Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-498/2025 05.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 918 manat 83 qəpik, hesablanmış cəriməyə görə 1063 manat 09 qəpik və ödənilmiş dövlət rüsumuna görə 39,81 manat olmaqla, cəmi 2021 manat 73 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Ağdam” filialı və cavabdeh arasında bağlanmış 21 291 299 saylı 2021-ci il mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 3,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən Cavabdehə avans olaraq ümumilikdə 6131,51 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəriavans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 918,83 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1063,09 manat təşkil edir.
III. Tərəflərin mövqeyi
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə bildirişlərini almaqdan imtina etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 137.1-ci maddəsinə əsasən məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 137.4-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsəsən, cavabdeh 3,5 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 6131,51 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmiş, sığorta haqları ödənilmişdir. Müqavilənin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 918,83 manat əsas borcu yaranmışdır. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. IV. Sübutların tədqiqi
7. İddiaçı MMC-nin “MKT-Ağdam” filialı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2021-ci il tarixli 21 291 299 nömrəli 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC 2021-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambığın həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur.
8. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən satıcı 3,50 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uygun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2021-ci il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur.
9. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür.
10. 02 mart 2021-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar.
11. 5 945 087 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 564 manat, 55 000 369 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 11,90 manat, 55 000 053 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 48,44 manat məbləğində xidmət göstərilmişdir.
12. Cavabdeh məxsus Ağdam rayonu, Xındırstan kəndində görülmüş işlər barədə 785074 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 786943 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 746490 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 559324 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 785259 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 745043 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 560174 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 560169 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 559368 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 2,60 ha, 590731 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 395132 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 560822 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 590706 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 395115 nömrəli iş aktına əsasən 3,50 ha, 584682 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 590094 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 590065 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,60 ha, 597945 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3 ha, 574753 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,05 ha, 598970 nömrəli iş aktına əsasən 4 ha, 598824 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 2 ha, 584143 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 1,75 ha, 584276 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 598397 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha, 597903 nömrəli iş aktına əsasən xx.xx.2021-ci il tarixdə 3,50 ha torpaq sahəsində müxtəlif işlər görülmüşdür.
13. xx.xx.2021-ci il tarixli 29 029 768 nömrəli qaiməyə əsasən 10,15 manat, xx.xx.2021-ci il tarixli 29 031 170 nömrəli qaiməyə əsasən 19,72 manat, xx.xx.2021-ci il tarixli 29 031 169 nömrəli qaiməyə əsasən 60 manat, xx.xx.2021-ci il tarixli 29 031 168 nömrəli qaiməyə əsasən 44 manat, xx.xx.2021-ci il tarixli 29 031 171 nömrəli qaiməyə əsasən 35 manat, xx.xx.2021-ci il tarixli 29 029 770 nömrəli qaiməyə əsasən 195 manat, xx.xx.2021-ci il tarixli 29 029 769 nömrəli qaiməyə əsasən 350 manat, xx.xx.2021-ci il tarixli 29 029 771 nömrəli qaiməyə əsasən 511,50 manat, xx.xx.2021-ci il tarixli 29 032 722 nömrəli qaiməyə əsasən 10 manat, xx.xx.2021-ci il tarixli 29 033 003 nömrəli qaiməyə əsasən 44 manat, xx.xx.2021-ci il tarixli 29 033 005 nömrəli qaiməyə əsasən 180 manat, xx.xx.2021-ci il tarixli 29 033 004 nömrəli qaiməyə əsasən 26 manat, xx.xx.2021-ci il tarixli 29 036 871 nömrəli qaiməyə əsasən 5 manat, xx.xx.2021-ci il tarixli 29 036 870 nömrəli qaiməyə əsasən 52,50 manat, xx.xx.2021-ci il tarixli 29 036 869 nömrəli qaiməyə əsasən 34,80 manat, xx.xx.2021-ci il tarixli 29 036 872 nömrəli qaiməyə əsasən 12,50 manat, xx.xx.2021-ci il tarixli 29 036 868 nömrəli qaiməyə əsasən 180 manat, xx.xx.2021-ci il tarixli 29 038 138 nömrəli qaiməyə əsasən 120 manat, xx.xx.2021-ci il tarixli 29 038 137 nömrəli qaiməyə əsasən 44 manat, xx.xx.2021-ci il tarixli 29 038 854 nömrəli qaiməyə əsasən 34,80 manat, xx.xx.2021-ci il tarixli 29 038 853 nömrəli qaiməyə əsasən 174 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh material vermişdir.
14. "xxxx" ASC Sahil filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı MMC tərəfindən 2019-2023-cü illər ərzində Cavabdeh hesabına xx.xx.2021-ci il tarixində 600 manat, xx.xx.2021-ci il tarixində 70 manat, xx.xx.2021-ci il tarixində 420 manat, xx.xx.2021-ci il tarixində 140 manat, xx.xx.2021-ci il tarixində 210 manat, xx.xx.2021-ci il tarixində 70 manat, xx.xx.2021-ci il tarixində 70 manat, xx.xx.2021ci il tarixində 70 manat məbləğində vəsait köçürülmüşdür.
15. Çıxarışdan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 6131,51 manat dəyərində cavabdehə avans verilmiş, həmin məbləğdən 5212,68 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və 918,83 manat borc yaranmışdır.
16. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə 918,83 manat əsas, 1063,08 manat cərimə borcu vardır.
17. 17 oktyabr 2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdehdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirlmişdir.
V. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
VI. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 02 mart 2021-ci il tarixli 21 291 299 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC 2021-ci il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi, Cavabdeh isə istehsal olunmuş xam pambığı bütünlüklə İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin istehsalçıya ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 918,83 manat borcu yaranmışdır.
23. Hazırda iddiaçı 02 mart 2021-ci il tarixli 21 291 299 nömrəli xam-pambığın alğısatqı müqaviləsi üzrə 918,83 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
24. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub (müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür), iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Çıxarışdan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 6131,51 manat dəyərində cavabdehə avans verilmiş, həmin məbləğdən 5212,68 manat təhvil verəcəyi xampambığın dəyəri çıxılmış və 918,83 manat borc yaranmışdır.
30. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
b) Alğı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
31. İddia ərizəsində iddiaçı 02 mart 2021-ci il tarixli 21 291 299 nömrəli müqavilə üzrə 1063,09 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
32. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə ödəməlidir
33. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1063,09 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 45,94 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
34. İddiaçı eləcə də 39,81 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
35. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********73 nömrəli mədaxil qəbzi ilə 39,81 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 9,81 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.
VII. Məhkəmənin gəldiyi nəticə
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2021-ci il tarixli 21 291 299 nömrəli 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən 918,83 manat əsas borc, 45,94 manat cərimə borcu olmaqla, cəmi 964,77 manat pul Cavabdeh tutularaq İddiaçıMMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
40. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2021-ci il tarixli 21 291 299 nömrəli 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən 918,83 manat əsas borc, 45,94 manat cərimə borcu olmaqla, cəmi 964,77 (doqquz yüz altmış dörd manat yetmiş yeddi qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 9,81 (doqquz manat səksən bir qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli