Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-356/2020 07.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Hüseynzadə Leyla Vəliyəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Əliyeva Könül Nəriman qızının iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X8 tərəfindən öhdəliklərin üzrlü səbəb olmadan qərəzli və qəsdən ödənilməməsi səbəbindən qalan 1900 manat məbləğində borcun, 18 paddon üçün hesablanan 360 manat maddi ziyanın, öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesablanmaqla 24 ay üçün 190 manat faiz məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 2480 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdeh X1 satışı ilə məşğul olan “Holcim” zavodunun dileri İddiaçındən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil götürmüş, dəyərini tam şəkildə ödəməmiş və hazırki tarixə 1900 manat borcu qalmışdır. Bundan əlavə cavabdh 18 ədəd paddon gei qaytarmalı olduğu halda qaytarmamış, hər paddon üçün zavoddan dilerə təhvil qiyməti 20 manaq olmasa nəzərə alınmaqla 360 manat borc yaranmışdır. Bundan əlaə 2 illik gecikdirməyə görə illik 5 faiz olmaqla190 manat faiz borcu öhdəliyi yaranmışdır. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. İddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktından görünür ki, X6 1900 manat qalıq borcunun olması və əlavə 18 ədəd poddon qalığı olması cavabdehin imzası ilə təsdiq olunmuşdur. “xxxxxxxxxxxxxxxxx”MMC ilə İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, hər bir taxta altlığı (paddon0 görə 20 manat ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş pretenziya məktubundan görünür ki, cavabdeh verilmiş borc məbləği ilə bağlı xəbərdar edilmişdir. İşin hallarından göründüyü kimi tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırkı iddia tələbi də, bilavasitə həmin razılaşmadan irəli gəlir. Mübahisəli borc məbləği tərəflər arasında olan xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktı ilə təsdiqini tapır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf ona qarşı sürülən iddianı nə etiraf, nə də təkzib etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinə heç bir münasibət bildirməməsi faktiki halın mübahisələndirmək istəyində olmaması kimi qəbul edilməlidir. İddia tələbinin gecikdirilmiş əsas borca görə hesablanan 190 manat məbləğində faizlə bağlı hissəsinə dair məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yazılı şəkildə müqavilə olmamış və bu halda gecikdirilmiş məbləğı görə faiz hesablanması razılaşdırılmamışdır. Ona gərə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən birşəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 356.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən tutulduğundan məhkəmə belə hesab edir ki, həmin məbləğ X4 tutulub dövlət nəfinə keçirilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X4 1900 (min doqquz yüz) manat əsas borc, 18 paddon hesabı ilə 360 (üç yüz altmış) manat məbləğində ziyan, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 2290 (iki min iki yüz doxsan) manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-356/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-356/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver