Məhkəmə qərarları › İş №e-2-2(115)-366/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-366/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-366/2020 19.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı" X1 Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 32 590,60 manat əsas borcun, 5570,42 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrə qərarı ilə təsdiq olunmuş İddiaçı X2 məxsus kənd təsərrüfat texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 171-LD/17 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, 349-LD/18 nömrəli, xx xxxx 2018-ci il tarixli, 93-LD/18 nömrəli, xx xxx 2018-ci il tarixli, 268-LD/18 nömrəli, xx xxx 2018-ci il tarixli, 295-LD/18 nömrəli, xx xxx 2018-ci il tarixli, 297-LD/18 nömrəli lizinq müqavilələrinə əsasən lizinq obyekti lizinqə götürülmüş, Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki müqavilə üzrə 32 590,60 manat əsas borcu, lizinq müqaviləsinin 4.2-ci maddəsinə əsasən 5570,42 manat cərimə borcu qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərk işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək yaranmış borc məbləğini tam ödədiyini bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, aşağıdakılara görə iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş; xx xxxxxx 2017-ci il tarixli, 349-LD/17 saylı lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən ümumi məbləği 86 124,6 manat olan damazlı heyvanlar Cavabdeh lizinqə verilmişdir. x xxxx 2018-ci il tarixli, 93-LD/18 saylı lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən ümumi məbləği 29 060 manat olan damazlı heyvanlar Cavabdeh lizinqə verilmişdir. xx xxx 2018-ci il tarixli, 297-LD/18 saylı lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən ümumi məbləği 5660 manat olan damazlı heyvanlar Cavabdeh lizinqə verilmişdir. xx xxx 2018-ci il tarixli, 295-LD/18 saylı lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən ümumi məbləği 8490 manat olan damazlı heyvanlar Cavabdeh lizinqə verilmişdir. x xxx 2018-ci il tarixli, 268-LD/18 saylı lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən ümumi məbləği 2870 manat olan damazlı heyvanlar Cavabdeh lizinqə verilmişdir. xx xxxx 2017-ci il tarixli, 171-LD/17 saylı lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən ümumi məbləği 78 232,53 manat olan damazlı heyvanlar Cavabdeh lizinqə verilmişdir. xx xxxx 2018-ci il tarixli, 147-LD/18 saylı lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən ümumi məbləği 8748 manat olan damazlı heyvanlar Cavabdeh lizinqə verilmişdir. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan şəxs ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Maliyyə arayışının surətindən görünür ki, cavabdehin 32 590,60 manat əsas, 5570,42 manat cərimə borcu yaranmışdır. 659088068 nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli kassa mədaxil qəbzlərinin surətlərindən görünür ki cavabdeh ümumilikdə 35 000 manat müqavilə üzrə yaranmış borcu ödəmişdir. xx xxxx 2020-ci il tarixli, ASC/P-693 saylı pretenziya məktubundan görünür ki, borcluya yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin əsasını təşkil edən borc məbləği cavabdeh tərəfindən tam ödənildiyindən mübahisənin predmeti mövcud deyildir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı X1 32 590,60 manat əsas borcun, 5570,42 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar