Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-360/2025 08.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Cavabdeh Firmasına qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Firmasına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh firmasından dəymiş ziyanın əvəzi olaraq ƏDV daxil 6478,20 manat məbləğindəki pul vəsaitinin, 85 manat məbləğindəki dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq ödənilmiş 220 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 mart 2021-ci il tarixli , 36 saylı müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh alqı-satqı müqaviləsi bağlayıblar. Həmin müqavilənin ümumi dəyəri və malların qiyməti razılaşma yolu ilə müəyyən edilib və əlavədə (qaimə, hesab-faktura) göstərilib. Həmçinin həmin müqavilənin 5-ci bəndində qeyd edilib ki, ”Alıcı” malların qiymətini ödəməyi və təhvil almağı öz öhdəsinə götürür. 26 mart 2021-ci il tarixli, 36 saylı müqaviləyə əsasən Cavabdeh firmasının iddiaçıya ümumilikdə 6478,20 (altı min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat məbləğində borcu vardır. Həmçinin tərəflər arasında göndərilmiş və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli-216266 saylı, xx.xx.2021-ci il tarixli-600731 saylı, xx.xx.2021-ci il tarixli-602952 saylı, xx.xx.2021-ci il tarixli-707786 saylı və xx.xx.2021-ci il tarixli-601920 saylı hesab fakturalardan (e-qaimələr) görünür ki, 36 saylı müqaviləyə əsasən Cavabdeh firmasının iddiaçıya olan borcu ümumilikdə ƏDV daxil 6478,20 (altı min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat təşkil edir. Uzun müddətdir həmin borcun ödənilmədiyini nəzərə alaraq ƏDV daxil 6478,20 (altı min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat məbləğindəki borcun xx.xx.2024-cü il tarixədək ödənilməsi cavabdehdən xahiş edilsə də, pretenziya məktubuna cavab verilməmişdir. Hazırda həmin pretenziya məktubuna cavab verilmədiyi üçün, Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı məhkəməyə müraciət etdiyi üçün 85 (səksən beş) manat məbləğində dövlət rüsumu və vəkil xidmət haqqı olaraq isə 220 manat məbləğində əlavə xərclər çəkmişdir. Belə olan halda hesab Cavabdeh firmasından dəymiş ziyanın əvəzi olaraq ƏDV daxil 6478,20 (altı min dörd yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat məbləğindəki pul vəsaitinin, 85 manat məbləğindəki dövlət rüsumu və vəkil xidmət haqqı olaraq ödənilmiş 220 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh Firması arasında bağlanmış 26 mart 2021-ci il tarixli , 36 saylı müqaviləyə əsasən satıcı malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edərək malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri və malların qiyməti razılaşma yolu ilə müəyyən edilir və əlavədə (qaimə, hesab-faktura) göstərilir. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı malların dəyər qiymətini ödəməyi və təhvil almağı öz öhdəsinə götürür. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 216266 nömrəli elektron qaiməyə əsasən 1239 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 600731 nömrəli elektron qaiməyə əsasən 1309.80 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 602952 nömrəli elektron qaiməyə əsasən 1309.80 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 707786 nömrəli elektron qaiməyə əsasən 1309.80 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı 601920 nömrəli elektron qaiməyə əsasən 1309.80 manat olmaqla, ümumilikdə 6478,20 manat məbləğində mallar alıcıya təhvil verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 6478,20 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, elektron qaimələrlə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 6478,20 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı öz tələbində 220 manat məbləğində məhkəmədə təmsil üçün vəkilə ödənilmiş məbləği tələb etsə də, iddiaçı tərəfindən iş materiallarına sözügedən ödənişi təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Odur ki, iddia tələbi vəkil xidmət haqqı olaraq iddiaçı tərəfindən ödənilmiş 220 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 85 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 85 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Firmasından 6478,20 manat əsas borc və 85 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Firmasından 6478,20 manat əsas borc və 85 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-360/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-360/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver