Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-324/2021 29.11.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu olaraq 139.826.33 manat, gecikdirilmiş vaxt üçün 6991,3 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 146847,63 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında dizel yanacağının alqısatqısına dair 12 mart 2019-cu il tarixli 18 nömrəli müqavilə bağlanmış, müqavilənin 4.1-ci bəndinə əsasən Cavabdeh MMC müqaviləyə uyğun olaraq alıcı İddiaçı MMC tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Tərəflər arasında 30 oktyabr 2019-cu il tarixdə “üzləşmə aktı imzalanmış, cavabdeh 132 973 litr yanacaq borcu olduğunu təsdiq etmiş, 2020-ci ilin ilk 11 ayı ərzində borclu olduğu həmin yanacağı iddiaçıya təhvil verəcəyini öhdəsinə götürmüşdür. İddiaçı məhkəməyə ərizə göndərərək koronavirusa yoluxma səbəbindən nümayəndənin iştirak edə bilməycəyini bildirmiş olsa da xəstəliyə yoluxmuş şəxsin iş üzrə səlahiyyətli olmasını və onun xəstə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İddiaçının nümayəndəsi X5 18.05.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə etmişdir. 18.05.2021-ci il tarixli məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş edərək məhkəmə iclasına gəlməmişdir. Həmin iclada məhkəmə ekspertizasının təin edilməsi ilə bağlı olaraq iş üzrə icraat dayandırılmışdır. Ekspert rəyi 25.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, elektron iş materiallarına əlavə edilmişdir. Tərəflərin məhkəmə iclasına gəlmədən ekspert rəyi ilə tanış olmaq imkanları yaradılmışdır. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh MMC-ni cavabdehə borcu olmamışdır. 30 oktyabr 2019-cu il tarixli üzləşmə aktını məcburiyyət qarşısında qalaraq imza etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş üzrə təqdim edilən 12 mart 2019-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki alıcı İddiaçı MMC, satıcı Cavabdeh MMC dizel yanacağının alqı-satqısı barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş 30 oktyabr 2019-сu il tarixli üzləşmə aktından görünür ki, 12.03.2019cu il tarixdən 30.10.2019-cu il tarixədək, 12 mart 2019-cu il tarixli, 18 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin 132 973 litr yanacaq borcu yaranmış, Cavabdeh MMC yaranmış yanacaq borcunun 132 973 litrini 2020-ci ilin 11 ayı ərzində İddiaçı MMC-yə verilməsini öz üzərinə götürmüşdür. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticəsi kimi təqdim edilən ekspert rəyində,12.03.2019-ci il tarixdən 07.03.2020-ci il tarixədək olan dövr ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malın (dizel yanacağının) dəyərinin 1 885 490,13 manat təşkil etdiyi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1 881 665,79 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla, İddiaçı MMC-nin Cavabdeh MMC-yə olan borcunun 3824,34 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunur ki, cavabdehin iddiaçı qarşısında ödənilməmiş yanacaq borcu yoxdur, əksinə olaraq iddiaçının cavabdehə 3824.34 manat pul borcu vardır. Məhkəmə 30 oktyabr 2019-сu il tarixli üzləşmə aktı ilə ekspert rəyinin sübuti qüvvəsini müqayisəli şəkildə dəyərlənirərək belə hesab edir ki, ekspert rəyində borcun mövcudluğuna qaimə fakturalar və digər hesabat sənədlərinə istinadən konkret rəqəmlərlə aydınlıq gətirilmişdir. Ekspert rəyi mənbəyi bəlli olan məlumatlara əsaslanmaqla daha dolğun məzmuna malikdir. Ona görə də daha artıq sübuti əhəmiyyət daşıyır. Üzləşmə aktının imza edilməsi tərəflər arasında olan münasibətlərə görə cavabdehin etirafedici hərəkəti kimi anlaşılan olsa da, hüquqi şəxsin rəhbəri məhkəmə iclasında borcu qəbul etməmiş və akta imzanı onun üçün məcburi olan şəraitə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, etirafedici hərəkət faktlara əsaslandıqda hüquqi nəticə yaratmış olur. İş üzrə ekspert rəyində borcun mövcudluğu təsdiqini tapmamışdır. İşin bu halı belə qənaətə gəlməyə əsas verir ki, həmin aktda borcun etiraf edilməsi şəxsin həqiqi niyyətinə uyğun olmamış, gerçəkliyi ehtiva etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 124.2-cü maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı cavabdehdən İddiaçı MMC-nin xeyrinə qabaqcadan ödənilmiş təhvil verilməyən yanacağın pulu 139.826.33 manat, gecikdirilmiş vaxt üçün 6991,3 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 146847,63 manat pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-324/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-324/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver