Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-305/2025 17.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X5 qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1219 manat 18 qəpik əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 32 manat 20 qəpik pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2219 nömrəli alğı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən ona tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 1219 manat 18 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2021-ci il tarixli, 2219 nömrəli alğısatqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə olan qalıq borcu 1219 manat 18 qəpik təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh özü restoran işlədir və iddiaçıdan içki məhsulları satın almışdır. Malları təhvil alan şəxslər onun işçiləridir. Təhvil-təslim aktlarına uyğun olaraq cavabdehə elektron qaimələr göndərilmişdir. Təhvil-təslim aktlarının tarixləri ilə elektron qaimələrin tarixləri üst-üstə düşməyə bilər. Çünki sifariş gəldikdən sonra təhviltəslim aktı hazırlanır və mallar təhvil verildikdən sonra elektron qaimələr verilir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir, cavabdehlə xx.xx.2025-ci il tarixdə telefon vasitəsi ilə əlaqə saxlanılmış və cavabdeh səhhəti ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, həmçinin iddia tələbinə hər hansı bir etirazının olmadığını, borcu qəbul etdiyini və hər ay borcdan 100 manat ödəməyə imkanının çatdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2219 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı malları alıcıya satmağı, alıcı isə onu qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə miqdarda və assortimenttə alıcıya təhvil verəcək və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir. İş materiallarında olan tərəflərin imzaları ilə təsdiq olunmuş xx.xx.2021-ci il tarixli malların təhvil qəbul aktına əsasən 238 manat 80 qəpik, xx.xx.2021-ci il tarixli akta əsasən 413 manat 52 qəpik, xx.xx.2021-ci il tarixli akta əsasən 247 manat 80 qəpik, xx.xx.2021-ci il tarixli akta əsasən 127 manat 14 qəpik, xx.xx.2021-ci il tarixli akta əsasən 430 manat 32 qəpik, xx.xx.2021-ci il tarixli akta əsasən 200 manat 8 qəpik, xx.xx.2021-ci il tarixli akta əsasən 399 manat 88 qəpik məbləğində mal satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh verilməsi qeyd edilmişdir. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2021-ci ilk tarixli EBBM 107734 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2021-ci il tarixli akta əsasən 399 manat 89 qəpik məbləğində, xx.xx.2021-ci il tarixli EBBH 487570 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2021-ci il tarixli akta əsasən 247 manat 80 qəpik, xx.xx.2021-ci il tarixli EBBH 487568 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2021-ci il tarixli akta əsasən 413 manat 52 qəpik, xx.xx.2021-ci il tarixli EBBK 819773 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2021-ci il tarixli akta əsasən 200 manat 8 qəpik olmaqla, ümumilikdə 1262 manat 01 qəpik məbləğində malın təqdim edilməsi elektron qaimələrlə təsdiq edilir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh İddiaçı MMC-yə 1219 manat məbləğində əsas borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərərək müqavilədə göstərilən malları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malların dəyərini iddiaçıya ödəməmişdir. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş sənədindən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 32 manat 20 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1219 manat 18 qəpik məbləğində borc və ödənilmiş 32 manat 20 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tututlmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 1219 manat 18 qəpik məbləğində borc və ödənilmiş 32 manat 20 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-305/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-305/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver