Məhkəmə qərarları › İş №e-2-2(115)-321/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-321/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-321/2022 16.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması” tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 03.12.2021-ci il tarixə qeyd olunan borc məbləğindən müvafiq fonda 8200 manat (o cümlədən əsas borcu 3794 manat 75 qəpik, faiz 4405 manat 25 qəpik və maliyyə sanksiyası 0 manat) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9200 manat məbləğində (qiyməti 5200 manat olan 1 ədəd ili 1983-cü il ** AC *** nömrəli İKARUS-256 avtobus, qiyməti 2000 manat olan 1 ədəd ili 1984-cü il ** AC *** nömrəli PAZ-672M avtobus və qiyməti 2000 manat olan 1 ədəd ili 1984-cü il ** AC *** nömrəli KAVZ-3274 avtobus) siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 03.12.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi 03/12/2021 tarixə yaranan 10365,41 manat borcuna görə 9200 manat məbləğində (qiyməti 5200 manat olan 1 ədəd ili 1983-cü il 20AC305 nömrəli İKARUS-256 avtobus, qiyməti 2000 manat olan 1 ədəd ili 1984-cü il 20AC497 nömrəli PAZ-672M avtobus və qiyməti 2000 manat olan 1 ədəd ili 1984-cü il 20AC388 nömrəli KAVZ-3274 avtobus) əmlakı siyahıya alınmış və bu barədə 08.12.2021-ci il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 13/12/2021 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 03.12.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən müvafiq fonda 8200 manat (o cümlədən əsas borcu 3794.75 manat, faiz 4405.25 manat və maliyyə sanksiyası 0 manat) ödənilməmiş borcu qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair e-2-2(115)-321/2022 nömrəli iş üzrə iddia ərizisininin “xahiş etdim” hissəsindəki “ixtisaslaşdırılmış açıq hərracda” sözlərinin “hərrac vasitəsilə” sözləri kimi nəzərə alınmasını və cavabdehin 16.05.2022-ci il tarixə qeyd olunan borc məbləğindən müvafiq fonda 3302 manat 96 qəpik (o cümlədən əsas borcu 0.00 manat, faiz 3302.96 manat və maliyyə sanksiyası 0 manat) məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9200 manat məbləğində (qiyməti 5200 manat olan 1 ədəd ili 1983-cü il 20AC305 nömrəli İKARUS-256 avtobus, qiyməti 2000 manat olan 1 ədəd ili 1984-cü il 20AC497 nömrəli PAZ-672M avtobus və qiyməti 2000 manat olan 1 ədəd ili 1984-cü il 20AC388 nömrəli KAVZ-3274 avtobus) siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ödəniş olunduğundan ötrü tərəflərindən iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi verilmişdir və cavabdehin yalnız penya üzrə borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, həmin hüquqi şəxsin məcburi dövlət sosial sığorta haqları üzrə 3302 manat 96 qəpik faiz borcu vardır. İş materiallarına əlavə olunmuş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 03.12.2021-ci il tarixli **********6 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əmlaklarının siyahıya alınması qərara alınmış, siyahıya alınmanın həyata keçirilməsi dövlət vergi müfəttişinə həvalə olunmuşdur. 08.12.2021-ci il tarixli **********6 nömrəli protokolun məzmunundan görünür ki, dövlət vergi müfəttişi tərəfindən 03.12.2021-ci il tarixli qərara əsasən vergi ödəyicisinə məxsus ünvan 1 ünvanında qiyməti 5200 manat olan 1 ədəd ili 1983-cü il ** AC *** nömrəli İKARUS-256 avtobus, qiyməti 2000 manat olan 1 ədəd ili 1984-cü il ** AC *** nömrəli PAZ- 672M avtobus və qiyməti 2000 manat olan 1 ədəd ili 1984-cü il ** AC *** nömrəli KAVZ- 3274 avtobus siyahıya alınaraq bu barədə müvafiq protokol tərtib olunmuş, protokol vergi orqanının vəzifəli şəxsi, müşahidəçilər və vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmışdır. «Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında» 08.02.2021-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisinin rəhbəri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilərək siyahıya alınmış əmlaklar ona təhvil verilmişdir. 13.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, əmlakların siyahıya alındığı vaxtdan 30 gün müddətində cavabdeh tərəfindən dövlət büdcəsinə olan vergi borcu tam ödənilmədiyi təqdirdə həmin siyahıya alınmış əmlakların açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı vergi ödəyicisinə bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 16.05.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna 3302 manat 96 qəpik faiz borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16.05.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 3302 manat 96 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 2000 manat olan 1 ədəd “PAZ-672M” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı və qiyməti 2000 manat olan 1 ədəd “KAVZ-3274” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri açıq hərracda satılmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin dövlət sosial müdafiə fonduna ödənilməmiş 3302 manat 96 qəpik borcunun ödənilməsinin təmin edilməsi məqsədilə qiyməti 2000 manat olan 1 ədəd “PAZ-672M” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı və qiyməti 2000 manat olan 1 ədəd “KAVZ-3274” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hərrac vasitəsi ilə satılması borcun ödənilməsi üçün kifayət etdiyindən iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 53 manat 03 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16.05.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 3302 manat 96 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 2000 manat olan 1 ədəd “PAZ-672M” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı və qiyməti 2000 manat olan 1 ədəd “KAVZ-3274” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri açıq hərracda satılsın. İddianın qalan hissəsi təmin edilməsin. 53 manat 03 qəpik məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar