Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-402/2022 17.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 12437 manat 16 qəpik məbləğində müqavilə üzrə borcun, 5000 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş 122 manat 60 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehn Baş direktoru X2 ilə 14 aprel 2021-ci il tarixdə, Ziya Bünyadov küçəsində Azərbaycan Respublikası Beynəlxalq Bankın yaxınlığında yerləşən, ona məxsus ofisdə görüşüb söhbət etdik. Söhbət əsnasında Qurban Əliyev bildirdi ki, Bakı – Rusiya yolunun çəkilməsi ilə əlaqədar torpaq işlərinin görülməsi və yolun hamarlanması xidmətlərinin həyata keçirilməsi məqsədilə ona, hər ay xidmət haqqı ödəmək şərti ilə, ağır texnika lazımdır. Mən onunla razılaşdım və özümə məxsus olan 10BA159 dövlət qeydiyyat nişanlı və ** BA *** dövlət qeydiyyat nişanlı iki ədəd “Buldozer” texnikası vasitəsi ilə işlərin icra olunmasını öhdəsinə götürüb. Xidmətlərin göstərilməsi haqqında Cavabdeh MMC ilə 14 aprel 2021- ci il tarixində müqavilə imzalayıblar. Görüləcək işlərin icrası ilə əlaqədar olaraq yuxarıda qeyd etdiyi texnikaları Siyəzən rayonuna yola salıblar. Ona məxsus texnikalar vasitəsi ilə qarşıya qoyulan xidmətlər icra olunmuşdur. Lakin, Cavabdeh MMC-nin Baş direktoru X1 4-cü bəndində göstərilən öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Belə ki, həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, bir Buldozerlə icra olunan işlərin müqabilində aylıq ödəniş 8650 (səkkiz min altı yüz altmış) Azərbaycan manatı təşkil etmişdir. Bundan başqa, razılaşmaya əsasən texnikaların daşınması üçün 600 manat MMC tərəfindən ödənilməli idi. Ona məxsus iki ədəd Buldozrlərlə icra olunan işlərin məbləği 14,837.16 (on dörd min səkkiz yüz otuz yeddi manat, 16 qəpik) manat, texnikaların daşınması xərci 600 manat olmaqla, cəmi yaranmış borc 15,437.16 (on beş min dörd yüz otuz yeddi manat, 16 qəpik) manat təşkil etmişdirİ. cra olunan işlərin müqabilində Cavabdeh MMC-nin Baş direktoru Qurban Əliyev tərəfindən ona cəmi 3000 (üç min) manat ödənilmişdir. Qalan, 12,437.16 (on iki min dörd yüz otuz yeddi manat, 16 qəpik) manat məbləğində pul vəsaiti Cavabdehn Baş direktoru X2 tərəfindən bu günə qədər ödənilməmişdir. Xeyli müddətdir ki, Cavabdeh MMC-nin Baş direktoru Qurban Əliyevlə əlaqə saxlasa da, görülən işlər müsbət nəticə verməmişdir. Cavabdeh Qurban Əliyev hər dəfə bir bəhanə gətirərək pul vəsaitinin ödənilməsindən yayınmışdır. Aralarında aparılan danışıqlardan məlum olmuşdur ki, Qurban Əliyev 12,437.16 (on iki min dörd yüz otuz yeddi manat, 16 qəpik) manat məbləğində pul vəsaiti ödəməkdən qəsdən yayınmışdır. Aramızda aparılan danışıqlardan məlum olmuşdur ki, cavabdeh X2 12,437.16 (on iki min dörd yüz otuz yeddi manat 16 qəpik) manat məbləğində pul vəsaiti ödəməkdən qəsdən yayınmışdır. Beləliklə, cavabdehdən pulun alınması üçün 08 oktyabr 2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi RPİ-nə göndərilmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən alınmış cavab məktubunda göstərilmişdir ki, “Məsələ ilə bağlı Sizə olan 12437 manat 16 qəpik icarə haqqı borcunu ödəmədiynə görə, Binəqədi rayonu, Z. Bünyadov prospektində fəaliyyət göstərmiş Cavabdeh MMC barəsinədə mülki qaydada məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir”. Odur ki, müqavilə üzrə cavabdehdən pulun alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Cavabdehn Baş direktoru X2 etibardan sui-istifadə etmək və aldatmaq yolu ilə aramızda bağlanmış müqavilə üzrə icra olunmuş işlərin müqabilində ödənilməli olan pul vəsaitini mənimsəmiş və bununla da, ona xeyli miqdarda maddi və mənəvi zərər vurmuşdur. Onun mənə vurduğu zərərə görə ailəmin dolanışıq vəziyyəti xeyli pisləşmişdir. Cavabdeh X2 müqavilə üzrə 12,437 manat 16 qəpik (on iki min dörd yüz otuz yeddi manat 16 qəpik) məbləğində pulun ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmiş və beləliklə, onu aldatmaqla vaxt udmağa cəhd etmişdir. Cavabdeh X2 müqavilə üzrə 12,437 manat 16 qəpik (on iki min dörd yüz otuz yeddi manat 16 qəpik) məbləğində pul vəsaitindən istifadə etməklə və onu vəd verdiyi müddət bitdikdən sonra da özündə saxlamaqla əsassız şəkildə varlanmışdır. Onun hərəkətləri onun əsəblərinə toxunmuş və səhhətinin pisləşməsinə səbəb olmuşdur. Həmin məbləğdə pulun yeddi aydan artıq müddətdə ailənin büdcəsindən kənarlaşması nəticəsində ailənin maddi vəziyyətinin xeyli pisləşməsinə səbəb olmuşdur. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, ərizədə yanlışlıq olduğundan keçən məhkəmə iclasında dəqiqləşmə ərizəsini təqdim edə bilməyiblər. Borcdan 3000 manat ödəniş olunub və 11837 manat borcu qalıb. Ödənilmiş məbləğin nəzərə alınaraq, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı oğlu məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək, nümayəndənin dedikləri ilə razı olduğunu bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sifarişçi İddiaçı ilə icraçı Cavabdeh arasında bağlanmış T/Y002 nömrəli 14 aprel 2021-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, sifarişçi Bakı-Rusiya Federasiyası yol çəkilişi əlaqədar torpaq işlərinin görülməsi və yolun hamarlanması xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada həmin xidmətləri özünə məxsus buldozer texnikası vasitəsi ilə göstərməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.5-ci bəndindən görsənir ki, göstərilən xidmətin aylıq xidmət haqqı 8560 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş EBBK seriyalı 093351 nömrəli 01.10.2021-ci il tarixli elektron qaimədən görünür ki, X3 tərəfindən buldozerlə göstərilən torpaq işləri və yolun hamarlanması xidmətinin haqqı 5991 manat 93 qəpik təşkil etmişdir. İş materiallarına əlavə edilmiş EBBK seriyalı 093137 nömrəli 01.10.2021-ci il tarixli elektron qaimədən görünür ki, X3 tərəfindən buldozerlə göstərilən torpaq işləri və yolun hamarlanması xidmətinin haqqı 8845 manat 23 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı aralarında olan xidmət müqaviləsinə əsasən 14837 manat 16 qəpik borcu yaranmışdır. Cavabdeh bu borcdan 3000 manat ödəniş etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, 11837 manat 16 qəpik məbləğində borcu iddiaçıya ödəməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 122 manat 60 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11837 manat 16 qəpik məbləğində borc və ödənilmiş 122 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və onun nümayəndəsi izahatında Cavabdeh borcundan 3000 manat ödəniş etdiyini bildirdiyindən və texniki səhvə görə ərizədə 11837 manat 16 qəpik əvəzinə 12437 manat 16 qəpik qeyd olunduğundan iddiaçının iddiası 11837 manat 16 qəpik məbləğində təmin edilməlidir. Həmçinin İddiaçı ona mənəvi və psixi ziyan dəyməsi ilə bağlı tələbinə gəldikdə məhkəmə qeyd edir ki, bu hal öz təsdiqini tapmır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Lakin iddiaçı tərəf cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı pulun yeddi aydan artıq müddətdə ailənin büdcəsindən kənarlaşması nəticəsində ona maddi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11837 manat 16 qəpik məbləğində borc və ödənilmiş 122 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-402/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-402/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver