Məhkəmə qərarları › İş №e-2-2(115)-295/2022

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-295/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-295/2022 01.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı əmlakın satılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdehin 03.11.2021-ci il tarixə qeyd olunan borc məbləğindən müvafiq fonda 900,58 manat (o cümlədən əsas borcu 833.5 manat, faiz borcu 67.08 manat və maliyyə sanksiyası 0 manat) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1500 manat məbləğində (qiyməti 600 manat olan 1 ədəd LG markalı 10 kv-lıq Korea istehsalı kondisioner, qiyməti 400 manat olan 1 ədəd Samsung markalı televizor, qiyməti 200 manat olan 1 ədəd divan-kreslo dəsti mebel və qiyməti 300 manat olan 1 ədəd 20 kameralı blok) siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.5-ci maddəsinə riayət olunmaqla cavabdehə bildiriş göndərilmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə təqdim edərək ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı əmlakın satılması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar