Məhkəmə qərarları › İş №e-2-2(115)-3040/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-3040/2025

26.12.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-3040/2025 26.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5431,64 manat məbləğində (o cümlədən, vergilər üzrə 3976,31 manat, faizlər üzrə 1455,33 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5406,42 manat məbləğində (o cümlədən, vergilər üzrə 3957,85 manat, faizlər üzrə 1448,57 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5339,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 3908,63 manat, faizlər üzrə 1430,56 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5445,05 manat məbləğində (o cümlədən, vergilər üzrə 3986,13 manat, faizlər üzrə 1458,92 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5278,84 manat məbləğində (o cümlədən, vergilər üzrə 3864,45 manat, faizlər üzrə 1414,39 manat) olmaqla, ümumilikdə 26901,14 manat məbləğində borcu yaranmışdır. Hüquqi şəxslər haqqında məlumata əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5431,64 manat məbləğində (o cümlədən, vergilər üzrə 3976,31 manat, faizlər üzrə 1455,33 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5406,42 manat məbləğində (o cümlədən, vergilər üzrə 3957,85 manat, faizlər üzrə 1448,57 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5339,19 manat məbləğində (o cümlədən, vergilər üzrə 3908,63 manat, faizlər üzrə 1430,56 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5445,05 manat məbləğində (o cümlədən, vergilər üzrə 3986,13 manat, faizlər üzrə 1458,92 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5278,84 manat məbləğində (o cümlədən, vergilər üzrə 3864,45 manat, faizlər üzrə 1414,39 manat) olmaqla, ümumilikdə 26901,14 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, maraqlı şəxs iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara vergi ödəyicisi olan hüquqi şəxslərin şəxsi hesab vərəqələri, bildirişlər, xəbərdarlıq və digər sənədlər daxildir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən iş üzrə maraqlı şəxs olan xx.xx.1986-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş üzrə Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə vəfat etsə də, ərizəçi tərəfindən məhkəməyə verilmiş ərizədə o, maraqlı şəxs kimi göstərilmişdir. Göründüyü kimi ərizəçi məhkəmədə ölmüş şəxsə qarşı ərizə verməklə, qanunvericliyin tələblərini pozmuşdur. Odur ki, iş üzrə Maraqlı şəxs ərizə məhkəməyə verilərkən ölmüş olduğundan həmin işə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qanunvericilikdə qeyd edilən halla bağlı hər hansı bir norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə öldüyündən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qəradaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar