Məhkəmə qərarları › İş №e-2-2(115)-393/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-393/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-393/2020 19.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeha qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5988 manat əsas borcun, 2750,11 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçıASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrə qərarı ilə təsdiq olunmuş İddiaçı X3 məxsus kənd təsərrüfat texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə X2 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 1666-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq obyekti lizinqə götürülmüş, Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki müqavilə üzrə 5988 manat əsas borcu, lizinq müqaviləsinin 4.2-ci maddəsinə əsasən 2750,11 manat cərimə borcu qalmışdır. Tərəflər məhkəmə baxış iclasında nümayəndələrinin iştirakını təmin etmişlər. İddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə baxılması Şirvan Kommersiya səlahiyyətinə aid olmadığından ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki Cavabdeh qeydiyyat və yaşayış yeri Beyləqan rayonu, Əhmədli kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5988 manat əsas borcun, 2750,11 manat cərimənin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçıASCyə ödənilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsi (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar