Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-498/2024 01.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 7772.30 manat məbləğində borc və 97.73 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 14 fevral 2024-cü il tarixli, e-2-2(115)-498/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-175 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 50,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 92395,63 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 624,00 manat məbləğindəçöp doğrama, 2126,00 manat məbləğində şum, 772,80 manat məbləğində rotor mala, 1428,00 manat məbləğində mala, 260,00 manat məbləğində kanal çəkmə, 693,00 manat məbləğində çiyid səpini, 2584,00 manat məbləğində kultivasiya, 773,50 manat məbləğində gübrə kultivasiya, 54,00 manat məbləğində rotasion ultivasiya, 280,00 manat məbləğində boroza, 1138,15 manat məbləğində dərman səpini, 8280,00 manat məbləğində pambığın maşınla yığımı, 540,00 manat məbləğində tirəkipləşdirmə, 48850,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 17316,18 manat məbləğində gübrə və dərman, 6400,00 manat məbləğində lifsiz çiyid, 276,00 manat məbləğində yanacaq xərci, ümumilikdə, 92395,63 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 106662,29 kq, 85329,83 manat məbləğində xam-pambıq təhvil vermiş,çəkilmiş xərcdən bu günədək iddiaçıya 7065,80 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-175 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 50,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən İddiaçı MMC Ağdam filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətə qəbul edir: İ növ-700 manat/ton, İİ növ-680 manat/ton, İİİ növ-640 manat/ton, İV növ-600 manat/ton. xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 4.5 ha sahədə səpin, xx.xx.2022-ci il tarixli 2 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə tirə, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 27 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 16 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 20 ha sahədə tirə, 19-xx.xx.2022-ci il tarixli akta əsasən 23 ha sahədə səpin, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə arx, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə boroza, xx.xx.2022-ci il tarixli akta əsasən 4.5 ha sahədə boroza, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə dərman səpin, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə boroza, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə tirə, xx.xx.2022-ci il tarixli akta əsasən 2.5 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə boroza, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 0.50 ha sahədə əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 2.5 ha sahədə pambıq şumu, xx.xx.2021-ci il tarixli akta əsasən 2.5 ha sahədə pambıq şumu, xx.xx.2021-ci il tarixli akta əsasən 2.5 ha sahədə əkin, xx.xx.2021-ci il traixli akta əsasən 2 ha sahədə pambıq şumu, xx.xx.2021-ci il tarixli akta əsasən 5 ha sahədə pambıq şumu işləri görülmüşdür. xx.xx.2022-ci il tarixli 039254 nömrəli təhvil-qəbul qəbzinə əsasən 800 manat, xx.xx.2022-ci il tarixli 039559 nömrəli təhvil-qəbul qəbzinə əsasən 13.09 manat, xx.xx.2022-ci il tarixli 040050 nömrəli təhvil-qəbul qəbzinə əsasən 77.04 manat, xx.xx.2022-ci il tarixli 052380 nömrəli təhvil-qəbul qəbzinə əsasən 2000 manat, xx.xx.2022-ci il tarixli 052660 nömrəli təhvil-qəbul qəbzinə əsasən 36 manat, xx.xx.2022-ci il tarixli 052661 nömrəli təhvil-qəbul qəbzinə əsasən 26.18 manat, xx.xx.2022-ci il tarixli 052663 nömrəli təhvil-qəbul qəbzinə əsasən 390 manat, xx.xx.2022-ci il tarixli 052996 nömrəli təhvil-qəbul qəbzinə əsasən 600 manat, xx.xx.2022-ci il tarixli 052995 nömrəli təhvil-qəbul qəbzinə əsasən 78 manat, xx.xx.2022-ci il tarixli 052994 nömrəli təhvil-qəbul qəbzinə əsasən 36 manat, xx.xx.2022-ci il tarixli 053058 nömrəli təhvil-qəbul qəbzinə əsasən 1170 manat, xx.xx.2022-ci il tarixli 053148 nömrəli təhvil-qəbul qəbzinə əsasən 180 manat, xx.xx.2022-ci il tarixli 053147 nömrəli təhvil-qəbul qəbzinə əsasən 546 manat, xx.xx.2022-ci il tarixli 053286 nömrəli təhvil-qəbul qəbzinə əsasən 200 manat, xx.xx.2022ci il tarixli 053558 nömrəli təhvil-qəbul qəbzinə əsasən 300 manat, xx.xx.2022-ci il tarixli 053585 nömrəli təhvil-qəbul qəbzinə əsasən 936 manat, xx.xx.2022-ci il tarixli 053806 nömrəli təhvil-qəbul qəbzinə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli 053840 nömrəli təhvil-qəbul qəbzinə əsasən 40 manat, xx.xx.2022-ci il tarixli 054026 nömrəli təhvil-qəbul qəbzinə əsasən 78 manat, xx.xx.2022-ci il tarixli 054714 nömrəli təhvil-qəbul qəbzinə əsasən 315 manat, xx.xx.2022-ci il tarixli 054766 nömrəli təhvil-qəbul qəbzinə əsasən 468 manat, xx.xx.2022-ci il tarixli, 058347 nömrəli təhvil-qəbul qəbzinə əsasən 936 manat, xx.xx.2022-ci il tarixli 058347 nömrəli təhvil-qəbul qəbzinə əsasən 680 manat, xx.xx.2022ci il tarixli 055166 nömrəli təhvil-qəbul qəbzinə əsasən 78 manat, xx.xx.2022-ci il tarixli 055167 nömrəli təhvil-qəbul qəbzinə əsasən 14 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul qəbzinə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli 055287 nömrəli təhvil-qəbul qəbzinə əsasən 160 manat, xx.xx.2022-ci il tarixli 055285 nömrəli təhvil-qəbul qəbzinə əsasən 780 manat, xx.xx.2022-ci il tarixli 058822 nömrəli təhvil-qəbul qəbzinə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli 057979 nömrəli təhvil-qəbul qəbzinə əsasən 39 manat, xx.xx.2022-ci il tarixli 058017 nömrəli təhvil-qəbul qəbzinə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli 053019 nömrəli təhvil-qəbul qəbzinə əsasən 320 manat məhsul cavabdehə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 13500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 12500 manat, xx.xx.2022-ci il tarixli PAM00004394 nömrəli ödəniş tapşırığına əsasən 1300 manat, xx.xx.2022-ci il tarixli PAM00003771 nömrəli ödəniş tapşırığına əsasən 2500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli PAM00012481 nömrəli ödəniş tapşırığına əsasən 4150 manat, xx.xx.2022-ci il tarixli PAM00012297 nömrəli ödəniş tapşrığına əsasən 2400 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 4000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 2500 manat pul avans olaraq ödənilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 180 litr, xx.xx.2022-ci il tarixli təhviltəslim aktına əsasən 20 litr yanacaq Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, 92395.63 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-175 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 50,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 92395,63 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 106662,29 kq, 85329,83 manat məbləğində xam-pambıq təhvil vermişdir. Nəticədə 7065,80 manat məbləğində borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7772.30 manat məbləğində borc və 97.73 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7772.30 manat məbləğində borc və 97.73 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-498/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-498/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver