Məhkəmə qərarları › İş №e-2-2(115)-325/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-325/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-325/2025 21.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC-ə əsassız hesablanmış 37299 m3 qaz sərfiyatına görə 9324,75 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi (AMX-4069/19 nömrəli) bağlanmışdır. Tərəflər arasında bağlanmış 14 avqust 2024-cü il tarixli akt əsasında müəssisənin G-65 markalı, 75122098 zavod №-li sayğacı heç bir əsas olmadan çıxarılmışdır. Sayğac çıxarılarkən onun çıxarılma səbəbləri barədə nə onlara mulumat verilmiş, nə də ki, sayğacın laboratoriya göndərilməsi barədə məlumat verilmişdir. Bundan sonra cavabdeh 31 avqust 2024-cüil tarixdə sahə rəsinin və mühəndisin iştirakı 09 nömrəli akt tərtib edərək qeyd etmişlər ki, Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən X2 Mərkəzi MMC-nin G-65 markalı 75122098 zavod nömrəli qaz sayğacı xx.xx.2024-cü il tarixdə çıxarılıb dövlət yoxlamasına göndərilib. Bu səbəbdən xx.xx.2024-xx.xx.2024 tarixli ərzində (17 gün) qeydə alınmayan qaz sərfinin miqdarının hesablanması aşağıdakı kimi aparılacaqdır: Sayğac göstəricisi xx.xx.2024 tarixində götürülüb. 01.08-13.08 aralığında sayac sərfi 7049/13gün =542.23 sutqalıq sərfiyyat, 542.23 x 17 gün=9218 . Odur ki, X2 Mərkəzinin xx.xx.2024-xx.xx.2024 (nüg71) tarixi ərzində istifadə oluncaq 9218 yazılması məqsədə uyğun sayılır və hesablanacaq qazın miqdarı X2 Mərkəzi MMC tərəfindən tam olaraq ödənilməlidir. “Azərbaycan Metrologiya İnstitutu” PHŞ Kommunal Laboratorialar MMC-nin 001334 nömrəli, xx.xx.2024-cü il tarixli qüsur aktından məyyən olunur ki, G-65 markalı, rotor, 75122098 zavod №-li sayğacı batereyasında (EK-220) enerji azdır (13 ay) və sayğaca 1 qrup təmir edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, aktda abonentə sayğacın təmirindən iştirak etməsi barədə məlumat verildiyi göstərilmişdir. Lakin müəsssəyə sayğacın təmirindən iştirak edilməsi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra “Azərbaycan Metrologiya İnstitutu” PHŞ Kommunal Laboratorialar MMC-nin sayğacın bateriyasının dəyişməsi barərə ümumi 141.46 manat ödənilməsi xx.xx.2024-cü il tarixli hesab-fakturasına ferilmişdir. Təbii ki, hesab-faktura da müəssisəyə rəsmi göndərilməmişdir, həmin fakturanı müəssisə rəhbərliyinin təkidi ilə alınmışdır. Sayğacın bateriyasının dəyişməsi barərə ümumi 141.46 manat pulun xeyli müddət ödənilməsinə bağmayaraq batareyanın dəyişməsi və sayğacın yenidən quraşdırılması xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt əsasında həyata keçmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndələri qaz xəttinə plomb vuraraq qazın verilməsini dayandırmışdır. Beləliklə, cavabdeh tərəfinindən müəssisənin qaz sayğacsız axırıncı göstəricisini nəzərə almaqla gündəlik 542.23 sərfiyyat hesablamışdır. Avqust ayı ərzində 16267 sərfiyyat (4066.75 manat) hesablamaqla, noyabr ayının 1-dək, 48.801 (12.200,25 manat) sərfiyyat hesablanmışdır. Cavabdeh tərəfindən qaz sayğacının təmir olunması məqsədi ilə çıxarılması qanunsuz olmuşdur. Belə ki, qaz paylayıcısının sayğacın məhz müvsüm vaxtında çıxarılması və həmin sayğacın çıxarılması üçün hüquqi əsasın olmadığına gerə cavabdeh qərəzli olmuşdur. Bundan başqa, “Qazdan istifadə qaydaları”nın 5.4-ci bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda ,(ədküdlürütög) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Lakin cavabdeh sərfiyyatı əvvəlki ayın orta gündəlik sərfinə uyğun yox, həmin ayın orta gündəlik sərfinə uyğun hesablamışdır. Həmçinin müəssimiz fəaliyyətin müvsümə bağlı olduğundan müəssisənin sentyabr, oktyabr və dekabr aylarında qaz sərfiyyatı “0” olur. Cavabdeh qərəzli şəkildə sayğacə təmiri yubadaraq müəssisəyə sentyabr, oktyabr və noyabr ayları üçün qaz sərfiyyatı hesablamışdır. Qaz sərfiyyatının hesablanması əvvəlki illərin sərfiyyatın uyğun aparılmalıdır. Beləliklə 2024-cü ilin avqust ayının 17 günlük qaz sərfiyyatı ötən ayın sərfiyyatına uyğun, yəni iyul ayının 7234 qaz sərfiyyatının orta gündəlik sərfinə uyğun olmalı idi, yani 7234 / 31gün =233,35 , 233,35 x 17gün =3967 . Avqust ayının qaz sərfiyyatının 17 günü 3967 olmaqla, 13 günü isə 7049 olmaqla, cəmi avqust ayının sərfiyyatı 11.016 (2754 manat) təşkil edir. Cari ilin sentyabr və oktyabr ayları üzrə qaz sərfiyyatı ötən illərdə həmin ayların orta sərfiyyatına uyğun olaraq hesablanmalıdır. 2022-ci ilin sentyabr ayında qaz sərfiyyatı 164 m3 olmuşdur, 2023-cü ilin sentyabr ayında qaz sərfiyyatı 467 m3 olmuşdur. İki ilin sentyabr ayının orta aylıq sərfiyyatı 315.5 m3 olmuşdur (164m +467m =631m /2= 315.5m. 2022-ci ilin oktyabr ayında qaz sərfiyyatı 0, 2023-cü ilin oktyabr ayında isə -343 olmuşdur. İki ilin oktyabr ayının orta aylıq sərfiyyatı 171.5m olmuşdur (343 m +0 m =343 m /2= 171.5 m ). Cavabdeh tərəfindən avqust ayının 1-dən noyabr ayının 1-dək, hər aya 16267, cəmi 48.801m (12.200,25 manat) sərfiyyat hesablanmışdır. Hesablanmış sərfiyyatdan avqust ayı üçün 11.016 (2754 manat), senyabr ayı üçün 315.5 m və okyabr ayı üçün 171.5 m hesablanmalı olan sərfiyyatı çıxdıqda 37299 m (48.801m -11.016 -315.5 m -171.5m =37299 m ) sərfiyyat cavabdeh tərəfindən artıq hesablanmaşdır. Həmin sərfiyatı manatla hesabladıqda cavabdeh tərəfindən 9324,75 manat (37299 m x0.25) əsassız hesablanmış borc üzə çıxır.

İİ.Tərəflərin mövqeyi

3. İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər.

4. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Azəriqazın Nəsrəddin adlı işçisi sayğacın yoxlanılması məqsədi ilə sökülərək yoxlamaya göndərilməsini bildirmiş və 1 həftə sonra sayğacın geri qaytarılacağını demişdir. Üstündən xeyli müddət keçdikdən sonra bir neçə dəfə müraciət etmişdir ki, sayğacı qaytarsınlar, lakin sayğacın Bakıda olduğunu deyərək sayğacın nə vaxt qaytarılması barədə məlumat verə bilməyəcəklərini bildirdilər. Onların müəssisəsi sezonluq fəaliyyət göstərir. Avqust ayında 4066 manat qaz sərfiyyatı yazıblar. X1 Agentliyinə müraciət etdikdə mənə dedilər ki, qaz alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən sayğac onlardan aslı olmayan səbəbə görə sökülürsə, cari aya uyğun hesablanma aparılmalıdır. Yəni iyul ayında olan sərfiyyatla hesablanmalıdır. İyul ayındakı sərfiyyatla avqust ayınınkının eyni götürülməyini istəyirlər, sentyabr, oktyabr ayında ümumiyyətlə sərfiyyat olmayıb. 20 noyabr tarixdə sayğac yenidən gətirilib. Sezonla bağlı, yəni hansı aylarda müəssisənin işləməsi barədə əsasnamədə heç bir müddəa yoxdur. Ancaq saldodan da görünür ki, əvvəlki illərdə də həmin aylarda qaz sərfiyyatı olmayıb. Onların fəaliyyəti iyul, avqust aylarında olur. Sayğacın çıxarılma səbəbi kimi onu dedilər ki, dövlət orqanlarında 3 ildən bir yoxlama olur. Ona görə sayğacı söküb apardılar. 1 həftə vaxt desələr də uzun müddət sonra gətirdilər.

6. X1 Agentliyinin mütəxəssisi X3 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirdi ki, iş üzrə materiallara əsasən sözügedən obyektdə quraşdırılan G-65 markalı 75122098 nömrəli qaz sayğacı xx.xx.2024-cü il tarixdə növbəti dövlət yoxlamasından keçirilməsi məqsədi ilə qaz xətti üzərindən çıxarılmış və təbii qazın verilişi dəmir ötürücü vasitəsi ilə həyata keçirilmişdir. Həmçinin, sayğac olmadığı dövr üçün obyektdə verilən təbii qazın hesabatı sayğacın qaz xətti üzərində olduğu müddətdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 13 gün ərzində qeydə almış 7049 m3 sərfiyyata uyğun olaraq 24 saat üçün 542,23 m3 təşkil etdiyi, ayın qalan 17 günü üçün isə 542,23 m3 x 17 gün=9218 m3, cəmi 16267 m3 (4066,75 manat) hesabat aparılaraq abonent koduna daxil edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 5.4-cü bəndinə əsasən Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Yuxarıda qeyd olunanlara əsasən və əvvəlki ayın orta gündəlik sərfininin 233,36 m3 olduğunu nəzərə alaraq qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyərinin hesablanması 233.36 kub metr 17 gün üçün 3967.12 kub metr olaraq, 3967.12 kub metr sərfiyyatı da 0.25 manatla hesablananda 991.78 manat sərfiyyat götürülür.

II. Sübutların tədqiqi

7. Cavabdeh İB ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX- 4069/19 nömrəli qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

8. 14 avqust 2024-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, G-65 markalı 75122098 nömrəli sayğac xəttən açılaraq qaz təchizatı dəmir ötürücü ilə bərpa edilmişdir.

9. 20 noyabr 2024-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, G-65 markalı 75122098 nömrəli sayğac xəttin üzərində öz yerinə quraşdırlmışdır.

10. 05 sentyabr 2024-cü il tarixli hesab fakturadan görünür ki, İddiaçı MMC-yə 29/24803 kod üzrə xx.xx.2024-xx.xx.2024 tarixlərdə cəmi 4066,75 manat borc hesabalanmışdır.

11. 24 oktyabr 2024-cü il tarixli 001334 №-li aktdan görünür ki, G-65 markalı 75122098 nömrəli sayğacın batareyası (EK-200) sıradan çıxmış və yenisi ilə əvəz edilmişdir.

12. 31 avqust 2024-cü il tarixli 09 nömrəli aktdan görünür ki, Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən X2 Mərkəzi MMC-nin G-65 markalı 75122098 zavod nömrəli qaz sayğacı xx.xx.2024-cü il tarixdə çıxarılıb dövlət yoxlamasına göndərilib. Bu səbəbdəndən 14.08.24-31.08.24 tarixi ərzində (17 gün) qeydə alınmayan qaz sərfinin miqdarının hesablanması aşağdakı kimi aparılmışdır: Sayğac göstəricisi 01.08.24 tarixində götürülüb. 01.08-13.08 aralığında sayğac sərfi 7049 m3/13gün =542.23 m3 sutqalıq sərfiyyat, 542.23 m3 X 17 gün = 9218 m3 . Odur ki, X2 Mərkəzinin 15.08.24-31.08.24(17 gün) tarixi ərzində istifadə olunacaq 9218 m3 yazılması məqsədə uyğun sayılmış və hesablanacaq qazın miqdarının X2 Mərkəzi MMC tərəfindən tam olaraq ödənilməsi qeyd edilmişdir.

13. İddiaçı MMC-yə məxsus abonent kodu **********00020 olan saldodan görünür ki, 08/2024-cü il tarixə akt əsasında 4066,75 manat borc qeyd edilmişdir.

14. 30.11.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İB-nə 9324,75 manat borcun silinməsi barədə xəbərdarlıq edilmişdir.

15. 10.03.2025-ci il tarixli mütəxəssi rəyindən görünür ki, iş üzrə materiallara əsasən sözügedən obyektdə quraşdırılan G-65 markalı 75122098 nömrəli qaz sayğacı xx.xx.2024-cü il tarixdə növbəti dövlət yoxlamasından keçirilməsi məqsədi ilə qaz xətti üzərindən çıxarılmış və təbii qazın verilişi dəmir ötürücü vasitəsi ilə həyata keçirilmişdir. Həmçinin, sayğac olmadığı dövr üçün obyektdə verilən təbii qazın hesabatı sayğacın qaz xətti üzərində olduğu müddətdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 13 gün ərzində qeydə almış 7049 m3 sərfiyyata uyğun olaraq 24 saat üçün 542,23 m3 təşkil etdiyi, ayın qalan 17 günü üçün isə 542,23 m3 x 17 gün=9218 m3, cəmi 16267 m3 (4066,75 manat) hesabat aparılaraq abonent koduna daxil edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 5.4-cü bəndinə əsasən Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Yuxarıda qeyd olunanlara əsasən və əvvəlki ayın orta gündəlik sərfininin 233,36 m3 olduğunu nəzərə alaraq qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyərinin hesablanması 233.36 kub metr 17 gün üçün 3967.12 kub metr olaraq, 3967.12 kub metr sərfiyyatı da 0.25 manatla hesablananda 991.78 manat sərfiyyat götürülür.

III. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu

2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”

1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

IV. Məhkəmənin mövqeyi

a) Borcun silinməsi tələbi ilə bağlı

19. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçıya məxsus sayğac 14 avqust 2024-cü il tarixində xətdən çıxarılmış və 20 noyabr 2024-cü il tarixdə sayğac yenidən quraşdırılmışdır. İş materiallarından görünür ki, G-65 markalı 75122098 nömrəli qaz sayğacı xx.xx.2024-cü il tarixdə növbəti dövlət yoxlamasından keçirilməsi məqsədi ilə qaz xətti üzərindən çıxarılmış və təbii qazın verilişi dəmir ötürücü vasitəsi ilə həyata keçirilmişdir. Həmçinin, sayğac olmadığı dövr üçün obyektdə verilən təbii qazın hesabatı sayğacın qaz xətti üzərində olduğu müddətdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 13 gün ərzində qeydə almış 7049 m3 sərfiyyata uyğun olaraq 24 saat üçün 542,23 m3 təşkil etdiyi, ayın qalan 17 günü üçün isə 542,23 m3 x 17 gün=9218 m3, cəmi 16267 m3 (4066,75 manat) hesabat aparılaraq abonent koduna daxil edilmişdir.

20. Məhkəmə tərəfindən işin obyektiv araşdırılması məqsədilə iddiaçının nümayəndəsinin vəsatətinə əsasən X1 Agentliyinin mütəxəssisi məhkəmə iclasına dəvət olunmuş və mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əsasən əvvəlki ayın orta gündəlik sərfininin 233,36 m3 olduğunu nəzərə alaraq qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyərinin hesablanması 233.36 kub metr 17 gün üçün 3967.12 kub metr olaraq, 3967.12 kub metr sərfiyyatı da 0.25 manatla hesablananda 991.78 manat sərfiyyat götürüldüyü qeyd olunmuşdur.

21. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tərtib olunmuş 14 avqust 2024-cü il tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt mahiyyət etibarilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmayan yoxlama aktı deyil, çünki cavabdeh tərəfindən tərtib edilmiş akt nə sayğaca müdaxilə, nə də ki qanunsuz istifadə halı ilə bağlıdır. Qaydaların 4.9 və 5.4-cü bəndlərinin (bax § 16) məzmunundan aydın olur ki, qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır.

22. Beləliklə, Qaydaların tələblərinə əsasən, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə istehlakçının sərf etdiyi qazın həcmi və dəyəri müvafiq qaydada hesablanmalıdır. Yəni, sözügedən dövr üzrə Qaydaların tələblərinə uyğun şəkildə hesablanmış borcun tələb edilməsi qaz paylayıcı müəssisənin haqqıdır. Ona görə də bu səbəbdən tərtib edilmiş aktın yoxlama aktı, yəni istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt kimi qiymətləndirilməsi düzgün deyildir. Əks yanaşma, istehlakçının müvafiq dövrdə faktiki sərf etdiyi qazdan əvəzsiz yararlanaraq əsassız varlanmasına, bu səbəbdən də qaz təchizatçısına zərər dəyməsinə səbəb ola bilər.

23. Hazırkı halda da yuxarıda qeyd olunduğu kimi, borcun bir hissəsinin iddiaçı tərəfindən məhz qaz sayğacının olmadığı müddət (xx.xx.2024-xx.xx.2024) üzrə hesablandığı görünür.

24. Belə olan halda, məhkəmə hesab edir ki, həmin borcun düzgün, yəni Qaydaların tələblərinə uyğun şəkildə hesablanıb-hesablanmadığına qiymət verilməli, düzgün hesablanmadığı təqdirdə isə, məhkəmə həmin borcu (özü və ya ekspert rəyi ilə) Qaydalara uyğun olaraq müəyyən etməlidir.

25. Hazırki halda məhkəmə həmin borcu Qaydalara uyğun olaraq mütəxəssis rəyinə əsasən özü müəyyən edərək qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

26. Qeyd olunan Qaydalara əsasən hesablama aparan məhkəmə qeyd edir ki, sayğac xx.xx.2024-cü il tarixdə çıxarılmış və xx.xx.2024-cü il tarixdə yenidən quraşdırılmışdır. Mütəxəssis rəyinə əsasən əvvəlki ayın orta gündəlik sərfininin 233,36 m3 olduğunu nəzərə alaraq qaz sayğacının olmadığı müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, ümumilikdə 98 gün üçün istifadə edilmiş qazın dəyərinin hesablanması - 233,36 m3 x 98 gün = 22869,28 m3, 22869,28 m3 x 0,25 manat = 5717,32 manat kimi olmalıdır.

27. Lakin Cavabdeh İB tərəfindən günlük qaz sərfi əsassız olaraq 542,23 m3 götürüldüyündən və belə olan halda iddiaçının abonent koduna 542,23 m3 x 98 gün = 53138,54 m3, 53138,54 m3 x 0,25 manat = 13284,63 manat borc hesablandığından, məhkəmə həmin məbləğdən iddiaçıya yazılmalı olan borc məbləğini çıxdıqdan sonra qalıq qalan məbləği silinməli olan borc kimi müəyyən edir. Yəni, 13284,63 manat - 5717,32 manat = 7567,31 manat.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 7567,31 manat borcun silinməsi hissəsində əsaslıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

29. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 113,25 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95,67 manat pul cavabdeh Azəriqaz” İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 17,58 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-nə hesablanmış 7567,31 manat pul onun abonent hesabından (abonent kodu: **********00020) silinməli, iddia qalan hissədə rədd edilməlidir.

34. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçınə hesablanmış 7567,31 (yeddi min beş yüz altmış yeddi manat otuz bir qəpik) pul onun abonent hesabından (abonent kodu: **********00020) silinsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95,67 (doxsan beş manat altmış yeddi qəpik) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 17,58 (on yeddi manat əlli səkkiz qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar