Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-379/2020 19.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” X1rşı borcun ödənilməsi tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxx” X1rşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək “xxxxxxxxx” MMC-dən xx.xx.2017-ci il tarixli, A- 279/Tİ/2017 saylı müqaviləyə əsasən 6980,41 manat əsas borcun və 310 günə görə 21 639,27 manat dəbbə pulunun, 30 manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxxx” MMCnin xeyrinə tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə İddiaçı MMC ilə “xxxxxxxxx” MMC arasında A-279/T1/2017 saylı inşaat malları alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə 6980,41 manat məbləğində elektron qaimə-faktura üzrə malların qəbul edilməsinə və müvafiq qaydada hesab-faktura ilə birgə malı qəbul etmələrinə baxmayaraq cavabdeh öhdəliklərini icra etməmişdir. Cavabdeh müəssisənin rəhbəri tərəfindən borcun hissə-hissə ödənilməsi ilə bağlı məktubla müraciəti olsa da heç bir ödəniş etməmişdir. İddiaçı “xxxxxxxxxxxx” MMC-nin direktoru X6 məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxxx” X5 məhkəməyə rəsmi ərizə göndərərək bildirmişdir ki, borcun ödənilməsindən imtina edilmir və boyun qaçırılmır. Bununla da iddia tələbini etiraf etmişdir. Məhkəmə iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - xx xxxxxxxx 2017-ci il tarixli, 279/T1/2017 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satışı İddiaçı MMC ilə alıcı “xxxxxxxxx” MMC arasında bağlanmış hazırki müqaviləyə əsasən satıcı müqavilə imzalandıqdan sonra malları alıcıya verməyi, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxxx 2017-ci il tarixli, 279/T1/2017 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, ümumi dəyəri 6980,41 manat olan avadanlıq alıcı “xxxxxxxxx” MMCyə verilmişdir. xx xxxxxx 2018-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə yaranmış borc məbləği ilə bağlı xəbərdarlıq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, 49/20 saylı arayışdan görünür ki, cavabdehin 6980,41 manat ısas, 21 639,27 manat cərimə borcu yaranmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 279/T1/2017 saylı alqı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə iddiaçı olan müqavilə üzrə “satıcı” İddiaçı MMC malların satılmasını, cavabdeh “xxxxxxxxx” MMC isə alınmış malların əvəzinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh “xxxxxxxxx” MMC tərəfindən məhkəməyə ərizə təqdim edilərək borc məbləğinə etiraz olunmadığı və ödəniş ediləcəyi bildirilmişdir. Məhkəmə cavabdeh tərəfin bu mövqeyini uyğun faktiki halın qəbul edilməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 191.3-cü maddəsinə əsasəncavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxxxxxxx” X2 6980,41 (altı min doqquz yüz səksən manat qırx bir qəpik) manat borc, 6639,22 (altı min altı yüz otuz doqquz manat iyirmi iki qəpik) cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxx” X2 6980,41 (altı min doqquz yüz səksən manat qırx bir qəpik) manat borc, 6639,22 (altı min altı yüz otuz doqquz manat iyirmi iki qəpik) cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-379/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-379/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver