Məhkəmə qərarları › İş №e-2-2(115)-388/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-388/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-388/2025 26.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə (açar sözlər: pul tələbi, aidiyyət, ərazi aidiyyəti) Hakim Məmmədli Əbülfəz Namiq oğlu iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq müəyyən etdi. I. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 55680 (əlli beş min altı yüz səksən) manat sığorta ödənişin və 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 55939 (əlli beş min doqquz yüz otuz doqquz) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı4 verilməsi, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 134400 (yüz otuz dörd min dörd yüz) manat sığorta ödənişinin və 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 134826 (yüz otuz dörd min səkkiz yüz iyirmi altı) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı2 verilməsi, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 40000 (qırx min) manat sığorta ödənişinin və 211 (iki yüz on bir) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 40211 (qırx min iki yüz on bir) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı3 verilməsi, cavabdeh Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 12800 (on iki min səkkiz yüz) manat sığorta ödənişinin və 130 (yüz otuz) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 12930 (on iki min doqquz yüz otuz) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT-Tərtər” Filialı (alıcı) ilə 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin satıcıya ödənilməsi barədə alqı-satqı müqaviləsi bağlamışlar. Eyni zamanda hər biri ayrı-ayrılıqda Aqrar Sığorta Fondu ilə 2023-cü il tarixdə sığorta müqaviləsi bağlamaqla özlərinə məxsus olan, Tərtər rayonunda yerləşən torpaq sahələrində əkilmiş kənd təsərrüfatı və bitkiçilik məhsulları olan Ceyhan 520 (ELİT) adlı pambıq məhsullarını sığortalamışlar. Həmin sığorta müqavilələrinə əsasən Aqrar Sığorta Fondu sığorta hadisəsi üzrə onlara yəni, İddiaçı4 17,4 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 55680 (əlli beş min altı yüz səksən) manat, İddiaçı2 42 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 134400 (yüz otuz dörd min dörd yüz) manat, İddiaçı3 12,5 ha torpaq sahəsində əkilmiş torpaq sahəsinə görə 40000 (qırx min) manat və İddiaçı1 4 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 12800 (on iki min səkkiz yüz) manat sığota ödənişi verilməli idi. Belə ki, hər biri ayrı-ayrılıqda özlərinə məxsus olan torpaq sahələrində kənd təsərrüfatı məhsulları və bitkilər əkmişlər. Torpaqların suvarılması üçün daima Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC Tərtər Suvarma sistemləri idraəsinin balansında olan magistral su kanalından istifadə edirdilər. 2023-cü ilin təxminən iyun ayında sularını kəsdilər və onlara su vermədilər. Dəfələrlə müraciət etsələr də şikayətlərinə baxan olmadı. Həmin ilin sonunda onlara məktub göndərdilər ki, kanalda təmir bərpa işləri aparıldığından, kanalın divarları beton üzlüklə üzlənildiyindən, həmçinin də kanal üzərindəki hidrotexniki qurğular əsaslı şəkildə təmir olunduğundan Melorasiya idarəsi onlara su verməmişdir. Nəticə etibarı ilə sahələri susuz qaldığından onlara xeyli miqdarda zərər dəymişdir. Cavabdeh Aqrar Sığorta Fonduna onlara verilməli olan sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etməklərinə baxmayarq sığorta ödənişinin verilməsindən əsassız şəkildə imtina edilmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində də onlar “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT-Tərtər” Filialı (alıcı) ilə aralarında bağladıqları alqı-satqı müqaviləsi üzrə irəli gələn öhdəlikləri yerinə yetirə bilməmişlər və "xxxx" MMC-nə borcları yaranmışdır.

3. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadı ilə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir.

4. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadından şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. II. Apellyasiya instansiya məhkəməsindəki icraat

5. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-59/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 388/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadı ləğv edilərək, iş qanunvericiliyin tələblərinə əməl edilərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılmışdır.

III. Birinci instansiya məhkəməsindəki ikinci icraat

IV. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

V. Məhkəmənin mövqeyi

7. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

8. Belə ki, hazırki iş materiallarıınn araşdırılması zamanı müəyyən edilmişdir ki, Aqrar Sığorta Fondu ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Xətai rayonu Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

9. Belə olan halda məhkəmə apellyasiya instansiyası məhkəməsinin göstərişinə əsasən hesab edir ki, hazırki işə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

10. Bundan əlavə, iddiaçının vəkili və nümayəndəsi məhz 36.11-ci maddəyə istinad etsə də, apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, hazırki mübahisəyə baxılmasının ərazi aidiyyətinin dəyişdirilməsinin mümkünüyü Mülki Prosessual Məcəllənin 36 və 39-cü maddələrinin təsiri altına düşmür.

11. Buna görə də yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş ərazi aidiyyəti qaydalarının pozulması ilə verilmişdir və mübahisəyə baxmaqda Gəncə Kommersiya Məhkəməsi səlahiyyətli deyil.

VI. Məhkəmənin gəldiyi nəticə

12. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçılara geri qaytarılmalıdır.

13. Bundan başqa, məhkəmə xx.xx.2025-ci il tarixli qəbzlərə əsasən müəyyən edir ki, 260, 131, 212 və 427 manat məbləğində dövlət rüsumu iddiaçılar tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından həmin dövlət rüsumları da qaytarılmalıdır.

14. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40, 152.1.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməyə mane olmur. 260 (iki yüz altmış) manat məbləğində dövlət rüsumu İddiaçı4, 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumu İddiaçı1, 212 (iki yüz on iki) manat məbləğində dövlət rüsumu İddiaçı3, 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı2 tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar