Məhkəmə qərarları › İş №e-2-2(115)-48/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-48/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-48/2020 18.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X2, cavabdeh X7, onun vəkili və nümayəndəsi X1iştiraklarıilə İddiaçı cavabdeh X7 qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh X5 qarşı cavabdeh X3 5163, 02 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 gün ərzində gecirdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində penya 5163, 02 manat, cəmi 10 356,04 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,cavabdeh X7 ilə “Mətanət A” şirkəti arasında bağlanmış 194/17 saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, dəyərinin bir hissəsini malların verilməsindən 30 (otuz) gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəsə də, onunla xx.xx.2018-ci il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən yaranmış borcu etiraf etmiş və razılaşmaya əsasən qalan borcu yaxın vaxtlarda tam ödəməyi öz üzərinə götürsə də, bu günədək 5.163,02 (beş min yüz altmış üç manat, 02 qəp) manat borc qalığını ödəməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı özünə məxsus tikinti materiallarını müqavilə əsasında cavabdehə vermiş, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəsə də sonradan ödənişlər etməmişdir. Onunla xx.xx.2018-ci il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən yaranmış borcu etiraf etmiş və razılaşmaya əsasən qalan borcu yaxın vaxtlarda tam ödəməyi öz öhdəsinə götürsədə, bu günədək 5163,02 manat borc qalığını ödəməmişdir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Onun şirkətə borcu olmamışdır. Akta imza etdirdikləri zaman ona əməkdaşlıq ilə əlaqədar məlumat verilmişdir. O, yanılaraq aktı imzalamışdır. Sonradan ona bildirmişdirlər ki, onun İddiaçınə borcu vardır. Cavabdehin nümayəndəsi X8 oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Müqaviləyə əsasən cavabdehə veriləcək malların qiymətləri müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan razılaşma protokoluna və ya qaimə-fakturaya uyğun olaraq müəyyən edilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən nə malların ona verilməsini təsdiq edən xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əlavə edilməli olan razılaşma protokolu, nə də hər hansı qaimə-fakturalar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddia tələbinin əsaslandığı öhdəliklərin qarşılıqlı tanınması aktının mövcud olmasından və həmin aktın məzmunundan cavabdehin heç bir məlumatı olmamışdır. Həmin akt onun tərəfindən imzalanmış olsa da, bu aldatma yolu ilə həyata keçirilmişdir. Belə ki, İddiaçı əməkdaşları onu aldatmaqla həmin akta imza etdirmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mübahisənin kökündə alqı-satqı müqaviləsindən yaranan münasibətlər dayanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olduğu halda tələbin qanuni əsaslarının yoxlanılmasına müqavilədən irəli gələn tələbin əsaslarının araşdılmasından başlanılmalıdır. Yəni kreditorun borcluya qarşı tələbi müqavilənin şərtləri ilə üst-üstə düşməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin məzmunundan göründüyü kimi əşyanın verilməsi müqabilində alıcı satıcıya müəyyən pul məbləğini ödəməyə borcludur. Əşyanın alıcının mülkiyyətinə vermək öhdəliyi həmin əşyaya görə pul məbləğinin ödənilməsi öhdəliyi ilə qarşılıqlı və asılı münasibətdədir. Tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə görə müqavilənin predmeti olan məhsulun növləri, ceşidi, kəmiyyəti və qiyməti “Razılaşma protokolu”nda və ya Qaimə-fakturada öz əksini tapmalıdır. Həmin 1.3-cü bəndindən görünür ki, alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında bağlanan “öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan “razılaşma protokolu”na və ya qaiməfakturaya uyğun olaraq müəyyən edilir. Lakin, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli “Öhdəliklərin Qarşılıqlı Tanınması” aktının surətindən görünür ki, aktda yalnız debet borc kimi 5863,02 manat qeyd edilmiş olsa da, malların dövriyyəsi, məhsulun növləri, ceşidi, kəmiyyəti və qiyməti barədə məlumatlar həmin akda göstərilməli olduğu halda göstərilməmişdir. Halbuki müqavilənin yuxarıda göstərilən bəndlərinə əsasən bu kimi məlumatların aktda göstərilməsi razılaşmanın ən mühüm şərtləridir. Malların satılmasını təsdiq edən qaiməfaktura sənədləri də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Məhkəmə xx.xx.2018-ci il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktının X7 tərəfindən imza edilməsi ilə bağlı onu qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə iş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahatlar sübut növü sayılır. Tərəf əvvəllər təsdiq etdiyi faktı məhkəmədə təkzib etdiyindən əvvəlki etiraf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinin tələbləri baxımından qəbul edilməməlidir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin maddədə deyilir ki, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. İddiaçı tərəfin təqdim etdiyi xx xxxxxxxx 2017-ci il tarixli təhvil-təslim və üzləşmə aktından görünür ki, Qoşqar Məmmədov adlı şəxs vəfat etmişdir.Bütün öhdəliklər X4 üzərinə düşür. Lakin hazırki cavabdeh Məmmədov Qoşqarın hüquqi varisi deyildir. Üçüncü şəxs qismində onun öhdəliklərini icra etməyə borclu olması faktı da təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən,AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X5 qarşı 5163, 02 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 gün ərzində gecirdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində 5163, 02 manat penya cəmi 10 356,04 manat məbləğində borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar