Məhkəmə qərarları › İş №e-2-2(115)-312/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-312/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-312/2020 29.07.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət X2 X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət X2 X3 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət X4 X3 və Ağstafa rayonu, Vurğun ŞTQ yerləşən Cavabdeh MMC ilə xx xxxxxx 2019-cu il tarixdə açıq məkanda reklam yerləşdirilməsinə dair M********** qeydiyyat nömrəli icazə müqaviləsinə əsasən öhdəliyin yerinə yetirilməməsinə görə xx xxxxxx 2020ci il tarixə yaranmış 531 manat borc qalığını cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Azərbaycan Respublikası Dövlət X2 X3 məhkəməyə ərizə göndərərək, Cavabdeh MMC tərəfindən iddia ərizəsində göstərilən borc qalığının xx xxx 2020-ci il tarixdə ödənildiyini, ona görə də, iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC həmçinin məhkəməyə ərizə göndərərək, iddiaçının hesabına 531 manat məbləğində ödəniş etdiklərini nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Beləki, Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261, 261.0.4, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət X2 X1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim RəşadMəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar