Məhkəmə qərarları › İş №e-2-2(115)-473/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-473/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-473/2020 10.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızının, Cavabdeh X3 iştirakları ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin cavabdeh X6 qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC cavabdeh X6 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 tərəfindən öhdəliklər üzrlü səbəblər olmadan qərəzli və qəsdən ödənilməməsi səbəbindən ödənilməmiş qalan borcu olaraq 1800 manat məbləğində pul öhdəliyinin məcburi olaraq icrası, habelə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 18 ay üçün həmin məbləğin 180 manat məbləğində faizin və dövlət rüsumu və bank xərci olaraq 30 manat məbləğində xərcin, ümumilikdə 2010 manat manat məbləğində pul vəsaitinin cavabdehdən «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,cavabdeh X7 VÖEN: ********** sement satışı ilə məşğul olan "Holcim” zavodunun dileri olan "xxxxxxxxxxxxxxxxxxxxxxxx of Rosks” MMC-dən hissə-hissə olmaqla nisyə şəkildə sement təhvil götürülmüş, dəyəri tam ödənilməmiş və hazırki tarixə 1800 manat borcu qalmışdır. xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin şirkətə 1800 manat borcu qalmasını etiraf etmişdir. Bundan əlavə 2 il müddət ərzində borc məbləğini gecikdirməklə illik 5 faiz hesabı ilə 180 manat faiz borcu ödəmək öhdəliyi yaranmışdır. Dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq cavabdeh borclu olduğu məbləği ödəmək istəməmişdir. Cavabdehə rəsmi qaydada pretenziya məktubu ilə müraciət etmişlər, cavabdeh 050 *** ** ** nömrəsindən zəng edərək bildirmişdir ki, onun şirkətə heç bir borcu yoxdur. Bundan başqa cavabdeh pretenziya məktubuna cavab olaraq xx.xx.2019-cu il tarixdə məktubla onlara müraciət edərək şirkətə borcunu tam ödəməsini, 1800 manat pulun 1300 manatını Azər adlı şirkət işçisinə, 500 manatı isə Rəfail və İsmayıl adlı şəxslərə ödəməsini bildirmişdir. Bundan başqa, Qaradağ rayon Polis İdarəsinə bəzi şəxslər barədə etdikləri şikayət ərizəsi üzrə eləcə də cavabdehdən izahat alınarkən cavabdeh izahatında bildirmişdir ki, şirkətdən aldığı malların pulunu Rəfayıl və Məmmədismayıl adlı şəxslərə vermiş və heç bir qəbz almamışdır. Şirkətə 1800 manat borcu olmasını X5 verdiyi izahatında etiraf etmişdir. İddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etsələr də, iddia ərizələri Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə nöqsanların aradan qaldırılması üçün geri qaytarılmışdır. Hazırda iddia ərizələri təkrar nöqsanlar aradan qaldırılaraq yenidən göndərilmişdir. İddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini cavabdehdən ümumilikdə 1800 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, onun «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə heç bir borcu yoxdur. Sement alıb satmaqla məşğul olmuşdur. Sement məhsullarını Rəfayıl adlı şəxs ona vermişdir. Sonradan Rəfayıl ona bildirmişdir ki, bundan sonra sementin pulunu Azər adlı şəxsə verəcəkdir. xx.xx.2018-ci il tarixli qarşılıqlı üzləşdirmə aktına şəxsən imza edib 1800 manat məbləğində borcu etiraf etmişdir. Lakin, üzləşmə aktı imzaladıqdan sonra 1300 manat sementin pulunu Azər Pomuyevə, 500 manatı isə İsmayıl və Rəfayılə vermişdir. Qaradağ Rayon Polis İdarəsində verdiyi izahatında bunları bir daha bildirmişdir. İddiaçıya 1800 manat borcunun qalması barədə sənədi imzalasa da, 1800 manatı ödədikdən sonra borcun ödənilməsi barədə sənəd almamışdır. İddiaçıya borcu qalmadığından, iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin direktoru X4 və X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, tərəflər arasında üzləşmə aparılmış və borclu X3 «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə 1800 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh X7 iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən nisyə mal almış, verilmiş malın dəyərinə görə iddiaçıya 1800 manat məbləğində borcunun qalmasını etiraf etmiş, lakin iddiaçıya qalan borcunu ödəməyərək, öhdəliyini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1800 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 5 faiz hesabı ilə 18 ay üçün həmin məbləğin 180 manat məbləğində faizin cavabdehdən tutulmalı olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1800 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar