Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-34/2022 19.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh oğlunun və vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh oğluna və Zamin qarşı pul tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun və Zamin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh oğluna və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən artıq ödənilmiş 11670.11 manat məbləğində pul vəsaitinin, həmçinin, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında 10.01.2019-cu il tarixli, şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən İddiaçı MMC fermerə məxsus olan 20 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə hər bir sahədən 35 ton məhsuldan az olmayaraq əldə etməklə istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdehlər Cavabdeh və Zamin tərəfindən qarşılıqlı iddia ərizəsi təqdim edilərək cavabdeh "xxxx" MMC-dən 76 807 manat pulun alınıb Cavabdeh, 19 489 manatın tutulub Zamin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, isti əarzilərdə çuğundur daha tez yığılır, havaların soyuq keçdiyi rayonlarda isə payız aylarında yığılır. Cavabdeh sahəsindən məhsulun noyabr ayında götürülməsinin onun keyfiyyətinə hansı dərəcədə təsir etməsi barədə məlumatı yoxdur. Odur ki, iddia tələbini müdafiə etdiyini. Qarşılıqlı iddianı qəbul etmədiyini bildirmişdir. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tam olaraq əsassızdır, belə ki, vurulan dərmanlar vaxtı keçmiş olmuşdur. Məhsul İddiaçı MMC tərəfindən çıxarılmalı olduğu halda dəfələrlə müraciətlər etməyinə baxmayaraq vaxtında məhsul çıxarılmamışdır. Həmçinin verilmiş taltos toxumu kefiyyətsiz olmuş nəticədə əkilmiş şəkər çuğunduru çürümüş və nəzərədə tutulmuş məhsulu əldə etmək mümkün olmamışdır. Bununla belə 3987.83 manatlıq məhsul verilmiş və sonradan 13869 manat nəğd ödəniş olmuşdur. Bundan başqa ödənişlər olmuşdur. Əksinə onların yol verdiyi nöqsanlar əsasında ziyan dəymişdir. Həmin ziyan torpağın icarəyə götürülməsi, suvarılması və becərilməsi ilə bağlı sərf olnumuş xərclərlə bağlı olmuşdur. İlkin iddia üzrə cavabdeh Zamin əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki,onlara verilən toxumların fərqi vardır, belə ki, 20 hektar onda, 40 hektar isə Cavabdeh oğlunda olmuşdur və həmin ərazilərdə şəkər çuğunduru əkilmişdir. İddiaçı MMC-nin texnikası tərəfindən əvvəl onun sahəsində olan çuğundurlar çıxarılmışdır. Onda da itkilər olmamışdır. İlkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək iddia iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, həm ilkin iddia, həm də qarşlıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki iş materiallarında "xxxx" MMC ilə Cavabdeh arasında şəkər çuğunduru əkibbecərilməsinə dəstək məqsədi ilə məhsul istehsalının stimullaşdırılması barədə 10.01.2019-cu il tarixli xidmət və satınalma müqaviləsi mövcuddur. Müqaviləyə 1 saylı Əlavədə şəkər çuğundurunun qrafikə əsasən daşınmalı olması və təhvil verilməsi qeyd olunmuşdur. 29.11.2018-cu il tarixli 204916 nömrəli elektron qaimələrin surətindən görünür ki, çuğundurun yüklənməsi təmin edilmişdir. Təqdim edilmiş audio-video yazıya baxış keçirilərkən Cavabdeh istifadəsində olan torpaq sahəsində becərmə işlərinin aparılması halı aşkar olunmuşdur. İşin hallarından göründüyü kimi ilkin iddia üzrə cavabdehlər tərəfindən 3987.83 manatlıq məhsul verilmiş və sonradan 13869 manat nəğd ödəniş olmuşdur. manattlıq məhsul təhvil vermişdir ki, bu isə müqavilədə nəzərdə tutulduğundan 11670.11 manat az olmuşdur.İddiaçı həmin məbləği cavabdehdən borc kimi tələb edir. Lakin, tərəflər arasında olan müqavilənin məzmunundan göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Müqavilə üzrə passiv tərəf mövcud deyildir. Öhdəliklərin icrası hər iki tərəfin vaxtaşırı və mütəmadi hərəkətlərin edilməsi ilə məhsulun yığımınasına qədər davam etdirilməli olmuşdur. Yəni, müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Məhsul birgə fəaliyyətlə əldə edilmiş olmalıdır. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, məhsulun yerdən çıxarılması üçün xüsusi texnikanı vaxtında əraziyə göndərməmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı müqaviləsi üzrə qarşılıqlı icranın əvəzi olaraq pul tələb etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında olan müqavilə üzrə işlərin təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Qanunvericilyin tələbinə görə iddiaçı sübutetmə vəzifəsinə əməl etməklə iddia tələbinin əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Göründüyü kimi, İddiaçı malların pulla dəyərini tələb etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında müqaviləsi üzrə işlərin vaxtında aparılmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. Qanunvericilyin tələbinə görə iddiaçı sübutetmə vəzifəsinə əməl etməklə iddia tələbinin əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 446.4-cü maddəsinə əsasən kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. 446.7-ci maddəsinə əsasən borclu öhdəliyi yalnız kreditor tərəfindən qarşılıqlı öhdəliyin icrasından sonra icra etməli olduğu halda kreditor icranı o zaman gecikdirmiş sayılır ki, təklif olunmuş icradan imtina etmədən qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə onu da qeyd edir ki, borc məbləği cavabdeh tərəfindən qəbul edilmədiyindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş iş materialları ekspertə təqdim edilmişdir. İddiçı İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməklə sübut kimi məhkəməyə təqdim edilmiş sənədlər əsasında ekspert rəy verə bilmədiyinə görə vəsatətlə əlavə sənədlər istəmişdir. Həmin sənədlərin təqdim edilməsi iddiaçıya təklif olunmuşdur. Lakin, borcun düzgün hesablanmasını müəyyən edən sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyindən mübahisəli borc məbləği barədə ekspert rəy verə bilməmişdir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunmalı faktın taleyi qeyd olunan səbəbdən həll edilə bilməmişdir. Bununla da iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci və 78.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsində göstərilir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Odur ki, elektron qaimələr malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə – fakturalarda nəinki təhvil – təslim aktı, göstərilməli olan məlumatların heç biri qeyd olunmamış və elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində də əksini tapmamışdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini təsdiq edən sənəd deyildir. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh oğluna və Zamin qarşı 11670,11 manat borcun tutulması tələbi barədə iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qarşılıqlı iddiaya hüquqi qiymət verərkən hesab edir ki, zərərin mövcudluğu sübutlarla təsdiqini tapmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3-cü maddəsinə əsasən məhkəmə yalnız irəli sürülən tələb üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh oğluna və Zamin qarşı 11670,11 manat borcun tutulması tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun və Zamin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı 19.489 manat pulun pulun tutulmasına dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-34/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-34/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver