Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-404/2021 22.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsinin X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iqtisadi mübahisəyə məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və X1 qarşı qarşı 5137,04 manat məbləğində pul vəsaitinih, habelə ödənilmiş 30 dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən göründüyü kimi Cavabdeh 01.01.2021-ci il tarixdə ölmüşdür. Göründüyü kimi iş üzrə cavabdeh 05.01.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə onun ölümündən 3 ay sonra, 13.04. 2021-ci il tarixdə iddia qaldırmışdır. Belə bir iddia qaldırıla bilməzdi. Habelə iş üzrə digər cavabdehin əsas borclu ilə müştərək qaydada məsuliyyət daşıdığıbndan, əsas borclu öldüyü təqdirdə isə müştərək məsuliyyəti yaradan halın aradan qalxması müəyyən edilmişdir. Məhkəmə iş materiallarına araşdıraraq hesab edir ki, olmayan şəxsə qarşı iddia qaldırıldığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və X1 qarşı pul tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-404/2021
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-404/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver