Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-333/2022 06.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 08.09.2021-ci il tarixə qeyd olunan borc məbləğindən müvafiq fonda 11701 manat 68 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ümumilikdə 12850 manat məbləğində siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 08.09.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi 08.09.2021-ci il tarixə yaranan 14814 manat 22 qəpik borcuna görə 12850 manat məbləğində (qiyməti 11000 manat olan 1 ədəd Lexus LS430 markalı ** AA *** DQN-li 2003-cü il avtonəqliyyat, qiyməti 750 manat olan Elit markalı 100 kv metrlik kondisioner, qiyməti 300 manat olan Elit markalı 50 kv metrlik kondisioner və qiyməti 50 manat olan 1 ədəd televizor) əmlakı siyahıya alınmış və bu barədə 25.10.2021-ci il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 28.10.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 08.09.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən müvafiq fonda 11701 manat 68 qəpik (o cümlədən əsas borcu 10763 manat 56 qəpik, faiz borcu 938 manat 12 qəpik) ödənilməmiş borcu qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 08.09.2021-ci il tarixə qeyd olunan borc məbləğindən müvafiq fonda 11701 manat 68 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ümumilikdə 12850 manat məbləğində siyahıya alınmış əmlakların hərrac vasitəsi ilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, məlum olduğu kimi, sosial sığorta haqları yığımlarının təmin edilməsi 2019-cu ildən etibarən Dövlət Vergi Xidmətinə həvalə edilmiş və cavabdehin 01.10.2018-ci il tarixə 14205 manat 60 qəpik borcu mövcud olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021-2022-ci illərdə 27.10.2021-ci il tarixdə 379 manat, 29.11.2021-ci il tarixdə 570 manat, 30.12.2021-ci il tarixdə 198 manat, 31.01.2022-ci il tarixdə 200 manat və 03.03.2022-ci il tarixdə 265 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Qeyd edilən ödənişlər Vergi Məcəlləsinin 88.2-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci ilin 4-cü, 3-cü və 2-ci rübləri üzrə məcburi dövlət sosial sığorta haqları bəyannəmələrinə əsasən yaranmış borclara silinmişdir. Hazırda cavabdehin dövlət sosial müdafiə fonduna borcu 14796 manat təşkil edir. Ona görə də, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, dövlət sosial müdafiə fonduna olan borc pandemiya ilə əlaqədar yaranmışdır. Borcu etiraf edirlər və hissə-hissə ödənilməsinə çalışacaqlar. Belə vəziyyətdə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Əmlakının siyahıya alınması haqqında” 25.10.2021-ci il tarixli, **********6 saylı protokoldan və “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi barədə” 02.10.2021-ci il tarixli aktdan görünür ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisi olan Cavabdeh qiyməti 11000 manat olan 1 ədəd “Lexus S430” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil, qiyməti 750 manat olan 1 ədəd “Elite” markalı 100 kvadrat metrlik kondisioner, qiyməti 300 manat olan 1 ədəd “Elite” markalı 50 kvadrat metrlik kondisioner və qiyməti 50 manat olan 1 ədəd “Efiniti” markalı televizor Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi müfəttişi tərəfindən siyahıya alınmaqla borclu Cavabdeh məsul saxlancına verilmişdir. 28.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, dövlət sosial müdafiə fonduna yaranmış vergi borcunun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə siyahıya alınmış əmlakların satılması üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi olan Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 16.03.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 14795 manat 71 qəpik borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi, vergi ödəyicisi olan Cavabdeh dövlət sosial müdafiə fonduna olan 11701 manat 68 qəpik məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət sosial müdafiə fonduna ödənilməmiş 11701 manat 68 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 11000 manat olan 1 ədəd “Lexus S430” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil, qiyməti 750 manat olan 1 ədəd “Elite” markalı 100 kvadrat metrlik kondisioner, qiyməti 300 manat olan 1 ədəd “Elite” markalı 50 kvadrat metrlik kondisioner və qiyməti 50 manat olan 1 ədəd “Efiniti” markalı televizor açıq hərracda satılmalıdır. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 125 manat 10 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 08.09.2021-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 11701 manat 68 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 11000 manat olan 1 ədəd “Lexus S430” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil, qiyməti 750 manat olan 1 ədəd “Elite” markalı 100 kvadrat metrlik kondisioner, qiyməti 300 manat olan 1 ədəd “Elite” markalı 50 kvadrat metrlik kondisioner və qiyməti 50 manat olan 1 ədəd “Efiniti” markalı televizor açıq hərracda satılsın. 125 manat 10 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-333/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-333/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver