Məhkəmə qərarları › İş №e-2-2(115)-44/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-44/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-44/2021 17.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək „Turan Bank“ ASC ilə Cavabdeh4 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, № 33/F-S- 16 saylı kredit müqaviləsinə, „Turan Bank“ ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsinə və „Turan Bank“ ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, Cavabdeh4 85332.46 manat əsas, 4514.28 manat faiz, 73400.09 manat cərimə olmaqla, ümumilikdə, 163246.83 manat pulun tutulmasını; Cavabdeh2 84405.87 manat əsas, 5095.72 manat faiz, 57988.60 manat cərimə olmaqla, ümumilikdə 147490.19 manat pulun tutulmasını; Cavabdeh3 89329.22 manat əsas, 11982.05 manat faiz, 25818.66 cərimə olmaqla, ümumilikdə 124129.93 manat pulun, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəfimizdən ödənilmiş 61 manat rüsum və xidmət haqqı, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəfimizdən ödənilmiş 30 manat rüsumun tutulmasını; Cavabdeh3 məxsus olan (ƏMDKYDƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 14.06.2017-ci il tarixə qeydiyyata alınmış, Seriya MH 0003829; Reyestr nömrəsi; **********11-10301 Qeydiyyat nömrəsi ********* olan Çıxarışa əsasən) Bərdə şəhəri, Şah İsmayıl küçəsində yerləşən 77.28 kv.m olan 3 otaqlı 24 saylı fərdi evinə yönəldilərək, həmin əmlak hesabına TuranBank ASCyə ödənilməsi barədə; həmçinin Turan Bank ASC-nin Müştəri Xidmətləri Departamenti iləCavabdeh2 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsi və Turan Bank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli,İK № 259/F-18saylı kredit müqaviləsi üzrə tutulan borcun Cavabdeh1 məxsus olan (ƏMDKYDƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 28.08.2012-ci il tarixə qeydiyyata alınmış, Seriya RX 0030010; Reyestr nömrəsi; **********40- 10301 Qeydiyyat nömrəsi **********5 olan Çıxarışa əsasən) Bərdə rayonu, Qaradağlı fərdi yaşayış evinə yönəldilərək, həmin əmlak hesabına "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək „Turan Bank“ ASC ilə Cavabdeh4 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, № 33/F-S-16 saylı kredit müqaviləsinə, „Turan Bank“ ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsinə və „Turan Bank“ ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, Cavabdeh4 85332.46 manat əsas, 8162,44 manat faiz, 73897,86 manat cərimə olmaqla, ümumilikdə, 167392,76 manat pulun tutulmasını; Cavabdeh2 84405.87 manat əsas, 10429,27 manat faiz, 58480,96 manat cərimə olmaqla, ümumilikdə 153316,07 manat pulun tutulmasını; Cavabdeh3 89329.22 manat əsas, 26970,14 manat faiz, 27185,53 cərimə olmaqla, ümumilikdə 140304,89 manat pulun, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəfimizdən ödənilmiş 61 manat rüsum və xidmət haqqı, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəfimizdən ödənilmiş 30 manat rüsumun tutulmasını; Cavabdeh3 məxsus olan (ƏMDKYDƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 14.06.2017-ci il tarixə qeydiyyata alınmış, Seriya MH 0003829; Reyestr nömrəsi; **********11-10301 Qeydiyyat nömrəsi ********* olan Çıxarışa əsasən) Bərdə şəhəri, Şah İsmayıl k -də y/s 77.28 kv.m olan 3 otaqlı 24 saylı fərdi evinə yönəldilərək, həmin əmlak hesabına TuranBank ASC-yə ödənilməsi barədə; həmçinin Turan Bank ASC-nin Müştəri Xidmətləri Departamenti iləCavabdeh2 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsi və Turan Bank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli,İK № 259/F-18saylı kredit müqaviləsi üzrə tutulan borcun Cavabdeh1 məxsus olan (ƏMDKYDƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 28.08.2012-ci il tarixə qeydiyyata alınmış, Seriya RX 0030010; Reyestr nömrəsi; **********40-10301 Qeydiyyat nömrəsi **********5 olan Çıxarışa əsasən) Bərdə rayonu, Qaradağlı fərdi yaşayış evinə yönəldilərək, həmin əmlak hesabına "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Turan Bank » Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, № 33/F-S-16 saylı kredit müqaviləsinə əsasən illik 7% olmaqla 60 (altmış) ay müddətinə 200 000 (iki yüz min) AZN məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsinə əsasən illik 7% olmaqla 60 (altmış) ay müddətinə 153 000 (bir yüz əlli üç min) AZN məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsinə əsasən illik 19% olmaqla 36 (otuz altı) ay müddətinə 87 800 (səksən yeddi min səkkiz yüz) AZN məbləğində kredit verilmişdir.Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh3 arasında bağlanmış 05 noyabr 2016-cı il tarixli, № 365/F-S16-02 saylı, 29 noyabr 2018-ci il tarixli, 30 avqust 2017-ci il tarixli, № 33/F-S-16-02 saylı sonrakı ipoteka müqavilələrinə əsasən, Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Şah İsmayıl küçəsində yerləşəm 77.28 kv.m olan 3 otaqlı 24 saylı fərdi evi ipoteka ilə yüklü edilmişdir. Həmçinin Bankla Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsinin və Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2016-cı il tarixli, № 365/F-S-16-03 saylı sonrakı ipoteka müqaviləsinə və 29 noyabr 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus olan Bərdə rayonu, Qaradağlı kənd fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.Cavabdehlər heç bir öhdəliyini yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi X5 oğlu məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 184.4-ci maddəsinə əsasən Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edildikdə ,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: 19 fevral 2016-cı il tarixli, № 33/F-S-16 saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana illik 7% olmaqla 200 000 (iki yüz min) manat kredit verməyi, borcalan – Cavabdeh4 isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana illik 7% olmaqla 153000 manat kredit verməyi, borcalan – Cavabdeh2 isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalana illik 19% olmaqla 87800 manat kredit verməyi, borcalan – Cavabdeh3 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. 17 may 2020-ci il tarixli, 1328 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh4 85332.46 manat əsas, 8162,44 manat faiz, 73897,86 manat cərimə olmaqla, ümumilikdə, 167392,76 manat borcu vardır. 17 may 2020-ci il tarixli, 1329 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 84405.87 manat əsas, 10429,27 manat faiz, 58480,96 manat cərimə olmaqla, ümumilikdə 153316,07 manat borcu vardır. 17 may 2020-ci il tarixli,1330 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 89329.22 manat əsas, 26970,14 manat faiz, 27185,53 cərimə olmaqla, ümumilikdə 140304,89 manat borcu vardır. 05 noyabr 2016-cı il tarixli, № 365/F-S16-02 saylı, 29 noyabr 2018-ci il tarixli, 30 avqust 2017-ci il tarixli, № 33/F-S-16-02 saylı sonrakı ipoteka müqavilələrin sürətindən görünür ki, Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Şah İsmayıl küçəsində yerləşən 24 saylı, 77.28 kv.m olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə Bankın xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Şah İsmayıl küçəsində yerləşən 24 saylı, 77.28 kv.m olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə yüklü edilmişdir. 05 noyabr 2016-cı il tarixli, № 365/F-S-16-03 saylı sonrakı ipoteka müqaviləsinə və 29 noyabr 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bərdə rayonu, Qaradağlı kənd fərdi yaşayış evi ipoteka ilə Bankın xeyrinə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 17.03.2020-ci il tarixli, 46 və 47 nömrəli bildiriş məktubundan görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 12 fevral 2020-ci il tarixli 33 nömrəli son xəbərdarlıq məktubundan göründüyü kimi,Turan Bank“ ASC ilə Cavabdeh4 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, № 33/F-S-16 saylı kredit müqaviləsi, „Turan Bank“ ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsi və „Turan Bank“ ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə cavabdehlərə bildiriş göndərilmişdir. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi kimi təqdim edilən 9/5607 nömrəli ekspert rəyində 19 fevral 2016-cı il tarixli, № 33/F-S-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı ASC-yə 28 yanvar 2021-ci il tarixə borcu əsas borc üzrə 85332,46 manat, faiz üzrə 7639,36 manat olmaqla, ümumilikdə 92971,82 manat, 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC-yə 28 yanvar 2021ci il tarixə borcu əsas borc üzrə 84405,87 manat, faiz üzrə 8173,68 manat olmaqla, ümumilikdə 92579,55 manat, 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ASC-yə 28 yanvar 2021-ci il tarixə borcu əsas borc üzrə 86329,22 manat, faiz üzrə 20364,80 manat olmaqla, ümumilikdə 106694,02 manat, qeyd edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizasının nəticəsi kimi təqdim edilən UNİ/İ 71-286/21 nömrəli ekspert rəyində Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Şah İsmayıl küçəsində yerləşən 24 saylı, 77.28 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri : 83500 manat, likvid dəyəri 70000 manat kimi, Cavabdeh1 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində olan fərdi yaşayış evinin bazar dəyəri: 55600 manat, likvid dəyəri 50 000 manat kimi qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, № 33/F-S-16 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh4 200000 manat məbləğində, 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 153000 manat məbləğində, 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 nömrəli nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 87800 manat məbləğində kredit verilmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə pretenziyalar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçı, Cavabdeh4 73897,86 manat məbləğində, Cavabdeh2 58480,96 manat məbləğində, cavabdeh Cavabdeh3 27185,53 manat cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, Cavabdeh4 49265,10 manat məbləğində, Cavabdeh2 38987,89 manat məbləğində, cavabdeh Cavabdeh3 18124,64 manat məbləğində tutulmalıdır. Cavabdehlər heç bir məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı etirazını bildirməmişdir.Etirazının əsaslarını təşkil edən halları və sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü (Öhdəliyin icrası müddəti) maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən“öhdəliyin icrası üçün borcalanın xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatıazaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh4 85332,46 (səksən beş min üç yüz otuz iki manat, qırx altı qəpik) manat əsas, 8162,44 (səkkiz min yüz altmış iki manat qırx dörd qəpik) manat faiz, 49265,10 (qırx doqquz min iki yüz altmış beş manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə, 142760 (yüz qırx iki min yeddi yüz altmış manat) manat pul, Cavabdeh2 84405,87 (səksən dörd min dörd yüz beş manat, səksən yeddi qəpik) manat əsas, 10429,27 (on min dörd yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat faiz, 38987,89 (otuz səkkiz min doqquz yüz səksən yeddi manat səksən doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 133823 (yüz otuz üç min səkkiz yüz iyirmi üç manat) manat pul, Cavabdeh3 89329.22 (səksən altı min üç yüz iyirmi doqquz manat, iyirmi iki qəpik) manat əsas, 26790,14 (iyirmi altı min yeddi yüz doxsan manat on dörd qəpik) manat faiz, 18124,66 (on səkkiz min yüz iyirmi dörd manat altmış altı qəpik) cərimə olmaqla, ümumilikdə 131244 (yüz otuz bir min iki yüz qırx dörd manat) manat pul tutularaq Turan Bank“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli,borcun tutulması ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evinə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 61 (altmış bir) manat rüsum və ekspertiza xərci olan 800 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. „Turan Bank“ ASC ilə Cavabdeh4 arasında bağlanmış 19 fevral 2016-cı il tarixli, № 33/F- S-16 saylı kredit müqaviləsinə, „Turan Bank“ ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsinə və „Turan Bank“ ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. 19 fevral 2016-cı il tarixli, № 33/F-S-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 85332,46 (səksən beş min üç yüz otuz iki manat, qırx altı qəpik) manat əsas, 8162,44 (səkkiz min yüz altmış iki manat qırx dörd qəpik) manat faiz, 49265,10 (qırx doqquz min iki yüz altmış beş manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə, 142760 (yüz qırx iki min yeddi yüz altmış manat) manat pul, 04 noyabr 2016-cı il tarixli, № 365/F-S-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 84405,87 (səksən dörd min dörd yüz beş manat, səksən yeddi qəpik) manat əsas, 10429,27 (on min dörd yüz iyirmi doqquz manat iyirmi yeddi qəpik) manat faiz, 38987,89 (otuz səkkiz min doqquz yüz səksən yeddi manat səksən doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 133823 (yüz otuz üç min səkkiz yüz iyirmi üç manat) manat pul, 29 noyabr 2018-ci il tarixli, İK № 259/F-18 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 86329,22 (səksən altı min üç yüz iyirmi doqquz manat, iyirmi iki qəpik) manat əsas, 26790,14 (iyirmi altı min yeddi yüz doxsan manat on dörd qəpik) manat faiz, 18124,66 (on səkkiz min yüz iyirmi dörd manat altmış altı qəpik) cərimə olmaqla, ümumilikdə 131244 (yüz otuz bir min iki yüz qırx dörd manat) manat pul tutularaq „Turan Bank“ Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borcun tutulması ipoteka ilə yüklü edilmiş bazar dəyəri : 83500 manat, likvid dəyəri 70000 manat olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 77.28 m2 olan 3 otaqlı fərdi yaşayış evinə və bazar dəyəri: 55600 manat, likvid dəyəri 50 000 manat olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin evlər açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 61 (altmış bir) manat rüsum və xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İş üzrə 400 (dörd yüz) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İş üzrə 400 (dörd yüz) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN **********, Hesab nömrəsi AZN: AZ15GUNA********************, Bank: Günaybank ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT:GUNAAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar