Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-445/2024 08.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh3nə və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 sentyabr 2022-ci il tarixli 200/112 saylı lizinq müqaviləsi və ona bağlanmış 29 sentyabr 2022-ci il tarixli 1 nömrəli əlavəyə və 01 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən 11474,02 manat əsas, 533,55 manat faiz borcu, gecikdirməyə görə 21,64 cərimə olmaqla, ümumilikdə 12029,21 manat borcun və iddia ərizəsini verilməsinə görə ödənilmiş 126,09 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 200/112 saylı lizinq müqaviləsi və ona bağlanmış 29 sentyabr 2022-ci il tarixli 1 nömrəli əlavəyə əsasən Cavabdeh1 MMC-yə mükafat dərəcəsi 18%-lə 24 ay müddətinə satınalma qiyməti 25400 manat müəyyən olunmuş, xx.xx.2022-ci ildə istehsal edilmiş, Çin istehsalı olan ********** seriyalı SonoScape E3 tibbi ləvazimatı lizinqə verilmişdir. Lizinq müqaviləsinin 2.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Lizinq obyekti, onun dəqiq təsviri və lizinq obyekti ilə bağlı digər məlumatlar müqavilənin 1 saylı əlavəsində göstərilir. Lizinq ödənişlərinin cədvəli isə müqavilənin 2 saylı əlavəsində göstərilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqaviləyə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik faiz dərəcəsindən əlavə 9%-lə cərimə ödəyir. Cavabdeh1 MMC-nin lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 dekabr 2023-cü il tarixə banka 11474,02 manat əsas, 533,55 manat faiz, 21,64 manat gecikdirməyə görə cərimə, cəmi 12029,21 borcu vardır. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Cavabdeh1 MMC-dən, Cavabdeh3 MMC-dən və Cavabdeh2 29 sentyabr 2022-ci il tarixli lizinq müqaviləsi üzrə 14 dekabr 2023-cü il tarixə 11474,02 manat əsas, 533,55 manat faiz, 21,64 manat gecikdərməyə görə cərimə, cəmi 12029,21 manat borcun və ödənilmiş 126,09 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ərizəni onunla əsaslandırmışdır ki, hal-hazırda zərurət yarandığı üçün Cavabdeh3 MMC və Cavabdeh2 cavabdehlər siyahısına əlavə edilməlidir. Məhkəmə əvvəlki iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh3 MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı və cavabdeh hüquqi şəxslərin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 200/112 saylı lizinq müqaviləsindən görünür ki, bank müqavilənin 1 saylı əlavəsində göstərilən lizinq obyektini 1 saylı əlavədə göstərilən şəxsdən əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini həyata keçirməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli 200/112 saylı lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, xx.xx.2022-ci ildə istehsal edilmiş, Çin istehsalı olan ********** seriyalı SonoScape E3 lizinq obyektinin təsviri göstərilmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli 200/112 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, lizinq alan 24 ay müddətinə illik 18% olmaqla 20320 manat lizinq haqqı ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli 200/112 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, xx.xx.2022-ci ildə istehsal edilmiş, Çin istehsalı olan ********** seriyalı SonoScape E3 lizinq obyekti lizinq alana təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin 29 sentyabr 2022-ci il tarixli əlavə üzrə 19 dekabr 2023-cü il tarixə iddiaçıya borcu 11474,02 manat əsas, 533,55 manat faiz borcu, 21,64 manat cərimə olmaqla, cəmi 12029,21 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 201/112 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 MMC Cavabdeh1 MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 202/112 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli və 30 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 29 sentyabr 2022-ci il tarixdə bağlanmış 200/112 saylı lizinq müqaviləsinə əsasən bank müqavilənin 1 saylı əlavəsində göstərilən lizinq obyektini 1 saylı əlavədə göstərilən şəxsdən əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini həyata keçirməyi öhdələrinə götürmüşdür. Lizinq verən xx.xx.2022-ci ildə istehsal edilmiş, Çin istehsalı olan ********** seriyalı SonoScape E3 lizinq obyektini lizinq alana təhvil verilmişdir. Lizinq alan 24 ay müddətinə illik 18% olmaqla 20320 manat lizinq ödənişini ödəməyi üzərinə götürmüşdür. İddiaçı lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, lizinq obyektini cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, lizinq ödənişlərini ödəməmişdir. Onun iddiaçıya 11474,02 manat əsas, 533,55 manat faiz borcu, 21,64 manat cərimə olmaqla, cəmi 12029,21 borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi lizinq obyektinə görə borc məbləğini, hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 MMC-nin və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar lizinq müqaviləsi üzrə borclunun öhdəliklərinə görə zamin olduqlarından, qeyd edilən borc məbləğini, həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC lizinq müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 MMC zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Bio Estetik” MMC və Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə 11474,02 manat əsas, 533,55 manat faiz borcu, 21,64 manat cərimə olmaqla, cəmi 12029,21 manat borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün 126,09 manat dövlət rüsumu ödəmişdir. Ona görə də 126,09 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 200/112 saylı lizinq müqaviləsinə əsasən yaranmış 11474 manat 02 qəpik əsas borc, 533 manat 55 qəpik faiz borcu, 21 manat 64 qəpik cərimə olmaqla, cəmi 12029 (on iki min iyirmi doqquz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat 09 (doqquz) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3ndən və Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-445/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-445/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver