Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-3/2025 05.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK 2000 markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə Cavabdeh ilə şərikli mebel istehsalı fəaliyyəti göstərmək qərarına gəliblər. Bu məqsədlə Cavabdeh rəhbəri olduğu X4 X1 Sanaye və ticarət LTD Şirkəti ilə aralarında xx.xx.2017-ci il tarixli 1 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən o, özünə məxsus Gəncə şəhəri, X6 küçəsi, 72 A saylı ünvanda yerləşən əmlak kompleksini qarşı tərəf isə mebel istehsalı avadanlıqlarını birgə fəaliyyət üçün ayırmalı, birgə istehsal sahəsi yaradılmalı və birgə istehsalın həyata keçirilməsi məqsədilə invetisiya təşviqi sənədi alınmalı idi. xx.xx.2017-ci il tarixli 1 nömrəli müqaviləyə uyğun olaraq 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK 2000 markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinası X4 X1 Sanaye və ticarət LTD Şirkəti tərəfindən ona göndərilmiş və adıçəkilən dəzgah və avadanlıqlar 2017 aprel-2017 noyabr tarixlərində Azərbaycan Respublikasına idxal edilmişdir. Eyni zamanda bildirir ki, o, müqavilə şərtlərini icra edərək investisiya təşviqi sənədinin alınması üçün İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Ona İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixli İnvestsiya təşviqi sənədi verilmiş və dəzgah və avadanlıqlar xx.xx.2017-ci il tarixli İnvestsiya təşviqi sənədinə uyğun olaraq alınmış xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli təsdiqedici sənədlər əsasında heç bir vergi və gömrük rüsumu ödənilmədən Azərbaycan Respublikasına idxal edilmişdir. Lakin dəzgahlar tam olaraq Azərbaycan Respublikasına idxal edildikdən sonra cavabdeh 30 mart 2017-ci il tarixli müqaviləni pozaraq və Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınmasını bəhanə edərək ortaq şirkət yaradılmasını təkid etmişdir. Eləcə də, onu aldadaraq bildirmişdir ki, təşviq sənədi aidiyyəti qaydada yeni yaradılmış müəssisəyə keçiriləcəkdir. Daha sonra cavabdehin tələb və təkidilə paylar 50 faiz olmaqla cavabdehin və onun ortaq təsisçiliyi ilə xx.xx.2020-ci il tarixdə "xxxx" MMC yaradıldı və cavabdeh həmin müəssisənin direktoru təyin olundu. Yuxarıda sözükeçən dəzgahlar cavabdehin adınıdan "xxxx" MMC-nin nizamnamə kapitalına pay şəkilində qoyulmuşdur. Bundan sonra cavabdeh ona qarşı Gəncə Kommerisya Məhkəməsinə iddia qaldıraraq sözügedən dəzgah və avadanlıqların bu mümkün olmadıqda isə onların dəyərinin ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Hazırda isə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli İnvestsiya təşviqi sənədinə uyğun olaraq alınmış xx.xx.2017-ci il tarixli, xx.xx.2017- ci il tarixli, xx.xx.2017-ci il tarixli xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli Təsdiqedici sənədlərin ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur. Beləliklə, cavabdeh bir daha sübut etmiş oldu ki, onun niyyəti birgə istehsal fəaliyyəti ilə məşğul olmaq olmamış, onun adına alınmış təsdiqedici sənədlər əsasında gömrük rüsumlarından və vergi ödənişlərindən azad şəkildə Azərbaycan Respublikasına gətirilmiş dəzgahlara rahat şəkildə sahiblənmək olmuşdur. Cavabdehin onu dəfələrlə aldatmağına, onunla ədavət apardığına, müxtəlif instansiyalara haqsız şikayətləri etdiyinə görə artıq cavabdehlə hər hansı sahədə əməkdaşlıq aparmağı mümkünsüz hala dönşmüşdür. Bu səbəbdən yuxarıda adı çəkilən dəzgahların X4 X1 Sanaye və Ticarət LTD Şirkətinə geri qaytarılması və bu şəkildə işlərin yekunlaşdırılması qərarına gəlmişdir. Odur ki, heç bir hüquqi əsas (alqı-satqı, barter, bağışlama və s) olmadan cavabdeh tərəfindən təhvil alınmış 1 ədəd kəsən və doğrayan dəzgah, 5 ədəd boya pompası, 4 ədəd toz tutan aparatı, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 103 ədəd Konveer L-300, 2 ədəd Fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgah, 1 ədəd Uİ boya dəzgahı,1 ədəd Fincanlı fiqur açan CNC dəzgahı, 1 ədəd avtomatik son kat boya vuran dəzgahı, 1 ədəd çox deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı "NET MAK 2000 Markalı, 1 ədəd Yatar dairə makinası, 3 ədəd Serit testere makinası, 1 ədəd Serit sileme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Zivana delik delme makinası, 1 ədəd Ahşap kofya makinası, 1 ədəd Balon zimparası, 1 ədəd Ahşap freze makinası, 1 ədəd Freze makinası, 1 ədəd Deg drive küçük balon zimpara makinası, 2 ədəd Rulanya makinası, 1 ədəd Menteşe delik delme makinası, 1 ədəd Tek kafa delik delme makinası, 1 ədəd Yatar dairə makinası, 1 ədəd Freze yatar makinası, 2 ədəd Kompressor, 2 ədəd Manual transpalet, 1 ədəd Manual tek kafa delik makinasının 1 gün ərzində geri qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Xatırladır ki, işin mediasiya qaydasında həlli ilə bağlı tərəfindən Gəncə 1 saylı mediasiya təşkilatına müraciət olunmuş, xx.xx.2023-cü il tarixli mediasiya iclasında cavabdehin nümayəndəsi mediasiya prosesinin davam etdirilməsinə etiraz etmişdir. Eləcə də, tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilərək yuxarıda sözükeçən dəzgah və avadanlıqların geri qaytarılması tələb olunsa da, sonuncu tələbinə qarşılıq verməmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 17 dekabr 2020-ci il tarixli barışıq sazişini təqdim etməkdə məqsədi mübahisə ilə bağlı fikir formalaşdırmaq olub. Qarşı tərəfin barışıq sazişini hazırlamaqda məqsədi məhkəmə tərəfindən dəzgahların Cavabdeh məxsus olduğunu təsdiqlətmək olub. Amma onlar barışıq sazişindən imtina etmişlər, saziş təsdiq olunmayıb. Burdan da görünür ki, qarşı tərəfin niyyəti bu ortaqlığı qurmaqda düzgün olmayıb. Onların barışıq sazişini məhkəməyə təqdim etməkdə məqsədi bu barədə qərar qəbul olunmağına nail olmaq olub və həmçinin bu qərarla da dəzgahların Cavabdeh məxsus olduğu sübut etmək olub. "xxxx" MMC-yə təşviq sənədi ala bilmədiklərinə görə "xxxx" MMC-ni yaradıblar. Cavabdeh tərəfindən İnvestsiya təşviqi sənədinə uyğun olaraq alınmış təsdiqedici sənədlərin ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunmuş və təşviqedici sənədlər İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilmişdir. Dəzgahlar "xxxx"un balansına 2020-ci ilin avqust ayında keçib. İddiaçı göndərilən əmlak X4 X1 Sanaye və ticarət LTD Şirkətinə məxsusdur. İddiaçı göndərilən əmlakın dəyərini ödəməmişdir. Təqdim olunan sənədlərdən məlum olur ki, 10 fevral 2017ci il tarixli ümumi yığıncağın qərarı var hansı ki, bu qərar notarial qaydada 30 mart 2023-cü il tarixdə, 20 fevral 2012-ci il tarixli alğı-satqı müqaviləsi var, ancaq onun notarial qaydada təsdiqlənmə tarixini görmür. Əgər həqiqətən də, mübahisə predmeti olan dəzgahlar Cavabdeh 2017-ci ilin fevralında satılmışdısa, o zaman sözügedən dəzgah və avadanlıqları Azərbaycana X4 X1 Sanaye və Ticarət LTD Şirkəti deyil, Cavabdeh göndərilməli idi. Əgər dəzgahlar Cavabdeh məxsus idisə, necə X4 X1 Sanaye və Ticarət LTD Şirkətinin adından göndərildi. Onlara göndərilmiş və onların istifadəsində olan avadanlıqları Cavabdeh tələb edirlər. Əgər dəzgahlar Cavabdeh satılmışdısa, sözügedən dəzgahlar Azərbaycan Respublikasına Cavabdeh adından göndərilməli idi. 2017-ci il tarixli alğı-satqı müqaviləsi sonradan bağlanıb. Çünki daha öncə sözügedən müqavilə digər instansiya məhkəmələrində təqdim olunmamışdır. Dəzgahlar 2017-ci ilin aprel ayından başlayaraq 2017-ci ilin noyabr ayına qədər hissə-hissə X4 X1 Sanaye və Ticarət LTD Şirkətinin adından göndərilib. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır və iddianın qaldırılması üçün qarşı tərəfin heç bir subyektiv hüququ yoxdur. Tərəflər arasında razılıq pozulduğu üçün, öhdəliklər yerinə yetirilmədiyi üçün barışıq sazişi təsdiqlənməyib. Məhkəməyə təqdim etdikləri sənədlərdən də məlum olur ki, dəzgahlar kimə məxsusdur. Qarşı tərəf bildirir ki, onlar barışıq sazişini görüntü yaratmaq üçün hazırlamışlar. Bugünki gündə sözügedən barışıq sazişi heç bir hüquqi nəticə yaratmır, çünki tərəflər öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyiblər. İddiaçı və Cavabdeh 2017-ci ildə şərikli mebel istehsalı fəaliyyəti göstərmək qərarına gəlmişlər. Bu məqsədlə Cavabdeh rəhbəri olduğu X4 X1 Sanaye və Ticarət LTD Şirkəti ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı ona məxsus əmlak kompleksini, Cavabdeh isə mebel istehsalı avadanlıqlarını birgə fəaliyyət üçün ayırmalı və yaradılacaq hüquqi şəxsin nizamnamə kapitalını formalaşdırmalı və təşviq sənədi almalı idilər. Cavabdeh tərəfindən nizamnamə kapitalı formalaşdırılsada, İddiaçı tərəfindən formalaşdırılmamışdır. Yəni, qeyd olunan əmlak kompleksi "xxxx"un nizamnamə kapitalına qoyulmamışdır. Bugünki gündə də Ulusoy Groupun nizamnamə kapitalı İddiaçı tərəfindən formalaşdırılmamış vəziyyətdədir. Onlara sonradan məlum olmuşdur ki, birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı təşviq sənədini İddiaçı öz adına almışdır. Yenidən təşviq sənədinin alınması ilə bağlı tərəflər arasında fikir ayrılığı yarandı, çünki yenidən təşviq sənədi alınsaydı, dövlət tərəfindən verilmiş güzəştlər ləğv olunacaqdı. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi şifahi qaydada bildirdi ki, İddiaçı "xxxx"un təsisçiliyindən çıxmaq istəyir. Hal-hazırda "xxxx" zərərlə işləyir, bununla bağlı tərəflər arasında dəfələrlə görüş keçirilmişdir ki, hüquqi şəxsin nizamnamə kapitalına əlavə vəsait qoyulsun, lakin qarşı tərəf buna etiraz etmişdir. İddia ərizəsində tələb olunan dəzgahların İddiaçı məxsus olduğunu təsdiqləyən heç bir sənəd yoxdur. Tərəflər arasında bağlanmış 30 mart 2017-ci il tarixli müqavilə qüvvədədir və mübahisələndirilməyib. Birgə ortaqlıq faəliyyətli haqqında bağlanmış 1 mart 2017-ci il tarixli müqavilə mübahisələndirilmişdir və bu müqavilə ilə ilə bağlı apellyasiya məhkəməsi tərəfindən hüquqi mövqe müəyyən edilmiş və etibarsız sayılmışdır. Dəzgahların İddiaçı mülkiyyətində olduğunu təsdiq edən heç bir sənəd yoxdur. O, gömrük bəyannaməsinə istinad edərək, malın ona göndərildiyini, təşviq sənədinin onun adına alındığını bildirir. Cavabdeh dəzgahları öz adına Türkiyə Respublikasından gətirə bilməzdi. Malın İddiaçı adına gəlməsi heç bir əsas vermir ki, İddiaçı onun mülkiyyətçisidir. İddiaçı tələb etdiyi əmlaklar hal-hazırda "xxxx"un nizamnamə kapitalındadır. Əmlaklar "xxxx" MMC-nin nizamnamə kapitalına təsis qərarı ilə keçib. Cavabdeh avadanlıqları öz adına göndərə bilməzdi. Çünki Cavabdeh Azərbaycanda yaşamırdı. Avadanlıqlar İddiaçı X4 X1 Sanaye və Ticarət LTD Şirkəti tərəfindən göndərilibdir. Sözügedən şirkət isə Cavabdeh məxsusdur. Cavabdeh İddiaçı oğlu Rəşad Babayevlə əlaqələri olduğu üçün onlar qərara gəliblər ki, Azərbaycanda da müəssisə yaradıb, birgə fəaliyyət göstərsinlər. Tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilədən də görünür ki, İddiaçı hüquqi şəxsi yaratmalı, qeydiyyatdan keçirməli, onun fəaliyyətini təmin etməli özünə məxsus əmlak kompleksini nizamnamə kapitalına qoymalı və yaradılacaq hüquqi şəxsin adına təşviq sənədi almalı idi. Lakin, İddiaçı avadanlıqlar əsasında təşviq sənədini hüquqi şəxsin adına almalı olduğu halda öz adına almışdır. "xxxx"un nizamnamə kapitalı Cavabdeh tərəfindən formalaşdırılsa da, İddiaçı tərəfindən formalaşdırılmayıb. Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından da görünür ki, əmlak İddiaçı mülkiyyətindədir və hüquqi şəxsin nizamnamə kapitalına qoyulmayıb. Avadanlıqlar İddiaçı adına göndəriləndə tərəflər arasında heç bir müqavilə imzalanmamışdır. Tərəflər arasında sadəcə birgə fəaliyyət haqqında müqavilə var. Dəzgahların kim tərəfindən göndərilməsi Cavabdeh öz istəyidir və tərəflər arasında bağlanmış biznes-plana uyğun olaraq göndərilmişdir. Tərəf qeyd edir ki, bu dəzgahlar Cavabdeh adından göndərilməli idi, o zaman sual yaranır ki, bu dəzgahlar sizə göndərilməmişdirsə, siz onları niyə qəbul edirdiniz. Eyni zamanda məhkəməyə təqdim edilmiş səs yazısı ilə bağlı bildirdi ki, səs yazıları Cavabdeh nümayəndəsi Sənan Ərəbovun səs yazılarıdır. Bu səs yazısından da məlum olur ki, dəzgahlar kimə məxsusdur. Əmlakın qiyməti tərəflər arasında bağlanmış müqavilələrdə öz əksini tapmışdır. İş üzrə kifayət qədər hazırlıq iclası keçirilmiş, kifayət qədər sübutlar təqdim edilmiş, kifayət qədər izahatlar verilmişdir. İddianı qəbul etmirlər. İddianın verilməsi üçün heç bir hüquqi əsas yoxdur və iddianın qaldırılması əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 hazırkı məhkəmə iclası ilə bağlı məhkəməyə elektron qaydada ərizə göndərərək, başqa məhkəmənin icraatında olan işlə bağlı iştirakı zəruri olduğundan üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmiyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış və tərəflər arasında imzalanmış 01 mart 2017-ci il tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilədən görünür ki, tərəflər mülkiyyət, istifadə, icarə, sahibkarlıq fəaliyyətindən irəli gələn mənfəət əldə etmək məqsədlərinə çatmaq və bununla əlaqədar başqa zəruri sahələrdə əməkdaşlıq etmək yolu ilə birgə faydalanmaq məqsədilə və məhsuldar fəaliyyət göstərmək üçün birgə fəaliyyət qərarına gəlmişlər. Tərəflər birgə fəaliyyət göstərməklə birlikdə mənfəət əldə etmək məqsədi ilə "xxxx" MMC adlı hüquqi şəxs təsis edib, dövlət qeydiyyatından keçirməklə, həmin hüquqi şəxsi idarə etmək üçün öz qüvvələrini birləşdirməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan İddiaçı ilə “X3 X1 sanaye və Ticaret LTD” Şirkəti arasında bağlanmış və tərəflər arasında imzalanmış 30 mart 2017-ci il tarixli 1 nömrəli müqavilədən görünür ki, tərəflər ünvan 2 ünvanında yerləşən ərazidə İddiaçı mülkiyyətində olan Əmlak Kompleksinin bazası əsasında birgə mebel istehsal sahəsi yaradılmasına dair razılaşmışlar. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən birinci təsisçi olaraq fərdi qaydada fəaliyyət göstərən sahibkar İddiaçı investisiya olaraq onun mülkiyyətində olan 1,844 ha torpaq sahəsində, ünvan 2 ünvanında yerləşən dəyəri ******* manat olan Əmlak Kompleksini investisiya olaraq qoymağı, ikinci təsisçi isə “X3 X1 sanaye və Ticaret LTD” Şirkəti isə ümumi dəyəri 650450 ABŞ dolları olan texnoloji avadanlığı (1 saylı əlavə) investisiya olaraq, mebel istehsal etmək məqsədi ilə yaradılmış həmin ünvanında yerləşən birgə mebel istehsal sahəsinə göndərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19 aprel 2017-ci il tarixli İN/İTS-53/2017 nömrəli “İnvestisiya təşviqi sənədi”ndən və xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS- 549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlərdən görünür ki, İddiaçı ünvan 3 ünvanında mebel istehsalı sahəsində investisiyaya görə avadanlıqların və qurğuların ölkəyə idxalı ilə əlaqədar vergi və gömrük güzəştlərindən istifadə hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, X4 X1 Sanaye və Ticarət LTD Şirkəti tərəfindən göndərilmiş iddia tələbində qeyd olunan avadanlıqlar İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Cavabdeh və İddiaçı tərəfindən imzalanmış 15 sentyabr 2017-ci il tarixli təhvil aktından görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında Gəncə şəhəri, Kəpəz rayonu, X6 küçəsi 72 ünvanında yerləşən birinci təsisçinin mülkiyyətində olan ümumi 17883 ha torpaq sahəsinin 1.24 ha hissəsi və həmin hissənin üzərində yerləşən ümumi sahəsi 2136 kv.m olan qeyri-yaşayış binası(anbar binası) "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC və Cavabdeh tərəfindən imzalanmış təhvil aktının əlavəsindən görünür ki, 1 mart 2017-ci il tarixli birgə (ortqalıq) fəaliyyəti haqqında müqavilənin icrası ilə əlaqədar olaraq, cavabdeh 3 ədəd kəsən və doğrayan dəzgah, 6 ədəd boya pompası, 6 ədəd toz tutan aparat, 1 ədəd cilalayıcı dəzgah, 1 ədəd hava kompressoru, 150 ədəd konveer-L 300, 2 ədəd fiqur açan dəzgah, 1 ədəd düz kənar bantlama dəzgahı, 1 ədəd Uİ boya dəzgahı, 1 ədəd fincanlı figur açan CNC dəzgah, 1 ədəd avtomatik son qat boya vuran dəzgah, 1 ədəd çoxlu deşik açan dəzgah, 1 ədəd əyri kənar bantlama dəzgahı, 1 ədəd çoxsaylı panel kəsmə dəzgahı, 1 ədəd frezer dəzgahı, 1 ədəd yatar dairə makinası, 3 ədəd serit testere makinası, 1 ədəd serit sileme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd zivana delik delme makinası, 1 ədəd dörtləmə makinası, 1 ədəd ahşap kofya makinası, 1 ədəd balon zimparası, 1ədəd ahşap freze makinası, 1 ədəd deg drive küçük balon zimpara makinası, 2 ədəd rulanya makinası, 1 ədəd menteşe delik delme makinası, 1 ədəd tek kafa delik delme makinası, 1 ədəd yatar dairə makinası, 1 ədəd freze yatar makinası, 2 ədəd kompressor, 2 ədəd manual transpalet, 1 ədəd manual tek kafa delik makinasını "xxxx" MMC Cavabdeh təhvil almışdır. İş materiallarına olan "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə nizamnamə kapitalı 2 200 000 manat olan "xxxx" MMC yaradılmışdır. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş Çıxarışdan görünür ki, "xxxx" MMC 12 dekabr 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalın 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının 02 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı azaldılaraq 100 (bir yüz) manat həcmində pul şəklində - İddiaçı – 50 manat, 50 pay pul şəklində, Cavabdeh 50 manat, 50 pay pul şəklində müəyyən edilmişdir. İş materiallarında olan Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi Çıxarışdan görünür ki, "xxxx" MMC 20 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının 50 faizi cavabdehə, 50 faizi isə iddiaçıya məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh cəmiyyətin nizamnamə kapitalına əlavə maya qoyuluşu barədə ərizəsi qəbul edilərək Cavabdeh məxsus 820.000 manat dəyərində dəzgah və avadanlıqlar cəmiyyətin nizamnamə kapitalına qoyulur, təsisçilərin nizamnamə kapitalındakı payları İddiaçı – 50 manat pul şəklində, 820 000.00 əmlak şəklində, 50 pay, Cavabdeh 50 manat pul şəklində, 820 000.00 əmlak şəklində, 50 pay müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 103 nömrəli Sərəncamından görünür ki, fərdi sahibkar İddiaçı verilmiş 19 aprel 2017-ci il tarixli İN/İTS-53/2017 nömrəli investisiya təşviqi sənədi və bu sənəd əsasında sahibkara təqdim olunmuş xx.xx.2017-ci il tarixli İN/TS-295/2017 nömrəli, xx.xx.2017-ci il tarixli İN/TS-329/2017, xx.xx.2017-ci il tarixli İN/TS-464/2017, xx.xx.2017-ci il tarixli İN/TS-549/2017, xx.xx.2017-ci il tarixli İN/TS-778/2017 nömrəli təsdiqedici sənədlər ləğv edilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinn xx.xx.2021-ci il tarixli e-2- 2(115)-99/2021 nömrəli qətnaməsi ilə 01 mart 2017-ci il tarixli “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı ilə “X3 X1 sanaye və Ticaret LTD” Şirkəti 30 mart 2017-ci il tarixli 1 nömrəli müqavilə bağlayaraq birgə mebel istehsal sahəsi yaradılmasına dair razılaşmaya gəlmişlər. Müqavilənin şərtlərinə əsasən İddiaçı ona məxsus əmlak kompleksini, şirkətin adından Cavabdeh isə mebel istehsalı avadanlıqlarını birgə fəaliyyət üçün ayırmalı və yaradılacaq hüquqi şəxsin nizamnamə kapitalını formalaşdırmalı və təşviq sənədi almalı idilər. Daha sonra tərəflər ortaq məqsədə gələrək birlikdə mebel istehsalı ilə məşğul olmaq və bundan mənfəət əldə etmək niyyəti ilə nizamnamə kapitalında bərabər paylarla "xxxx" MMC-ni təsis etmişlər. Tərəflər arasında bağlanmış “Birgə (ortaqlıq) fəaliyyət haqqında” müqavilədən göründüyü kimi göndərilmiş avadanlıqlar 2017-ci ilin dekabr ayında təsis edilmiş "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilmiş, 2020-ci ilin avqust ayında isə "xxxx" MMC-nin nizamnamə kapitalı azaldılaraq mebel istehsalı üçün olan həmin avadanlıqlar yeni yaradılmış "xxxx" MMC-nin nizamnamə kapitalına daxil edilməklə, həm də həmin MMC-nin istifadəsinə verilmişdir. İddiaçının tələb etdiyi avadanlıqlar tərəflərin bərabər paylara malik olduqları "xxxx" MMCnin qanuni istifadəsindədir. İddiaçının tələb etdiyi əmlaklar cavabdehin qanunsuz sahibliyində deyil, "xxxx" MMC-nin nizamnamə kapitalında olmaqla cəmiyyətin qanuni sahibliyində və istifadəsindədir və qeyd olunan əmlaklar "xxxx" MMC-nin nizamnamə kapitalına hazırki iş üzrə tərəflər olan təsisçilərin qərarı ilə keçmişdir. Eyni zamanda iddiaçı iddia tələbində gömrük bəyannamələrinə və təşviq sənədlərinə istinad edərək malın onun adına gəldiyini bildirsə də, əmlakların İddiaçı adına gəlməsi heç bir əsas vermir ki, İddiaçı onun mülkiyyətçisidir. İddiaçının həmin əmlakları alğı-satqı, dəyişdirmə, bağışlama və ya bu əmlakların özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə etdiyi məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Həmçinin iş materiallarında da müəyyən olunur ki, İddiaçı mebel layihəsi üzrə verilmiş icazələr-təşviq sənədi və bu sənəd əsasında sahibkara təqdim olunmuş təsdiqedici sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli 103 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-01362 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməməli, ödənilməli olan 710 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddia tələbi üzrə tələb olunan avadanlıqların ümümi dəyəri 820100 manat təşkil edir. İddia tələbi üzrə ödənilməli olan dövlət rüsum 1110 manatdır. İddiaçı isə 400 manat mediasiya xərcini ödəmişdir, dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduğundan tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad olduğuna görə 710 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilməsin. Ödənilməli olan 710 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-3/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-3/2025
05.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver