Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-425/2023 21.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 və Cavabdeh4 qarşı icarə və alqısatqı müqaviləsinin, çıxarışların qismən ləğv edilməsi və torpaq sahəsinin iddiaçının icarəsinə və istifadəsinə qaytarılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 qarşı icarə müqaviləsinin, alqısatqı müqaviləsinin, çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri V.Xuluflu və Nizami küçəsinin kəsişməsində yerləşən 3059,7 kv m (0,306 ha) torpaq sahəsini Ticarət Passajına icarəyə verilməsinə dair xx.xx.2009-cu il tarixli 676 nömrəli icarə müqaviləsinin, həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsinin, habelə həmin torpaq sahəsinin cavabdehlərdən Cavabdeh2 mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710.0 kv m torpaq sahəsi hissəsində ləğv edilməsi və 710.0 kv m torpaq sahəsinin İddiaçı icarəsinə və daimi istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək, əlavə olaraq Cavabdeh4 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qismən, 710,0 kv m torpaq sahəsi hissəsində ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci ildə yaradılmış və şirkətin nizamnaməsi 04 iyun 1997-ci il tarixdə, 33965 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Bundan sonra, şirkətə 12 dekabr 1997-ci il tarixdə isə uçot vahidlərinin dövlət resyetrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamə verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 5147 saylı xx.xx.1997ci il tarixli sərəncamı ilə “Passaj” tikinti mərkəzinin qarşısındakı ərazidə və bu sahənin Nizami küçəsi boyu piyada yolunda yaranmış antisanitariya vəziyyətini aradan qaldırmaq, göstərilən ərazidə alqı-satqı ilə məşğul olan vətəndaşları vergiyə cəlb etmək məqsədi il bu ərazidə kompleks yenidənqurma və abadlıq işləri aparılanadək “Passaj” ticarət mərkəzinin qarşısında və ətrafında müvəqqəti fəaliyyət göstərən satış yerlərinin idarə olunması hüququ İddiaçınə verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 186 saylı 02 aprel 2001-ci il tarixli sərəncamı ilə İddiaçınə “Passaj” ticarət mərkəzinin qarşısında pərakəndə şəklində fəaliyyət göstərən yarmarkanın yerində yenidənqurma işləri aparılmasına və orada müasir tipli ticarət yarmarkası təşkil edilməsinə icazə verilmişdir. 05 oktyabr 2002-ci il tarixli 31 saylı icarə müqaviləsi ilə “Passaj” ticarət Mərkəzinin qarşısında yerləşən 710 kv metr torpaq sahəsi ticarət yarmarkasının təşkili üçün 15 il müddətinə İddiaçınə icarəyə verilmişdir. Həmin icarə müqaviləsi, Azərbaycan Respublikası DTXK-nın Gəncə şəhər şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bundan sonra İddiaçı tərəfindən icarəyə götürülmüş torpaq sahəsində 106 ədəd ticarət köşkü tikilmiş və 28 ədəd ticarət köşkü birinci cərgədə yerləşdirilmişdir. İddiaçınə məxsus ticarət köşkləri ilə “Passaj” ticarət mərkəzi arasında 4 metr məsafə olmaqla tam bir-birindən ayrı sahələrdə yerləşmişlər. xx.xx.2006-cı il tarixdə DTXK Gəncə şəhər şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən İddiaçı istifadəsinə verilən 0.071 ha torpaq sahəsinə dair İddiaçınə torpaqdan daimi istifadə hüququna dair JN-1623 (kod ********) saylı torpaqdan daimi istifadə hüququna dair “Dövlət Aktı” işlənib verilmişdir. Bu göstərilən halları Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının hazırda da qüvvədə olan 03 dekabr 2004-cü il tarixli qətnaməsi ilə də müəyyən edilərək təsdiq edilmişdir. İddiaçı daimi istifadəsinə verilən 710.0 kv metr torpaq sahəsinin “Passaj” ticarət mərkəzinə verilmiş 1000 kv metr torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və bu torpaq sahələri bir-birindən ayrı olan torpaq sahələridir və bu qanuni qüvvəyə minmiş və hazırda da qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilərək təsdiq edilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi əsaslıdır. Əvvəlki mübahisələrlə bağlı Ali Məhkəmənin qərarlarından məlumatları vardır. Lakin, iş üzrə tərəflər fərqlidir və predmet eyni deyildir. 710 kvadratmetr torpaq sahəsinin İddiaçı qanuni istifadəsində olduğu halda əsasız olaraq cavabdehlərə verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8 və 384.0.4-cü maddələrinin tələbləri baxımından hazırkı tələbə iddia müddətinin şamil edilmir. Odur ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, torpaq sahəsinin komitə tərəfindən satılması qanunauyğun aparılmışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Cavabdehlərin Cavabdeh2 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında izahat verərək iddia tələbinin əsassız olduğunu bildirdi. İzahatında qeyd ki, mübahisə predmeti barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan onlar da nəzərə alınmaqla iddia tələbi rədd edilməlidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, “Torpaqların daimi istifadə hüququna dair” xx.xx.2006-cı il tarixli 603 saylı Dövlət aktına əsasən Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 5147 saylı və Gəncə şəhr İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 186 saylı sərəncamları ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 0,071 ha torpaq sahəsi daimi istifadə hüququ ilə İddiaçı adına qeydə alınmışdır. “Özəlləşdirilən dövlət müəssisə və obyektrərinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi” haqqında xx.xx.2009-cu il tarixli 676 saylı müqavilədən aydın olur ki, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsindəki Ticarət Pasajının yerləşdiyi ümumi torpaq sahəsinin (3059.7 kv.m) icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2, X12, X15 və adları 004266 saylı xx.xx.2009-cu il tarixli şəhadətnamədə qeyd olunanların şəxsində müqavilə bağlanılmışdır. “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 4266 saylı “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında özəlləşdirilmiş Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Ticarət Passajının qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsi 3059,7 m2 təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satıcı-Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini 13769 manata satır, alıcı-Cavabdeh2 isə həmin torpaq sahəsininin tam dəyərini ödəməklə satın alır. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən-X1 şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.306 kv/m olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində(ticarət passajı) yerləşən 0.306 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən Cavabdeh4 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində Ticarət passajı Cavabdeh4 xüsusi mülkiyyətindədir. İşin hallarından göründüyü kimi Cavabdeh2 və Cavabdeh4 adlarına verilmiş çıxarışlarda onların mülkiyyəti kimi qeyd olunan 0,30597 ha torpaq sahəsi əvvəllər ”Passaj” ticarət mərkəzinin istifadəsində olmaqla dövlət mülkiyyətinə aid olmuşdur. Həmin torpaq sahəsi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarlarda hazırkı mübahisə üzrə preyudisial xarakter daşıyan faktların müəyyən olunması təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarixli 1MK-5958/2004 nömrəli qətnaməsində göstərilir ki, İddiaçınə məxsus ticarət köşkləri “Passaj” Ticarət Mərkəzinə aid olmayan torpaq sahəsində yerləşir, ticarət köşklərinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 710 kv.metrdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli 6k-761 nömrəli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı istifadəsində olan 710 kv.m torpaq sahəsi ilə “Passaj” Ticarət Mərkəzinə aid olan torpaq sahəsinin ayrı-ayrı torpaq sahələri olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bu hal İddiaçı hazırkı iddia üzrə subyektiv hüququnun olmamasına dəlalət edir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 32/2012 nömrəli, 10 yanvar 2012-ci il tarixli qərarında qeyd olunur ki, Gəncə şəhəri, V.Xuluflu ilə Nizami küçələrinin kəsişməsində yerləşən Ticarət passajı (ümumi sahəsi 630.1 kv.m) və həmin dövlət müəssisəsinin yerləşdiyi 3059.7 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada adıçəkilən müəssisənin əmək kollektivinin üzvləri tərəfindən İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş, həmin əmlaka dair əmək kollektivi üzvlərinə Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2009-cu il tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Qərarda o da qeyd edilir ki, Gəncə şəhəri, Nizami rayonu, V.Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 630.1 kv.m ümumi, 630.1 kv.m əsas sahədən ibarət olan qeyri-yaşayış binasını (ticarət passajı) və onun yerləşdiyi 0.306 ha torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada -Ticarət Passajının əmək kollektivinin üzvləri- X10, Cavabdeh2, X5, X4, X16, X15, X12 və X8 tərəfindən özəlləşdirilmiş, bundan sonra onlar mülkiyyətçi kimi sərəncam vermək hüquqlarından istifadə edərək, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini Cavabdeh4 satmışlar və əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin özəlləşdirilməsi, alqı-satqısı və Cavabdeh4 adına daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınma zamanı qanunvericiliyin tələblərinə tam əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin həmin qərarda, Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 5147 nömrəli və xx.xx.2001-ci il tarixli 186 nömrəli sərəncamlarında İddiaçınə torpaq sahəsinin ayrılması ilə bağlı heç bir bəndin olmadığı təqdirdə, Gəncə şəhəri, Nizami rayonu İcra Hakimiyətinin xx.xx.2010-cu il tarixli 150 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Passaj” Ticarət Mərkəzinin qarşı tərəfində Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 186 nömrəli sərəncamına əsasən İddiaçı tərəfindən 0,071 ha torpaq sahəsində təşkil olunmuş ticarət yarmarkasının yerində razılaşdırılmış layihə əsasında ticarət mərkəzinin tikintisinə icazə verilməsi qanuna zidd hal kimi dəyərləndirilmişdir. Qeyd edilən məhkəmə qərarında müəyyən edilmiş hallar əvvəlki və hazırkı iş üzrə tərəf olan İddiaçınə və Cavabdeh4 münasibətdə preyudisial xarakter daşıyır. Məhkəmə onu da qeyd edir ki, məzmunlarından göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2009-cu il tarixli 676 saylı icarə və xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqavilələrinin bağlanması üçün Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2009-cu il tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə əsas sənəd olmuşdur. Həmin şəhadətnamə qüvvədədir və yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2012-ci il tarixli qərarında 3059.7 kv.m torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilməsi və həmin əmlaka dair xx.xx.2009-cu il tarixli 004266 qeydiyyat nömrəli şəhadətnamə verilməsi qeyd olunur. Qeyd edilənlərdən başqa məhkəmə onu qeyd edir ki, mübahisələndirilən xx.xx.2009cu il tarixli 676 saylı icarə və xx.xx.2009-cu il tarixli 2074 nömrəli alqı-satqı müqavilələri barədə məlumat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2012-ci il tarixli qərarının məzmununda yer almışdır. İddiaçı həmin iş üzrə tərəf olduğundan müqavilələrdən məlumatlı olmuşdur. Buna baxmayaraq 10 ildən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8 və 384.0.4-cü maddələrinin tələbləri baxımından hazırkı tələbə iddia müddətinin şamil edilmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı iddia tələbi iddia müddətinin şamil edilmədiyi tələblər kateqoriyasına aid edilmir. Belə ki, İddiaçı 710 kv.m torpaq sahəsinin mülkiyyətçisi deyildir və yaxud mülkiyyətçi olmasa da mülki qanunvericiliklə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxs kimi mülkiyyətçinin hüquqlarını daşımır. Məhkəmə bu mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilir ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi müqavilələrin qismən ləğvi hissəsində əsaslı sayılmır. Məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh4 adına verilmiş çıxarışların qismən ləğv edilməsi və torpaq sahəsinin iddiaçının icarəsinə və istifadəsinə qaytarılması hissəsi barədə onu qeyd edir ki, iddia tələbinin həmin hissələri müqavilələrin qismən ləğvi hissəsinə münasibətdə əlavə tələb xüsusiyyətini daşıyır. Əsas tələbin əssasızlığı əlavə tələbin də əsassızlığına gətirib çıxarır. Bundan başqa, hazırda mübahisələndirilən xx.xx.2009-cu il tarixli icarə və xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrindən sonra, yəni 2009,2011,2017, 2018, 2020-ci illərdə mübahisə predmetinə aid torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş müqavilələr və həmin müqavilələr əsasında verilmiş çıxarışlar mövcuddur ki, onların hər biri qüvvədədir. Məhkəmə onlardan sonuncuları göstərməyi yetərli hesab edir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda göstərilir ki, Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-315 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 0.306 ha torpaq sahəsini Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 0.306 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə44 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 0.306 ha torpaq sahəsini X9 bağışlamışdır. X9 Vəli Xuluflu küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən 0.306 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 4Ə-569 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X13 0.306 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 Gəncə şəhəri, Vəli Xuluflu küçəsi ilə Nizami küçələrinin kəsişməsində (ticarət passajı) yerləşən 0.306 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Əvvəlki müqavilələrin və çıxarışların qüvvədə olduğu vəziyyətdə onların əsasında verilmiş çıxarışların mübahisələndirilməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-ci il qərarın əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-425/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-425/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver