Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-367/2025 14.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 17575 manat 79 qəpik, hesablanmış cəriməyə görə 7047 manat 69 qəpik və ödənilmiş dövlət rüsumuna görə 163,86 manat olmaqla, cəmi 24786 manat 84 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Tərtər” filialı və cavabdeh arasında bağlanmış 23 272 273 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsinə əsəsən, cavabdeh 14 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 26918,05 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 17575,29 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 7047,69 manat təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən əsas borca görə 17575 manat 29 qəpik, hesablanmış cəriməyə görə 7047 manat 69 qəpik və ödənilmiş dövlət rüsumuna görə 163,86 manat olmaqla, cəmi 24786 manat 84 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
III. Tərəflərin mövqeyi
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsəsən, cavabdeh 14 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 26918,05 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 17575,29 manat əsas borcu yaranmışdır. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
IV. Sübutların tədqiqi
6. İddiaçı MMC-nin “MKT-Tərtər” filialı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli 23 272 273 nömrəli 2023-cü il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqaviləyə əsasən İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambığın həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur.
7. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən satıcı 14,00 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uygun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur.
8. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür.
9. 11 yanvar 2023-cü il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar.
10. 90 000 660 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 272,80 manat, 90 000 784 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il və xx.xx.20223-cü il tarixlərdə ümumilkdə 586,50 manat, 90 001 240 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 246,48 manat, 90 001 322 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 54 manat, 90 001 349 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 54,76 manat, 90 001 353 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə ümumilikdə 148,46 manat, 90 001 377 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 90,60 manat, 90 001 379 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 247,80 manat, 90 001 454 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 12,69 manat, 90 001 689 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 11,51 manat, 90 000 660 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 272,80 manat, 90 002 452 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 415,80 manat, 90 003 278 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 204,32 manat, 90 003 519 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə ümumilkdə 204,32 manat, 90 003 738 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə ümumilkidə 479,40 manat, 90 003 786 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 118,31 manat, 90 004 452 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ümumilkdə 636,98 manat, 90 004 669 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 203,84 manat, 90 005 033 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 27,68 manat, 90 005 228 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə 424.88 manat, 90 005 930 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 199,68 manat, 90 006 174 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 203,84 manat, 90 007 409 nömrəli xidmət aktına əsasən xx.xx.2023-cü il tarixdə 9,02 manat məbləğində xidmət göstərilmişdir.
11. 15.04.2023-cü il tarixli 20 108 124 nömrəli qaiməyə əsasən 1791,40 manat, xx.xx.2023-cü il tarixli 20 108 275 nömrəli qaiməyə əsasən 614,40 manat, xx.xx.2023-cü il tarixli 20 108 366 nömrəli qaiməyə əsasən 2210 manat, xx.xx.2023-cü il tarixli 20 109 626 nömrəli qaiməyə əsasən 229,50 manat, xx.xx.2023-cü il tarixli 20 109 764 nömrəli qaiməyə əsasən 100 manat, xx.xx.2023-cü il tarixli 20 109 770 nömrəli qaiməyə əsasən 229,50 manat, xx.xx.2023-cü il tarixli 20 109 968 nömrəli qaiməyə əsasən 265 manat, xx.xx.2023-cü il tarixli 20 109 981 nömrəli qaiməyə əsasən 1250 manat, xx.xx.2023-cü il tarixli 20 109 984 nömrəli qaiməyə əsasən 10 manat, xx.xx.2023-cü il tarixli 20 111 051 nömrəli qaiməyə əsasən 126 manat, xx.xx.2023-cü il tarixli 20 111 086 nömrəli qaiməyə əsasən 96,60 manat, xx.xx.2023-cü il tarixli 20 111 087 nömrəli qaiməyə əsasən 160 manat, xx.xx.2023-cü il tarixli 20 111 251 nömrəli qaiməyə əsasən 1240 manat, xx.xx.2023-cü il tarixli 20 111 632 nömrəli qaiməyə əsasən 126 manat, xx.xx.2023-cü il tarixli 20 111 634 nömrəli qaiməyə əsasən 229,50 manat, xx.xx.2023-cü il tarixli 20 111 639 nömrəli qaiməyə əsasən 110,40 manat, xx.xx.2023-cü il tarixli 20 111 678 nömrəli qaiməyə əsasən 20 manat, xx.xx.2023-cü il tarixli 20 112 200 nömrəli qaiməyə əsasən 255 manat, xx.xx.2023-cü il tarixli 20 112 203 nömrəli qaiməyə əsasən 175 manat, xx.xx.2023-cü il tarixli 20 112 205 nömrəli qaiməyə əsasən 330 manat, xx.xx.2023-cü il tarixli 20 112 483 nömrəli qaiməyə əsasən 50 manat, xx.xx.2023-cü il tarixli 20 113 087 nömrəli qaiməyə əsasən 165 manat, xx.xx.2023-cü il tarixli 20 113 097 nömrəli qaiməyə əsasən 125 manat, xx.xx.2023-cü il tarixli 20 114 169 nömrəli qaiməyə əsasən 900 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh Nüstər oğluna material vermişdir.
12. "xxxx" ASC Sahil filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı MMC tərəfindən 2019-2023-cü illər ərzində Cavabdeh hesabına xx.xx.2022-ci il tarixində 7000 manat, xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 2000 manat, xx.xx.2022-ci il tarixində 1600 manat, xx.xx.2022-ci il tarixində 500 manat və 1400 manat, xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 1000 manat, xx.xx.2022-ci il tarixində 400 manat, xx.xx.2022-ci il tarixində 3500,11 manat, xx.xx.2022-ci il tarixində 10195,74 manat, xx.xx.2023-cü il tarixində 5625 manat, xx.xx.2023-cü il tarixində 375 manat, xx.xx.2023-cü il tarixində 375 manat, xx.xx.2023-cü il tarixində 1875 manat, xx.xx.2023-cü il tarixində 1250 manat, xx.xx.2023-cü il tarixində 375 manat, xx.xx.2023-cü il tarixində 700 manat məbləğində vəsait köçürülmüşdür.
13. 27 sentyabr 2023-cü il tarixli 313101, 313102, 313103, 313202 və 313203 nömrəli pambıq-qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nə müvafiq olaraq 1609,02, 1497,68, 2160,21, 1714,67 və 2361,18 manat məbləğində məhsulun təhvil verilməsi tərəflərin imzaları ilə təsdiq edilmişdir.
14. Çıxarışdan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 26918,05 manat dəyərində cavabdehə avans verilmiş, həmin məbləğdən 9342,76 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və 17575,29 manat borc yaranmışdır.
15. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə 17575,29 manat əsas, 7047,69 manat cərimə borcu vardır.
16. 10 dekabr 2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdehdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirlmişdir.
V. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
VI. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
21. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 11 yanvar 2023-cü il tarixli 23 272 273 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi, Cavabdeh isə istehsal olunmuş xam pambığı bütünlüklə İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin istehsalçıya ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 17575,29 manat borcu yaranmışdır.
22. Hazırda iddiaçı 11 yanvar 2023-cü il tarixli 23 272 273 nömrəli xam-pambığın alğı-satqı müqaviləsi üzrə 17575,29 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
23. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub (müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür), iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Çıxarışdan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 26918,05 manat dəyərində cavabdehə avans verilmiş, həmin məbləğdən 9342,76 manat təhvil verəcəyi xampambığın dəyəri çıxılmış və 17575,29 manat borc yaranmışdır.
29. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
b) Alğı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
30. İddia ərizəsində iddiaçı 11 yanvar 2023-cü il tarixli 23 272 273 nömrəli müqavilə üzrə 7047,69 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə ödəməlidir.
32. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 7047,69 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 878,76 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
33. İddiaçı eləcə də 163,86 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
34. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********98 nömrəli mədaxil qəbzi ilə 163,86 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145,36 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 18,50 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.
VII. Məhkəmənin gəldiyi nəticə
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli 23 272 273 nömrəli 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısına dair müqaviləyə əsasən 17575,29 manat əsas borc, 878,76 manat cərimə borcu olmaqla, cəmi 18454,05 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
39. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2023-cü il tarixli 23 272 273 nömrəli 2023-cü il mövsümü üzrə xam pambığın alğı-satqısına dair müqaviləyə əsasən 17575,29 manat əsas borc, 878,76 manat cərimə borcu olmaqla, cəmi 18454,05 (on səkkiz min dörd yüz əlli dörd manat beş qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145,36 (bir yüz qırx beş manat otuz altı qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 18,50 (on səkkiz manat əlli qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli