Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-43/2021 16.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X6 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 467 289,28 manat qalıq borcun, həmin borcun gecikdirilməsinə görə illik beş faizin, yəni 37 381,84 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 504 701,12 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair ”HGC GD 002/2018 nömrəli, 03 yanvar 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə görə istehsalçı özünün istehsal etdiyi və müqavilənin ayrılmış tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verməyi, distribüter isə istehsalçının istehsal etdiyi malların satışını (bu malların ticarət nişanı və markasını tətbiq etməklə) təşkil etməyi və istehsalçıdan təchiz edilən malların müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini istehsalçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirərək öz istehsalı olan müvafiq malları satmaq məqsədilə cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasındaiddia ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, 03 yanvar 2018-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” müqavilə üzrə cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən 467 289,28 manat qalıq borc, həmin borcun gecikdirilməsinə görə illik beş faiz, yəni 37 381,84 manat borcu yaranmıdır. Cavabdehin 2018-ci ilə qədər ödənilməmiş borcu qalmamışdır. iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 oğlu məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, borcun 273.332 manat hissəsi 31.12.2017-ci il tarixə, yəni müqavilədən əvvəlki dövrə aiddir. Borcun həmin hissəsinin 03 yanvar 2018-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” müqavilə üzrə tələb edilməsi əsassızdır. Bu barədə yazılı etiraz ərizəsini də məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. İşə əlavə olunmuş: İddiaçı MMC-nin nizamnaməsinin surətindən görünür ki, İddiaçıxxxx” MMC adlandırılmışdır. 03 yanvar 2018-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” HGC GD 002/2018 nömrəli müqavilənin surətindən görünür ki, istehsalçı “xxxx” MMC (İddiaçı MMC) özünün istehsal etdiyi və müqavilənin ayrılmış tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verməyi, distribüter Cavabdeh MMC isə istehsalçının istehsal etdiyi malların satışını (bu malların ticarət nişanı və markasını tətbiq etməklə) təşkil etməyi və istehsalçıdan təchiz edilən malların müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini istehsalçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. 20 iyul 2020-ci il tarixli, 405 nömrəli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdir. EAAN 253040 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 62 016 manat dəyərində mal təhvil verilmişdir. EAAO 780433 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 145 354 manat dəyərində mal təhvil verilmişdir. EAAN 252898 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 55332 manat dəyərində mal təhvil verilmişdir. EAAM 448275 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 29134 manat dəyərində mal təhvil verilmişdir. EAAM 448272 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 49976 manat dəyərində mal təhvil verilmişdir. EAAL 897043 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 1760 manat dəyərində mal təhvil verilmişdir. EAAL 885108 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 3276 manat dəyərində mal təhvil verilmişdir. EAAL 885061 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 3276 manat dəyərində mal təhvil verilmişdir. EAAL 685621 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 27364 manat dəyərində mal təhvil verilmişdir. EAAL 685601 seriya və nömrəli elektron qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə 144555,75 manat dəyərində mal təhvil verilmişdir. 20 aprel 2021-ci il tarixli, 04-1 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MMCnin İddiaçı MMC-yə ümumilikdə 467 289,28 manat borcu qeyd edilmişdir. İddia təlbinin məzmunundan göründüyü kimi iddiaçı borcunu 03 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən tələb edir. İddia tələbinin hüquqi əsasını həmin müqavilə təşkil edir. Müqavilə 31.12.2018-ci il tarixə qədər qüvvədə olmuşdur. Tərəflər arasında bağlanmış 05 yanvar 2018-ci il tarixli, 01/089 nömrəli üzləşmə aktından görünür ki, 31.12.2017-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 273.332.80 manat borcu olmuşdur. Beləliklə, cavabdehin iddiaçı qarşısında iki pul öhdəliyi olmuşdur. Onlardan biri 31.12.2017-ci il tarixə qədər, digəri isə 03 yanvar 2018-ci il tarixli müqavilə üzrə yaranmışdır. Məhkəmə qeyd edir ki, bir neçə öhdəlik olduqda hər bir öhdəlik ayrı-ayrılıqda müstəqil qaydada icra olunmalıdır. Ödənilən vəsaitin hansı öhdəliyə aid olması konkret şəkildə bəlli olmalıdır. Borclunun kreditor qarşısında iki və ya daha artıq öhdəliyi olduqda köçürülən pul vəsaitinin hansı öhdəliyə aid edilməsi üzrə seçim hüququ borcluya məxsusdur. Kreditor borcludan əldə etdiyi pul vəsaitlərini öz istəyinə uyğun qaydada öhdəliklər üzrə bölüşdürməyə haqlı deyildir. Cavabdehin etirazından göründüyü kimi o, öhdəliklərdən biri üzrə, yəni 2018-ci il tarixli müqavilədən irəli gələn borcundan ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 434-cü maddəsinə əsasən bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən, bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdur. Seçmək hüququ kreditora mənsubdursa, borclu ona ağlabatan müddət təyin edərək öhdəliyi seçməsini tələb edə bilər. Kreditor öhdəliyi vaxtında seçməzsə, həmin müddət keçdikdən sonra seçmək hüququ borcluya keçir. Əgər borclunun icra edilməli iki hərəkətin birindən imtina etməyə ixtiyarı çatırsa, digər hərəkəti icra etmək öhdəliyi qüvvədə qalır. Alternativ öhdəliyin seçilməsi bunun digər tərəfə bəyan edilməsi və ya icranın həyata keçirilməsi vasitəsilə yerinə yetirilir. Seçilmiş öhdəlik əzəldən icra edilməli öhdəlik sayılır. Bu Məcəllənin 434.1, 434.2 və 434.3-cü maddələrinin qaydaları seçim predmetinin icra edilməli ikidən çox öhdəlikdən ibarət olduğu hallarda da tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəmiş olduğu 273.332.80 manat vəsait 03.01.2018-ci il tarixli müqaviləyə aid ödənilməsinə baxmayartaq kreditor tərəfindən 31.12.2017-ci il tarixə qədər olan borca aid edilmişdir. Nəticədə cavabdehin borcu 03 yanvar 2018-ci il tarixli müqavilə üzrə borcu həmin məbləğ həcmində artmışdır. Həmin məbləğ iddia tələbində göstərilən 03.01.2018-ci il tarixli müqavilə üzrə ödənilmiş olduğundan İddiaçı MMC Cavabdehndən 193.956,48 (yüz doxsan üç min doqquz yüz əlli altı manat qırx səkkiz qəpik) manat əsas borc, onun illik beş faizi olaraq 9697,82 (doqquz min altı yüz doxsan yeddi manat səksən iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 203 654,30 (iki yüz üç min altı yüz əlli dörd manat otuz qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddia qismən təmin edilsin. Cavabdehndən 193.956,48 (yüz doxsan üç min doqquz yüz əlli altı manat qırx səkkiz qəpik) manat əsas borc, 9697,82 (doqquz min altı yüz doxsan yeddi manat səksən iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 203 654,30 (iki yüz üç min altı yüz əlli dörd manat otuz qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-43/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-43/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver