Məhkəmə qərarları › İş №e-2-2(115)-437/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-437/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-437/2021 24.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlununsədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “Cavabdeh “ ASC-nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “Cavabdeh “ ASC-nə qarşı cavabdehin 12.01.2021 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2546,88 manat o cümlədən əsas borcu 2401.72 manat, maliyyə sanksiyası 0 manat və faiz borcu 145.16 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 20000 manat məbləğində (qiyməti 20000 manat olan 1 ədəd ( 20- AE- 128) nömrəli İsuzu Baqdan avtobus) siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş ərizənin nəzərə alınmasını, buna görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh “ ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “Cavabdeh “ ASC-nə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan 10(on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 104) şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar