan bura Yusifin Elnur, İlqar, Valeh və bir nəfər də yaşlı kişi sürcüləri gətirmişdir. Sürücülər malları Bakıdan gətirib Yusifin anbarına boşaltmışdılar. Daha sonra xırda maşınlarla malları paylamışlar. O isə malları qəbul edib ticarət nöqtələrinə çatdırmışdır. Ona bir neçə işçi də vermişlər. Hansı ki, həmin işçiləri onlar özü tapmışdılar. Satışla əlaqədar hesabatları o aparmışdır. Malın satış məbləğini özləri ona tövsiyə etmiş, o da öz növbəsində bazar araşdırması edərək Yusifgilin etdikləri tövsiyyə məbləğinin malların satış dəyəri üçün uyğun olduğunu bildirmişdir. Malların paylandığı mağazaların bir qismini o, bir qismini isə özləri tapmışdır. Müştərilərin tələbinə uyğun olaraq malları paylamışlar. Müştərilərin etdiyi ödənişləri sürcülər ona vermiş, o də həmin pulları cəmləşdirib Yusifgilə göndərmişdir. Cavabdeh həmçinin izahatında bildirdi ki, Yusiflə sövdələşmə şifahi qaydada olmuşdur. Tövsiyyə olunan qiymətdən başqa 20-30% qazanc barədə razılaşmada müddəa vardı, lakin onun 8%-ni ona verəcəklərini, digər vəsaitin isə sürücülərin əmək haqqı, icarə haqqı, yanacaq xərci və sair xidmət xərclərinə sərf ediləcəyi müəyyən edilmişdir. Yəni malların ona gəldiyi məbləğlə satış dəyəri arasında olan məbləğdən 8%-i ona çatmalı idi. İşçilərin maaşı, yeməklərinin pulu, icarə haqqı, nəqliyyat vasitələrinin xərcləri onun tərəfindən qarşılanmışdır. Belə ki, malın üzərinə qoyduğu 20-30% faiz qazancdan bu xərcləri qarşılamalı və iddiaçının pulunu ödəməli idi. Daha sonra Yusif ona 8% verə bilməyəcəklərini bildirmişdir. Bundan əlavə satışdan qalan puldan digər xərcləri də etməli idi. Ümumi 8 nəfər işçi olmuş, işçilərə maaşları əlbəəl verilmişdir. İcarə haqqını da bu qaydada vermişdir. Çəkilər xərclər əldə edilən qazancdan çox olmuşdur. Şatışdan əldə olundan puldan malın maya dəyəri çıxdıqdan sonra yerdə qalan pul onun çəkdiyi xərcləri tam olaraq qarşılamamışdır. Buna görə də ziyan etmişlər. Əldə edilən vəsait xərcləri tam olaraq ödəməmiş, kəsr qalmışdır. Hər dəfə də bunu özlərinə bildirmişdir. Ümumiyyətlə xərclərin hamısından Yusifin xəbəri olmuşdur. Cavabdeh həmçinin izahatında bildirdi ki, mallar göndərilərkən qaimə tərtib olunmuş, həmin qaimələr Bakıda tərtib olunaraq ona göndərilmişdir. O da malları yoxlayıb malların Yusifin burdakı anbarına girməsini təsdiq etmişdir. Qaimələr sadəcə olaraq ona nə qədər mal göndərildiyini özündə əks etdirmişdir. Əgər Yusifə pul göndərilsə qaiməyə qeyd edərək pulu sürücüyə vermişdir, əgər qaimənin üstündə məbləğ yazılmırdısa deməli ödəniş olmamışdır. Qaimənin üzərinə Yusifə göndərdiyi pulun məbləğini qeyd etmişdir. Qəbzlərin aşağısında yazılan məbləğlər ödənişlərlə bağlı yazılan qeydlərdir, əl ilə yazılan rəqəmlər edilən ödənişləri ifadə edir, onları o qeyd etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qaimələrin bəzilərində onun imzası yoxdur, təqdim edilən qaimələr bütün qaimələri özündə əks etdirmir. Çünki iddiaçı iki ilin qaimələrini təqdim etmişdir. Aralarında olan etibara görə o pul göndərəndə hər hansı sənədə imza çəkdirməmişdir. Heç kim onunla oturub mühasibat aparmamışdır ki, o olanları desin, xərclərin hara getdiyini bildisin. Cavabdeh həmçinin izahatında bildirdi ki, şəbəkə mağazalarına verdiyi malların qiymətini o müəyyən etməmişdir. Yusiflə belə razılığa gəlmişlər ki, şəbəkə mağazalarına satılan mallardan 15% və digər mağazalara olan ümumi satışından isə 8% ona gəlir verilsin. Şəbəkə mağazaları tərəfindən edilən ödənişlərlə əlaqədar iddiaçı tərəfindən silinmələr aparılmamışdır. Yusif şəbəkə mağazalarına malları onun təklif etdiyi qiymətdən aşağı vermişdir. Həmin marketlərlə malların qiymətini Yusif özü danışmışdır. Şəbəkə mağazaları müqavilə ilə əməkdaşlıq edirlər. Həmin müqavilələri iddiaçı özü bağlamışdır. O sadəcə Yusifin işçisi kimi malları müvafiq marketlərə çatdırmışdır. Şəbəkə mağazalarına verilən malların ödənişləri iddiaçının özünə köçürülürdü, lakin digər yerli sahibkarla edilən alqı-satqını özü həyata keçirmişdir. Onlara satılan malların qiymətini o müəyyən etmişdir. İddiaçı şəbəkə mağazalarına malları daha aşağı qiymətə satdığı üçün onların hesabatları arasında fərqlər olmuşdur. O öz iradını bildirdikdə isə bu halların nəzərə alınacağını bildirmişlər. Şəbəkə mağazalarına verdiyi malların qaimələrinin bir qismi ondadır. Lakin onda olmayan qaimlərlə bağlı kitabında nə qədər mal verdiyini qeyd etmişdir. O İddiaçı ilə bağlı hər hansı borc iddiasını qəbul etmir, Yusif əgər onun Yusifə borcunun olmasını iddia edirsə özü gəlsin, qanun çərçivəsində bunu araşdırsınlar, əksinə Yusifin ona borcunun olması ortaya çıxacaqdır. İddianın rədd edilməsini və iş üzrə yekun məhkəmə aktının çıxarılmasını xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan həm təhvil alan, həm də təhvil verən şəxs tərəfindən imzalanmış satış qaimələrindən görünür ki, xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13032,75 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 13032,75 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 5496,95 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 18529,70 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1276,28 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 24435,98 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 4482,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 23159,70 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 5288,10 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 29724,08 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 2257,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 31981,68 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1788,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 41449,38 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 7679,30 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 39660,98 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 4776,15 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 52489,17 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 6093,64 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 47713,02 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 10941,92 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 63431,09 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 9922,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 84660,79 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1306,45 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 85967,24 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3524,64 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 89491,88 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1290 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 90781,88 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13742 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 102523,88 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13151,10 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 109562,78 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 11748,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 114420,78 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13872,70 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 120293,48 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 10875,90 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 119278,58 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1359 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 110768,31 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13809,93 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 123113,10 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12886,35 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 122294,66 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12313,16 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 122607,82 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13508,16 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 126855,58 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13726,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 127582,38 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12150,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 133678,18 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12613,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 114576,23 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 15348,50 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 122524,73 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 12662,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 121686,33 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3917 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 117603,33 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3040,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 104585,48 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 2610 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 103195,48 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 8867 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 109062,48 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3310,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 105093,79 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 288 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 105381,79 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli satış qaiməsinə əsasən cəmi 6639,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 112021,19 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 25911,95 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 48912,57 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 20286,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 60881,17 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 18711,88 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 79593,05 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 15871,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 95464,65 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 20821 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 116285,65 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 1199,52 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 117485,17 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3401,84 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 120887,01 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17071,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 137958,61 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 2696,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 140655,21 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 21216,50 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 159871,71 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 18138,36 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 174610,07 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 19317,82 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 183259,89 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 2520 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 173079,89 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 4098,90 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 177178,79 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 20444,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 197623,39 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17488,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 214191,39 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 16531,93 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 201626,91 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 4287 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 184603,71 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 18321,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 199125,11 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17223,90 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 204459,01 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17074,49 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 208933,50 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 19693,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 36548,58 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 18384,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 54933,38 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3243,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 58176,58 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3631,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 61808,38 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 3876,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 65685,18 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 16235,05 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 81920,23 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 9488 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 90615,18 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 14793,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 104523,82 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 9639,10 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 113042,92 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17274,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 109542,92 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 13628,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 129791,92 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 6464,60 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 124756,52 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 10418,20 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 127674,72 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 19491,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 142166,52 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17234,10 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 144400,62 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17618,40 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 147571,02 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 17905,70 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 150476,72 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 9296,90 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 141273,62 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 16649,80 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 149055,42 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 420 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 136475,42 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 6882,16 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 136357,58 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli satış qaiməsinə əsasən cəmi 696 manat məbləğində mal təhvil verilmiş, həmin tarixə qalıq borc 131053,58 manat təşkil etmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, X25 “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğul olur. 2019-cu ilin əvvəllərində Yusif ona müraciət edərək istehsal etdiyi dondurmaların ölkənin qərb rayonlarında satışının təşkil edilməsini xahiş etdikdən sonra maya dəyərində göndərəcəyi malın üzərinə 25 faiz o öz xeyrini qoyduqdan sonra dondurmaların satışını həyata keçirmişdir. Dondurma sezonunun sonunda yəni hər yeni sezonun başlanğıcınadək maya dəyərində götürdüyü pulları Yusifə ödəməli olmuşdur. Dondurma sezonu hər ilin aprel-avqust aylarını əhatə etmişdir. Həmiçinin Yusif ona maya dəyərində verdiyi məhsulun 8 faizi dəyərində güzəşt etməyə razılaşmışdır. Yusif ilkin bir dondurma avtomobili növbəti illərdə isə əlavə olaraq üç dondurma avtomobilini sürmə etibarnaməsi ilə ona vermiş, bunlardan başqa Yusif 2019-cu ildən başlayaraq hissə-hissə 295 ədəd soyuducu vermişdir. Bundan sonra o, Mahir adlı şəxsdən aylıq 500 manat müqabilində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 20 kv.m qeyri-yaşayış obyekti icarəyə götürmüş, həmin obyektin soyuducu kimi istifadəsi üçün olan avadanlığı Yusif təşkil etmişdir. 2019-cu ilin aprel ayından başlayaraq götürdüyü soyuducuları Gəncə və Dəliməmmədli şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qzax, Gədəbəy rayonlarındakı ticarət obyektlərinə payladıqdan sonra İlqar, Arif, Elnur, Valeh adlı sürücülər Bakıdan dondurmaları gətirərək, Gəncədəki anbarda ona təhvil vermişlər. Anbardan dondurma məhsullarının adı, qiyməti, sayı göstərilməklə satış qaiməsi ilə mallar ona təhvil verilərək, 2 nüsxədə qaimə tərtib edilmiş və mal təhvil almağı barədə qaiməyə imza edərək bir nüsxəsini özündə saxlamış digərini isə sürücüyə təhvil vermişdir. Həmin qaimədə həmiçinin bir nəfərin imzası olmuşdur. O dondurmaların paylanılması və satışını, satılmış məhsulların dəyərinin yığılması üçün sürücü qismində Səxavət, Samir, Mübariz, Tural qismində, satış təmsilçisi qismində Ramil, Daşqın, Pərviz, Əli, Ruslan adlı şəxsləri qeyri-rəsmi olaraq işə götürmüş və 2019-2022-ci illərdə dondurma satışını həyata keçirmişdir. Satılmış malın maya dəyərini hər məhsul Bakıdan Gəncəyə gəldikdə gələn malın qaiməsinə satılmış məhsullardan yığılmış pulların məbləği yazılmaqla, pullar Yusifin göndərdiyi sürücüyə təqdim olunmuşdur. Onun yanında mal daşınmasını həyata keçirən sürücülərin əmək haqqısı aylıq 500 manat, satış təmsilçilərinin qazancı isə satılmış maldan əldə olunmuş pulun 6 faizi miqdarında tərəfindən ödənilmişdir. Yerdə qalan pul onun qazancı və avtomobilin texniki baxış xərcləri, anbar xərcləri, icarə xərcləri, elektirtik xərci və müştəriyə verilən məhsula görə 5-18 faiz aralığında endirim verdiyi məbləğ olmuşdur. 2022-ci ilin sonunda Yusif onunla hesabat etmədiyindən Yusiflə işləməkdən imtina etmişdir. X12 Cavabdeh hesabı üzrə 100903,38 manat çatışmazlıq aşkar edilməsini qeyd etməsi ilə bağlı verilən suala cavab olaraq Cavabdeh göstərmişdir ki, Yusif Yusibov ona avtomobil və soyuducu, döndurma məhsulları verərək satışını həyata keçirməyi həvalə etmişdir. 2019-2022-ci illərdə satılmış məhsulların dəyərini Yusif ödəsə də, Yusif razılaşdıqları məhsulların satışından əldə olunmuş məbləğin 8 faizini ona ödəməmişdir. 2019-2022-ci il ərzində o ümumi olaraq Yusifdən götürdüyü maya dəyərində olan təqribən ******* manat dəyərində məhsulun satışını həyata keçirmiş, həmin puldan təqribən 88000 manat ona verilməli olan məhsulun satışına görə razılaşdıqları faiz olmuş, yerdə qalan 12900 manat isə 4 il ərzində Yusifə məxsus avtomobillərin təmirinə xərclədiyi pulun bir hissəsi olmuşdur. Material üzrə izahatı alınmış X26 bildirmişdir ki, Bakı şəhərində “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğul olan İddiaçı ilə əmək müqaviləsi bağlayaraq həmin brendin dondurma məhsullarının istehsalına və satışına nəzarəti həyata keçirməyi və məhsulların anbardan sürücülər vasitəsilə rayonlardakı müştərilərə çatdırmaq vəzifələrini həyata keçirir. Gəncə şəhər sakini Cavabdeh müştəri kimi 2019-cu ildən tanıyır. Belə ki, Cavabdeh İddiaçı oğlu X25 ilə aralarında olan razılaşmaya əsasən “Selena” brendi altında dondurmaları topdan qiymətə alaraq regionda satışını həyata keçirmişdir. Yusif Yusibov əvəzsiz olaraq 4 ədəd soyuducu avtomaşını və 252 ədəd soyuducunu Cavabdeh istifadəsinə vermiş, avtomaşınlarında topdan satış qiymətinə dondurma məhsullarını sürücülər Daşqın Qarayev, Valeh Almasov və Elnur İsgəndərov vasitəsilə Cavabdeh göndərmişdir. Ay ərzində bir neçə dəfə olmaqla, dondurma məhsullarını ünvan 1 ünvanında yerləşən anbardan Cavabdeh ona verdiyi sifarişi əsasında yığılmış dondurma məhsullarını, anbara məsul şəxs kimi imzaladığı satış qaiməsi əsasında sürücülər vasitəsilə Gəncə şəhərinə göndərmişdir. Sürücülər məhsulları Gəncə şəhərində Cavabdeh icarəyə götürdüyü obyektdə olan Cavabdeh təhvil verdikdən sonra, Cavabdeh tərəfindən həmin satış qaiməsi imzalanaraq, qaimənin aşağı hissəsində ödədiyi məbləği yazıb satış qaiməsinin bir nüsxəsini özündə saxlamış, digər nüsxəsini isə sürücüyə qaytarmışdır. Həmiçinin ödədiyi pulu sürücüyə təhvil vermişdir. Cavabdeh hər dəfəsində qaimədə qeyd olunmuş məhsulun dəyərindən aşağı məbləğdə pul ödəmişdir. Belə ki, Cavabdeh aldığı dondurma məhsullarının müəyyən hissəsini nisiyə olaraq, ticarət obyektlərinə payladığı pulunu yığdıqca ödədiyini bildirmişdir. Sürücülər də öz növbələrində Cavabdeh qəbul etdiyi satış qaiməsini və satış qaiməsində qeyd edilən pul məbləğini Yusif Yusibova əhvil vermişlər. Cavabdeh həmin məhsuların satışını müstəqil olaraq özü həyata keçirmişdir. Material üzrə izahatı alınmış X13 bildirmişdir ki, Bakı şəhərində “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğul olan İddiaçı ilə mövsümi olaraq əmək müqaviləsi bağlayaraq, həmin brendin dondurma məhsullarının rayonlardakı müştərilərə çatdırmaq məqsədiilə 9 ildir sürücü kimi işləyir. Həmin mövsüm hər il aprel-sentyabr aylarını əhatə etmişdir. Gəncə şəhər sakini Cavabdeh müştəri kimi 2019-cu ildən tanıyır. Belə ki, Cavabdeh İddiaçı oğlu X25 ilə aralarında olan razılaşmaya əsasən “Selena” brendi altında dondurmaları topdan qiymətə alaraq regionda satışını həyata keçirmişdir. O da X46 tərəfindən verilmiş etibarnamə əsasında Mercedes Atego markalı yük avtomobili ilə ay ərzində bir neçə dəfə olmaqla, dondurma məhsullarını ünvan 1 ünvanında yerləşən anbardan Cavabdeh sifarişi əsasında yığılmış dondurma məhsullarını, anbara məsul şəxs işçi X14 imzaladığı satış qaiməsi əsasında Gəncə şəhərinə gətirərək, Gəncə şəhərində Yeni Gəncə qəsəbəsində yerləşən Cavabdeh icarəyə götürdüyü obyektdə olan Cavabdeh təhvil vermişdir. Dondurma məhsullarını Cavabdeh satış qaimələri əsasında sayaraq təhvil götürdükdən sonra, həmin satış qaiməsini imzalayaraq, qaimənin aşağı hissəsində ödədiyi məbləği yazaraq, satış qaiməsinin bir nüsxəsini özündə saxlamışdır. Həmiçinin imzalanmış qaimənin bir nüsxəsini və ödədiyi pulu ona təhvil vermişdir. Cavabdeh hər dəfəsində qaimədə qeyd olunmuş məhsulun dəyərindən aşağı məbləğdə pul ödəmişdir. Belə ki, Cavabdeh aldığı dondurma məhsullarının müəyyən hissəsini nisiyə olaraq, ticarət obyektlərinə payladığı pulunu yığdıqca ödədiyini bildirmişdir. O da öz növbəsində Cavabdeh qəbul etdiyi satış qaiməsini və satış qaiməsində qeyd edilən pul məbləğini Yusif Yusibova təhvil vermişdir. Cavabdeh həmin məhsuların satışını müstəqil olaraq özü həyata keçirmişdir. Ondan başqa Daşqın Qarayev və Valeh Almasov adlı sürücülər də Cavabdeh dondurma məhsullarının çatdırılmasını təmin etmişlər. Araşdırma zamanı izahatı alınmış X18 və X4 İsgəndərovla oxşar məzmunlu izahat verərək sonuncunun qeyd etdiklərini bir daha təsdiq etmişdir. Material üzrə izahatı alınmış X27 bildirmişdir ki, X25 “Selena” brendi altında dondurma istehsalı və satışı ilə məşğul olur. O, 2009-cu il tarixdən “Selena” brendi altında istehsal edilən dondurmaların ölkənin qərb rayonlarında satışını həyata keçirmişdir. X31 tərəfindən ona əvəzsiz olaraq 60 ədəd soyuducu istifadəyə verilmişdir. Hər dondurma mövsümünün əvvəlində, yəni hər ilin aprel ayında Yusif Yusibova müraciət edərək sifarişi əsasında dondurma məhsullarının Gəncəyə göndərilməsini xahiş etdikdən sonra, sifariş əsasında Yusif Yusibovun sürücüləri vasitəsilə Bakı şəhərində anbara məsul işçi X14 imzaladığı satış qaiməsi əsasında məhsullar Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən ona məxsus anbara gətirilmiş, orada qaimə əsasında mallar tərəfindən qəbul olunaraq, satış qaiməsində qeyd olunan məhsulların dəyərinin bir hissəsini nağd şəkildə miqdarını qeyd edərək imzalayıb, sürücülərə təhvil vermişdir.Həmin qaimənin bir nüsxəsi də onda qalmışdır. Həmin mövsümün sonunda isə ümumi borcunu tamamilə bağlamışdır. Belə ki, dondurma məhsullarını əldə etdikdən sonra həmin məhsulları müştərilərə nisiyə qaydasında verdiyindən pullarını yığdıqdan sonra qalan borcları qaytarmışdır. Həmiçinin maya dəyərində aldığı məhsulun üzərinə özü təyin etdiyi faizi qoyaraq gəlir əldə etmişdir. Verilən suala cavab olaraq Ceyhun Əliyev göstərmişdir ki, 2009-cu il tarixdən “Selena” brendi altında əldə etdiyi dondurma məhsullarının satış qaiməsində qeyd olunan maya dəyərini tamamilə geri ödəmişdir. Həmin məhsulların alışına dair ona hər-hansı güzəşt tətbiq olunmamışdır. Sadəcə aldığı məhsulların dəyərini ödəmiş və üzərinə qoyduğu faizlə satışını həyata keçirərək gəlir əldə etmişdir. Həmin gəlirin də fiziki şəxs kimi gəlir vergisini ödəmişdir. Nəticə olaraq 06 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla qərarın təsviri hissəsində şərh edilənlərə əsasən toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi və X12 Azərbaycan Respublikası MPMnin 25-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli “X5” MMC-nin audit xidmətinə dair rəydən görünür ki, keçirilmiş audit yoxlaması nəticəsində Cavabdeh İddiaçı ödənilməmiş 100903,38 manat məbləğində borcunun olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “Selena” əmtəə nişanın sahibi olaraq İddiaçı verilmiş N20240010 nömrəli əmtəə nişanın şəhadətnaməsindən görünür ki, həmin şəhadətnamədə göstərilmiş dondurma və adları qeyd edilmiş digər məhsulların əmtəə nişanı əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır. İş materiallarında olan 21 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X34 yerinə dair arayışdan görünür ki, X26 xx.xx.2020-ci il tarixdə müddətsiz olaraq işəgötürən İddiaçı tərəfindən işə götürülmüşdür. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişlərindən görünür ki, X18 və X15 xx.xx.2021-ci il tarixdə müddətsiz olaraq işəgötürən İddiaçı tərəfindən işə götürülmüşlər. İş materiallarında olan əmək müqaviləsinin bildirişindən görünür ki, X1 kimi işəgötürən İddiaçı tərəfindən işə götürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2024-cü il tarixli 9/8794 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarının 94-cü səhifəsindən 201-ci səhifəsini əhatə edən (imza ilə təhvil alınmamış qaimələr istisna olmaqla) qaimələr satışa (gəlirə) dair sənədlərdir. Alışa (xərcə) dair və.s ilkin mühasibat sənədləri iş materiallarında öz əksini tapmamışdır. Bu səbəbdəndə 100903,38 manat borcun düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, “Selena” əmtəə nişanı İddiaçı adına Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyata alınmışdır. İddiaçı həmin əməə nişanı altında dondurma və müxtəlif çeşidli məhsullar istehsal edir. Sonuncu oğlu X16 etibarnamə vermişdir. 2019-cu ilin əvvəllərindən X25 ilə Cavabdeh arasında şifahi qaydada Gəncə şəhəri və ətraf rayonlarda dondurma məhsulunu satmaq üçün razılığa gəlmişlər. Həmin münasibətlər 2023-cü ilin əvvəllərinə qədər davam etmişdir. Tərəflər göndərilən malın üzərinə Cavabdeh tərəfindən 25-30% əlavə pul qoymaqla satıb, göndərilən malın dəyərini ödəməklə bağlı razılaşmışlar. “Selena” brendi altında istehsal olunan dondurma məhsulları İddiaçı ilə əmək müqaviləsinə əsasən baş idarə müdiri işləyən X26 tərəfindən Bakı şəhərindən satış qaiməsi tərtib olunaraq Cavabdeh göndərilmişdir. Həmin məhsulları İddiaçı ilə əmək müqaviləsinə əsasən işləyən sürücülər X13, X18 və X2 Elçin İlqar oğluna çatdırmış, qailmələrə əsasən sonuncu malı satış qaiməsinə imza edərək təhvil almışdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş 2020, 2021 və 2022-ci illəri əhatə edən satış qaimələrindən görünür ki, məhsul təhvil verilərkən həmin məhsulun adı, miqdarı, qiyməti, məbləği və yekun məbləği, anbarın adı və alıcının adı, həmin tarixə nə qədər qalıq məbləğin olması göstərilmişdir. Təqdim edilən ən sonuncu qaimə isə xx.xx.2022-ci il tarixli satış qaiməsidir ki, həmin qaimədə yekun 696 manat məbləğində mal təhvil alındığı, həmin tarixə qalıq məbləğin 131053,58 manat təşkil etdiyi qeyd edilmişdir. Həmin qaimə isə təhvil alan və təhvil verən tərəfindən imzalanmışdır. İddiaçı iddia tələbində cavabdehin ona təhvil verdiyi dondurma məhsulunun satış qaiməsi üzrə məbləğini tam olaraq ödəmədiyini, cavabdehin ona 100903,38 manat borcu qaldığını bildirmiş, həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh izahatında məhkəməyə təqdim edilən və təhvil alan tərəfindən imzalanan qaimələrinin onun tərəfindən imzalandığını bildirmişdir. Belə olan halda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı tərəfindən istehsal etdiyi dondurma məhsulunun cavabdehə təhvil verilməsi, təhvil verilən məhsulun iddiaçıya məxsus olması, iddiaçı ilə əmək müqaviləsi əsasında çalışan şəxs tərəfindən anbardan göndərilməsi və iddiaçı ilə əmək müqaviləsi əsasında çalışan sürücülər vasitəsilə cavabdehə çatdırılması iş materialları ilə təsdiq olunur. Məhkəməyə təqdim edilən və təhvil alan tərəfindən imza edilən son qaimənin tarixindən, yəni xx.xx.2022-ci il tarixdən sonra təhvil alınan məhsulun pulunun (qalığın) cavabdeh tərəfindən ödənilməsi, 100903,38 manat borcun olmaması və ya ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, bununla bağlı cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında göndərilən dondurma məhsullarının Gəncə və ətraf rayonlarda satışını həyata keçirmək üçün işçilərə əmək haqqının və digər xərclərin, istifadə edilən nəqliyyət vasitələrinin yanacaq və digər xərclərinin cavabdehin mal satışından özü üçün əldə etdiyi faiz məbləğindən ödənilməyəcəyi, həmin xərclərin hamısının iddiaçı tərəfindən ödəniləcəyi ilə bağlı bir razılaşmanın olması müəyyən edilmir. Cavabdeh işçilərə, nəqliyyat vasitlərinə çəkilmiş xərclər və digər xərclərə görə ziyanla işlədiklərini, zərərin mənfəətdən üstün olduğunu, bununla bağlı iddiaçı tərəfin məlumatlı olduğunu və ona güzəşt ediləcəyi barədə iddiaçının oğlunun vəd verdiyini qeyd etsə də izahatında göstərilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin məhkəmə xüsusilə qeyd edir ki, tərəflər arasında münasibətlər 2019-cu ilin əvvəllərindən başlamış 2023-cü ilin əvvəllərinədək davam etmişdir. Uzun müddət ərzində şifahi razılaşma əsasında alqı-satqı münasibətləri davam etmişdir. Cavabdehin çəkdiyi xərclərlə bağlı ziyana düşməsi, məhsul satışından mənfəət əldə edə bilməməsi ilə bağlı göstərdikləri isə məhkəməyə inandırıcı görünmür. Çünki 2019-cu il ərzində ziyanla işləmiş tərəflər belə bir münasibəti davam etdirməzdilər. Halbu ki, tərəflər arasında olan alğı-satqı münasibətləri 2023cü ilin əvvəllərinə qədər davam etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdehdən 100903 manat 38 qəpik pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 410 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 410 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 390 manat 90 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 100903 (bir yüz min doqquz yüz üç) manat 38 (otuz səkkiz) qəpik pul, ödənilmiş 410 (dörd yüz on) manat mediasiya xərci tutularaq İddiaçı İlqar qızına ödənilsin. Cavabdeh 390 (otuz dörd) manat 90 (otuz beş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar