Məhkəmə qərarları › İş №e-2-2(115)-297/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-297/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-297/2024 20.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2861,81 manat borcun, 286 manat cərimənin və 60 manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 10 yanvar 2024-cü il tarixli, e-2-2(115)-297/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-280 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Göyüşlü kəndi ərazisində 8,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 14176,79 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 160,00 manat məbləğində çöp doğrama, 548,00 manat məbləğində şum, 184,00 manat məbləğində rotor mala, 323,00 manat məbləğində mala, 154,00 manat məbləğində kanal çəkmə, 496,00 manat məbləğində kultivasiya, 1111,50 manat məbləğində dərman səpini, 1170,00 manat məbləğində pambığın maşınla yığımı, 200,00 manat məbləğində tirə kipləşdirmə, 7490,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1189,09 manat məbləğində gübrə və dərman, 451,20 manat məbləğində toxumluq çiyid, ümumilikdə, 14176,79 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 14143,73 kq, 11314,98 manat məbləğində xam-pambıq təhvil vermiş,çəkilmiş xərcdən bu günədək iddiaçıya 2861,81 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması işvəxidmətlərin görülməsi barədə akt, qaiməvə ödəmətapşırıqları, üzləşmə aktı və digər sənədlərlətəsdiq edilir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-280 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Göyüşlü kəndi ərazisində 8,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən İddiaçı MMC Ağdam filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətə qəbul edir: İ növ-700 manat/ton, İİ NÖV-680 manat/ton, İİİ növ-640 manat/ton, İV növ-600 manat/ton. xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-03660 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən 5 ha sahədə çöp yığımı, xx.xx.2021-ci il tarixli akta əsasən 5 ha sahədə çöp qıran, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 8 ha sahədə rotor mala, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə 1-ci əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 1.5 ha sahədə 2-ci əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 8 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 1 ha sahədə 1-ci əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 1 ha sahədə əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə tirə, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə səpin, xx.xx.2022-ci il tarixli akta əsasən 11 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 0.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 0.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 1 ha sahədə səpin, xx.xx.2022-ci il tarixli akta əsasən 4.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 2.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə dərman səpini, xx.xx.2022-ci il tarixli akta əsasən 1.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 2.5 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə arx, xx.xx.2022-ci il tarixli akta əsasən 2.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 2.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 12 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 8 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 9 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 6 ha sahədə pambıq yığımı, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə pambıq yığımı işləri görülmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 400 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 51.2 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 13.09 manat, xx.xx.2022-ci il tarixli 039753 nömrəli təhvil-qəbul qəbzinə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli 039752 nömrəli təhvil-qəbul qəbzinə əsasən 105 manat, xx.xx.2022-ci il tarixli 040112 nömrəli təhvil-qəbul qəbzinə əsasən 240 manat, xx.xx.2022ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 76 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 234 manat, xx.xx.2022-ci il tarixli 054063 nömrəli təhvil-qəbul qəbzinə əsasən 429 manat, xx.xx.2022ci il tarixli 054065 nömrəli təhvil-qəbul qəbzinə əsasən 200 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 14 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 136 manat məbləğində məhsul cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 5000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 250 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 960 manat, xx.xx.2022-ci il tarixi ödəniş tapşırığına əsasən 800 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 480 manat məbləğində pul avans olaraq ödənilmişdir. xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-280 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Göyüşlü kəndi ərazisində 8,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 14176,79 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 14143,73 kq, 11314,98 manat məbləğində xam-pambıq təhvil vermişdir. Nəticədə cavabdehin 2861,81 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 170 manat məbləğində tutulmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2861 manat borc və 170 manat cərimə olmaqla, cəmi 3031 manat məbləğində borc və 60 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2861 manat borc və 170 manat cərimə olmaqla, cəmi 3031 manat məbləğində borc və 60 manat mediasiya xərci mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 50.31 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar