Məhkəmə qərarları › İş №e-2-2(115)-296/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-296/2023

23.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-296/2023 23.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1 iclas katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxs Gədəbəy rayonu 112 saylı aptekin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 442,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 4090,47 manat, İşsizlikdən Sığorta Fonduna 63,52 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Gədəbəy rayonu 112 saylı aptekin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2474,6 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 63,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 448,49 manat, dövlət büdcəsinə 442,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 250,55 manat, faizlər üzrə 91,46 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1167,38 manat olmaqla, ümumilikdə 4596 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildiriş göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında göstərdi ki, Gədəbəy rayonu 112 saylı aptek dövlət müəssisəsi olmuş, fəaliyyəti xx.xx.2015-ci il tarixdə dayandırılıb ləğv edilmişdir. Həmin tarixdən o, hüquqi şəxsin müdiri vəzifəsindən azad edilmişdir. Həmin hüquqi şəxsin borcunun ondan tələb edilməsi qanunsuz və əsasszıdır. Bundan başqa digər iki hüquqi şəxs “PROVİZOR E" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri odur və hər iki hüquqi şəxsin ərizədə qeyd edilən məbləğdə borcunu tamamilə ödəmişdir. Ona görə də ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş mаteriаllаrını аrаşdırıb hesаb edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş, ərizəçi tərəfindən təqdim edilmiş hüquqi şəxslər haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxslərin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş, ərizəçi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxslər Gədəbəy rayonu 112 saylı aptekin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 442,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 4090,47 manat, İşsizlikdən Sığorta Fonduna 4596 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********433400, xx.xx.2020-ci il tarixli **********248000, xx.xx.2021-ci il tarixli **********413000, xx.xx.2021-ci il tarixli **********166600, xx.xx.2021-ci il tarixli **********319100 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicilərinə borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1966-cı ildə Gədəbəy rayonunda doğulmuşdur. Qeydiyyat yeri Gədəbəy rayonu Slavyanka kəndidir. İş materiallarına əlavə edilmiş, maraqlı şəxs tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X2 07 aprel 2015-ci il tarixli 163 saylı əmrindən görünür ki, Gədəbəy şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən 112 saylı sərbəst balansa malik aptekin fəaliyyəti xx.xx.2015-ci il tarixdən dayandırılıb ləğv edilməsi, bununla bağlı mövcud qanunvericiliyə uyğun bütün məsələlərin həll edilməsi, o cümlədən müvafiq Vergi idarəsinə və digər təşkilatlara məlumat verilməsi aptekin müdiri E,H.Əliyevə həvalə edilməsi, əmrdən irəli gələn digər vəzifələrin həyata keçirilməsi, Maraqlı şəxs Hətəm oğlunun fəaliyyəti dayandırılıb ləğv edilən 112 saylı sərbəst balansa malik aptekin müdiri Əmək Məcəlləsinin 70ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2015-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi, əmrin icrasına nəzarətin baş mühasib F.Qənbərliyə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, maraqlı şəxs tərəfindən təqdim olunmuş əmək kitabçasından görünür ki, Maraqlı şəxs xx.xx.1992-ci il tarixdən “Azərfarmasiya” DİB Gədəbəy rayon 112 nömrəli MRA-nın baş provizoru tam maddi məsuliyyət daşımaqla həmin aptekin müdir- provizoru vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə Gədəbəy şəhəri H.Əliyev prospektində fəaliyyəti dayandırılıb ləğv edilən 112 saylı sərbəst balansa malik aptekin müdiri Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş, maraqlı şəxs tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən DSMFnin hesabına 449 manat, 65 manat, dövlət büdcəsinə 444 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən DSMF-nin hesabına 1170 manat pul ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Məhkəmə qeyd edir ki, Gədəbəy şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən 112 saylı sərbəst balansa malik aptekin fəaliyyəti xx.xx.2015-ci il tarixdən dayandırılıb ləğv edilmiş, aptekin müdiri Maraqlı şəxs tutduğu vəzifədən azad edilmişdir. Vergi ödəyicisi olan hüquqi şəxs Gədəbəy rayonu 112 saylı aptek ləğv edildiyindən, icra orqanının rəhbəri hazırkı iş üzrə Maraqlı şəxs olmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizə əsaslı sayıla və təmin edilə bilməz. Bundan başqa Maraqlı şəxs PROVİZOR E" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna olan borcunu xx.xx.2023-cü il tarixdə tamamilə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci mаddəsində göstərilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Оdur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar