Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-370/2025 14.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 41916 manat 17 qəpik, hesablanmış cəriməyə görə 16808 manat 38 qəpik və ödənilmiş dövlət rüsumuna görə 266,17 manat olmaqla, cəmi 58990 manat 72 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Goranboy” filialı və cavabdeh arasında bağlanmış 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 26,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsaletdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 58850,5 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin avans vəsaitlərin dəyərinə görə iddiaçıya 41916,17 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığıəsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 16808,38 manat təşkil edir.
İİ.Tərəflərin mövqeyi
3. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsəsən, cavabdeh 26,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 41916,17 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 41916,17 manat əsas borcu yaranmışdır. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, sığorta şirkəti pulu vermədiyi üçün vəziyyət bu həddə çatmışdır. Bütün bunlar sığorta şirkətinin günahından yarandığı üçün iddiaçı pulu ondan yox, sığorta şirkətindən istəməlidir. Buna baxmayaraq, əsas borc məbləği ilə razıdır, lakin cərimə borcu yüksəkdir. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.
II. Sübutların tədqiqi
5. İddiaçı MMC-nin “MKT-Goranboy” filialı ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli 23 *** **** nömrəli 2023-cü il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqaviləyə əsasən İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambığın həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur.
6. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən satıcı 26,50 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uygun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-cü il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur.
7. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür.
8. 16 yanvar 2023-cü il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar.
9. 17.10.2023-cü il tarixli 270 002 410 nömrəli xidmət aktına əsasən 172,16 manat, xx.xx.2023-cü il tarixli 270 002 306 nömrəli xidmət aktına əsasən 201,44 manat, xx.xx.2023-cü il tarixli 270 002 222 nömrəli xidmət aktına əsasən 104,84 manat, xx.xx.2023-cü il tarixli 270 002 248 nömrəli xidmət aktına əsasən 58,68 manat, xx.xx.2023-cü il tarixli 270 002 166 nömrəli xidmət aktına əsasən 410,34 manat, xx.xx.2023-cü il tarixli 270 001 959 nömrəli xidmət aktına əsasən 444,02 manat, xx.xx.2023-cü il tarixli 270 001 760 nömrəli xidmət aktına əsasən 308,70 manat, xx.xx.2023-cü il tarixli 270 001 877 nömrəli xidmət aktına əsasən 198,08 manat, xx.xx.2023-cü il tarixli 270 001 667 nömrəli xidmət aktına əsasən 447,08 manat, xx.xx.2023-cü il tarixli 270 001 632 nömrəli xidmət aktına əsasən 62,08 manat, xx.xx.2023-cü il tarixli 270 001 495 nömrəli xidmət aktına əsasən 222,24 manat, xx.xx.2023-cü il tarixli 270 001 443 nömrəli xidmət aktına əsasən 297,18 manat, xx.xx.2023-cü il tarixli 270 001 284 nömrəli xidmət aktına əsasən 151,92 manat, xx.xx.2023-cü il tarixli 270 001 243 nömrəli xidmət aktına əsasən 129,60 manat, xx.xx.2023-cü il tarixli 270 001 156 nömrəli xidmət aktına əsasən 124,38 manat, xx.xx.2023-cü il tarixli 270 001 067 nömrəli xidmət aktına əsasən 167,84 manat, xx.xx.2023-cü il tarixli 270 000 960 nömrəli xidmət aktına əsasən 276,28 manat, xx.xx.2023-cü il tarixli 270 000 927 nömrəli xidmət aktına əsasən 324,41 manat, xx.xx.2023-cü il tarixli 270 000 842 nömrəli xidmət aktına əsasən 175,78 manat xx.xx.2023-cü il tarixli 270 000 767 nömrəli xidmət aktına əsasən 330,70 manat, xx.xx.2023-cü il tarixli 270 000 772 nömrəli xidmət aktına əsasən 212,50 manat, xx.xx.2023-cü il tarixli 270 000 690 nömrəli xidmət aktına əsasən 81,60 manat, xx.xx.2023-cü il tarixli 270 000 621 nömrəli xidmət aktına əsasən 322,30 manat, xx.xx.2023-cü il tarixli 270 000 571 nömrəli xidmət aktına əsasən 333,20 manat, xx.xx.2023-cü il tarixli 270 000 444 nömrəli xidmət aktına əsasən 125,82 manat, xx.xx.2023-cü il tarixli 270 000 410 nömrəli xidmət aktına əsasən 165,50 manat, xx.xx.2023-cü il tarixli 270 000 326 nömrəli xidmət aktına əsasən 227,20 manat, xx.xx.2023-cü il tarixli 270 000 300 nömrəli xidmət aktına əsasən 99,20 manat, xx.xx.2023-cü il tarixli 270 000 257 nömrəli xidmət aktına əsasən 409,54 manat, xx.xx.2023-cü il tarixli 270 000 270 nömrəli xidmət aktına əsasən 1505,51 manat, xx.xx.2023-cü il tarixli 270 001 150 nömrəli xidmət aktına əsasən 195 manat məbləğində xidmət göstərilmişdir.
10. xx.xx.2023-cü il tarixli 32 024 370 nömrəli qaiməyə əsasən İddiaçı MMC 460,80 manat, xx.xx.2023-cü il tarixli 32 023 675 nömrəli qaiməyə əsasən 3910 manat, xx.xx.2023-cü il tarixli 32 023 674 nömrəli qaiməyə əsasən 3577,50 manat, xx.xx.2023-cü il tarixli 32 023 618 nömrəli qaiməyə əsasən 680 manat, xx.xx.2023-cü il tarixli 32 024 097 nömrəli qaiməyə əsasən 34,80 manat, xx.xx.2023-cü il tarixli 32 024 047 nömrəli qaiməyə əsasən 67,50 manat, xx.xx.2023-cü il tarixli 32 024 372 nömrəli qaiməyə əsasən 240 manat, xx.xx.2023-cü il tarixli 32 024 281 nömrəli qaiməyə əsasən 46,40 manat, xx.xx.2023-cü il tarixli 32 024 242 nömrəli qaiməyə əsasən 662,50 manat, xx.xx.2023-cü il tarixli 32 023 913 nömrəli qaiməyə əsasən 4420 manat, xx.xx.2023-cü il tarixli 32 024 236 nömrəli qaiməyə əsasən 768 manat, xx.xx.2023-cü il tarixli 32 024 191 nömrəli qaiməyə əsasən 23,20 manat, xx.xx.2023-cü il tarixli 32 024 161 nömrəli qaiməyə əsasən 46,40 manat, xx.xx.2023-cü il tarixli 32 024 152 nömrəli qaiməyə əsasən 127,20 manat, xx.xx.2023-cü il tarixli 32 024 160 nömrəli qaiməyə əsasən 795 manat, xx.xx.2023-cü il tarixli 32 024 158 nömrəli qaiməyə əsasən 74,20 manat, xx.xx.2023-cü il tarixli 32 024 491 nömrəli qaiməyə əsasən 280 manat, xx.xx.2023-cü il tarixli 32 024 462 nömrəli qaiməyə əsasən 40 manat, xx.xx.2023-cü il tarixli 32 024 442 nömrəli qaiməyə əsasən 200 manat, xx.xx.2023-cü il tarixli 32 024 916 nömrəli qaiməyə əsasən 100 manat, xx.xx.2023-cü il tarixli 32 024 441 nömrəli qaiməyə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli 32 024 413 nömrəli qaiməyə əsasən 240 manat, xx.xx.2023-cü il tarixli 32 024 414 nömrəli qaiməyə əsasən 132,50 manat, xx.xx.2023-cü il tarixli 32 024 904 nömrəli qaiməyə əsasən 10 manat, xx.xx.2023-cü il tarixli 32 024 780 nömrəli qaiməyə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli 32 024 558 nömrəli qaiməyə əsasən 280 manat, xx.xx.2023-cü il tarixli 32 024 559 nömrəli qaiməyə əsasən 540 manat, xx.xx.2023-cü il tarixli 32 024 560 nömrəli qaiməyə əsasən 260 manat, xx.xx.2023-cü il tarixli 32 025 343 nömrəli qaiməyə əsasən 2250 manat, xx.xx.2023-cü il tarixli 32 025 342 nömrəli qaiməyə əsasən 280 manat, xx.xx.2023-cü il tarixli 32 025 295 nömrəli qaiməyə əsasən 480 manat, xx.xx.2023cü il tarixli 32 025 520 nömrəli qaiməyə əsasən 37,50 manat, xx.xx.2023-cü il tarixli 32 025 511 nömrəli qaiməyə əsasən 34,50 manat, xx.xx.2023-cü il tarixli 32 025 494 nömrəli qaiməyə əsasən 50 manat, xx.xx.2023-cü il tarixli 32 025 493 nömrəli qaiməyə əsasən 280 manat, xx.xx.2023-cü il tarixli 32 025 496 nömrəli qaiməyə əsasən 200 manat, xx.xx.2023-cü il tarixli 32 025 496 nömrəli qaiməyə əsasən 200 manat, xx.xx.2023-cü il tarixli 32 025 495 nömrəli qaiməyə əsasən 41,40 manat, xx.xx.2023-cü il tarixli 32 025 657 nömrəli qaiməyə əsasən 300 manat, xx.xx.2023-cü il tarixli 32 024 658 nömrəli qaiməyə əsasən 168 manat, xx.xx.2023-cü il tarixli 32 025 659 nömrəli qaiməyə əsasən 69 manat, xx.xx.2023-cü il tarixli 32 025 660 nömrəli qaiməyə əsasən 125 manat, xx.xx.2023-cü il tarixli 32 025 661 nömrəli qaiməyə əsasən 2250 manat, xx.xx.2023-cü il tarixli 32 025 959 nömrəli qaiməyə əsasən 120 manat, xx.xx.2023-cü il tarixli 32 026 149 nömrəli qaiməyə əsasən 100 manat, xx.xx.2023-cü il tarixli 32 026 320 nömrəli qaiməyə əsasən 560 manat, xx.xx.2023-cü il tarixli 32 026 321 nömrəli qaiməyə əsasən 1080 manat, xx.xx.2023-cü il tarixli 32 026 222 nömrəli qaiməyə əsasən 40 manat, xx.xx.2023-cü il tarixli 32 026 235 nömrəli qaiməyə əsasən 20 manat dəyərində material vermişdir.
11. "xxxx" ASC Sahil filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı MMC tərəfindən 2019-2023-cü illər ərzində Cavabdeh hesabına xx.xx.2023-cü il tarixində 5280 manat, xx.xx.2023-cü il tarixində 537 manat, xx.xx.2023-cü il tarixində 1000 manat, xx.xx.2023-cü il tarixində 3975 manat, xx.xx.2023-cü il tarixində 225 manat, xx.xx.2023-cü il tarixində 2650 manat, xx.xx.2023-cü il tarixində 1325 manat, xx.xx.2023-cü il tarixində 795 manat məbləğində vəsait köçürülmüşdür.
12. 15 oktyabr 2023-cü il tarixli 356535 nömrəli, 356536 nömrəli, 356538 nömrəli, 401269 nömrəli, 401270 nömrəli, 401271 nömrəli, 401272 nömrəli və 401774 nömrəli pambıq-qəbulu qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nə 1570,94 manat, 1775,18 manat, 1790,46 manat, 2499,34 manat, 2370,07 manat, 2585,54 manat, 1924,21 manat, 412,56 manat məbləğində məhsulun təhvil verilməsi tərəflərin imzaları ilə təsdiq edilmişdir.
13. Çıxarışdan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 58850,50 manat dəyərində cavabdehə avans verilmiş, həmin məbləğdən 16934,33 manat təhvil verəcəyi xampambığın dəyəri çıxılmış və 41916,17 manat borc yaranmışdır.
14. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə 41916,17 manat əsas, 16808,38 manat cərimə borcu vardır.
15. 30 mart 2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdehdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirlmişdir.
III. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
17. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
IV. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16 yanvar 2023-cü il tarixli 23 *** **** nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi, Cavabdeh isə istehsal olunmuş xam pambığı bütünlüklə İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin istehsalçıya ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 41916,17 manat borcu yaranmışdır.
21. Hazırda iddiaçı 16 yanvar 2023-cü il tarixli 23 *** **** nömrəli xam-pambığın alğısatqı müqaviləsi üzrə 41916,17 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
22. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
24. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub (müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür), iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Çıxarışdan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 58850,50 manat dəyərində cavabdehə avans verilmiş, həmin məbləğdən 16934,33 manat təhvil verəcəyi xampambığın dəyəri çıxılmış və 41916,17 manat borc yaranmışdır.
28. Cavabdehin etirazının dəlili ondan ibarətdir ki, əkin sahələrinin suvarılmasında çətinliklər olduğundan və vaxtında suvarılma aparılmadığından yetərincə məhsul əldə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390-cı maddəsinin hüquqi təbiətindən irəli gələrək tərəflər azad şəkildə müqavilə bağlaya bilər və müqavilə şərtlərini müəyyən edə bilərlər. Hazırki iddianın əsası kimi qeyd olunan tərəflər arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli 23 *** **** nömrəli müqavilədə fermerin öhdəliklərinin icrasını istisna edən və ya digər istisnalar nəzərdə tutan hallar müəyyən edilməmişdir. Habelə, müqavilənin 2.1.5-ci maddəsinə əsasən fermer bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılması ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Suyun olmaması və bu səbəbdən suvarmanın həyata keçirilməsinin mümkünsüzlüyü öncədən təxmin edilməsi mümkün olan haldır ki, tərəf bu halı nəzərə almayaraq hansısa hüquq münasibətlərinə girməsi və bunun nəticəsində zərərə uğramasının məsliyyətini özü daşıyır.
29. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
30. İddia ərizəsində iddiaçı 16 yanvar 2023-cü il tarixli 23 *** **** nömrəli müqavilə üzrə 16808,38 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə ödəməlidir
32. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 16808,38 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 2095,80 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
33. İddiaçı eləcə də 266,17 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
34. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********57 nömrəli mədaxil qəbzi ilə 266,17 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 222,03 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 44,14 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli 23 *** **** nömrəli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən 41916,17 manat əsas borc, 2095,80 manat cərimə borcu olmaqla, cəmi 44011,97 manat pul Cavabdeh tutularaq İddiaçıMMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
39. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli 23 *** **** nömrəli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən 41916,17 manat əsas borc, 2095,80 manat cərimə borcu olmaqla, cəmi 44011,97 (qırx dörd min on bir manat doxsan yeddi qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 222,03 (iki yüz iyirmi iki manat üç qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 44,14 (qırx dörd manat on dörd qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli