Məhkəmə qərarları › İş №e-2-2(115)-295/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-295/2024

26.01.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-295/2024 26.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qаrşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə kommersiya işinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30735,99 manat məbləğində (o cümlədən, vergilər üzrə 22411,7 manat, faizlər üzrə 8224,29 manat, maliyyə sanksiyası üzrə 100 manat), İşsizlikdən sığorta fonduna 216,73 manat, Dövlət Sosial Müdafiə Fonduna 4661,77 manat olmaqla, ümumilikdə 35614,49 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30735,99 manat məbləğində (o cümlədən, vergilər üzrə 22411,7 manat, faizlər üzrə 8224,29 manat, maliyyə sanksiyası üzrə 100 manat), İşsizlikdən sığorta fonduna 216,73 manat, Dövlət Sosial Müdafiə Fonduna 4661,77 manat olmaqla, ümumilikdə 35614,49 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs məhkəmə iclasına gəlmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin müdiri təyin edilmişdir. 2020-ci ildən 2025-ci ilədək o, hüquqi şəxsin fəaliyyətini dayandıraraq vergi ödəyicisi olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəməyə ərizə verilən vaxt "xxxx" MMC-nin icra orqanının rəhbəri o olmuşdur. Lakin o, artıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru deyildir. Hal-hazırda direktor X1r. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 26 yanvar 2024-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin reyestr məlumatlarında dəyişiklik edildiyindən Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas olmuş səbəblər aradan qalxmışdır. Odur ki, ərizələrinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri dəyişildiyindən və ərizəçinin nümayəndəsi ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qanunvericilikdə qeyd edilən halla bağlı hər hansı bir norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi tərəfindən ərizənin baxılmamış saxlanılması barədə ərizə verildiyindən və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qаrşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar