Məhkəmə qərarları › İş №e-2-2(115)-476/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-476/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-476/2020 01.07.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, Kreditor İddiaçı x2 borclu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor İddiaçı x4 borclu Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 3489.37 manat borcun və 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq İddiaçı x3 ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, kreditor İddiaçı x4 məhkəmə əmrinin verilməsi barədə ərizəni “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə səhvən iddia ərizəsi kimi qeyd etdirməklə məhkəməyə müraciət etmişdir ki, bu halda ərizəyə məhkəmə qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, kreditor İddiaçı x2 borclu Cavabdeh qarşı pul tələbinə dair iddiaərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor İddiaçı x2 borclu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər kreditor İddiaçı x1ytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar