Məhkəmə qərarları › İş №e-2-2(115)-336/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-336/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-336/2025 23.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 227 ədəd vitrinin alınıb ona verilməsi, 17413,80 manat borc pulun, ödənilmiş dövlət rüsumu olaraq 143 manat olmaqla cəmi 17556,80 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020ci tarixli GT/2020/01/25 saylı distribütorluq müqaviləsinə əsasən ona Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında “ÇİT-A-ÇİT” (20 qr., 80 qr., 100 qr., duzlu 80 q., və s.) qovrulmuş günəbaxan tumlarının satışı ilə bağlı xx.xx.2020-ci tarixli 03 saylı akta, xx.xx.2020-ci tarixli V-65 saylı qaiməyə, V-50 saylı qaiməyə, V-44 saylı qaiməyə, V-73 saylı qaiməyə əsasən cəmi 227 ədəd (5 rəfli) vitrinlər təqdim edilmişdir. O cümlədən cavahdehin xx.xx.2020-ci il tarixli GT/2020/01/25 saylı Distribütorluq müqaviləsinə əsasən xx.xx.2020 tarixli mühasibatlıq Dövlət rüsumunun ödənilməsi haqqında məlumat hesablamasına əsasən 17413.80 AZN (on yeddi min dörd yüz on üç manat səksən qəpik) borcu yaranmışdır ki, cavabdeh hazırda həmin borcu və 227 ədəd vitrinləri qaytarmadığından mən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Cavabdehlə aramızda bağlanmış xx.xx.2020 tarixli GT/2020/01/25 saylı distribütorluq müqaviləsinin 1.2-ci bəndinə əsasən distribütor müqavilədə göstərilmiş Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonlarında “ÇİT-A-ÇİT” (20 qr., 80 qr., 100 qr., duzlu 80 q., və s.) qovrulmuş günəbaxan tumlarının illik satış hədəfi 12000 qutu olmaqla təşkil etməlidir. Həmin müqavilənin 2.1, 2.3, 3.2.9-cu bəndlərinə əsasən cavabdeh malın satışını təmin etməklə ayın sonuna öz borcunu sıfırlamalı, ümumiyyətlə cavabdeh borc öhdəliyini xx.xx.2020-ci il tarixinə qədər tam icra etməlidir. Həmin müqavilənin 3.2.11 bəndinə əsasən cavabdeh bu müqavilənin 3.1.9 bəndinə əsasən istehsalçıdan aldığı vitrinləri təhvil götürməklə paylayır və həmin vitrinlərin vəziyyətinə nəzarət edir, əgər vitrinlərdə hər hansı zərəri müəyyən edərsə həmin zərəri alıcılardan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 6-cı maddəsinə əsasən tərəflər arasında malın qəbulu, onun satışı aylıq dövriyyəsi üzrə malın qalığı və borc məbləği müqavilə tərəflərinin iştirakı ilə üzləşmə aktına və qaiməyə əsasən hesablanmaqla haqq-hesablaşma aparılır. Bu iddia ərizəsinə əlavə edilmiş qaimə-faktura və aktdan, cavabdehin göndərdiyi pul ödənişlərinə əsasən mühasibatlıq sənədlərindən məlum olur ki, cavabdehin ona 17413,80 manat pul borcu və cavabdeh tərəfindən 227 ədəd qaytarılmayan vitrinlər vardır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək Cavabdeh 17413,80 manat borc pul, 222 ədəd qaytarılmayan vitrinlərin pulu olaraq 6216 manat, ödənilmiş dövlət rüsumu olaraq 161 manat olmaqla cəmi 23790,80 manat pulun tutularaq onun xeyirinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Belə ki, iddia ərizəsində bildirilir ki, xx.xx.2020-ci ildə distrübütorluq müqaviləsinə əsasən günəbaxan tumlarının satışı ilə bağlı mühasibatlıq hesablaşmalarına əsasən 17413,8 manat borcu yaranmış və 227 ədəd vitrinləri qaytarmamışdır. Onun iddiaçı heç bir məbləğdə borcu yoxdur. Vitrinləri də qaytarmışdır. Ona qarşı qərəzli olaraq 5 ilə yaxın vaxt keçdikdən sonra məhkəmədə iddia qaldırılmışdır. Ona görə də İddiaçı ona qarşı pul tələbinə dair iddiasının müddətin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinə verdiyi iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixində icraata götürüldükdən sonra həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardad ilə məhkəmə aidiyyatının müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərilmiş, sonra Ali Məhkəməsinin qərarı xx.xx.2022-ci il tarixli məktubu ilə Gəncə Kommersiya Məhkəməsinə geri göndərilmiş və iş üzrə iddia ərizəsi üzrə icraat xx.xx.2022-ci il tarixində yenidən başlamışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Səbəb mediasiya haqqında sənədin olmaması göstərilmişdir. Lakin sonradan tərəfindən aparılan araşdırma zamanı mediasiya sənədinin xx.xx.2022-ci il tarixində alındığı, naməlum səbəblərdən ünvanına gəlib çatmadığı məlum olmuşdur. O iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə qanunvericilikdə mediasiya tələbi götürüldükdən sonra xx.xx.2024-cü il tarixində müraciət etdikdən sonra həmin məhkəmə tərəfindən ona ümumi qaydada yenidən məhkəməyə müraciət edə biləcəyi barədə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Cavabdehin ona vitrinləri qaytarması ilə bağlı dediyi iddia da əsassızdır. Çünki cavabdeh xx.xx.2020-ci il tarixində vitrinləri aktla təhvil aldıqdan sonra xx.xx.2020-ci il tarixində müvafiq qaiməyə imza çəkərək vitrin qalığının 222 ədəd olduğunu təsdiq etmişdir. Ərizəsində göstərdiyi xüsusatları nəzərə alıb cavabdehin xx.xx.2025-ci tarixli ərizəsinin rədd edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, onlar “Çıt-A-Çıt” günəbaxan tumlarının satışı ilə məşğul olarkən Bərdə, Tərtər və Ağdam rayonları üçün Cavabdeh ilə 1 il müddətinə distribütor müqaviləsi bağlamışlar. Cavabdeh məhsullarını təqdim etmişlər. Qeyd edilən ərazilərdən malların yığlması, vitrinlərin yığılması, pulların ödənilməsi cavabdehin öhdəliyində olmuşdur. Cavabdeh qeyd etdiyi regionlarda satış edib pulları onlara verməli, əldə edilən gəlirin 10 faizi isə ona ödənilməli idi. Malları satdıqdan sonra pulları hissə-hissə onlara ödəməli idi. Müqavilənin şərtlərinə əsasən hər dəfə mal təhvil alanda ödəniş etməli idi. Onlar pul ödənilmədiyi üçün mal verməyi dayandırmışlar. 2020-ci ilin iyul ayından sonra müəyyən qədər ödəniş etmişdir, öhdəlik götürsə də 2020-ci ilin dekabr ayına qədər borcunu ödəyib bitirməmişdir. Vitrinlər mağazalarda tumların düzülməsi üçün istifadə edilmişdir. İddia tələbinə əvvəlcə Gəncə Kommersiya məhkəməsində baxılmışdır, daha sonra məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Ali Məhkəməyə göndərilmişdir, Ali Məhkəmə işin aidiyyətinin kommersiya məhkəməsi olduğunu müəyyən etmişdir. Daha sonra Gəncə Kommersiya Məhkəməsi mediyasiya ilə əlaqədar olaraq işi geri qaytarmışdır. Cavabdeh mediasiya prosesinə də gəlməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, müqaviləni özü bağlamış, təhvil aldığı maldan 10 faiz xeyirin ona qalması ilə bağlı razılaşmışlar, 2020-ci ildən iddiaçı ilə işləmişlər. Müqavilədə vitrinlərin dəyəri təxminən 20 manat qeyd edilmişdir. Mağazalardan pulu o yığmış, satdığı malın pulundan xeyirini çıxıb İddiaçı vermişdir. Pulları əlbəəl ödəmişdir. Onun iddiaçıya heç bir manat belə borcu yoxdur. Vitrinləri onun həyətindən iddiaçının qohumu gəlib aparmışdır. Onların münasibətləri inam üzərində qurulmuşdur, münasibətləri həmişə yaxşı olmuşdur. Xarab semiçkanı malın içində vurduqları üçün mağazalar ona narazılıq etmiş, onun camaat arasında inamı da itmişdir. İddiaçı isə bunu qəbul etməmişdir. Həmin ərəfə pandemiya və 44 günlük müharibə vaxtına düşdüyünə görə, həmçinin ona verilən semiçka tumlarının acı, yəni xarab olması səbəbi ilə o ziyana düşmüşdür. Onun səhvi xarab tumlara görə ziyanı İddiaçı tələb etməməyi olmuşdur. Bundan sonra İddiaçı bildirmişdir ki, onunla işləmək istəmir. Aralarında mübahisə yaranmış, iddiaçı onu məhkəməyə vermişdir. Müharibədən sonra vəziyyət daha da pisləşmiş, iddiaçı onun ziyana düşməyinə məhəl qoymamış, lakin o iddiaçının pulunu ödəmiş, vitrinləri də iddiaçının qohumları ilə qaytarmışdır. Daha sonra iddiaçı ona qarşı məhkəmədə qaldırdığı iddianı geri götürmüşdür. İndi ona qarşı niyə iddia qaldırıb bilmir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli GT/2020/01/25 saylı distribütorluq müqaviləsindən görünür ki, istehsalçı çeşidi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə müəyyən edilmiş, qurudulmuş günəbaxan tumlarını istehsal edir və satış üçün distribütora təqdim edir. Distribütor istehsalçının təqdim etdiyi malları qəbul edir və Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonunda satışını təşkil edir. Distribütora təqdim edilən endirim faizi istehsalçının təqdim etdiyi mallardan asılı olaraq dəyişir. Müqavilə üzrə distribütorun minimal illik satış hədəfi 12000 qutu olmaqla aylar üzrə rəhbərlik tərəfindən razılaşdırılmış aylıq hədəf üzrə müəyyən edilir. Malın çeşidi və istehsalçının alış qiyməti istehsalçının təqdim etdiyi qaimə-fatruralarda müəyyən edilir. Bu müqavilə ilə istehsalçı malların satışı üçün distribütora regionda subdistribütör yaratmaq hüququnu vermir. Həmin müqavilənin 3.2.9-cu bəndinə əsasən distribütor istehlakçı qarşısındakı borc öhdəliyini 2020-ci ilin dekabrın 30-u tarixinədək sıfırlamağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli vitrinlərin verilməsi haqqında 03 nömrəli aktdan görünür ki, xx.xx.2020-ci tarixində 13 saylı qaimə ilə ticarət obyektlərində yerləşdimək üçün vitrinlər təhvil verildi. Vitrinləri tam məsuliyyətlə qəbul edən distribütor ticarət obyektlərində vitrinlərin yerləşdirilməsində aşağıdakı tələbləri yerinə yetirməyə borcludur. Ticarət obyektlərində yerləşdirilən vitrinlərə ancaq “Çıt-A-Çıt” (20 qr, 35 qr, 80 qr, 100 qr, duzlu 80 qr və s) məhsulları yerləşdirməlidir. Vitrin itdikdə, yararsız hala düşdükdə distribütor tərəfindən 28 manat məbləğində cərimə ödənilməlidir. Obyekt fəaliyyətini dayandırdıqda və ya razılaşma pozulduqda distribütor ticarət obyektindən vitrini götürüb fabrikə qaytarmalıdır. Ticarət obyektində yerləşdirilən vitrinlərdə ancaq “Çıt-A-Çıt” (20 qr, 35 qr, 80 qr, 100 qr, duzlu 80 qr və s) məhsullarının yerləşdirilməsinə nəzarət etməlidir. Ticarət obyektlərində yerləşdirilən vitrin başqa bir ticarət obyektinə yerləşdirildikdə fabrik rəhbərliyinə rəsmi məlumat verilməli, yəni akt tərtib olunmalıdır. Ticarət obyektində yerləşdirilən vitrinlərə tam məsuliyyəti ilə cavabdehdir. İş materiallarında olan qaimələrdən görünür ki:

1. xx.xx.2020-ci il tarixli M-18 nömrəli qaiməyə əsasən verilən malın məbləği 10180 manat, dillerin faizi 1018 manat, ödənilən məbləğ 500 manat, günün sonuna qalan borc məbləği 8662 manat,

2. xx.xx.2020-ci il tarixli M-75 nömrəli qaiməyə əsasən verilən malın məbləği 10057 manat, dillerin faizi 1005,7 manat, ödənilən məbləğ 1000 manat, qalıq 16713,3 manat,

3. xx.xx.2020-ci il tarixli M-86 nömrəli qaiməyə əsasən verilən malın məbləği 2604 manat, dillerin faizi 260,4 manat, ödənilən məbləğ 1000 manat, günün sonuna qalan borc məbləği 18056,9 manat,

4. xx.xx.2020-ci il tarixli M-136 nömrəli qaiməyə əsasən verilən malın məbləği 8580 manat, dillerin faizi 858 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 21728,90 manat,

5. xx.xx.2020-ci il tarixli M-180 nömrəli qaiməyə əsasən verilən malın məbləği 1430 manat, dillerin faizi 143 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 21015,90 manat,

6. xx.xx.2020 ci il tarixli M-196 nömrəli qaiməyə əsasən verilən malın məbləği 7860 manat, dillerin faizi 786 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 26639,90 manat,

7. xx.xx.2020-ci il tarixli MG-10 nömrəli qaiməyə əsasən verilən malın məbləği 1270 manat, dillerin faizi 127 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 23196,9 manat,

8. xx.xx.2020-ci il tarixli M-264 nömrəli qaiməyə əsasən verilən malın məbləği 5323,7 manat, dillerin faizi 532,37 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 27538,23 manat,

9. xx.xx.2020-ci il tarixli M-303 nömrəli qaiməyə əsasən verilən malın məbləği 1187 manat, dillerin faizi 118,7 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 25206,53 manat,

10. xx.xx.2020-ci il tarixli M-322 nömrəli qaiməyə əsasən verilən malın məbləği 1065 manat, dillerin faizi 106,5 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 24616,03 manat,

11. xx.xx.2020-ci il tarixli M-333 nömrəli qaiməyə əsasən verilən malın məbləği 840 manat, dillerin faizi 84 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 26023,1 manat,

12. xx.xx.2020-ci il tarixli qaiməyə əsasən verilən malın məbləği 2550 manat, dillerin faizi 255 manat, qalıq borc məbləği 26691,56 manat,

13. xx.xx.2020-ci il tarixli M-345 nömrəli qaiməyə əsasən verilən malın məbləği 2550 manat, dillerin faizi 255 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 27717,56 manat,

14. xx.xx.2020-ci il tarixli M-349 nömrəli qaiməyə əsasən verilən malın məbləği 510 manat, dillerin faizi 51 manat, ödənilən məbləğ 0, günün sonuna qalan borc məbləği 27150,56 manat. İş materiallarında olan vitrinlərin təhvil verilməsi ilə bağlı qaimələrdən görünür ki,

1. xx.xx.2020-ci il tarixli V-13 nömrəli qaiməyə əsasən 25 ədəd,

2. xx.xx.2020-ci il tarixli V-20 nömrəli qaiməyə əsasən 50 ədəd,

3. xx.xx.2020-ci il tarixli V-32 nömrəli qaiməyə əsasən 40 ədəd,

4. xx.xx.2020-ci il tarixli V-33 nömrəli qaiməyə əsasən 7 ədəd,

5. xx.xx.2020-ci il tarixli V-44 nömrəli qaiməyə əsasən 10 ədəd,

6. xx.xx.2020-ci il tarixli V-50 nömrəli qaiməyə əsasən 50 ədəd,

7. xx.xx.2020-ci il tarixli V-65 nömrəli qaiməyə əsasən 40 ədəd,

8. xx.xx.2020-ci il tarixli V-73 nömrəli qaiməyə əsasən 5 ədəd, cəmi 227 ədəd vitrin İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan və oxunulması mümkün olan ödəniş qəbzlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə 520 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 440 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 1200 manat, xx.xx.2020-ci il tarixdə 800 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 234 manat, xx.xx.2020-ci il tarixdə 266 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 650 manat, xx.xx.2020-ci il tarixdə 700 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, arayış Cavabdeh xx.xx.2022-ci il tarixdə məktub göndərilsə də mediasiya sessiyasında iştirak etmədiyinə görə verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin icraatında olamuş 2-2(115)-155/2022 saylı işin materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Cavabdeh qarşı 227 ədəd vitrinin qaytarılması və 17413,80 manat pulun tutulması ilə bağlı iddia ərizəsi Bərdə Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Həmin qərardad İddiaçı elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 800.1-ci maddəsinə əsasən konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir. Həmin Məcəllənin 801.1-ci maddəsinə əsasən ayrı razılaşma olmadıqda konsessioner ilə tapşıran arasında hüquq münasibətlərinə müvafiq olaraq bu Məcəllənin 789.3, 790.2.3- 790.2.5 və 791.1.1-791.1.3-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 789.3-cü maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış distribütorluq müqaviləsinə əsasən Cavabdeh 17413.80 manat pulun, həmçinin 222 ədəd qaytarılmayan vitrinlərin dəyəri olaraq 6216 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə 17413,80 manat pulun tutulması ilə bağlı bildirir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə distribütorluq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən istehsalçı İddiaçı distribütor Cavabdeh Bərdə, Tərtər, Ağdam, Füzuli, Yevlax, Ağcabədi, Beyləqan rayonunda satışını həyata keçirmək üçün mal satmağı, distribütor isə istehlakçı qarşısındakı alıb satışını həyata keçirdiyi mallara görə borc öhdəliyini xx.xx.2020-ci il tarixinədək sıfırlamağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilən malın verilməsinə dair qaimələrə və ödənişlərin qəbzlərinə əsasən distribütorun istehlakçı qarşısında müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmədiyi müəyyən edilir. Cavabdeh təhvil verilən malların pulunu iddiaçıya ödədiyini, iddiaçıya müqavilə üzrə hər hansı borcu qalmadığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə 17413.80 manat borc məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. İş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə xx.xx.2020-ci il tarixdə 1 il müddətinə bağlanmış, müqavilədə distribütor istehlakçı qarşısındakı borc öhdəliyini xx.xx.2020-ci il tarixinədək tam olaraq həyata keçirməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə eidlmiş qaimələrdən də görünür ki. İstehsalçı tərəfindən mal distribütora xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək verilmiş, distribütorun ödənişləri ilə xx.xx.2020-ci il tarixindən əvvələ aiddir. Qeyd edilən tarixədək borc öhdəliyinin tam yerinə yetirilməsi ilə bağlı tərəflər razılaşdığından, həmin müddətə cavabdeh tam borcu ödəmədiyindən iddia müddətinin axımı xx.xx.2020-ci il tarixindən başlamışdır. İddiaçı iddia ərizəsi ilə ilə Bərdə Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, iddia müddətinin axımı 7 ay 3 gün sonra dayanmış, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli iddianın baxılmamış saxlanılması haqqında qərardadı xx.xx.2022-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, həmin tarixdən sonra iddia müddətinin axımı davam etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Yəni iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış, xx.xx.2021-ci il tarixdək (Bərdə Rayon Məhkəməsində iddia qaldırdığı tarix) 7 ay 3 gün təşkil etmiş, xx.xx.2022-ci il tarixdən müddətin axımı davam etmiş, həmin tarixdən hazırkı iddia urəli sürüldüyü tarixə, yəni xx.xx.2024-cü il tarixə 2 il 5 ay 25 gün müddət təşkil etmişdir ki, ümumilikdə müddət 3 il 28 gün təşkil etmişdir. Bundan başqa məhkəmə bildirir ki, iddiaçı tərəf mediasiya təşkilatına müraciət etmiş, lakin dəfələrlə təklif edisə də nə vaxt müraciət etməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya təşkilatı cavabdehə xx.xx.2022-ci il tarixdə bildiriş göndərmiş və xx.xx.2022-ci il tarixdə Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə arayış verilmişdir. Dəfələrlə təklif edisə də iddiaçı arayışı hansı tarixdə alması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 9 gün müddət də nəzərə alınmaqla iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət edərək müqavilə üzrə borcu tələb etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən müqavilə üzrə satış üçün distribütora verdiyi malların pulunun tam qaytarılmadığını, hüququnun pozulduğunu bilirdi və həmin tarixdən 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Halbuki iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Ona görə də iddia tələbinin tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış distribütorluq müqaviləsinə əsasən Cavabdeh 17413.80 manat pulun alınıb iddiaçıya verilməsi ilə bağlı tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı həmçinin 222 ədəd qaytarılmayan vitrinlərin pulu olaraq 6216 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərdən görünür ki. İddiaçı cavabdehə 227 ədəd vitrin təhvil vermiş, Cavabdeh İddiaçı qarşısında ticarət obyektlərində yerləşdirilən vitrinlərə ancaq “Çıt-A-Çıt” məhsullarını yerləşdirməsini, vitrin itdikdə, yararsız hala düşdükdə 28 manat məbləğində cərimə ödəyəcəyini, obyekt fəaliyyətini dayandırdıqda və ya razılaşma pozulduqda ticarət obyektindən vitrini götürüb fabrikə qaytaracağını, ticarət obyektində yerləşdirilən vitrinlərə tam məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı vitrinləri iddiaçıya geri qaytardığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh həmin tələblə də bağlı iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Lakin məhkəmə qeyd edir ki. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Cavabdehə təhvil verilmiş vitrinlər iddiaçının mülkiyyətidir. İddiaçı mülkiyyətində olan və cavabdehə təhvil verilən əşyaların pulunu cavabdehdən tələb etməkdə haqlıdır, həmin tələbə iddia müddəti tətbiq edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 222 ədəd vitrinin dəyəri olan 6216 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə verilməsi üçün 143 manat və 18 manat olmaqla 161 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 82 manat 16 qəpik manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 6216 (altı min iki yüz on altı) manat pul və ödənilmiş 82 (səksən iki) manat 16 (on altı) qəpik rüsum tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar