Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-502/2024 02.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X6 və Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin baş direktoru X2 xx.xx.2023-cü il tarixdə bağlanmış 09/03-001 saylı müqavilə əsasında cavabdeh tərəfindən sifariş verilmiş 3695 ədəd qazan qutusunun ümumi dəyəri olan 32700,75 manat pulun, 8175 manat faiz borcunun və 212,6 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onunla cavabdeh “Galaksi “MMC-nin adından baş direktoru X8 arasında 09/03-001 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən o icraçı olaraq sifarişçi tərəfindən sifariş edilən malları icraçıya təqdim edilməklə xidmət göstərməli idi. Sifarişçi isə 10 gün müddətində göstərilən xidmətin haqqını ödəməli idi. Qeyd olunan müqaviləyə uyğun olaraq cavabdeh ona 3695 ədəd qazan qutusunu sifariş vermişdir. Hər birinin dəyərin 7,5 manat, ümumi məbləğ 27712,5 manat, 4988,25 manat ƏDV olmaqla 32700,75 manat dəyərində qutu hazırlanıb sifarişçiyə təhvil verilmişdir. Cavabdeh sifariş olunan məhsulu alsa da razılaşdırılmış məbləği ödəməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MMC-nin də cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh2 MMC-nin baş direktoru X3 aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 09/03-001 saylı müqavilə əsasında cavabdeh tərəfindən sifariş verilmiş 3695 ədəd qazan qutusunun ümumi dəyəri olan 32700,75 manat pulun, 8175 manat faiz borcun və 212,6 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsi Cavabdeh2 MMC-nin cavabdeh qismində işə cəlb edilməsini qərara almışdır. Cavabdeh2 MMC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək Cavabdeh2 MMC-yə aid olan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında heç bir müqavilə bağlanmamışdır. X4 isə 2016-cı ildən bəri Cavabdeh2 MMC ilə heç bir əlaqəsi yoxdur. Belə ki, X9 2016-cı il tarixdə Cavabdeh2 MMC-dən çıxarılmış, ondan sonra da fərdi qaydada fəaliyyət göstərməyə başlamışdır. Bu səbəbdən də , İddiaçı ilə X9 arasında 2023-cü il tarixdə bağlanmış müqavilənin Kiyas Akkurtun 2016-cı il tarixdə işdən çıxarılması səbəbindən Cavabdeh2 MMC-yə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, "xxxx" MMC-nin rəhbəri kimi Cavabdeh1 tanımış, X8 ilə aralarında müqavilə bağlanmış, müqaviləyə uyğun qaimə ötürülmüşdür. Belə ki, qazan qutularının hazırlanması sifariş edilmiş, o da 3695 ədəd qazan qutusu hazırlayaraq təhvil verimiş və ödənilməsi üçün qaimə göndərmişdir. X8 tərəfindən bir qaiməyə əsasən 44250 manat ödəniş edilmişdir. Lakin 3695 ədəd qazan qutusuna görə ödəmələri etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. X1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin və cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 09 mart 2023-cü il tarixli 09/03-001 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı qismində İddiaçı, sifarişçi qismində "xxxx" MMC-nin baş direktoru X8 qeyd edilməklə tərəflər arasında müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında müqavilə müddəti ərzində sifarişçi ilə razılaşdırılmış şərtlər əsasında reklam işlərini təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verməsini üzərinə götürmüşdür. Xidmətə görə haq xidmət yerinə yetirildikdən sonra 30 iş günü ərzində məbləğin 100%-i işin yerinə yetirilməsi faktına əsasən icraçıya ödənişin köçürmə yolu ilə sifarişçi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xidmət müqaviləsinə 14 aprel 2023-cü il tarixli 2 saylı əlavədən görünür ki, tərəflər hər birinin qiyməti 7,5 manat olmaqla cəmi 37500 manat, ƏDV 6750 manat, ümumilikdə 44250 manat dəyərində 5000 ədəd qazan qutusunun hazırlanması ilə bağlı razılaşmışlar. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 5000 ədəd qazan qutusu İddiaçı tərəfindən X6 təhvil verilmişdir. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli 586295 saylı qaimədən görünür ki, 44250 manat dəyərində mallara dair qaimə İddiaçı tərəfindən X6 ötürülmüşdür. İş materiallarında olan xidmət müqaviləsinə 13 may 2023-cü il tarixli 2 saylı əlavədən görünür ki, tərəflər hər birinin qiyməti 7,5 manat olmaqla cəmi 27712,5 manat, ƏDV 4988,25 manat, ümumilikdə 32700,75 manat dəyərində 3695 ədəd qazan qutusunun hazırlanması ilə bağlı razılaşmışlar. İş materiallarında olan 13 may 2023-cü il tarixli 558421 saylı qaimədən görünür ki, 32700,75 manat dəyərində mallara dair qaimə İddiaçı tərəfindən X6 ötürülmüşdür. İş materiallarında olan 13 may 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 5000 ədəd qazan qutusu İddiaçı tərəfindən X6 təhvil verilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsinin 14 iyun 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin direktoru xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Akkurt Sadrettin olmuşdur. Qurumun qeydiyyat qovluğunda X7 direktor olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, 09 mart 2023-cü il tarixdə icraçı qismində İddiaçı, sifarişçi qismində "xxxx" MMC baş direktoru X8 qeyd edilməklə tərəflər arasında 09/03-001 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə 14 aprel 2023-cü il tarixdə 2 saylı əlavə imzalanmış, hər birinin qiyməti 7,5 manat, ümumi dəyəri 44250 manat olan 5000 ədəd qazan qutusunun hazırlanması ilə bağlı razılaşmışlar. Həmin əlavəyə əsasən təhvil verilmiş qazan qutularına dair 13 aprel 2023-cü il tarixdə ötürülmüş 44250 manat dəyərində qaimə sifarişçi tərəfindən icraçıya ödənilmişdir. Bundan sonra müqaviləyə 13 may 2023-cü il tarixdə 2 saylı əlavə imzalanmış, hər birinin qiyməti 7,5 manat, ümum dəyəri 32700,75 manat olan 3695 ədəd qazan qutusunun hazırlanması ilə bağlı razılaşmışlar. İcraçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin sifarişçi üzərinə düşən ödəliyi yerinə yetirməmiş, təhvil verilmiş və qaiməsi ötürülmüş (qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir) qazan qutularının dəyəri sifarişçi tərəfindən ödənilməmiş, bunun nəticəsində cavabdeh X5 iddiaçıya 32700,75 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdeh X2 tələb etməkdə haqlıdır. Digər cavabdeh "xxxx" MMC-dən borcun tutulması ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsinin 14 iyun 2024-cü il tarixli məktubu ilə X7 "xxxx" MMC-nin direktoru olması ilə bağlı məlumatın aşkar edilmədiyi müəyyən edilmişdir. Xidmət müqaviləsində müqavilə tərəfi kimi sifarişçi adlanacaq şəxs "xxxx" MMC-nin baş direktoru X8 qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, X8 müqaviləni özü bağlamış, müqavilədə olan möhr onun adına olmuş və müqavilədə qeyd olunan VÖEN də X8 aid olmuşdur. Göstərilənlərlə yanaşı X5 da "xxxx" MMC-nin direktoru olmaması nəzərə alınmaqla məhkəmə hesab edir ki, qeyd edilən müqavilənin "xxxx" MMC-yə aidiyyəti olmamışdır. Ona görə də borc məbləğinin həmçinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə iddianın 8175 manat faiz borcunun tutulması ilə bağlı bildirir ki, müqavilədə ödənişlərin gecikdirildiyi təqdirdə faiz ödənilməsi ilə bağlı hər hansı bir müddəa yer almamışdır. İddiaçı iddai tələbində bununla bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək faiz tələb etsə də X5 pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla ondan faydalandığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 221 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 188 manat 10 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə X8 arasında bağlanmış 09 mart 2023-cü il tarixli 09/03-001 saylı xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 32700 (otuz iki min yeddi yüz) manat 75 (yetmiş beş) qəpik pul və ödənilmiş 188 manat 10 qəpik dövlət rüsumu cavabdeh X2 alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-502/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-502/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver