Məhkəmə qərarları › İş №e-2-2(115)-31/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-31/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-31/2020 20.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı və vəkili X3, cavabdeh “Cavabdeh “İstehsalat Birliyinin nümayəndəsi X1iştirakıilə İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı “aktın ləğvi, borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1080,8 kv.metr olan qeyriyaşayış binası barədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın ləğv edilməsi, əsassız hesablanmış 2300 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçının nümayəndəsiX7 oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1080,8 kv.metr olan qeyri-yaşayış binasını icarəyə götürmüşdür, icarəyə götürdüyü müddətdə kommunal ödənişlərdə və avadanlıqlarda heç bir problem olmamışdır. Lakin heç bir səbəb olmadan sayğac sərfiyyatının keçməsi ilə bağlı cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin akta əsasən 2300 manat əlavə borc yazılmışdır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya məxsus obyektə əlavə cihazlar qoşulduğuna görə sərfiyyatın aşma halı aşkar edilmiş və nəticədə iddiaçıya 2300 manat miqdarında əlavə pul hesablanmışdır.Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi torpaq sahəsinin mülkiyyətçisi X2 tərəfindən İddiaçı icarəyə verilmişdir. xx xxxxxxx 2019-cu il tarixli, FM-01/08-710 saylı məktubdan görünür ki, ünvan 1 ünvanda yerləşən restonanın rəhbərliyinə debitor borc barədə xəbərdarlıq edilmişdir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktının surətindən görünür ki, qeyd edilən restoran kompleksinin 2695,50 manat debitor borcu müəyyən edilmiş və akta İddiaçı tərəfindən imzalanmasına etiraz edilmişdir. 2019-cu il üçün abonentin saldosundan görünür ki, restoran kompleksi-Ozan qaz sərfiyyatına görə 1233 manat borc yaranmışdır. Məhkəmə iddia tələbini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi qeyd edilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi hazırki iş üzrə İddiaçı mülkiyyətində olmamış, obyekt sonuncuya icarə müqaviləsi əsasında icarəyə verilmişdir.Elektrik enerjisindən istifadə ilə bağlı müqavilə münasibətləri hazırki iş üzrə iddiaçı ilə elektrik enerjisinin təchizatını həyata keçirən təşkilat arasında mövcud olmamışdır. Ona görə mübahisə predmetinə aid borcu mübahisələndirmək hüququ İddiaçı məxsus deyildir. Belə olan halda iddiaçının hazırki tələb üzrə subyektiv hüquqları istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektif hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı icarəyə götürdüyü ünvan 1 ünvandayerləşən ümumi sahəsi 1080,8 kv.metr olan qeyri-yaşayış binası abrədə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın ləğv edilməsi, əsassız hesablanmış 2300 manat borc məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar