Məhkəmə qərarları › İş №e-2-2(115)-412/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-412/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-412/2021 06.07.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsinin X1, cavabdehlər Cavabdeh və Zamin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4844,52 manat borcun, 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 26.12.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən İddiaçı MMC fermerin icarəyə götürdüyü 15 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə hər bir sahədən 35 ton məhsul əldə etməklə 525 ton şəkər çuğunduru məhsulu istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də cavabdeh öhdəliklərini yerinə yetirməmiş və 4844,52 manat isə borcu yaranmışdır. İddiaçı nümayəndəsi X1 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasında izahat verərək su qıtlığı və verilmiş toxumun yararsız olması səbəbindən müqavilə üçün nəzərdə tutulmuş gözlənilən məhsulu əldə etmək mümkün olmadığından iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 26.12.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC fermerin icarəyə götürdüyü 15 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə hər bir sahdən 35 ton məhsul əldə etməklə 525 ton şəkər çuğunduru məhsulu istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 26.12.2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, əsas müqaviləyə təminat kimi Zamin olmuşdur. 12.02.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 12.02.2021-ci il tarixə 4844,52 manat borcu yaranmışdır. 26.12.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsinin 4.3-cü bəndinə əsasən istehsalçı/əkinçi şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını,hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu “AŞİB”-ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavənin 14-cü bəndinə əsasən istehsalçı/əkinçi vegetasiya müddətində qarşıya çıxan xəstəlik,ziyanvericilər və ya hər hansı bir problemin olduğu anda, təcili olaraq “AŞİB”-ə yazılı məlumat verməli ”AŞİB” isə öz növbəsində bu problemin vaxtında aradan qaldırılması üçün istehsalçı/əkinçiyə mümkün qədər kömək etməlidir. Eyni zamanda həmin əlavənin 17-ci maddəsinin istehsalçı/əkinçi “AŞİB” dən aldığı hesab qalığında qeyd olunan aqrotexniki tədbirlərə etirazı olduqda şikayətini 120 nömrəsi ilə müştəri xidmətlərinə bildirilə bilər. Şikayətlər “AŞİB”-in səlahiyyətli nümayəndəsi tərəfindən 7 (yeddi) iş günü ərzində araşdırılıb cavablandırılmalıdır. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 26.12.2018ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsinə əsasən İddiaçı MMC fermerin icarəyə götürdüyü 15 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə hər bir 35 ton məhsul əldə etməklə 525 ton şəkər çuğunduru məhsulu istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür, alıcı isə müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəfin irəli sürdüyü su qıtlığı və toxumda olan problemlərlə bağlı olaraq lazımi qədər məhsul əldə edə bilinməməsi arqumentinə gəldikdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan 26.12.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsinin 4.3-cü bəndinə əsasən torpağın suvarılan olması ilə bağlı məsələlər istehsalçının öhdəliklərinə aid edilmişdir. Həmin müqaviləyə 1 saylı əlavənin 14-cü bəndlərinə əsasən istehsalçı yaranmış problemlər barədə İddiaçı MMC-yə təcili olaraq və yazılı qaydada məlumat verilməsini öhdəlik kimi qəbul etmişdir. Lakin cavabdeh yaranmış olduğunu bildirdiyi problemlərlə bağlı olaraq iddiaçıya müraciət etməsi barədə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlərdən müştərək qaydada 4844,52 (dörd min səkkiz yüz qırx dörd manat əlli iki qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 4874,52 (dörd min səkkiz yüz yetmiş dörd manat əlli iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 400, 241-400, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4844,52 (dörd min səkkiz yüz qırx dörd manat əlli iki qəpik) manat, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 4874,52 (dörd min səkkiz yüz yetmiş dörd manat əlli iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar