Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-42/2022 07.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ”-yə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "FM-100” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ”-yə qarşı məhkəməyə müraciət edərək 56 109,15 ABŞ dolları və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-2(115)-530/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin surəti və məhkəmə qərardadı məhkəməmə tapşırığı qaydasında cavabdeh “AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ-yə göndərilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 40.000 ABŞ dollarının ödənildiyini bildirmiş və ona görə də cavabdeh “AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ”-dən 16109.15 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhərində hüquqi şəxs olaraq yanacaq doldurma fəaliyyəti ilə məşğul olur. Yanacaq doldurma fəaliyyətlərini daha yaxşı və keyfiyyətli həyata keçirmək üçün daim ən müasir avadanlıqların alınmasında maraqlı olmuşdurlar. Bunun üçün isə dünya bazarında keyfiyyətli məhsulları ilə rəqabətə girə bilən şirkətlərin istehsal etdikləri avadanlıqlara üstünlük vermişdirlər. Həmin şirkətlərdən biri kimi Türkiyənin X2 X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.Ltd.Şti müəsisəsi diqqətlərini cəlb etmişdir. Həmin şirkətin səlahiyyətli nümayəndələri ilə danışdıqdan sonra qərara gəlmişdirlər ki, onlardan yanacaq doldurma məntəqələri üçün bir neçə avadanlıq alsınlar. Bunun üçün həmin şirkətlə xx.xx.2020-ci il tarixdə mal alımı barədə müqavilə bağlamışdırlar. Müqavilənin şərtlərinə görə türk şirkəti onların şirkətini 25 iş günü müddətində akaryakıt tesisat malzemesi və pompa ilə təmin etməli idi. Bunun üçün isə İddiaçı MMC tərəfindən X2 X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.Ltd.Şti-nə 51609.15 USD ödəniş edilməli idi. İddiaçı MMC olaraq öz öhdəliklərini yerinə yetirərək həmin şirkətin hesabına 51609.15 USD ödəniş etmişdirlər. Həmçinin, əlavə olaraq xx.xx.2020-ci il tarixdə həmin şirkətlə Pompa ilave ekranın alınması ilə bağlı yeni bir müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtinə görə onlar pompa ilave ekranını göndərməli idi. Bu hərəkətin icra edilməsi üçün isə əvvəlcə onların hesabına 4500 USD ödəniş edilməli idi. Bu müqavilə üzrə də, öhdəliklərini icra etmişdirlər. Ancaq, cavabdeh şirkət nə xx.xx.2020-ci il tarixli, nədəki, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə öhdəliklərini icra etməmişdir. Bu hal isə sahibkar olaraq fəaliyyətlərinə mənfi təsir etməklə şirkətlərinin zərərə düşməsinə səbəb olmuşdur. Müqavilələr bağlandıqdan sonra bir neçə ay keçməsinə baxmayaraq onlara hər hansı avadanlıq göndərilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh tərəf mövcud borcdan 40.000 ABŞ dolları həcmində ödəniş etmişdir. iddia tələbini müdafiə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 456.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrilə müəyyən edilmiş qaydada xarici məhkəmələrin ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqlarını icra edirlər (bildirişlərin və başqa sənədlərin verilməsi, tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerində müayinə aparılması və s.). Gəncə Kommersiya Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2-2(115)-530/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin surəti və məhkəmə qərardadı məhkəməmə tapşırıöı qaydasında cavabdeh “AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ-yə göndərilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərilmişdir. Məhkəmə tapşırığı icra olunduqdan sonra geri qaytarılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli, Ş-1024 nömrəli mal alqı-satqı müqaviləsindən görünür ki, satıcı-“AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ” malları alıcıya verməyi, alıcı İddiaçı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən ödənişin miqdarı 51609.15 USD-dir. Həmin müqavilənin 3-cü bəndinə əsasən hər iki tərəf müqaviləni imzaladığı vaxtdan malları 25 iş günü müddətində təhvil verməlidir. Mallar İddiaçı MMC-nin müəyyən etdiyi Gəncə/Azərbaycan ünvanına təhvil verilməli idi. xx.xx.2020-ci il tarixli,S-1025 nömrəli mal alqı-satqı müqaviləsindən görünür ki, satıcı-“AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ” malları alıcıya verməyi, alıcı İddiaçı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən ödənişin miqdarı 4500 USD-dir. Həmin müqavilənin 3-cü bəndinə əsasən hər iki tərəf müqaviləni imzaladığı vaxtdan malları 25 iş günü müddətində təhvil verməlidir. Mallar İddiaçı MMC-nin müəyyən etdiyi Gəncə/Azərbayan ünvanına təhvil verilməli idi. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 51609.15 USD və 4500 USD məbləğində ödənişlər edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Ş-1024 nömrəli və xx.xx.2020-ci il tarixli,S-1025 nömrəli müqavilələrə əsasən satıcı “AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ” malları alıcıya verməyi, alıcı İddiaçı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Sonradan müəyyən məbləği geri qaytarsa da, nəticədə 16109.15 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.7-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərdə icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə baxmağa haqlıdır. Hazırkı iş üzrə müqavilənin həm mahiyyətindən, həm də şərtlərindən göründüyü kimi müqavilənin icra yeri Gəncə şəhəri sayılır. Mahiyyətindən irəli gələn hal odur ki, alıcı hüquqi şəxs Gəncə şəhərində yanacaq satışı üzrə fəaliyyət göstərir, müqavilə predmetini təşkil edən avadanlıqlar Gəncə şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində quraşdırılıb isifadə olunması üçün nəzərdə tutulmuşdur. Müqavilənin şərtlərindən irəli gələn hal odur ki, müqavilənin 3-cü bəndinə əsasən müqaviləni imzaladığı vaxtdan malları 25 iş günü müddətində təhvil verməlidir. Mallar İddiaçı MMC-nin müəyyən etdiyi Gəncə/Azərbaycan ünvanına təhvil verilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 426.1-ci maddəsinə əsasən öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ”-dən 16109.15 (on altı min yüz doqquz dollar on beş sent) ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. Cavabdeh “AR-GE Akaryakıt LPG X1 İnş.Taah.Nak.Servis Hiz. X6.Tic.LTD.ŞTİ”-dən 16109.15 (on altı min yüz doqquz manat on beş qəpik) ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-42/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-42/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver