Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-393/2025 23.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 57734 manat 74 qəpik əsas borcun, 23151 manat 63 qəpik cərimə borcunun və ödənilmiş 332 manat 65 qəpik dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Tərtər” filialı və cavabdeh arasında bağlanmış 23272296 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alqısatqı müqaviləsinə əsəsən, cavabdeh 42 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 81331,74 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 57734,74 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 23151,63 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xampambığın alqı-satqısına dair 23272296 saylı müqavilədən görünür ki, alıcı 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcıya təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xampambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı 42 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2023-ci il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23272296 nömrəli müqaviləyə əlavə qiymətlərin razılaşdırılması protokolundan görünür ki, müqavilə üzrə veriləcək malların və göstəriəcək xidmətlərin qiymətləri razılaşdırılmışdır. İş materiallarında olan AFBBANK-ın hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 29400 manat, xx.xx.2023-cü il tarixdə 1260 manat, xx.xx.2023-cü il tarixdə 18000 manat, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 4200 manat, xx.xx.2023-cü il tarixdə 1260 manat, xx.xx.2023-cü il tarixdə 18000 manat, xx.xx.2023-cü il tarixdə 6300 manat, xx.xx.2023-cü il tarixdə 27000 manat, xx.xx.2023-cü il tarixdə 9000 manat, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023cü il tarixdə 3600 manat, xx.xx.2023-cü il tarixdə 2100 manat, xx.xx.2023-cü il tarixdə 9000 manat, xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 5400 manat, xx.xx.2023cü il tarixdə 5400 manat, xx.xx.2023-cü il tarixdə 840 manat, xx.xx.2023-cü il tarixdə 1260 manat, xx.xx.2024-cü il tarixdə 10890 manat, xx.xx.2023-cü il tarixdə 9801 manat məbləğ Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarında olan xidmət aktlarından görünür ki, xx.xx.2023-cü il tarixdə 309 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 313,70 manat, xx.xx.2023-cü il tarixdə 34,94 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 1856 manat, xx.xx.2023-cü il tarixdə 635,80 manat, xx.xx.2023-cü il tarixdə 76,60 manat, xx.xx.2023-cü il tarixdə 379 manat, xx.xx.2023cü il tarixdə 411,40 manat, xx.xx.2023-cü il tarixdə 143,40 manat, xx.xx.2023-cü il tarixdə 1327,45 manat, xx.xx.2023-cü il tarixdə 9,86 manat, xx.xx.2023-cü il tarixdə 27,20 manat, xx.xx.2023-cü il tarixdə 220,96 manat, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 264,38 manat, xx.xx.2023-cü il tarixdə 51 manat, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 118,49 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 568,48 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 510,40 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 302,44 manat, xx.xx.2023-xx.xx.2023cü il tarixlərdə 298,78 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 690,64 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 402,23 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 478,54 manat, xx.xx.2023-cü il tarixdə 33,84 manat, xx.xx.2023-cü il tarixdə 533,76 manat, xx.xx.2023-cü il tarixdə 147,04 manat, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 658,78 manat, xx.xx.2023-cü il tarixdə 43,38 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 222,12 manat, xx.xx.2023-cü il tarixdə 77,28 manat, xx.xx.2023-cü il tarixdə 61,44 manat, xx.xx.2023-cü il tarixdə 45,18 manat, xx.xx.2023-cü il tarixdə 560,96 manat, xx.xx.2023-cü il tarixdə 98,88 manat dəyərində İddiaçı MMC tərəfindən xidmətlər göstərilmişdir. İş materiallarında olan qaimələrə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli 20107579 nömrəli qaiməyə əsasən 6095 manat, xx.xx.2023-cü il tarixli 20107808 nömrəli qaiməyə əsasən 583 manat, xx.xx.2023-cü il tarixli 20108121 nömrəli qaiməyə əsasən 2040 manat, xx.xx.2023-cü il tarixli 20108465 nömrəli qaiməyə əsasən 43,50 manat, xx.xx.2023-ci il tarixli 20109297 nömrəli qaiməyə əsasən 240 manat, xx.xx.2023-ci il tarixli 20109444 nömrəli qaiməyə əsasən 317 manat, xx.xx.2023-cü il tarixli 20109445 nömrəli qaiməyə əsasən 400 manat, xx.xx.2023-cü il tarixli 20109446 nömrəli qaiməyə əsasən 450 manat, xx.xx.2023-cü il tarixli 20109466 nömrəli qaiməyə əsasən 575 manat, xx.xx.2023-cü il tarixli 20109851 nömrəli qaiməyə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli 20110930 nömrəli qaiməyə əsasən 360 manat, xx.xx.2023-cü il tarixli 20110931 nömrəli qaiməyə əsasən 460 manat, xx.xx.2023-cü il tarixli 20111078 nömrəli qaiməyə əsasən 400 manat, xx.xx.2023-cü il tarixli 20111235 nömrəli qaiməyə əsasən 30 manat, xx.xx.2023-cü il tarixli 20111250 nömrəli qaiməyə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli 20112133 nömrəli qaiməyə əsasən 1020 manat, xx.xx.2023-cü il tarixli 20112134 nömrəli qaiməyə əsasən 340 manat, xx.xx.2023-cü il tarixli 20112211 nömrəli qaiməyə əsasən 700 manat, xx.xx.2023-cü il tarixli 20112530 nömrəli qaiməyə əsasən 3000 manat, xx.xx.2023-cü il tarixli 20116518 nömrəli qaiməyə əsasən 672 manat dəyərində mal anbardan təhvil verilmişdir. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixli GJU seriyalı 309147 nömrəli qəbzə əsasən 3605,08 manat, xx.xx.2023-cü il tarixli GJU seriyalı 395226 nömrəli qəbzə əsasən 3242,15 manat, 395230 nömrəli qəbzə əsasən 2297,53, 395231 nömrəli qəbzə əsasən 3461,03 manat, 395643 nömrəli qəbzə əsasən 2346,88 manat, ******* nömrəli qəbzə əsasən 4062,95 manat, 395228 nömrəli qəbzə əsasən 2133,42 manat, 395229 nömrəli qəbzə əsasən 2447,96 manat dəyərində pambıq İddiaçı MMC-nə təhvil verilmişdir. İş materiallarında olan Aqrar Sığorta Fondunun hesabdan çıxarışından görünür ki, 819,84 manat sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 604-cü maddəsinə əsasən hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən alıcı İddiaçı MMC 2023-cü il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambığın həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Alıcı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin satıcı öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində onun iddiaçıya 57734,74 qəpik borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avanslar verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 23151 manat 63 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 2000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 57734 manat 74 qəpik əsas borc, 2000 manat cərimə olmaqla 59734 manat 74 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 332 manat 65 qəpik dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 269 manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2023-cü il tarixli 23272296 nömrəli 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən 57734 manat 74 qəpik əsas borc, 2000 manat cərimə borcu olmaqla, cəmi 59734 (əlli doqquz min yeddi yüz otuz dörd) manat 74 (yetmiş dörd) qəpik borc və ödənilmiş 269 (iki yüz altmış doqquz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-393/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-393/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver