Məhkəmə qərarları › İş №e-2-2(115)-446/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-446/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-446/2024 25.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12948 manat borcun və ödənilmiş 129 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 10928 manat borcun və ödənilmiş 129 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh məhkəməyə barışıq sazişini təqdim edərək, sazişin təsdiq olunmasını xahiş etdilər. İş materiallarına əlavə edilmiş 25 aprel 2024-cü il tarixli barışıq sazişindən görünür ki, bir tərəfdən İddiaçı nümayəndəsi Nümayəndə2 şəxsində, digər tərəfdən Cavabdeh şəxsində Gəncə Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə 2- 2(115)-446/2024 saylı kommersiya işi üzrə aşağıdakılar barədə razılığa gələrək barışıq sazişi bağlayırlar:

1. Cavabdeh bu barışıq sazişini imzalamaqla e-2-2(115)-446/2024 saylı kommersiya işi üzrə iddia tələbini bu barışıq sazişindəki kimi qəbul edərək İddiaçınə 9928 manat borcu və 129 manat ödənilmiş dövlət rüsumunu, cəmi 10057 manat pul vəsaitini hər ayın 10-nu olmaqla, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 1000 manat olmaqla 10 ay müddətinə ödəməyi öhdəsinə götürür:

2. İddiaçı bu barışıq sazişini imzalamaqla e-2-2(115)-446/2024 saylı kommersiya işi üzrə Cavabdeh 9928 manat borcu və 129 manat ödənilmiş dövlət rüsumunu, cəmi 10057 manat pul vəsaitini hər ayın 10 olmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 1000 manat olmaqla 10 ay müddətinə ödəməsinə etiraz etmir və Cavabdeh qarşı e-2-2(115)- 446/2024 saylı kommersiya işi üzrə iddiasından imtina edir.

3. Bu barışıq sazişi Cavabdeh tərəfindən sazişdə etiraf edərək qəbul etdiyi və sazişin 1-ci bəndinə əsasən öhdələrinə götürdüyü şərtləri yerinə yetirməzsə, ödəməli olduqları 9928 manat borcu və 129 manat ödənilmiş dövlət rüsumunu, cəmi 10057 manat pul vəsaitini tam olaraq ödənilməsi təmin edilməzsə bu Barışıq sazişinin icraya yönəldilməsinə və həmin ödənişin icra məmuru vasitəsilə məcburi qaydada tutulması üçün əsasdır.

4. Tərəflər öhdələrinə götürür ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər (ödənilmiş dövlət rüsumu xaric) özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürməyəcəklər.

5. Bu barışıq sazişi tərəflərin iradə ifadəsini əks etdirir.

6. Bu barışıq sazişi üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir.

7. Bu barışıq sazişi hər tərəfdə bir nüsxə qalması və bir nüsxəsi məhkəməyə verilməsi şərti ilə 3 nüsxədə hazırlanmış və imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 25 aprel 2024-cü il tarixli barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bir tərəfdən İddiaçı nümayəndəsi Nümayəndə2, digər tərəfdən Cavabdeh arasında bağlanmış 25 aprel 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh bu barışıq sazişini imzalamaqla e-2-2(115)-446/2024 saylı kommersiya işi üzrə iddia tələbini bu barışıq sazişindəki kimi qəbul edərək İddiaçınə 9928 manat borcu və 129 manat ödənilmiş dövlət rüsumunu, cəmi 10057 manat pul vəsaitini hər ayın 10-nu olmaqla, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 1000 manat olmaqla 10 ay müddətinə ödəməyi öhdəsinə götürür:

2. İddiaçı bu barışıq sazişini imzalamaqla e-2-2(115)-446/2024 saylı kommersiya işi üzrə Cavabdeh 9928 manat borcu və 129 manat ödənilmiş dövlət rüsumunu, cəmi 10057 manat pul vəsaitini hər ayın 10 olmaqla xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 1000 manat olmaqla 10 ay müddətinə ödəməsinə etiraz etmir və Cavabdeh qarşı e-2-2(115)- 446/2024 saylı kommersiya işi üzrə iddiasından imtina edir.

3. Bu barışıq sazişi Cavabdeh tərəfindən sazişdə etiraf edərək qəbul etdiyi və sazişin 1-ci bəndinə əsasən öhdələrinə götürdüyü şərtləri yerinə yetirməzsə, ödəməli olduqları 9928 manat borcu və 129 manat ödənilmiş dövlət rüsumunu, cəmi 10057 manat pul vəsaitini tam olaraq ödənilməsi təmin edilməzsə bu Barışıq sazişinin icraya yönəldilməsinə və həmin ödənişin icra məmuru vasitəsilə məcburi qaydada tutulması üçün əsasdır.

4. Tərəflər öhdələrinə götürür ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər (ödənilmiş dövlət rüsumu xaric) özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürməyəcəklər.

5. Bu barışıq sazişi tərəflərin iradə ifadəsini əks etdirir.

6. Bu barışıq sazişi üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir.

7. Bu barışıq sazişi hər tərəfdə bir nüsxə qalması və bir nüsxəsi məhkəməyə verilməsi şərti ilə 3 nüsxədə hazırlanmış və imzalanmışdır. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.

Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar