Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-51/2025 06.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 40466 manat 80 qəpik (23804,00 ABŞ dolları) məbləğində əsas borcun, 9575 manat 52 qəpik (5632,66 ABŞ dolları) məbləğində dəbbə pulunun, 1520 manat məbləğində vəkil xərcləri, 244 manat 69 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 51807 manat 01 qəpik pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində 2023/M-059 saylı nəqliyyat-ekspedisiya xidmətlərinə dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin yanvar-dekabr aylarında müvafiq xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərin bir hissəsi cavabdeh tərəfindən aşağıdakı qaydada ödənilmişdir. 2023/M-059 №-li müqavilə üzrə kəsilmiş İNV 2307-2781 saylı xx.xx.2023-cü il tarixli invoysuna əsasən, ekspeditor tərəfindən sifarişçiyə Poti-Abşeron-Poti marşrutu üzrə 13 ədəd 20 Ft-luq konteynerə 19955 ABŞ dolları həcmində daşıma xidmətləri göstərilmişdir. Həmin invoysuna əsasən sifarişçiyə 33923,50 manat məbləğində elektron qaimə təqdim edilmiş və sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmişdir. Lakin cavabdeh yuxarıda qeyd edilən 13 ədəd konteynərlərdə yükün təhlükəli yük olduğunu qeyd etmədiyi üçün, xidmətlərin göstərilməsinə cəlb edilmiş Bartrans Lojistic Ticarət Limited şirkəti tərəfindən onlara saxlama və demuraj cərimələri tədbiq edilmişdir. Həmin demuraj və saxlama xərcləri 23804 ABŞ dolları təşkil edir. Bununla əlaqədar, cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixli məktubu göndərərək, Meduas 717711 nömərli SWB ilə gələn 13 ədəd konteynerlərin daşıması zamanı yaranmış demuraj xərclərinin ödənilməsini öhdəliyinə götürmüşdür. Bunun əsasında tərəflərindən cavabdehə 40466 manat 80 qəpik məbləğində elektron qaimə və invoyslar verilmişdir. Lakin cavabdeh bu günə kimi yaranmış borcunu ödəməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, cavabdehə üzləşmə aktı təqdim edilmişdir. Həmin üzləşmə aktı cavabdeh tərəfindən 5 gün ərzində təsdiq edilməli və ya əsaslandırılmış etiraz göndərilməlidir. Əks halda akt təsdiq edilmiş kimi hesab olunur. Cavabdehin borcuna xx.xx.2024-cü il tarixinə hesablanmış dəbbə pulu 5632,66 ABŞ dolları təşkil edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, iddia tələbi əsassız və qanunsuz olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəla iddiaçı iddia tələbində verilmiş iyul (birinci) və sentyabr (ikinci) aylarındakı sifarişləri qarışdıraraq düzgün əsaslanmadan demuraj xərcləri cavabdehdən tələb etməyə çalışır. "xxxx" MMC “ADY Konteyner" MMC ilə nəqliyyatekspedisiya xidməti ilə bağlı uzun müddətdir ki çalışırlar. Bu dövr ərzində onların sifarişi əsasında “Bitki mühafizə vasitələri" Respublikaya idxal edilmişdir. Bunlardan biri də tərəflər arasında bağlanmış 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli Nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilədir. 18 sentaybr 2023-cü il tarixli, MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin respublikaya gətirilməsi ilə bağlı ”ADY Konteyner" MMC-yə sifariş verilmişdir. Malın daşınması 6 oktyabr 2023-cü il tarixdə sonuncu dayanacaq Sumqayıt şəhəri olmalı idi. Lakin iddiaçı həmin malı 21 günə deyil, ümumilikdə 41 gün ərzində malı onlara təhvil vermişdir. İddiaçı iddia tələbində “Aqrokimya" MMC-nin İNV 2307-2781 saylı xx.xx.2023-cü il tarixli invoysuna əsasən ekspeditor tərəfindən sifarişçiyə Poti-Abşeron-Poti marşurutu üzrə 13 ədəd 20 Ft-luq konteynerdə yükün təhlükəli yük olduğunu qeyd etmədiyi üçün, xidmətlərin göstərilməsinə cəlb edilmiş Bartrans Lojistic Ticarət Limited şirkəti tərəfindən onlara saxlama və demuraj cərimələri tətbiq edildiyini göstərmişdir. Lakin iddiaçı Bartrans Lojistic Ticarət Limited şirkəti ilə ADY 150923#C saylı ‘’X1'-ni 15 sentyabr 2023-cü il tarixdə bağlamışdır. Bu tələbi iddiaçıya hansı formada Bartrans Lojistic Ticarət Limited şirkəti qoya bilərdi. Belə ki, həmin dövrdə icraçı başqa şirkət olmuşdur. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış 2023/M- 059 saylı 6 iyul 2023-cü il tarixli müqavilə ilə bağlı 13 ədəd birinci sifarişin icrasında tərəflər hər hansı bir problem qarşılaşmamış və bununla bağlı icraçı tərəfindən sifarişçiyə yazılı və ya şifahi formada etiraz bildirilməmişdir. Belə ki, onlara verilən konteynrlər iddiaçı tərəfə vaxtında təhvil verilirdi. Qeyd olunmalıdır ki, bu mallarda təhlükəli mal olub və bunla bağlı iddiaçı tərəfə sifariş verilərkən 3 iyul 2023-cü il tarixdə iddiaçı tərəfin məsul şəxslərinə-Günel Duman və Rəşad Məcidova bildirilmişdir. Maildə göstərilmişdir ki. ’’Telefon danışığımızın davamı olaraq əlavədə gələn həftə ərzində Potiyə çatması göstərilən (ETA xx.xx.2023) 13 ədəd konteynrlərin Bakıya daşınması ücün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edək ki, yük təhlükəli yükdür. Free demurraue 14 gündür. Dəniz xətti MSC." Bu daşınma həmin dövrdə THC əməliyyatını “ADY" Konteyner tərəfindən Bartrans Lojistic Ticarət Limited şirkəti deyil, GR Logistics Terminals LLC həyata keçirirdi.(431 saylı, 10 iyul 2023-cü il tarixli Etibarnamə). Sonradan THC əməliyyatın aparılmasını “X11" şirkətinə tapşırmış(müqavilə əsasında)(577 saylı, 19 sentyabr 2023-cü il tarixli Etibarnamə). Sonradan əməliyyatın aparılması Bartrans Lojistic Ticarət Limited şirkətinə müqavilə əsasında tapşırılmışdır(601 saylı. 28 sentyabr 2023-cü il tarixli Etibarnamə). Etibarnamələrin tarixindən də məlum olur ki, sifarişçinin malının daşınması hansı şirkət həyata keçirib. 18 sentaybr 2023-cü il tarixli, MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin respublikaya gətirilməsi ilə bağlı “ADY Konteyner" MMC tərəfindən malın gecikdirmə səbəbləri: uzun müddət bu şirkətin xidmətindən istifadə olunduğundan təhlükəli hesab edilən 13 ədəd konteyner əvvəllərdə bu şirkət tərəfindən daşınmışdır(2023 iyul ayında). Daşınan və mübahisə yaranmayan dövrlərdə onların tərəfindən malla bağlı məlumat verildiyindən şirkət bir dəfə də olsun malın təhlükəli olması barədə iradı olmamış və “Aqrokimya" MMC-ni bununla bağlı cərimə olunmasına dair müraciət etməmişdir. Belə ki, hər dəfə bu malın daşınmasında onlara həm şifahi, yazılı və həm də mala dair məlumatlarda malın kodu göstərilmişdir. Koddan məlum olur ki, bu mal təhlükəlidir və ya təhlükəsiz. İddiaçı iddia edir ki, "xxxx" MMC malın təhlükəli olması barədə onlara məlumat verilməyib. Bu sahə üzrə çalışan bir şirkətin belə bir fikir söyləməsi şirkət olaraq əsassız və yanlışdır. Belə ki, hər bir daşınan mal rəsmi qaydada qəbul edilmiş kod əsasında daşnaraq xaricdən ölkəyə idxal edilir. 13 ədəd konteynerin təqdim edilmiş yol qaiməsində “UNNO: UN 1486 Class: 5.1. “kodu altında göstərilmişdir. Qəbul edilmiş beynəlxalq sənədlərdə bu kod altında daşınan mallar təhlükəli mal sayılır. Yəni bu malın təhlükəli olması barədə bildirilən fikir yanlışdır. Nəqliyyat xidməti göstərən şirkət bu malların daşınma kodlarını bildiklərindən, belə bir malın xarakteristikasını bilməli idi. Bu baxımdan məlumatın verilməsi deyil, bu sahə üzrə məlumatlı olmadıqlarını və hansı malın daşınması barədə kodun dəqiqləşdirilməməsi, müəyyən edilməməsi, düzgün qiymətləndirməməsi iddiaçının səhvidir. İddiaçı iddia tələbində müqavilənin 3.4-cü bəndinə əsasən, cavabdehə üzləşmə aktı təqdim edildiyini və 5 gün ərzində həmin üzləşmə aktı təsdiq edilməli və ya əsaslandırılmış etiraz göndərilməli olduğunu, əks halda akt təsdiq edilmiş kimi hesab olunması göstərilmişdir. 2023/M-059 saylı, 6 iyul 2023-cü il tarixli müqavilənin 3.4-cü bəndində göstərilir ki; “Göstərilən xidmətlərin hesablaşması məqsədi ilə hər bir rüb bitdikdən sonra, tərəflər 5 iş günü müddətində “üzləşmə aktı'-nı imzalayırlar." 2023/M-059 saylı. 6 iyul 2023-cü il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş hesabfaktura əsasında, birinci sifarişə dair "xxxx" MMC MEDUAS687153 nömrəli SWB əsasında gələn 13 konteyner üçün 11 iyul 2023-cü il tarixində 19955 ABŞ dolları, ikinci dəfə sifarişə dair 22 sentyabr 2023-cü il tarixində isə MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 iş günü əvvəl 100% olaraq iddiaçının hesabına 22 sentyabr 2023- cü il tarixdə 23400 ABŞ dolları həcmində ödəniş edilmişdir. İddiaçı iddia tələbində göstərdiyi üzləşmə aktı “Aqrokimya" MMC-yə 17 may 2024-cü il tarixdə təqdim edilib. Göstərilən xidmət bitdikdən 6 ay sonra təqdim edilib. Yəni iddiaçı dekabr 2023-cü il tarixdə təqdim olunmalı aktı 2024-cü ilin may ayında təqdim edib. Üzləşmə aktında qrafalarda göstərilən 19955 və 23400 ABŞ dollarının ödənilməsi göstərilsə də 23804 ABŞ dollar xərcin, cərimənin və sair pul vəsaitinin hansı səbəbdən yaranmasına açıqlama verilmədiyindən akt imzalanmamışdır. Sonradan “Aqrokimya" MMC-yə məlum olur ki, iddiaçı MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin nəqliyyat-ekspedisiya xidmətini həyata keçirən zaman yükdaşımaları həyata keçirən qatarların olmaması və terminalda yaranmış vəziyyətdən çıxmaq üçün düzgün şəraiti qiymətləndirməməsi səbəbindən yaranmışdır. Bu səbəbdən iddiaçı 15 sentyabr 2023-cü il tarixli, ADY150923#C saylı müqavilənin şərtlərindən çıxış edərək, guya Bartarns Lojistic Ticarət Limitedin “ADY Konteyner" MMC-nin cərimələndirdiyini bildirmişdir. Lakin tərəf bu cərimə ilə bağlı, yəni cərimənin nəyə görə edilməsi malın saxlanmasına və ya təhlükəli olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. 13 ədəd malın təhlükəli olması barədə məlumat “ADY Konteyner" MMC-yə sifariş verilən gün, yəni 18 sentyabr 2024-cü il tarixdə rəsmi mail vasitəsi ilə bildirilmiş və yazışmalar bu mail vasitəsi ilə aparılmışdır. 18 sentyabr 2023-23 oktyabr 2023-cü il tarixdə tərəflərin yazışması: Müqavilənin icrası ilə bağlı “Aqrokimya" MMC tərəfdən məsul olan şəxs-Esmira Cəfərova. "xxxx" tərəfdən məsul şəxslər-Cavid Həbibova və Günel Duman.Yazışmalarda göstərilir: "xxxx"-"Salam Cavid bəy və Günel xanım. Əlavədəki sənədlərə əsasən 13 ədəd 20 futluq konteyner, Multi K gübrəsinin Bakıya daşınması üçün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edirik ki, yüklər təhlükəli yükdür." Elə həmin gün qarşı tərəf MSDS istəyib(təhlükəli maldan istifadə etmə qaydaları) və tərəflərindən həmin gün təqdim olunub. Həmin gün tərəf mailində bunları qeyd edir: "xxxx" -"Başqa terminala konteyneri çəkmə +120 ABŞ dolları, əgər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik, öz tərəflərindən gecikmələr yaranmasın deyə platforma təminatını əlimizdən gələn ən yaxşı şəkildə ediləcəyini bildiririk. 18 sentyabr 2024-cü il tarixdə 13 ədəd 20 futluq konteynerlə bağlı qiymət təklifi verilib- 1095 ABŞ dolları, qiymətə port xərcləri daxil olmayıb. Terminalda yüklərin çoxluğundan yaranmış sıxlığa görə onlara aid yüklərin Medlogdan başqa terminala, oradanda dəmiryolu vasitəsi ilə daşınmasını təklif etdilər. Onlardan aldıqları təklif, yəni başqa terminala daşınma +120 ABŞ+THC xərcləri olmaqla yekun qiymət 1095+120+535+50(komissiya) olmaqla 1800 ABŞ dolları qiymət təklif olundu. Təyinat Sumqayıt şəhəri THC üçün etibarnamə istənildi. Captain Shipping-in adına hazırlanıb Bartransın ofisinə əsli göndərildi(Captain Shipping bizim adımızdan THC-ni etməli idi). 18 sentyabr 2024-cü il tarixdə qiymət təklifi verilib, qiymət port xərcləri daxil olmayıb. 1095 ABŞ dolları 22 sentyabr 2024-cü il tarixdə ödəniş tapşırığı təqdim olundu. İşin gedişatı il bağlı məlumat istənildi cavab verilmədi.sentyabr 2024-cü il tarixdə tərəf mailində sifariş order formunun doldurulub onlara göndərilməsini və yükün sənədlərini, öhdəlik məktubunuda təqdim edilməsini xahiş edir. Həmin gündə sənədlər sifariş orderi və öhdəlik məktubu tərəfə göndərdi. Həmin gün tərəf onlara THC xərcləri və terminaldan-terminala keçirilmə xərcləri ilə bağlı hesab-faktura göndərmişdir. 22 sentyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək “'ADY Konteyner" MMC-dən malların harada olması, hara daşınması və sair barədə məlumat istənildi. Bu məlumat “Aqrokimya" MMC-yə təqdim edilmədi. 11 oktyabr 2024-cü il tarixdə malların "xxxx" MMC-yə təhvil verilməsi ilə bağlı 5 gün gecikdirmə ilə bağlı onlara mail vasitəsi ilə bildirildi. Onlardan xahiş etdilər ki, alınırsa konteynerləri Bakıda exporta keçirmək üçün müştəri axtarsınlar. "xxxx" MMC-dən bildirildi ki. Gürcüstan tərəfdə terminalda teplovoz işləmədiyinə görə konteynerləri həldə Medlogdan(dayanacağın adı) götürə bilmirlər, yalnız növbəti gün götürəcəklər. 12 oktyabr 2024-cü il tarixdə bir daha onlardan məlumat istənildi və onlara bildirdilər ki, bu gün artıq mallar daşınacaq. 14 oktyabr 2024-cü il tarixdə yol qaimələri gəldi. Yol xərci istənildi. 16 oktyabr 2024-cü il tarixdə tərəfə təqdim olundu. 19 oktyabr 2024-cü il tarixdə 13 maldan yalnız 9-u təhvil verilmişdir. Qalan 4 mal sonrakı 10 gün ərzində “Aqrokimya" MMC-yə təhvil verilmişdir. “ADY Konteyner" MMC üzərinə götürdüyü öhdəliyə görə bu malı onlara 21 gün ərzində təhvil verməli idi. Lakin MMC bu malı 41 gündən sonra təhvil vermişdir. Təhlükəli malın daşınması ilə bağlı tərəflərin rəsmiləri arasında aparılan maildəndə görmək olar ki, “ADY Konteyner" MMC daşınmalı olan 13 ədəd 20 futluq konteynerlə bağlı malın təhlükəli olması barədə məlumatlı olmuşlar. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixində iddia tələbinin əsasının dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 40466 manat 80 qəpik (23804,00 ABŞ dolları) məbləğində əsas borcun, 9575 manat 52 qəpik (5632,66 ABŞ dolları) məbləğində dəbbə pulunun, 1520,00 manat məbləğində vəkil xərcinin, 244 manat 69 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 51807 manat 01 qəpik pulun tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizədə göstərilən xərclər demuraj və saxlama xərcləridir. Belə ki, iş materiallarında olan MSC şirkəti tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli MEDUAS717711 nömrəli dəniz xətti qaiməsinə əsasən "xxxx" MMC-yə məxsus 13 ədəd 20ft-luq konteyner xx.xx.2023-cü il tarixində Gürcüstanın Poti limanına çatdırılmasına baxmayaraq, sifarişçi sifarişi "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixində vermişdir. laraq dəmir yolu xətti ilə daşınması üçün "xxxx" MMC-yə məxsus quru terminalına çatdırılması məqsədilə "xxxx" MMC-yə ADY 150923 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə əsasında xidmət göstərən “Bartrans Lojistic Ticaret Limited” şirkətinə tərəflərindən təlimat verilmişdir. Gürcüstan Respublikasının gömrük orqanlarının tələbinə əsasən, hər hansı bir yükə dair sənədləşmənin və digər prosedurların aparılması üçün yükün alıcısı qeyd edilən işləri aparan şirkətə etibarnamə verməlidir. Cavabdehin EMS-nə yüklədiyi etibarnamədən görünür ki, "xxxx" MMC öz yükünü Poti limanından çıxarılması və sənədləşmənin aparılması üçün etibarnaməni “Bartrans Lojistic Ticaret Limited” şirkətinə yalnız xx.xx.2023-cü il tarixində vermişdir. Göründüyü kimi, cavabdehə məxsus yük Poti dəniz limanına xx.xx.2023-cü il tarixində çatsa da, həmin yükə dair müvafiq əməliyyatların aparılması yalnız xx.xx.2023-cü il tarixindən mümkün olmuşdur. Bundan əlavə, Poti limanının həm dəniz terminalı, həm də dəmir yolu xətti terminalları həmin dövrdə dolu olduğundan və yüklərin göndərilməsi mümkünsüz olduğundan (lokomotivin xarab olması, həmçinin platforma çatışmazlığı) 13 ədəd 20ft-luq konteynerin terminaldan çıxarılması xx.xx.2023-cü il tarixində mümkün olmuşdur ki, (işə əlavə edilmiş Gürcüstan dəmir yolları tərəfindən tərtib edilmiş 13 ədəd yol qaimələri ilə təsdiq olunur), bu da öz növbəsində əlavə cərimələrin (demurajların) yaranmasına səbəb olmuşdur. Bu barədə sifarişçiyə dəfələrlə elektron poçt vasitəsilə məlumat verilmişdir. 1. Yükün terminalda saxlanılması və Thc üçün invoys: “Bartrans Lojistic Ticaret Limited” şirkətinin xx.xx.2023-cü il tarixli BAR**********034 nömrəli invosuna əsasən MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan təhlükəli yükə THC xərcləri 3640,00 dollar təşkil edir, həmin təhlükəli yüklərin xx.xx.2023cü il tarixindən xx.xx.2023- cü il tarixinədək saxlanılması üçün gününə 4 ABŞ dolları tədbiq etməklə saxlama xərcləri 572 ABŞ dolları təşkil edir, ümumi 4212 ABŞ dolları məbləğində saxlama xərcləri çəkilmişdir. Qeyd: THC (X8 / Terminalda əməliyyətların aparılması xərcləri – terminalda yüklərin boşaldılması və yüklənməsi əməliyyatların aparılması üçün hesablanan xərclər. Saxlama xərcləri – yükün terminalda saxlanılması üçün terminalın hesabladığı ödənişlər. 2. Konteynerlərə hesablanmış demuraj üzrə invoys: “Bartrans Lojistic Ticaret Limited” şirkətinin xx.xx.2023-cü il tarixli BAR**********054 nömrəli invosuna əsasən, MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan yükün xx.xx.2023-xx.xx.2023-cü il müddətdə saxlanılması üçün xərclər 364 ABŞ dolları və xx.xx.2023xx.xx.2023-cü il müddətə (cəmi 41 gün, həmin 41 gündən 21 gün free-time çıxmaqla 20 günə demuraj hesablanıb) olan 9 konteynerə demuraj xərcləri 10800 ABŞ dolları (60 dollar/günü x 9 konteyner x 20 gün), qalan 4 konteynerə xx.xx.2023-xx.xx.2023-cü il müddətə (cəmi 42 gün, həmin 42 gündən 21 gün free-time çıxmaqla 21 günə demuraj hesablanıb) 5040 ABŞ dolları demuraj xərcləri hesablanıb (60 dollar/günü x 4 konteyner x 21 günə). Cəmi demuraj xərcləri 16204,00ABŞ dolları təşkil etmişdir. Qeyd: Demuraj - konteynerlərin razılaşdırılmış müddətdən artıq müddətdə qaytarılması üçün hesablanan cərimə. Hazırki halda cavabdehə təqdim edildiyi konteynerlər 21 gün ərzində boşaldılıb qaytarılmalı olduğu halda, 9 konteyner 9 gün gecikməklə, 4 konteyner isə 21 gün gecikməklə qaytarılmışdır. Free-Time - Boş vaxt, sifarişçinin konteynerdən pulsuz istifadə edə biləcəyi günlərin sayını müəyyənləşdirir - bu müddətdən sonra hər şey ödənişlidir. Yəni Sifarşçi verilən müddət ərzində (hazırki halda 21 gün təşkil edir) konteynerləri dəniz xətti limanından götürüb təyinat nöqtəsinə çatdırmalı, boşaltmalı və yenidən dəniz xətti limanına çatdırmalıdır. Yuxarıda göstərilən problemlər yaranma ehtimalı barədə cavabdehə əvvəlcədən məlumat verilmiş, lakin cavabdeh buna baxmayaraq, xx.xx.2023-cü il tarixli öhdəlik məktubu təqdim edərək, qeyd edilən risklə bağlı məsuliyyəti və bundan irəli gələn xərclərin qarşılanmasını öz üzərinə götürmüşdür. Lakin bugünkü günədək öz öhdəlilərini icra etməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə aktına əsasən yuxarıda göstərilən bütün xərcləri “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödənilməsi məcburiyyətində qalaraq, ödənişləri həyata keçirmişlər. Bundan əlavə, cavabdehin 2023-cü ilin iyul ayında verdiyi sifarişdən də 208 dollar məbləğində saxlama xərcləri və 3180 dolları məbləğində demuraj, ümumilikdə, 3388 ABŞ dolları məbləğində xərcləri qalmışdır. Bununla bağlı cavabdehə xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-0040 hesab-faktura kəsilmişdir. Həmin saxlama və demuraj xərcləri cavabdehin birinci sifarişi üzrə xidmətlərin göstərilməsinə tərəfindən cəlb edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmişdir. Müqavilənin 2.1.8-ci bəndinə əsasən bütün istiqamətlər üzrə ekspeditorun iradəsindən asılı olmayan (hava şəraiti, qatarın xarab olması (qatarın növündən aslı olmayaraq), terminalda texniki problemlər və/və ya onun yüklənməsi, platforma çatışmazlığı, cari təmir işləri) səbəblərlə bağlı yaranmış gecikmələrə görə məsuliyyətdən azaddır. Ümumilikdə isə, cavabdehin yüklərinə kəsilmiş saxlama və demuraj xərcləri 23804 ABŞ dolları təşkil edir. Həmçinin cavabdehin borcuna xx.xx.2024-cü il tarixinə hesablanmış dəbbə pulu 5632,66 ABŞ dolları təşkil edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı iddia əsasının dəyişdirilməsi ilə bağlı ərizədə göstərir ki, "Lakin xidmətlərin göstərilməsi zamanı cavabdehin yükün təhlükəli yük olduğu barədə məlumatın verilməməsinə görə, xidmətlərin göstərilməsinə cəlb edilmiş Bartrans Lojistic Ticarət Limited şirkəti tərəfindən iddiaçıya 20416,00 ABŞ dolları məbləğində cərimələr tədbiq edilmişdir. Lakin sonrakı abzasda isə qeyd edir ki, "Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, yuxarıda söstərilən xərclər demuraj və saxlama xərcləridir. Deyilənlərdən çıxış edərək, iddiaçı ilkin iddia tələbində tələbini cavabdehin üzərinə öz səhvi ucbatından qoya biləcək cərimənin hərəkət trayektoriyasında səhv etdiyindən ikinci iddiada cərimənin alınması məqsədilə yükün təhlükəli yük olması məsələsini demuraj və saxlama xərcləri ilə əvəz etməyə çalışmış və ikinci iddiasında bu məsələnin məhkəmə araşdırılması zamanı müəyyən edildiyini göstərmişdir. İddiaçı “ADY Konteyner’ MMC məhkəməyə iddia tələbi ilə müraciət etməmişdən öncə cavabdehdən yükün təhlükəli olduğu üçün cərimənin ödənilməsini tələb edir və bütün tərəflər arasında danışıqlar bu yükün təhlükəli olduğu ilə bağlı cərimənin cavabdeh tərəfindən ödənilməsi göstərilir. Lakin bu məsələ məhkəmədə sübuta yetirilmədiyini görən iddiaçı məsələni demuraj və saxlama xərcləri kimi göstərməyə çalışır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə prosesində iddiaçının nümayəndəsi, vəkili MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan təhlükəli yükə THC əməliyyatının aparılması ilə bağlı “X11” şirkətinə təlimat verilmədiyini və həmin şirkətlə hərhansı bir müqavilə bağlanmadığını bildirmişdir. Lakin iddiaçı tərəfindən işə şahid qismində çəlb edilən "xxxx" MMC-nin əməkdaşı X4 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, “ADY Konteyner" MMC “X11” şirkəti ilə xidmətin göstərilməsi məqsədilə müqaviləsi var və 19 sentaybr 2023-cü il tarixdə mail vasitəsi ilə “Aqrokimya" MMC-nin nümayəndəsi Esmira xanıma THC əməliyyatının aparılması üçün etibarnaməni THC işini icra edəcək "X11” şirkətinə verilməsini bildirmişdir.(iş materiallarında maillərdə olan yazışma). Maildən sitat: "xxxx" MMC Nigar Mutalimova 19 sentyabr 2023-cü il 16:38: “Esmira xanım. Mən sizə yalnış məlumat verdim, üzürlü sayın. Etibarnamə THC-ni edən şirkət Captain Shippingə verilməlidir, GR-a yox". 19 oktyabr 2023-cü il tarixdə “X11" şirkətinə etibarnamə verilmişdir (577 saylı. xx.xx.2023-cü il tarixli). “X11” şirkəti malların quruya çıxarılması üçün Poti limanında dəniz terminalında əməliyyatın icra edilməsi üçün 19 oktyabr 2023-ç}ü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək hər-hansı bir icra hərəkəti etməmişdir. 7-8 gün ərzində ümumiyyətlə bu şirkət THC işi ilə bağlı hərəkətsizlik etmiş "xxxx" MMC isə "Aqrokimya” MMC-yə məlumat verməmişdir. Nigar Mutallibova 20 sentyabr 2023, saat 10:49: "Esmira xanım, Sənədləri aldıq, çox sağ olun. Problem deyil, hazır olan kimi göndərərsiz. THC işləmlərini həll edib sizə məlumat verəcəyik, Nigar Mutallibova 25 sentyabr 2023-cü il saat 11:04: "Esmira xanım, salam, Konteynerlər çox olduğu üçün biraz gecikmə yaranır. Bir iki gün ərzində çalışacağıq konteynerləri axtaraq. Sizə məlumat verəcəyik. Esmira Cəfərova 27 sentyabr 2023-cü il saat 09:24: "Salam hər vaxtınız xeyr. Konteynerlər barəsində məlumat verməyinizi rica edirəm. İslər hansı yerdədir? Götürə bildinizmi?. Esmira Cəfərova 27 sentyabr 2023-cü il saat 11:42: Nigar xanım. Doğrumu basa düşdüm, THC işləri hələ yekunlaşmayıb?". Müqavilədən irəli gələn öhdəliyi icra edən "xxxx" MMC mail vasitəsi ilə sifariş 18 sentaybr 2023-cü il tarixdə bildirilmiş, 19 sentyabr 2023-cü il tarixdə THC işlərinin görülməsi üçün etibarnamə verilmişdir, 20 sentyabr 2023-cü il tarixdə yazılı sifariş verilmiş və THC əməliyyatının ən yüksək şəkildə aparılmasını "ADY Konteyner” MMC öz üzərinə götürür. İddiaçı THC əməliyyatını apara bilmədiyindən, malların hələ də limanda qalmasını öz maili ilə təsdiq edir. Bu baxımdan malların limanda saxlanması ilə bağlı demuraj xərclərin "xxxx" MMC-nin üzərinə qoymaq əsassızdır. Bartrans Lojistic Ticarət Limited şirkəti də 28 sentyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək “Aqrokimya" MMC-nin Poti dəniz limanında MEDUAS717711 nömrəli 13 ədəd 20Ft-luq konteynerin THC işlərini görərək "xxxx" MMC-nin təklifi (məsrəflər MMC tərəfindən qarşılanmış) əsasında mallar Medlog terminalından GRLT terminala yük maşınları vasitəsi ilə daşınmışdı. Yalnız 14 oktyabr 2023-cü il tarixdə yük qatarı Gürcüstanın Poti şəhərindən Azərbaycanın Bakı şəhərinə(Biləcəri stansiyasına) və buradan da Sumqayıt şəhərinə gecə yola düşmüşdür. Bu haldada "ADY Konteyner” MMC tərəfindən xidmət işlərinin görülməsi nəticəsində gecikmələr yaranmışdır. Yalnız 9 ədəd-l.FCLU-2197820; 2.FBLU-0134348: 3. BMOU-2818873; 4. TEMU- 5172097; 5.TGBU-2688840; 6. FBLU-0117079; 7. CALU-3781439; 8.CLDU-5490937; 9. DRYU-2142429 "xxxx" MMC-yə 19-20 oktyabr 2023-cü il tarixlərdə təhvil verilmiş. 19-20 oktyabr 2023-cü il tarixlərdə də (iki gün) konteynerlər tərəfə təslim edilmişdir. 21 oktyabr 2023-cü il tarixdə konteynerlər Sumqayıt stansiyasından Poti şəhərinə geri qayıtmışdır. Qalan digər 4 ədəd- 1.TEMU-5380716; 2. MSDU-2548143; 3. MSMU-2565846; 4. MEDU-5384339 saylı konteynerlərdə olan mallar isə 23 oktaybr 2023-cü il tarixdə şirkətə təhvil verilmiş və həmin gündə konteynerlər iddiaçıya təslim edilmişdir. 24 oktyabr 2023-cü il tarixdə konteynerlər Sumqayıt stansiyasından Poti şəhərinə geri qayıtmışdır. İddiaçı iddia tələbində 9 konteynerin 9 gün, 4 konteynerin isə 21 gün geçikməklə qaytarıldığını bildirsə də bu gecikmənin “Aqrokimya" MMC tərəfindən baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən sənədlərdən də görmək olar ki, 9 konteynerlərdə olan mallar Poti şəhərindən 14 oktyabr 2023-cü il tarixdə çıxmış və 21 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərindən Poti şəhərinə geri qayıtmışdır. 4 konteynerlərdə olan mallar Poti şəhərindən 14 oktyabr 2023-cü il tarixdə çıxmış və 24 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhərindən Poti şəhərinə geri qayıtmışdır. Məhkəmə prosesində və elektron məhkəmə sisteminə yüklənmiş sənədlərdən məlum olur ki, "xxxx" MMC konteynerlərin boşaldılmasında hər hansı bir gecikməyə yol verməmişdir İddiaçı iddia tələbində "xxxx" MMC tərəfindən zəmanət məktubunun verilməsini əsas götürür. Maildən sitat: "xxxx" MMC Günel Duman 19 sentyabr 2023 saat 10:29: "Salam Esmira xanım, Başqa terminala konteyneri çəkmə +120 USD, əzər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik, öz tərəfimizdən gecikmələr yaranmasın deyə platforma təminatını əlimizdən gələn ən yaxşı səkildə ediləcəyini bildiririk”."Aqrokimya” MMC 20 sentaybr 2023-cü il tarixdə "xxxx" MMC-yə zəmanət məktubu verir. Məktubda göstərilir: "xxxx" MMC olaraq. xx.xx.2023-cü il tarixli sifarişimizə əsasən, MSC dəniz xətti, MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerin daşınması zamanı varana biləcək demuraj xərclərini qarşılamağı öhdəliyimizə götürürük”. Bəli maildən çıxış edərək, “Aqrokimya" MMC malın daşınması ilə bağlı “ADY Konteyner" MMC-dən təklifi qəbul edib və bu təkilfə əsasən yazılı formada münasibətini bildirib-“13 ədəd konteynerin daşınması zamanı yarana biləcək demuraj xərclər". Yəni malın daşınması zamanı yarana biləcək xərclərə istinad edilib. Malın süni saxlanmasına, sənədləşmə işlərinin bilərəkdən aparılmamasına deyil. Məktubun ünvanı, məktubun içində olan yazıdan məlumdur. Digər tərəfdən isə "xxxx" MMC limanda gecikmələr yaranmasın deyə platforma təminatını ən yaxşı şəkildə edəcəklərini bildirirlər. Lakin iddiaçı "xxxx" MMC THC xidmətini göstərmək üçün ilkin olaraq əməliyyatın aparılmasını “X11" şirkətinə təlimat verir. Bu şirkət 8 gün hərəkətsizlik edərək, THC işlərini görməmiş və süni olaraq demuraj xərclər yaradıb. Əgər bu şirkət bu işlə məşğul olursa THC-nin aparılması ilə bağlı məsələni 24 saat ərzində araşdırmalı, icra edib etməməsi barədə məlumat verməli idi. “Demuraj xərclər varanıbsa “ADY Konteyner MMC-nin işin düzgün təşkil edilməməsi səbəbindən yaradıb. Belə ki, “Aqrokimya" MMC yarana biləcək demuraj xərclərə görə zəmanət məktubu təqdim edib. Lakin “ADY Konteyner" MMC isə bu zəmanət məktubundan sui-istifadə edərək, işi 3-cü şəxsə həvalə etməklə öhdəliyi üzərindən ataraq süni demuraj xərclər yaratmışdır. İddiaçı tərəfindən cəlb edilmiş 3-cü şəxsin hərəkət və ya hərəkətsizliyi ucbatından “Aqrokimya" MMC- yə ziyan dəymişdir. Bu səbəbdən "xxxx" MMC müqavilədə götürdüyü öhdəliyə görə məsuliyyət daşıyır. Göstərilənlərdən çıxış edərək iddiaçının iddia tələbində tələb etdiyi aşağıdakı xərclər əsassız və qanunsuzdur: 1. “yükün terminalda saxlanılması və THC üçün invoys: “X9 Limited" şirkətinin xx.xx.2023-cii il tarixli BAR**********034 nömrəli invosuna əsasən. MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20 Ft-luq konteynerlərdə olan təhlükəli yükə THC xərcləri 3640,00 dollar təşkil edir, həmin təhlükəli yüklərin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək saxlanılması üçün gününə 4 ABŞ dolları lədbiq etməklə saxlama xərcləri 572 ABŞ dolları təşkil edir, ümumi 4212 ABŞ dolları məbləğində saxlama xərcləri. 2. konteynerlərə hesablanmiş demuraj üzrə invoys: “Bartrans Lojistic Ticaret Limited" şirkətinin xx.xx.2023-cii il tarixli BAR**********054 nömrəli invosuna əsasən. MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20 Ft-luq konteynerlərdə olan yükün xx.xx.2023-xx.xx.2023-cü il müddətdə saxlanılması üçün xərclər 364 ABŞ dolları və xx.xx.2023-xx.xx.2023-cü il müddətə (cəmi 41 gün həmin 41 gündən 21 gün free-time çıxmaqla 20 günə demuraj hesablanıb) olan 9 konteynerə demuraj xərcləri 10800 ABŞ dolları (60 dollar/günü x 9 konteyner x 20 gün), qalan 4 konteynerə xx.xx.2023xx.xx.2023-cü il müddətə (cəmi 42 gün, həmin 42 gündən 21 gün free-time çıxmaqla 21 günə demuraj hesablanıb) 5040 ABŞ dolları demuraj xərcləri hesablanıb (60 dollar/günü x 4 konteyner x 21 günə). Cəmi demuraj xərcləri 16204.00 ABŞ dolları. Belə ki, iddiaçı "xxxx" MMC-yə aid olan MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerin təhlükəli yükün terminalda saxlanması üçün olan cərimə, malların xx.xx.2023-xx.xx.2023-cü il müddətdə saxlanılması üçün və konteynerlərin vaxtında "xxxx" MMC tərəfindən vaxtında qaytarılmamasına görə xərclərin "xxxx" MMC-nin səhvi ucbatından deyil, iddiaçı “ADY Konteynerin özünün hərəkət və ya hərəkətsizliyi ucbatından baş vermişdir. 1. Yükün təhlükəli olduğunu bildiyi halda təhlükəli yükün saxlanması, daşınması ilə bağlı xərcin və ola bilcək cərimənin düzgün hesablanmaması, 2.THC əməliyyatının icra edilməsi üçün düzgün şirkətin seçilməməsi və ya seçdiyi şirkətin işi görə biləcəyi müddəti idarə edə bilməməsi, 3.Buraxdığı səhvlər ucbatından malı vaxtında sifarişçiyə təhvil verməməsi: 4. Sonda isə “Aqrokimya" MMC tərəfindən vaxtında təhvil verilmiş konteynerləri terminala çatdırmaması. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, 14 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə prosesində iddiaçı tərəf THC işlərinin müqavilə üzrə onlara aid olmadığını və bu işlərin "xxxx" MMC tərəfindən aparılmasını iddia etmişdir. Məhz müqavilənin maddələrindən tərəflər çıxış edərək, özlərinin nümayəndələri vasitəsi ilə şirkətə aid mail vasitəsi ilə sifarişlər verilmişdir. Mübahisələndirilən sifarişlərdən birə də "xxxx" MMC-nin 18 sentyabr 2023-cü il tarixdə MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20 Ft-luq konteynerlərdə olan təhlükəli yükə aid olan sifarişdir. Bu sifariş mail vasitəsi ilə 18 sentyabr 2023-cü il tarixdə rəsmi mail vasitəsi ilə edilmişdir. Sifariş edildikdən sonra "xxxx" MMC-nin nümayəndəsinin təklifi əsasında THC əməliyyatının aparılması məqsədilə “X11” şirkətinə etibarnamənin verilməsi təklifi olunmuşdur. Bu səbəbdən iddiaçı tərəfin 3-cü şəxs işə cəlb etməklə işə nəzarət etməmiş və 3-cü şəxsin hərəkətsizliyi nəticəsində demeredj xərclər yaranmışdır. Bu səbəbdən xidmətin göstərilməsində yaranmış ilkin hərəkətsizlik nəticəsində "xxxx" MMC tərəfindən süni xərclər yaradılmışdır. "ADY Konteyner” MMC isə xidmətin həyata keçirilməsi ilə bağlı nəinki məlumat verməmiş, hətta sifarişçiyə yanlış məlumatlarda vermişdir. İddiaçı THC əməliyyatını apara bilmədiyini izah etmək əvəzinə və ya başqa şirkətlə dəyişdirməyi təklif etmək əvəzinə, "xxxx" MMC-yə konteynerlər çox olduğu üçün biraz gecikmə yarandığını və bir iki gün ərzində çalışacağıq konteynerləri çıxaracaqlarını bildirmişlər. Məhz gecikmənin yaranması səbəbi tərəfin THC əməliyyatının aparılmasında məlumatın gizlədilməsi olmuşdur. Bu baxımdan malların limanda saxlanması ilə bağlı demuraj xərclərin "xxxx" MMCnin üzərinə qoymaq əsassızdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı “ADY Konteyner“ MMC Gəncə Kommersiya Məhkəməsinə iddia əsasının dəyişdirilməsi barədə ərizəsində göstərir ki, “Cavabdehin 2023-cü ilin iyul ayında sifarişdən də, 208 dollar məbləğində saxlama xərcləri və 3180 dollar məbləğində demuraj ümumilikdə 3388 ABŞ dolları məbləğində xərcləri qalmışdır. Bununla bağlı, cavabdehə xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-040 hesab-faktura kəsilmişdir. Həmin saxlama və demuraj xərcləri onlara cavabdehin birinci sifarişi üzrə xidmətlərin göstərilməsinə tərəflərindən cəlb edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmişdir.” İddiaçı "xxxx" MMC öz iddiasında əsas tələbini 2023-cü ilin sentyabr-oktayabr aylarında olan demuraj xərclərin tələb edilməsinə yönəldərək bu tələbdə bütün günləri, vaxtları, danışıqları və sənədləri təqdim etməklə bu xərclərin "xxxx" MMC-yə aid olduğunu bildirməyə çalışır. Lakin həmin tələbdə kiçikdə olsa, lakin gözə çarpmayan halda kiçik bir abzasda 2023-cü ilin iyul ayında cavabdehin belə bir borcu olduğunu qeyd etməyə çalışmışdır. İddiaçı iddia tələbində iyul 2023cü ildə cavabdehin sifarişi əsasında daşınmış mallara görə saxlanma və demuraj xərclərin olduğunu göstərməyə çalışır. Lakin iddiaçı hansı malların, konteynerlərin harada nə vaxt, hansı səbəbdən saxlanması, daşınmada yaranmış demurajın hansı səbəbdən yaranması, hansı dövrləri əhatə etməsi və bu xərclər kimin səhvi ucbatından yaranması səbəblərini göstərmədən kortəbi formada hesab-faktura tərtib edərək, məhkəməyə təqdim edilmişdir. Qeyd olunmalıdır ki, 2023/M-059 saylı. 6 iyul 2023-cü il tarixli Müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, birinci sifarişə dair “Aqrokimya" MMC MEDUAS687153 nömrəli SWB əsasında gələn 13 konteyner üçün 11 iyul 2023-cü il tarixində nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 iş günü əvvəl 100% olaraq iddiaçının hesabına 19955 ABŞ dolları həcmində ödəniş edilmişdir. Bu özünü tərəflər arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2023-xx.xx.2023 dövrü üzrə göndərilən xidmətlər barədə "xxxx" MMC və “ADY Konteyner" MMC arasında həyata keçirilmiş təhvil-təslim aktı olmuşdur ki, bu akt “Aqrokimya" MMC-yə 20 noyabr 2023- cü il tarixdə mail vasitəsi ilə təqdim edilmiş və tərəflər bu aktı təsdiq etmişdir. Təqdim olunmuş üzləşmə aktında isə saxlanma və demuraj xərclər göstərilməmişdir. Yalnız 28 noyabr 2023-cü il tarixli hesab-faktura “Aqrokimya" MMC-nin mailində 1 dekabr 2023-cü il tarixdə göstərilmişdir ki, xx.xx.2023-cii il tarixli İNV-AZE 2311-040 hesab-faktura “Aqrokimya’’ MMC tərəfindən təsdiqlənməyərək geri qaytarılmışdır. Yəni təqdim edilmiş hesab-fakturada göstərilən cərimə "xxxx" MMC tərəfindən açıqlanmadan və müqavilədə göstərilən şərt pozulmaqla geri qaytarılmışdır. Yəni təqdim olunmuş sənədlərdən görünür ki, müqavilə 6 iyul 2023-cü il tarixdə imzalanmış ekspeditorun təqdimatı əsasında THC işlərini görən "xxxx" MMC tərəfindən 13 mal 4 gün anbarda saxlandıqdan sonra götürdüyündən "xxxx" MMC tərəfindən 208 ABŞ dolları həcmində 12 iyul 2023-cü il tarixdə cərimə olunmuşdur. 2 avqust 2023-cü il tarixdə qaytarılan 13 konteynerə görə 3180 ABŞ dolları cərimə olunub. Yəni “Aqrokimya" MMC-yə verilmiş 21 gündən əlavə olaraq “ADY Konteyner" MMC 13 mala görə qaytarılmış 6 konteyneri 5 gün, 4 konteyneri 4 gün və 3 konteynerdən 2-ni 2 gün. 1 konteyneri isə 3 gün geçikdirmişdir. Bütün bunlara açıqlama verməyən "xxxx" MMC bu dəfə də "Aqrokimya” MMC-dən həmişə olduğu kimi cəriməni almağa çalışmışdır. Belə ki, əvvəllərdə bağlanmış digər müqavilələrdə tərəflər arasında yaranan 1-3 günlük saxlanma, demuraj xərclər “Aqrokimya" MMC tərəfindən vaxtında təqdim olunan akt əsasında ödənilirdi. Lakin ötən müddət ərzində tərəf demuraj xərclərin müddətini(bunun əsasında cərimələr) etap-etap çoxaldaraq ‘‘Aqrokimya" MMC-dən ödəniş tələb etməyə başladığından görülmüş işlərə yenidən baxmaq zərurətində qaldıq. Məlum olur ki, tərəf gördüyü işlərə məsuliyyətsiz yanaşaraq, müqavilədən çıxış edərək istənilən halda cəriməni tərəfin üzərinə yükləməklə özünün məsuliyyətdən azad olmağına çalışır. Bu halda da tərəf 13 malın saxlanmasında və yaranmış demurajda özünün hərəkət və hərəkətsizlik nəticəsində bu cərimələri yaratmış və yaranmış cərimələri vaxtında müqavilədən irəli gələn müddət ərzində akt əsasında təqdim etməyərək sonradan hesab-faktura əsasında tələb edir. Bu cərimə 2023-cü ilin oktyabr ayının 5-nə kimi təqdim olunmalı olduğu halda aktın özü 20 noyabr, hesab-faktura isə 1 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Yəni "xxxx" tərəflər arasında imzalanmış müqavilədən irəli gələn öhdəliyi vaxtında icra etməyərək, maliyyə hesabına dair ödəniş aktını belə vaxtında və dəqiq verilməsinə belə əhəmiyyət verməmişdir. “ADY Konteyner" MMC həmişə olduğu kimi bu dəfə də onun tərəfindən “Aqrokimya" MMC-yə süni olaraq yaratdığı cərimələri ödəyəcəyi qənaətinə gəldiyindən öhdəliyin icrasına məsuliyyətsiz yanaşmışdır. İddiaçı müqavilənin 1.3-cü bəndinə istinad edərək, göstərir ki, məhz 7 iş günü qalmış ekspeditor xidmətlərin başlanması üçün bütün tədbirləri görə bilər. Məhz müqavilə tərəflər arasında 6 iyul 2023-cü il tarixdə bağlanmış və sifariş 10 iyul 2023-cü il tarixdə qəbul edilmişdir. Tərəf 10 iyul 2023-cü il tarixdə sifarişini almış və bu sifarişi almaqla iş icraatının həyata keçirilməsi öhdəliyini qəbul etmişdir. Bu səbəbdən iyul ayında THC işlərinin görülməsini 10 iyul 2023-cü il tarixində "xxxx" MMC-yə, 19 sentyabr 2023-cü il tarixdə ilkin olaraq “X11" MMC-yə və sonradan 28 sentyabr 2023-cü il tarixdə isə “Bartrans Lojistic Ticarət Limited" şirkətinə aralarında olan müqavilə əsasında onlara təlimat vermişdir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi gecikmə səbəblərinin açıqlamasında 19 sentyabr 2023-cü il tarixdə ilkin olaraq “X11" MMC-yə təlimatın verilməsi və onun 7 gün THC işlərinin görməməsi ilə bağlı məsələyə qiymət verməmiş, səbəbləri açıqlamamışdır. Lakin özünün bu açıqlamasında ekspeditorun 20 sentyabr 2023-cü il tarixdən başlayaraq 28 sentyabr 2023-cü il tarixədək vasitəçi xidmətlərini görüb, cavabdehə THC xidmətlərin görülməsi üçün “Bartrans Lojistic Ticarət Limited" şirkətinin razılığını almışdır. “ADY Konteyner" MMC bu açıqlamasında müqavilədən irəli gələn öhdəliyin icraçısı kimi deyil, müqaviləyə üçüncü şəxs kimi yanaşmışdır. Əvvala, “ADY Konteyner" MMC müqavilədən irəli gələn öhdəliyə görə ekspeditor kimi hansı vasitəçi ola bilməz. Müqavilədə birbaşa göstərilib sifarişi təsdiq edir/rədd edir, üçüncüsü yoxdur. “Aqrokimya" MMC olaraq vasitəçiyə şirkətin ehtiyacı yoxdur. Üçüncü, isə tərəf “Bartrans Lojistic Ticarət Limited" şirkəti ilə bağladığı 15 sentyabr 2023-cü il tarixli müqaviləni yaddan çıxardıb(necə ki, “Aqrokimya" MMC ilə olan müqaviləni). Tərəflər arasında mövcud olan müqavilə əsasında tərəfin verdiyi təlimata, yəni sifariş əsasında şirkət bu işləri görmüşdür. Lakin “ADY Konteyner" MMC məhkəməyə “X11” şirkəti ilə bağladığı müqaviləni təqdim etməmişdir. Belə ki, həmin müqavilənin müvafiq bəndində ekspeditorun malın çatdırılmasını geçikdirdiyi təqdirdə, hər gecikmiş gün üçün sifarişçiyə geçikdirilmiş malın məbləğinin müəyyən olunmuş faiz miqdarında cərimə ödəməlidir. Hansı səbəbdən iddiaçı bunu etməmişdir? İddiaçı açıqlamanın sonunda isə malların daşınmasında gecikmənin 18 sentyabr 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək müddətdə baş verdiyini və buna görə iddiaçı tərəfindən xidmətlərin göstərilməsi üçün müddətlər nəzərdə tutulmadığından, gecikmələrə iddiaçı tərəfindən yol verilməsindən söhbət gedə bilməz qənaətinə gəlmişdir və "xxxx" MMC-nin bütün konteynerləri ağlabatan müddət ərzində daşıdığını bildirir. Deməli, “Aqrokimya" MMC olaraq şirkətə öz malını saxlanması, daşınması, konteynerlərin qaytarılması üçün 21 gün verilir. Şirkət olaraq tərəflə bağladığımız müqavilədə, elektron poçt vasitəsi ilə yazışmalarda və şifahi danışıqlarda 21 gün müddətin bizə verilməsindən “ADY Kontener" MMC olaraq xəbərsiz deyil. Dəniz xətləri üzrə verilmiş 21 gün ərzində şirkət olaraq biz, 7 gün ərzində THC işlərini görərək malın terminala boşaldılması. 7 gün ərzində malın terminaldan götürərək anbarlarına boşaldılması və 7 gün ərzində boş konteynerləri dəniz xəttinə təhvil verilməsidir. Bu səbəbdən şirkət bu işlə məşğul olan “ADY Konteyner" MMC ilə müqavilə bağlamışdır. Lakin açıqlamadan məlum olur ki, tərəf ümumiyyətlə müqavilədən irəli gələn öhdəliyin icrasını dərk etməyərək, gördüyü işin nəticəsində yaranmış cərimələrdən qaçmaq üçün yaranmış problemlərdən qaçmağa çalışır. "xxxx" MMC "xxxx" MMC-nin THC işlərinin görülməsi üçün cəlb etdiyi 3-cü şəxsin hərəkət və ya hərəkətsizliyinə qiymət verməmiş, müvafiq tədbir görməmişdir, bu səbəbdən xx.xx.2023-xx.xx.2023 tarixlərində gecikmə yaranmışdır(“X11” şirkəti). Növbəti xx.xx.2023-xx.xx.2023 tarixlərində cəlb etdiyi ikinci, 3-cü şəxsin hərəkət və ya hərəkətsizliyinə qiymət verməmiş, müvafiq tədbir görməmişdir(“Bartrans Lojistic Ticarət Limited" şirkəti) və sonda "xxxx" MMC-yə təhvil verilmiş mallar bir gün ərzində cavabdeh tərəfindən boşaldılaraq həmin gündə iddiaçıya təhvil verilmişdir. Yəni, 14 oktyabr 2023-cü il tarixdə yük qatarı Gürcüstanın Poti şəhərindən Azərbaycanın Bakı şəhərinə(Biləcəri stansiyasına) və buradan da Sumqayıt şəhərinə gecə yola düşmüşdür. Yalnız 9 ədəd -l.FCLU-2197820; 2.FBLU-0134348: 3. BMOU-2818873; 4. TEMU- 5172097: 5.TGBU-2688840; 6. FBLU-0117079; 7. CALU-3781439; 8.CLDU-5490937; 9. DRYU-2142429 “konteynerlərdə olan mallar Aqrokimya" MMC-yə 19-20 oktyabr 2023-cü il tarixlərdə təhvil verilmiş. 20 oktyabr 2023-cü il tarixdə (bir gün ərzində) konteynerlər tərəfə təslim edilmişdir. 21 oktyabr 2023-cü il tarixdə isə iddiaçı konteynerləri Sumqayıt stansiyasından Poti şəhərinə geri qaytarmışdır. Qalan digər 4 ədəd-l.TEMU- 5380716; 2. MSDU-2548143; 3. MSMU-2565846; 4. MEDU-5384339 saylı konteynerlərdə olan mallar isə 23 oktaybr 2023-cü il tarixdə şirkətə təhvil verilmiş və həmin gündə konteynerlər iddiaçıya təslim edilmişdir. 24 oktyabr 2023-cü il tarixdə konteynerlər Sumqayıt stansiyasından Poti şəhərinə geri qayıtmışdır. İddiaçı iddia tələbində 9 konteynerin 9 gün, 4 konteynerin isə 21 gün geçikməklə qaytarıldığını bildirsə də bu gecikmənin "xxxx" MMC tərəfindən baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, bu gecikmənin "xxxx" MMC-yə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, müqavilə əsasında nəqliyyat-ekspedisiya xidmətinin həyata keçirilməsi məsuliyyəti “ADY Konteyner" MMC daşıyır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Gəncə Kommersiya məhkəməsinə iddia əsasının dəyişdirilməsi barədə ərizəsində göstərir ki: “Cavabdehin 2023-cü ilin iyul ayında sifarişdən də, 208 dollar məbləğində saxlama xərcləri və 3180 dollar məbləğində demuraj ümumilikdə 3388 ABŞ dolları məbləğində xərcləri qalmışdır. Bununla bağlı, cavabdehə xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-040 hesab-faktura kəsilmişdir. Həmin saxlama və demuraj xərcləri bizə cavabdehin birinci sifarişi üzrə xidmətlərin göstərilməsinə tərəfimizdən cəlb edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmişdir. Bu səbəbdən məhkəməyə "xxxx" MMC ilə aralarında olan 13 may 2024 tarixli “Üzləşmə aktı" və “Əvəzləşdirmə aktı” təqdim etmiş və bu sənədlərə istinad edərək "Aqrokimya” MMC-nin 2023cü ilin iyul ayında olan dövrdə demuraj xərclərinin olduğunu göstərməyə çalışmışdır. Əvvala qeyd olunur ki, sübut kimi təqdim olunan sənədlərdə "xxxx" MMC-nin və eyni zamanda malların adı keçmir, iddia tələbində demuraj 3388 ABŞ dolları göstərilsə də, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə bu borc 2 milyondan yuxan olduğu görsənir. Digər tərəfdən isə müqavilə əsasında mallar 2023-cü ilin iyul ayında daşınsa da növbəti rübdə bu xərclər göstərilməli olduğu halda təqdim olunmuş sənədlərdə tələb olunan mallara dair sənədləşmə 13 may 2024cü il tarixi göstərir. Sübut kimi təqdim olunmuş sənədlərdən məlum olur ki, tələb olunan bu xərclər "xxxx" MMC-nin deyil, “ADY Konteyner' MMC ilə "xxxx" MMC arasında bağlanmış əməkdaşlıq sazişindən irəli gələn tələbdir ki, bu tələbin “Aqrokimya" MMC-yə har-hansı bir aidiyyəti yoxdur. Belə bir xərc olsa idi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin tələbindən çıxış edərək, “ADY Konteyner iyul ayından sonra növbəti rübdə, yəni 2023-cü ilin oktyabr ayının birinci 5 günlüyündə təqdim edərdi. Eyni zamanda “ADY Konteyner" MMC ilə "xxxx" MMC arasında bağlanmış 6 iyul 2023-cü il tarixli müqavilədən çıxış edərək, tərəflər arasında aparılan mail danışıqlarından da məlum olur ki. əvvəldən də iddiaçı tərəf THC əməliyyatlarını görmüş və buna görə əlavə xidmət haqqı almışdır. Bunun üçün isə iddiaçı əməliyyatın aparılması məqsədilə əməkdaşlıq etdiyi şirkətə cavabdeh tərəfindən etibarnamənin verilməsini xahiş etmişdir. Misal üçün 10 iyul 2023-cü il tarixdə, saat 10.33 dəqiqədə iddiaçı tərəfin əməkdaşı Masud Vəliyev mailində göstərir ki, “Salam. THC əməliyyatını bizim tərəfdaş şirkəti "xxxx" MMC şirkəti edəcək.” Yəni bütün bu maillərdən görünür ki, "xxxx" MMC nəqliyyat xidmətindən əlava, əlavə qazanc əldə etmək məqsədilə THC əməliyyatlarının aparılması məqsədilə xarici şirkətlərlə əməkdaşlıq müqaviləsi bağlamışdır. Buna görə də "xxxx" MMC iddiaçıya əlavə xidmət haqqı ödəyirdi ki, bu xidmət haqqı tələb olunan digər daşınma xərclərinə əlavə olunurdu. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsini onunla əsaslandırılmışdır ki, 23 dekabr 2024-cii il tarixdə “ADY Konteynerin hüquqi varisi “ADY Express” şirkətinin nümayəndəsi Nümayəndə adı çəkilən şirkətdə məhkəməyə təqdim etdiyi Əmək müqaviləsinə dair bildirişdə iş yerinin əsas və ya əlavə olması barədə qeyd qrafasının olmaması və onun bu şirkətdə əsas və ya əlavə iş yerinin olmasının müəyyən etmək mümkün olmadığı səbəbindən(eyni zamanda digər səbəbdən) məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təxirə salmışdır. “ADY Express” şirkəti elektron məhkəmə sisteminə 24 dekabr 2024-ci il tarixdə 24 dekabr 2024-ci il tarixli, AEXP0586-24 saylı arayış təqdim etmişdir. Arayışda adı çəkilən nümayəndənin bu şirkətdə əsas iş yeri üzrə çalışdığı qeyd edilib. Respublikada hər bir vətəndaş çalışdığı yer üzrə əmək müqaviləsi bildirişi əldə etmək hüququ vardır. Bu bildirişdə işçinin çalışdığı yer üzrə şəxsi və iş yeri üzrə məlumatlar daxil olmuşdur. Yalnız bu sənəddə işçinin əsas və ya əlavə iş yeri olması öz təsdiqini tapır. Məhkəmələr də bu sənədə istinad edərək, nümayəndənin həmin idarədə əsas və ya əlavə iş yeri olmasını müəyyən edirlər. Lakin tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əmək müqaviləsi bildirişi deyil, iş yerinə dair arayış təqdim etmişdir. Bu tip arayışlarda isə işçinin əsas və ya əlavə iş yeri olması barədə məlumatlar daxil edilmir. Təqdim olunmuş bu iki arayışdan məlum olur ki, Nümayəndə əsas iş yeri “ADY Express” şirkəti deyil. Belə olduğu təqdirdə əsas iş yeri ilə bağlı məhkəməyə bildiriş təqdim olunardı. Bu baxımdan "xxxx"-in hüquqi varisi “ADY Express” şirkətinin nümayəndəsi Nümayəndə adına rəsmi dövlət qurumunun adından əmək müqaviləsi bildirişi təqdim edilmədiyindən elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmiş 24 dekabr 2024-ci il tarixli, AEXP0586-24 saylı arayışa etiraz edirlər və bu arayışın işçinin iş yerinin əsas iş yeri olması kimi göstərilməsi qəbul edilə bilməz. İddiaçının nümayəndəsi Nümayəndə Yaqub oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, İddiaçındə hüquq şöbəsinin rəisi vəzifəsində çalışır. Ona etibarnaməni İddiaçı vermişdir. Ora onun əsas iş yeridir və bu faktı təsdiq edən arayışı, həmçinin iddiaçının hüquq varisinin iddianı müdafiə etməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bildirişdə müəsisənin şəxsin əlavə və ya əsas iş yeri olduğunu göstərən qrafa artıq mövcud deyil. O, iddiaçının hüquqi varisi İddiaçındən başqa heç bir yerdə işləmir. “Mediteyner” şirkəti yükləri, konteynerləri gətirən şirkətdir. İnvoys ümumi kəsilən məbləğdir. İnvoys, demuraj və saxlanc, sənədləşmə xərclərini göstərən sənədləri təqdim ediblər. Sadəcə 208 dollar saxlanc xərci ödənilməyib. Təqdim etdikləri sənədlər 1-ci partiyanın sənədləridir. Bu sənədləri məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etmişlər. Sənədlərin bəziləri elektron sistemə əvvəlcədən hazırlıq iclasında yüklənilmişdir. Yenidən yükləmişlər ki, sənədləri tapmaq asan olsun. İnvoysları “CEAR” şirkəti onlara təqdim etmişdir. Onların “CEAR” şirkəti ilə müqavilələri olmuşdur. 3338 dollar borcu hesab faktura təsdiq edir. Bu sənəd hazırlıq iclasında təqdim edilmişdir. Müqavilə 6 iyul tarixində bağlanılmış, sifariş 7 iyul tarixində verilmişdir. 10178 dollardan 208 dollar ödənilməyib, digər məbləğlər ödənilmişdir. 208 dollar saxlanılma xərcidir. 13 konteynerdir. Konteynerlərin nömrəsindən görünür ki, iddiaçının konteynerləridir. Məhkəmə hazırlıq iclasında təqdim etdiyikləri sənədlərdən cavabdehin 3338 dollar borcu olması təsdiq edilmir. 16204 dollar, 4212 dollar ödənişlərini “Bartrans” şirkətinə ediblər. 1-ci partiya ilə bağlı zəmanət məktubu almamışlar. Dəbbə borcu müqavilədə nəzərdə tutulmuşdur. Müqavilənin 2.1.5-ci maddəsində daşıma ilə bağlı cəlb etdiyi üçüncu şəxslərdən söhbət gedir. Daşımanı özləri həyata keçirmişlər. Daşıma xərcini tam ödəyiblər. Müqavilənin 2.2.5-ci maddəsindəki dəbbə pulu ödənilməmiş demuraj, saxlanc xərclərinin puludur. THC xərcini cavabdeh ödəmişdir. Terminal, saxlama və demuraj xərcini sifarişi gecikdirdiyi üçün ödəməlidir. Zəmanət məktubunda və müqavilədə bu öhdəlik götürülmüşdür. Onların öhdəlikləri elektron poçt vasitəsi ilə aparılan yazışmalar üzrə yox, müqavilə əsasında yaranmışdır. Ancaq oradakı yazışmalar da mötəbər hesab edilə bilər. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, 3 iyul 2023-cü il tarixindən qarşı tərəf ilə e.mail vasitəsi ilə danışıqlara başlamış, 6 iyul 2024-cü il tarixində müqavilə bağlanılmışdır. 7 iyul tarixində isə ilk sifarişlərini vermişlər. Bu müqavilədən əvvəl də iddiaçı ilə müqavilə bağlanılmışdır. 2 dəfə, yəni iyul və sentyabr ayında daşıma həyata keçirilmişdir. Bundan əvvəl olan daşıma əvvəlki müqavilə ilə bağlı olmuşdur. "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti yükü ölkə daxilində daşıyırdı. Xaricdən gətirilməni isə digər şirkətlərlə müqavilə bağlayıb onlar vasitəsi ilə edirdilər. İddiaçı onlara deyib ki, 19 sentyabr tarixində Capitan Şhipping şirkətinə etibarnamə verək. Onlar etibarnaməni vermiş və həmin şirkətdə THC-ni həyata keçirməli idi. Ayın 27-i yenidən onlara dedilər ki, Bartrans şirkətinə etibarnamə versinlər. İddiaçının təklif etdikləri şirkət 8 gün ərzində hərəkətsiz qalıb. 20 sentyabr tarixdə dəniz limanı cavabdehə 21 gün pulsuz daşıma üzrə konteynerləri verib. Cavabdeh tərəf onlara təklif etdi ki, mallar bir platformadan digərinə quru yol ilə daşınılsın. Bir müddət saxladıqdan sonra onlar dedikəri kimi elədilər. Mal oktyabrın 14-ü yola çıxa bilib. Ayın 21-də malları cavabdeh təhvil almışdır. Gecikmələr onların təklif etdikləri şirkət THC-ni vaxtında həyata keçirə bilmədikləri üçün yarandı. Onlar iddiaçının təklif elədikləri şirkətə dedikləri vaxtda etibarnaməni vermişlər. Bartransla iddiaçı tərəf arasında müqavilə olub. Onlar gecikməyə görə Bartransa iddia verə bilərlər, ancaq Captain Shipping şirkəti vaxtında THC-ni edə bilmədikləri üçün gecikmə yaranıb. Onlar malları təqdim edəndə şirkət tərəfindən kodlar verilib. Kodu nəqliyyatla məşğul olan şəxslər görəndə bilməli idi ki, mal təhlükəlidir yoxsa yox. Mal terminala gələndə malı yükləyə bilmədilər. Onlar "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə bildirdilər ki, əgər yükləməni daşıya bilmirlərsə başqa terminala daşınmasına onlar köməklik edə bilirlər. Yük 7 gündə daşınıb təhvil verilməli idi. 41 günə daşıdılar. Onlar pulu yükün daşınmasına görə qəbul eləyiblər. İddiaçı tərəf onlardan xahiş etdi ki, öhdəlik məktubu verin işə başlayaq, onlarda öhdəlik məktubu verdilər. Malın təhlükəli olub olmaması ilə bağlı bütün kodları təqdim ediblər. Mallar gömrükdən keçəndə də kodlara uyğun yoxlanır. Cərimə ilə bağlı da heç bir sənəd təqdim edilməyib. Cavabdeh tərəf əlavə etdiyi sənədlərdə demuraj xərcləri üçün ödənişlərin edildiyini deyir. Ancaq iddia ərizələrində deyirlər ki, təhlükəli yük üçün cərimə yazılıb. Müqavilədə daşıma xərcləri göstərilməyib. Yanlış kodu yazma və digər sənədlərə görə yaranan cərimələri nəzərdə tutur. İddiaçı ilə aralarında olan müqavilə əsasında 18 sentyabr tarixdə e.mail vasitəsi ilə sifarişlərini vermişlər. Yazışmalar da mövcuddur. Sonradan sənədləşdirmə olub. Müqavilənin 1.5-ci bəndində göstərilir ki, elektron yazışmalar rəsmidir və heç bir yazılı təsdiqə ehtiyacı yoxdur. Nigar xanım yazır ki, THC xidmətini göstərib məlumat verəcəklər. Yazmayıblar ki, hansısa başqa şirkət bu xidməti göstərəcək. Yazıblar ki, bu xidməti özləri göstərəcəklər. Sonra yazıblar ki, gecikmə olub konteynerləri çıxarıb məlumat verəcəklər.Ayın 20-i qiymətləndirmə olub. Müqavilənin 4.3.2–ci bəndində qeyd edilir ki, özünün və ya cəlb etdiyi 3-cü şəxsin hərəkət və hərəkətsizliynə görə məsuliyyət tərəfin öz üzərinə düşür. 8 gün onların təklif etdikləri 3-cü şəxsin hərəkətsizliynə görə gecikmə olub. Onların gecikmə ilə bağlı heç bir təqsiri yoxdur. "xxxx" Şirkətinə etibarnamə verməyi iddiaçının işçiləri, Günel və Cavid adlı şəxslər istəyib. Onlar deyilib ki, zəmanət məktubu verilsə THC xidməti göstərilə bilər. Qatarların təhvil-təslim sənədlərini iddiaçı təşkilatdan istədilər. Ancaq qarşı tərəf o sənədləri verməkdən imtina etmişdir. Konteynerləri onlar vaxtında qaytarmışlar. 1 gün ərzində onlar konteynerləri qaytarmışlar. İddiaçı tərəf deyirdi ki, Capitan Shipping şirkəti ilə müqavilələri yoxdur. Ancaq şahid ifadəsində onlarla müqaviləsi olduğunu etiraf edir. İddiaçı onlardan iyul ayında olan sifarişlə da bağlı demuraj xərci istəyir. 3388 dollar məbləğində xərclərin olduğunu deyirlər. Ancaq bu xərcin nədən yarandığını, kimin səbəbindən yarandığını, tərəflərin məsuliyyəti barədə heç bir məlumat verilməyib. Noyabr ayının 20 də üzləşmə aktı razılaşdırılıb. E.mail yazışmalarında onlar THC xidməti ilə bağlı sifariş vermişlər. Müqavilədən sonra rəsmi sənəd mail yazışmalarıdır. Qarşı tərəfin nümayəndəsinin əmək fəaliyyəti portaldakı bildirişdən görünür. Həmin bildirişdən nümayəndənin oranın işçisi olduğu görünsə də, həmin müəsisənin onun əsas və ya əlavə iş yeri olması görünmür. Lakin o, arayış təqdim etmişdir. Nümayəndənin iş yeri barədə arayış yox, bildiriş təqdim edilməlidir. Sözügedən sənədlər qanunvericiliyin tələblərinə əsasən məhkəmənin hazırlıq iclasında təqdim edilməmişdir. Əgər təqdim edilsə idi, onlar bu barədə yanaşmalarını bildirərdilər. Sənədlər məhkəmənin baxış iclasında təqdim edildiyi üçün sübut kimi qəbul edilməməsini xahiş edir. Tələb olunan xərcin onlara aidiyyatı yoxdur. 6 iyul tarixində müqavilə bağlanılmış, 7 iyul tarixində sifariş verilmişdir. Müqavilədə qeyd olunmuşdur ki, sifariş tərəflərin müəyyən etdiyi müddətdə də həyata keçirilə bilər. İyul ayında THC-nin qiymətini göstərməmişdilər. Gecikmələr meydana gəlibsə, niyə “Bartrans” şirkətini məhkəməyə vermirlər? Razılaşma onların arasında olmuşdur. Hesablarına 19955 ABŞ dolları ödəniş ediblər. Hesabatları 6 ay sonra təqdim etmişlər. Şikrət tərəfindən konkret fikir əvvəlcədən bildirilməmişdir. Gecikmələr onlar malı təhvil verdikdən sonra onlar tərəfindən malların vaxtında yığılmaması və verilməməsi səbəbindən yaranmışdır. Müqavilənin 4.3.2-ci maddəsində məsuliyyət məsələsi qeyd olunmuşdur. İddiaçının cəlb etdiyi üçüncü şəxslər vasitəsi ilə onlara dolayısı yollar ziyan vurulmuşdur. THC işlərində 1-2 gün ərzində sənədləşdirilmə prosesi həyata keçirilir. 21 gün isə ümumi müəyyən edilmiş müddətdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil Asimovna iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə nəqliyyat daşıması xidmətləri üçün müqavilə imzalanıb. Buna görə də "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti qarşı tərəfə daşıma xidmətləri göstərib. Xidmətin haqqını əvvəlcədən tam müəyyən etmək mümkün olmadığı üçün ilkin olaraq avans verilirdi. Sonra xidmət göstərilir. Buna görə də üzləşmə aktı tərtib olunur. Üzləşmə aktında hansı həcmdə hansı hansı işlərin tam görüldüyü qeyd edilir. 2023-cü ilin yanvar-dekabr aylarında xidmət göstərilib. Onlar hesab nömrəsi, elektron qəbz təqdim edirdilər, ödəmə bu qaydada həyata keçirilirdi. Sonradan cavabdeh yükün təhlükəli olduğunu bildirməmişdir. Onlar “Bartrans” şirkəti ilə müqavilə imzalayırlar, həmin şirkət də yükü Türkiyədən gətirib Gürcüstan ərazisində onlara təhvil verir. Ancaq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ onlara sifarişin təhlükəli yük olduğunu bildirmədiyi üçün “Bartrans” şirkəti onlara demuraj xərci və təhlükəli yük üçün əlavə cərimə hesablamışdır. Yükün kodunu düzgün göstərmədikləri üçün yükün qiyməti ilk öncə adi yük kimi müəyyən olunub. Daha sonra Bartrans müəyyən edib ki, yükün kodu düzgün göstərilməyib buna görə də əlavə haqq müəyyən edilib. Cavabdehlə üzləşmə aktı tərtib edilib və o aktda cavabdeh tərəf 13 ədəd konteynerin boş dayanması ilə bağlı demuraj xərclərini ödəyəcəyini öz öhdəsinə götürdüyünü qəbul edib. Sistemə yüklədikləri sənədlərdə invoysalar qeyd edilib. Onlar Bartransa pulu ödəməmişlər. Onlar pulu qarşı tərəfdən alıb Bartransa ödəməlidir. Bartransın verdiyi hesab kodlarını da sistemə yerləşdiriblər. 16204 manat və 4212 manat qeyd edilmiş 2 faktura veriblər. Bütün maliyyə sənədləri dollarla olduğu üçün iddia ərizəsində dollar qeyd etmişlər. Ancaq tələbi manatla istəyirlər. Əsas xərc ödənilib, demuraj xərc ödənilməyib. İlk dəfə ərizə ilə müraciət edəndə təhlükəli yük, saxlama və demuraj xərcləri ilə bağlı tələb irəli sürmüşlər. Sonradan müəyyən etdilər ki, cavabdehin öhdəliyi saxlama və demuraj xərci ilə bağlıdır. Təhlükəli yük kodunu veriblər. Maliyyə şöbəsi qiymətləri üzləşmə aktına baxaraq hesablayıb, iddia ərizəsindəki qiymət düzdür. Malın təhlükəli olduğu kodlarda bilinir. Onlar çoxdan mütəmadi olaraq Bartransla işləyirlər. Onlar bütün demuraj və digər xərcləri Bartransa ödəmişlər. Mal gəlib Potidə gözləyib. Ona görə də demuraj xərci hesablanıb. Bartrans malı Türkiyədən Potiyə gətirəcək idi, onlar da ordan Bakıya gətirilməsini təşkil edəcəkdilər. Onlar sadəcə əlaqələrindən istifadə edərək malı Bakıya gətirməyi üzərlərinə götürmüşdür. Müqavilənin mətnində də qeyd edilib ki, sifarişçi daşınmalı olan mal barədə, daşınma stansiyaları barədə olan bütün məlumatları təqdim etməlidir. Yükün təhlükəli olduğunu Bartrans müəyyən edib. Ekspertiza keçirilməyib. 12 avqust tarixli ödəniş tapşırığını da sistemə əlavə etmişlər. Onlar ödəniş edəndə ümumi ödəniş edirdilər. Xüsusi qeyd etmirlər ki, hansı cəriməyə görə ödənilib. Onlara Bartransla bağladıqları müqavilə üzrə ödəniş fakturaları verilib. Onlar də ödənişləri ediblər. 13 konteyner həmin qaimədə və yol qaimələrində göstərilib. Konkret göstərilir ki, hesab fakturada qeyd edilənlər həmin konteynerlər üçündür. Cavabdeh də, həmin konteynerlərdə problem olduğunu inkar etmir. Onlar araşdırıb görüblər ki, təhlükəli yük olması ilə bağlı məlumat verilmişdir. Çəkilən xərc demuraj xərci imiş. Əvvəl iddialarında demuraj xərcilərini də əsas kimi göstərmişdilər. Onlar iyulda ilk sifarişi alıblar və həmin vaxt heç bir problem olmayıb. Sentyabrda Bartransala müqavilə bağlamışlar. 18 sentyabrda MS şirkəti bunların malını Potiyə gətirirlər. Sentyabrın 20-də onlara sifariş verdilər ki, malı gətirək. 2 gün mal orda qalıb. 2 günün də terminalda qaldığı üçün cəriməsi var. Onlar 1800 dollar tarif verdilər. Onlar qeyd etmişlər ki, cərimə, əlavə xərclər onlara aid deyil. Onlar 1800 dollarla ancaq malı daşımaq üçün tarif vermişlər. THC kodu terminalda olan sənədləşmə ilə bağlıdır. Qoşma 3 də yekun məbləğləri göstərmişlər. Orda da qeyd etmişlər ki, gəmi xətti nə müəyyən etsə əlavə haqq kimi istəniləcək. Problem olmasa idi öhdəlik müqaviləsi verməzdilər. Dəniz xətti üzrə meduasda konteynerlər qeyd edilir. Bartransın verdiyi sənəddə də qeyd edilib. Sənəd, komisiyya və sair xərclər göstərilib. Cavabdeh bu işi görmək üçün birbaşa Bartrsansa etibarnamə verməli idilər. Sentyabrın 28-i etibarnamə verilib. Mal gəlib çatandan sonra yekun xərcləri onlara Bartrans verib. Onlar malı oktyabrda təhvil vermişlər. Noyabrda xərclərlə bağlı Bartrans onlara məlumat verib. Potidə terminalda problem olduğu üçün malı limandan çıxarmaq olmurdu. Cavabdehə bu barədə məlumat vermişlər. Yük potiyə gələndə onlar cavabdehə bildirmişdir ki, o limanda problem var. Ancaq cavabdeh vacib yük olduğu üçün öhdəlik məktubu verərək, öhdəlik götürüblər ki, nə kimi əlavə xərclər olsa onlar ödəyəcəklər. İddiaçı tərəf müqavilədə qeyd edir ki, onlardan asılı olmayan səbəbə görə çıxan xərclərə onlar məsuliyyət daşımırlar. İddiaçı tərəf əvvəlcədən bu barədə məlumat vermişdir. İddiaçı tərəf məlumat verib ki, əgər özünüz yükü terminaldan çıxara bilirsinizsə çıxarın. İlk öncə onlar “CEAR” və “X11" şirkətləri ilə bu işi eləmək istədilər. “CEAR” və “X11" şirkəti bu xidməti həyata keçirə bilmədi. Onlar də Bartrans şirkətini tapdılar. Onlar invoysları da təqdim ediblər. Terminala 21 gün ərzində konteynerlər qaytarılsa idi əlavə xərc tələb edilməzdi. Bütün xərcləri cavabdehə məlumat verməklə Bartransa onlar ödəmişlər. Maliyyə aktında da bunlar qeyd edilib. Onlar cavabdehə mümkün qədər köməklik göstərmişlər. İlk dəfə müraciətlərini qəbul etməyərək bildirmişdilər ki, THC xidmətini həyata keçirmirlər. Cavabdeh öhdəlik məktubu verdikdən sonra iddiaçı bu işi götürmüşdür. 4212 dollar Poti terminalında saxlama xərcidir. 16204 dollar saxlama və demuraj xərcidir. 3388 dollar da ilk sifarişdən qalan borcdur. İyulda olan sifarişdən qalan borcdur. 21 gün konteynerləri qaytarılması üçün müddətdir. Terminal yükü buraxmırsa Bartransın öhdəliyi yoxdur. "xxxx" şirkəti ilə araların müqavilə yoxdur. Əvvəlcədən də Bartransla işləmişlər. THC xidmətini heç bir şirkət verə bilmirdi. Bartransla razılaşandan sonra onlar bu xidməti göstərməyi onlara təhvil vermişlər. Malın terminaldan çıxarılması öhdəliyi Bartransın üzərinə düşür. Ancaq terminalda problem olduğu üçün Bartransın da məsuliyyəti yoxdur. Bununla bağlı iddiaçı cavabdehə məlumat verib və cavabdeh də iddiaçıya öhdəlik məktubu vermişdir. Müqavilənin 2.1.8-ci bəndində də bu faktlar qeyd edilmişdir. İddiaçı malı oktyabrın 14-ü terminaldan çıxarıb. Onlar heç vaxt müqavilədə müddət göstərmirlər. Müqavilədə göstərilən 21 gün o deməkdir ki, konteynerlər 21 günə geri qaytarılsa əlavə ödəniş tələb edilmir. Bartransa cərimə yazılıb, o da onlardan istəyib. İddiaçı iddianı sentyabr ayına olan sifarişlə bağlı vermişdir. Noyabr ayının 3-də hesab faktura veriblər. Burda gecikməyə görə olan borclar da var. Demuraj xərcləri də bura adiddir. Saxlama xərcləri Poti limanında qaldığı dövrə əsasən hesablanır. 4212 dollar saxlama xərcləri ilə bağlıdır. 9 konteynerə 10800 dollar, 5040 dollar da 4 konteynerə görə demuraj xərcidir. 364 dollar da saxlama xərcidir. Saxlama xərclərini də onlar ödəməlidir. Sentyabrın 19-dan dəniz xətti demuraj hesablamağa başlayıb. Oktyabrın 29-na kimi hesablanıb. 41 gündən 21 günü azad vaxt kimi götürülür qalan günlər üzrə demuraj hesablanıb. Konteynelərin 9-u 29-u çatıb, 4 konteyner isə oktyabrın 30-u çatıb. Konteynerin gününə 60 dollar hesablanıb. THC xidməti üçün ayrıca sifariş verilməyib. Onlar bütün yazışmalarda bu xidmətləri göstərə biləcəklərini demişdir. Göstərəcəyik deməmişlər. THC xidməti üçün ayrıca sifariş olmalıdır. Elə sifariş yoxdur. Onların öhdəlikləri daşıma xidməti üçündür. Müqavilədə göstərilən 3-cü şəxs məsələsi daşıma xidməti üçün cəlb edilən tərəfi nəzərdə tutur. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin ayrıca sifarişinə əsasən digər xidmətləri göstərə bilərlər. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi X7 izahat verərək bildirdi ki, konteyner 14-ü çıxıb, 19-u çatıb. Müştəriyə mallar çatdırılma şirkəti vasitəsi ilə çatdırılıb. 20 oktyabrda maşınla müştəriyə göndərilib. Həmin gün konteyner müştəri tərəfdən boşaldılıb təhvil verilib. İzləmə proqramı vasitəsi ilə konteynerlərin nə vaxt harada olduğunu izləmək olur. Malı sentyabrın 19-u Bartrans götürüb. Ayın 14-ü onlara təhvil verib. Sentyabrın 18-i limana çatıb. 19-u gəmidən limana boşaldılıb. Ona görə də 19-dan hesablanıb. Konteynerlərin Poti limanına çatması izləmə proqramı vasitəsi ilə müəyyən edilib. Konteyner müştəri tərəfindən onlara qaytarılandan sonra onlar dəmiryoluna konteynerin geri qaytarılması üçün müraciət edirlər. 2-3 gün ərzində konteyner yola çıxır. Cərimələrim hamısı Poti limanında çox gözlədiyi üçün yaranıb. Saxlama xərcini 2 dəfə hesablayıblar. Sentyabrın 23-dən oktyabrın 3-nə kimi 4212 dollar hesablanıb. Oktyabrın 4-dən oktyabrın 10-na kimi də 364 dollar hesablanıb. 3388 dollar iyul sifarişindən qalan demurajdır. Malın limanda qalmasına görə iddiaçı məsuliyyət daşımır. İddiaçı nəqliyyat ekspedisiya xidməti üçün müqavilə imzalamışdır. İddiaçının nümayəndəsi Vəkil Asimovna xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı çıxışını göndərərək qeyd etmişdir ki, MSC şirkəti tərəfindən təqdim edilən MEDUAS717711 nömrəli dəniz xətti qaiməsinə əsasən "xxxx" MMC-yə məxsus 13 ədəd 20ft-luq konteyner xx.xx.2023-cü il tarixində Gürcüstanın Poti limanına çatdırılmasına baxmayaraq, Sifarişçi sifarişi "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixində vermişdir. Verilmiş sifarişin icrası ilə bağlı sənədləşmənin aparılması və yüklərin Poti dəniz terminalından çıxarılaraq dəmir yolu xətti ilə daşınması üçün "xxxx" MMC-yə məxsus terminala çatdırılması məqsədilə "xxxx" MMC-yə ADY150923 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə əsasında xidmət göstərən “Bartrans Lojistic Ticaret Limited” şirkətinə tərəfimizdən təlimat verilmişdir. “Bartrans Lojistic Ticaret Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə 4212,00 ABŞ dolları məbləğində BAR**********34 nömrəli, xx.xx.2023-cü il tarixli və 16204,00ABŞ dolları məbləğində BAR**********54 nömrəli, xx.xx.2023-cü il tarixli invoyslar təqdim edilmişdir. Onların əsasında "xxxx" MMC-yə tərəfimizdən 40466.80 manat məbləğində elektron qaimə və invoyslar göndərilsə də, bugünə kimi ödənilməmişdir. “Bartrans Lojistic Ticaret Limited” şirkətinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə aktına əsasən yuxarıda qeyd olunan hesab-fakturalar üzrə ödənişlər "xxxx" MMC tərəfindən tam şəkildə həyata keçirilmişdir. Cavabdeh qeyd edir ki, malın daşınması xx.xx.2023-cü il tarixinədək 21 gün ərzində daşımalı idi, lakin daşınma 41 günə həyata keçirilib. Bildiririk ki, hazırki məhkəmə prosesində birinci daşıma üzrə deyil, ikinci partiya üzrə daşımalardan yaranan borc məbləği tərəfimizdən tələb olunur. Əgər ikinci partiya daşımalar nəzərdə tutulursa İddiaçı tərəfindən Cavabdehə yaranmış problemlər tərəfindən məlumat verilmişdir (Qoşma 1, xx.xx.2023-cü il tarixli e-poçt yazışması). Cavabdeh qeyd etmişdir ki, guya free-time 14 gün təşkil edir, lakin 2023/M-059 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 4.4.5-ci yarımbəndində də, xx.xx.2023-cü il tarixli e-poçt yazışmasında da free-time 21 gün göstərilib (Qoşma 2). Cavabdeh bildirir ki, tərəflərindən ona 1800 ABŞ dolları tarif verilib, lakin xx.xx.2023-cü il tarixli e-poçt yazışmasında əlavə olaraq qeyd olunub ki, tarifdən əlavə dəniz xətti nə kəssə (Qoşma 3) və xx.xx.2023-cü il tarixli e-poçt yazışmasında THC gəmi xətlərindən asılı olaraq dəyişilə bilər (Qoşma 4) qeyd olunub. - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixindən (etiraz məktubunda səhvən 2024-cü il qeyd olunub) sorğularına cavab verilməməsinə gəldikdə isə bildiririk ki, 23 və xx.xx.2023-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir, xx.xx.2023-cü il tarixində cavablandırılıb, xx.xx.2023-cü il tarixində Cavabdeh tərəfindən “Bartrans Lojistic Ticaret Limited” şirkətinə etibarnamə verilib və yenidən xx.xx.2023-cü il tarixində Cvabdeh növbəti dəfə işin gedişatı barədə məlumatlandırılıb. Qoşma 7 və 8-dən (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli e-poçt yazışmaları) bir daha aydın olur ki, İddiaçı vaxtında Cavabdehi Poti terminallarında yaranmış vəziyyət barədə məlumatlandırıb və yaranmış vəziyyətdə daşınmanın mümkün tez bir zamanda həyata keçirəcəyini söz verib. O ki qaldı üzləşmə aktlarının imzalanmaması səbəbinə, İddiaçı tərəfindən təqdim olunmuş invoyslarda və onların alt sənədlərində borcun yaranma səbəbləri açıq-aydın göstərilmişdir. Bununla belə üzləşmə aktları nə imzalanmamış, nə də əsaslandırılmış etiraz bildirirlməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, cavabdehə üzləşmə aktı təqdim edilmişdir. Həmin üzləşmə aktı cavabdeh tərəfindən 5 gün ərzində təsdiq edilməli və ya əsaslandırılmış etiraz göndərilməlidir. Əks halda akt təsdiq edilmiş kimi hesab olunur. Cavabdehin nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı çıxışını göndərərək qeyd etmişdir ki, müqavilədən çıxış edərək, onların 18 sentaybr 2023-cü il tarixli, MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin respublikaya gətirilməsi ilə bağlı "xxxx" MMC-yə sifariş verilmişdir. Malın daşınması 6 oktyabr 2023-cü il tarixdə sonuncu dayanacaq Sumqayıt şəhəri olmalı idi. Lakin iddiaçı həmin malı gecikdirmə ilə malı onlara təhvil vermişdir. Sentyabr ayında olan sifarişlə bağlı e.maildə göstərilmişdir ki, “Telefon danışığımızın davamı olaraq əlavədə» gələn həftə ərzində Potiyə çatması göstərilən(ETA xx.xx.2023) 13 ədəd konteynrlərin Bakıya daşınması üçün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edək ki, yük təhlükəli viikdür. Free demurrage 14 gündür. Dəniz xətti MSC. Bu daşınma həmin dövrdə THC əməliyyatını “ADY" Konteyner tərəfindən Bartrans Lojistic Ticarət Limited şirkəti deyil, birinci sifariş üçün “GR Logistics Terminals LLC” həyata keçirmişdir.(431 saylı, 10 iyul 2023-cü il tarixli Etibarnamə). Sonradan yəni, ikinci sifarişə aid daşınma ilkin olaraq THC əməliyyatın aparılmasını "X11” şirkətinə təlimat vermişdir müqavilə əsasında)(577 saylı, 19 sentyabr 2023cü il tarixli Etibarnamə). O Poti limanında dəniz terminalında əməliyyatı icra edə bilmədiyindən "ADY Konteyner'* şirkəti real vəziyyəti qiymətləndirmədən və düzgün seçim etmədən sonradan əməliyyatın aparılmasını Bartrans Lojistic Ticarət Limited şirkətinə müqavilə əsasında tapşırmışdır(601 saylı. 28 sentyabr 2023-cü il tarixli Etibarnamə). Etbarnamələrin tarixindən də məlum olur ki, sifarişçinin malının daşınması hansı şirkət həyata keçirib. “X11” şirkəti malların quruya çıxarılması üçün Poti limanında dəniz terminalında əməliyyatın icra edilməsi üçün 19 oktyabr 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək hər-hansı bir icra hərəkəti etməmişdir. 9 gün ərzində ümumiyyətlə bu şirkət THC işi ilə bağlı hərəkətsizlik etmiş “ADY Konteyner" MMC isə "xxxx" MMC-yə məlumat verməmişdir. Müqavilədən irəli gələn öhdəliyi icra edən “ADY Konteyner" MMC mail vasitəsi ilə sifariş 18 sentaybr 2023-cü il tarixdə bildirilmiş, 19 sentyabr 2023-cü il tarixdə THC işlərinin görülməsi üçün etibarnamə verilmişdir. 20 sentyabr 2023-cü il tarixdə yazılı sifariş verilmiş və THC əməliyyatının ən yüksək şəkildə aparılmasını “ADY Konteyner" MMC öz üzərinə götürür. İddiaçı THC əməliyyatını apara bilmədiyindən, malların hələ də limanda qalmasını öz maili ilə təsdiq edir. Bu baxımdan malların limanda saxlanması ilə bağlı demuraj xərclərin "xxxx" MMC-nin üzərinə qoymaq əsassızdır. "xxxx" MMC-nin səhvi ucbatından “X11” şirkəti qeyd olunan malların tərəflərin üzərinə götürdüyü öhdəlik üzrə THC əməliyyatını icra edə bilmədiyindən "ADY Konteyner” şirkəti əməliyyatın aparılmasını Bartrans Lojistic Ticarət Limited şirkətinə müqavilə əsasında tapşırmışdır(601 saylı, 28 sentyabr 2023-cü il tarixli Etibarnamə). Etbamamələrin tarixindən də məlum olur ki, sifarişçinin malının daşınması hansı şirkət həyata keçirib. Tərəflər arasında bağlanmış müqavilədən çıxış edərək xidmətin görülməsi hallan bir qismi müqavilədə görsənsə də, digər qismi e-poçt ünvanları müqavilə üzrə münasibətlər üçün rəsmidir. Müqavilədəndə görmək olar ki, ekspeditor bu müqavilə üzrə terminal əməliyyatlan və digər rəsmiləşdirmələrin həyata keçirilməsi ilə bağlı xidmətləri görə bilər maddəsini iddiaçı tərəf rəhbər tutaraq, THC işlərinin görülməsi təklifini rəsmi e-poçt ünvanı vasitəsi ilə vermiş (1.5-ci maddə) bununla da verilmiş xidməti rəsmiləşdirmişdir. Belə ki, müqavilədən çıxış edərək göstərmək lazımdır ki, epoçt ünvanlan müqavilə üzrə münasibətlər üçün rəsmidir və göstərilən ünvanlara yazışmalar kağız üzərində yazılı təsdiq tələb etmir. Müqavilədən çıxış edərək görmək olar ki, iddiaçı nəinki bu sifarişi rədd etməyib, əksinə bu sifarişin icra olunması üçün təklif belə irəli sürüb. Verilmiş təklif "xxxx" MMC tərəfindən qəbul edilmiş və onların təklifi əsasında THC işlərinin görülməsi məqsədilə “X11” şirkəti malların quruya çıxarılması üçün Poti limanında dəniz terminalında əməliyyatın icra edilməsi üçün etibarnamə verilmişdir. Qeyd etmək istərdik ki, 13 ədəd mal barədə məlumat "xxxx" MMC-yə sifariş verilən gün, yəni 18 sentyabr 2023-cü il tarixdə rəsmi mail vasitəsi ilə bildirilmiş və yazışmalar bu mail vasitəsi ilə aparılmışdır.18 sentyabr 2024-cü il tarixdə 13 ədəd 20 futluq konteynerlə bağlı qiymət təklifi verilib- 1095 ABŞ dolları, qiymətə port xərcləri daxil olmayıb. Terminalda yüklərin çoxluğundan yaranmış sıxlığa görə bizə aid yüklərin Medlogdan başqa terminala, oradan da dəmiryolu vasitəsi ilə daşınmasını təklif etdik. Onlardan aldığımız təklif, yəni başqa terminala daşınma +120 ABŞ+THC xərcləri olmaqla yekun qiymət 1095+120+535+50(komissiya) olmaqla 1800 ABŞ dolları qiymət təklif olundu. Təyinat Sumqayıt şəhəri. THC üçün etibarnamə istənildi. Captain Shipping-in adına hazırlanıb Bartransın ofisinə əsli göndərildi(Captain Shipping iddiaçının sifarişi əsasında bizim adımızdan THC-ni etməli idi). 19 sentyabr 2024-cü il tarixdə qiymət təklifi verilib, qiymət port xərcləri daxil olmayıb. 1095 ABŞ dolları 22 sentyabr 2024-cü il tarixdə ödəniş tapşırığı təqdim olundu. İşin gedişatı ilə bağlı məlumat istənildi - cavab verilmədi. 19 sentyabr 2024-cü il tarixdə tərəf mailində sifariş order formunun doldurulub onlara göndərilməsini və yükün sənədlərini, öhdəlik məktubunuda təqdim edilməsini xahiş edir. Həmin gündə sənədlər - sifariş orderi və öhdəlik məktubu tərəfə göndərildi. Həmin gün tərəf bizə THC xərcləri və terminaldan-terminala keçirilmə xərcləri ilə bağlı hesab-faktura göndərmişdir. 22 sentyabr 2024-cü il tarixdən 27 sentyabr 2024-cü il tarixədək "ADY Konteyner” MMC-dən malların harada olması, hara daşınması və sair barədə məlumat istənildi. Bu məlumat “Aqrokimya“ MMC-yə təqdim edilmədi. 11 oktyabr 2024-cü il tarixdə malların “Aqrokimya“ MMC-yə təhvil verilməsi ilə bağlı 5 gün gecikdirmə ilə bağlı onlara mail vasitəsi ilə bildirildi. Onlardan xahiş etdik ki alınırsa konteynerləri Bakıda exporta keçirmək üçün müştəri axtarsınlar. "ADY Konteyner“ MMC-dən bildirildi ki. Gürcüstan tərəfdə terminalda teplovoz işləmədiyinə görə konteynerləri hələdə Medlogdan (yük terminalı) götürə bilmirlər, yalnız növbəti gün götürəcəklər. 12 oktyabr 2024-cü il tarixdə bir daha onlardan məlumat istənildi və bizə bildirdilər ki. bu gün artıq mallar daşınacaq. 14 oktyabr 2024-cü il tarixdə yol qaimələri gəldi. Yol xərci istənildi. 16 oktyabr 2024-cü il tarixdə tərəfə təqdim olundu. Bütün bu danışıqların yekunu olaraq qeyd edilməlidir ki, “Aqrokimya“ MMC 13 ədəd 20 futluq konteyneri 18 sentaybr 2023-cü il tarixdə sifariş etmişdir. Həmin gün tərəf THC'-də əməliyyatların aparılması üçün iddiaçının THC-də müqaviləsi “X11“ olduğundan “Aqrokimya“ MMC-nin adından əməliyyatların aparılması üçün ona etibarnamə verilinəsi bildirilmişdir. Etibarnamə 19 sentyabr 2023-cü il tarixdə adı çəkilən şirkətə təqdim edilmişdir. Lakin adı çəkilən şirkət 9 gün ərzində bu işi görə bilmədiyindən iddiaçının təlimatı əsasında və tərəflərin bağladıqları qarşılıqlı müqaviləyə əsasən etibarnamə 28 sentyabr 2023-cü il tarixdə Bartrans Lojistic Ticarət Limited şirkətinə təqdim edilmişdir. Mallar "Aqrokimya“ MMC-nin adma olduğundan iddiaçı bu səbəbdən dəniz terminalında əməliyyatın aparılması üçün əməkdaşlıq etdiyi şirkətin adına etibarnamə tələb edir. Əvvəlcə “X11” şirkəti, sonradan “Bartrans Lojistic Ticaret Limited” şirkətinin adına etibarnamə verilmişdir. 2023/M-059 saylı. 6 iyul 2023-cü il tarixli Müqavilənin 3.4-cü bəndində göstərilir ki; "Göstərilən xidmətlərin hesablaşması məqsədi ilə. hər bir rüb bitdikdən sonra, tərəflər 5 iş günü müddətində "Üzləşmə Aktı“nı imzalayırlar.“ Qeyd olunmalıdır ki, 2023/M-059 saylı. 6 iyul 2023-cü il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, birinci sifarişə dair - “Aqrokimya“ MMC MEDUAS687153 nömrəli SWB əsasında gələn 13 konteyner üçün 11 iyul 2023-cü il tarixində 19955 ABŞ dolları, ikinci dəfə sifarişə dair 22 sentyabr 2023-cü il tarixində isə MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerlərin nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 iş günü əvvəl 100 % olaraq iddiaçının hesabına 22 sentyabr 2023-cü il tarixdə 23400 ABŞ dolları həcmində ödəniş edilmişdir. İddiaçı iddia tələbində göstərdiyi üzləşmə aktı “Aqrokimya" MMC-yə 17 may 2024-cıı il tarixdə təqdim edilib. Göstərilən xidmət bitdikdən 6 ay sonra təqdim edilib. Yəni iddiaçı dekabr 2023-cü il tarixdə təqdim olunmalı aktı, 2024-cü ilin may ayında təqdim edib. Həmin akta öz etirazlarını mail və telefon vasitəsi olaraq rəsmi bildirmişlər. “ADY Konteyner" MMC üzərinə götürdüyü öhdəliyə görə bu malı Poti limanından onlara və mallar boşaldıqdan sonra yenidən Poti limanınada təhvil verilməsini 21 gün ərzində həyata keçirməli idi. Lakin iddiaçı xidmət göstərilməsi ilə bağlı bağladığı şirkətlərlə cavabdehə aid malı Poti limanının dəniz terminalında aparılan THC əməliyyatlarını vaxtında və düzgün həyata keçirilmədiyindən "xxxx" MMC “Aqrokimya" MMC-yə konteynerləri gecikmə ilə verdiyindən cərimə olunur. İddiaçı “ərizəsində cavabdehin 2023-cü ilin iyul ayında sifarişdən də, 208 dollar məbləğində saxlama xərcləri və 3180 dollar məbləğində demuraj ümumilikdə 3388 ABŞ dolları məbləğində xərcləri qaldığını göstərir. İddiaçı sübut kimi məhkəməyə təqdim etdiyi sənədlərdə “Aqrokimya" MMC-nin və eyni zamanda malların adı keçmir, iddia tələbində demuraj 3388 ABŞ dolları göstərilsə də, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə bu borc 2 milyondan yuxarı olduğu görsənir. Digər tərəfdən isə müqavilə əsasında mallar 2023-cü ilin iyul ayında daşınsa da növbəti rübdə bu xərclər göstərilməli olduğu halda təqdim olunmuş sənədlərdə tələb olunan mallara dair sənədləşmə 13 may 2024-cü il tarixi göstərir. Sübut kimi təqdim olunmuş sənədlərdən məlum olur ki, tələb olunan bu xərclər “Aqrokimya"xxxx"xxxx" MMC ilə “GR Logistics and Terminals" MMC arasında bağlanmış əməkdaşlıq sazişindən irəli gələn tələbdir ki. bu tələbin “Aqrokimya" MMC- yə har-hansı bir aidiyyəti yoxdur. Belə bir xərc olsa idi iddiaşı ilə cavabdeh arasında bağlanmış müqavilənin tələbindən çıxış edərək “ADY Konteyner iyul ayından sonra növbəti rübdə, yəni 2023-cü ilin oktyabr ayının birinci 5 günlüyündə təqdim edərdi. İddiaçı bu günə kimi hansı malların, konteynerlərin harada nə vaxt, hansı səbəbdən saxlanması, daşınmada yaranmış demurajın hansı səbəbdən yaranması, hansı dövrləri əhatə etməsi və bu xərclər kimin səhvi ucbatından yaranması səbəblərini göstərmədən aidiyyəti olmayan sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X7 məhkəmə iclasında (xx.xx.2024-cü il tarixdə) bildirdi ki, "xxxx" MMC ilə olan öhdəlik məktubunun olmasına baxmayaraq qarşı tərəf öhdəliyini yerinə yetirməyib. Onlar normal halda öhdəlik məktubu almırlar. Ancaq bu sifarişə baxanda gördülər ki, bu sifarişdə gecikmələr və xərclər yarana bilər. Buna görə də onlar qarşı tərəfə bu cərimlərin onlara yazılacağını bildirdi. İlk öncə bu daşımadan iddiaçı imtina etmişdir. Sonra onlar öhdəlik məktubu veriblər ki, bütün xərcləri və cərimələri öhdəlik kimi qəbul ediblər. Sifariş rəsmi olaraq ayın 20-i verilib. Sifariş minimum 1 həftə əvvəlcədən verilməli idi. Mal 18-i gəlib Potiyə. Ayın 18i onlara sorğu göndərilib. Ayın 20-i öhdəlik məktubu veriləndən sonra sifarişi qəbul ediblər. Danışıqlar 18-dən başlayıb ancaq 20-i sifarişi qəbul ediblər. Problemli terminala malı cavabdeh özü gətizdirmişdi. İddiaçı onlara məlumat da vermişdi ki, problemli terminaldır. Onlar THC xidmətini görmək üçün şirkətlər axtardılar. Ayın 28-də Bartransla danışdılar. Onlar bu xidməti həyata keçirməyi qəbul elədilər. Sattış şöbəsinin əməkdaşları danışıqları aparıb. Etibarnaməni ayın 28-i veriblər.Cavabdeh onlardan xidmət üçün qiymət istəyəndə onlara cavab olaraq bildirildi ki, standart qiymətlərdən əlavə dəniz xətti nə kəssə onlar cavabdehdən istiyəcəklər. Ayın 20-i bu işə qoşulmuşdur. THC-ni ilk öncə Captian Shipping Şirkəti edəcəkdi. THC xidməti göstəriləndən sonra onların xidməti başlayır. İddiaçı o xidməti göstərmir. Cavabdeh onlardan xahiş etdi ki, bu işi görsünlər. İddiaçı da öhdəlik məktubu alaraq bu xidmətin verilməsini göstərən şirkətlərlə danışdı. Capitan Şhipping şirkətinin bu xidməti göstərmək üçün vaxt öhdəliyi yox idi. Mal terminaldan oktyabrın 14-ü çıxıb. 2 dəfəyə gətirilib. İlk dəfə ayın 18-i sonra isə ayın 20-i çatıb. Ayın 18-i gələn mal ayın 20-i çıxıb. Dəniz xəttində mal gələn gündən bir neçə gün azad müddəti olur ki, o vaxt ərzində mal çıxarılsa pul ödənilməyəcəkdi. Oktyabrın 10dan 14-nə kimi gürcülərin terminalında olub və cərimə yazılmayıb. Cərimə ancaq dəniz limanında olan dövrə aiddir. 3388 dollar borc da iyul sifarişindən qalan borcdur. İyul ayında olan sifarişə görə cərimələri dəniz xətti deyil, Gürcüstan terminalı kəsib. Onlar hər iki sifarişin bütün cərimələrini özləri ödəmişdir. Qarşı tərəf cərimələri ödəməkdən imtina edib. İş materiallarında olan ekspeditor-"xxxx" MMC ilə sifarişçi-"xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2023/M-059 nömrəli nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilədən görünür ki, ekspeditor yalnız Müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında sifarişçi üçün və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat-ekspedisiya xidmətləri(bu zaman həyata keçirilən nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyi, beynəlxalq konvensiyalar, məcəllələr və digər qaydalar əsas götürülür) göstərir. Sifarişçinin ayrıca sifarişinə əsasən ekspeditor bu müqavilə üzrə həmçinin terminal əməliyyatları, gömrük və digər rəsmiləşdirmələrin həyata keçirilməsi ilə bağlı xidmətlər göstərə bilər. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən sifarişçi xidmətlərin başlanmasına 7 iş günü qalmış sifarişçi ekspeditorun @adycontainer.com domeni ilə elektron poçt ünvanlarına təqdim edir. Tərəflər sifarişin təqdim edilməsinin digər müddətlərini əlavə olaraq razılaşdıra bilərlər. 1.5-ci bəndinə əsasən bu müqavilədə göstərilən e-poçt ünvanları müqavilə üzrə münasibətlər üçün rəsmidir, göstərilən ünvanlara yazışmalar kağız üzərində yazılı təsdiq tələb etmir. 2.1.4-cü bəndinə əsasən ekspeditor sifarişçi tərəfindən nəqliyyat-ekspedisiya xidmətlərinə görə ödəniş edilmədikdə, ödəniş tam ödənilənə qədər yükü saxlaya və bununla bağlı yaranmış itkilərə görə sifarişçidən kompensasiya tələb edə bilər. Bu bənddə nəzərdə tutulmuş hallarda ekspeditor tərəfindən yükün saxlanılması nəticəsində yükə dəyə biləcək zərərə görə məsuliyyəti sifarişçi daşıyır. 2.1.5-ci bəndinə əsasən ekspeditor sifarişçinin və ya onun cəlb etdiyi üçüncü şəxslərin təqsiri ilə sərhəd-buraxılış məntəqələrində və gömrük nəzarəti məntəqələrində yoxlama məqsədilə yüklərin dayanması ilə əlaqədar yaranmış cərimələrin və əlavə terminal xidmətlərin ödənilməsini sifarişçidən tələb edə bilər. 2.1.7-ci bəndinə əsasən göstərilən xidmətlərin qarşılıqlı razılaşması və hesablaşması məqsədi ilə sifarişçinin təsdiqi üçün “göstərilən xidmətlərə dair akt” hazırlayıb göndərir. “Göstərilən xidmətlərə dair Akt” sifarişçi tərəfindən qəbul edildiyi gündən 5 iş günü ərzində imzalanıb geri göndərilmədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə akt sifarişçi tərəfindən imzalanmış hesab olunur və ekspeditorun uçotunda əks olunmaq üçün imzalanmış kimi qəbul edilir. 2.1.8-ci bəndinə əsasən bütün istiqamətlər üzrə ekspeditor ekspeditorun iradəsindən asılı olmayan(hava şəraiti, qatarın xarab olması(qatarın növündən asılı olmayaraq), terminalda texniki problemlər və ya onun yüklənməsi, platforma çatışmazlığı, cari təmir işləri) səbəblərlə bağlı yaranmış gecikmələrə görə məsuliyyətdən azaddır. 2.2.1-ci bəndinə əsasən sifarişçi Azərbaycana idxal və/və ya Azərbaycandan ixrac zamanı zəruri bütün sənədləri öz qüvvəsi ilə hazırlamaqla və ya bü əməliyyatın həyata keçirilməsi ilə bağl ekspeditora əlavə sifariş verməklə xidmətlərin başlanmasına 7 iş günü qalmış, ekspeditora aşağıdakı sənəd və məlumatları təqdim etməlidir: -bu müqavilə ilə müəyyən edilmiş qaydada nəqliyyat-ekspedisiya xidmətləri üçün yükün qəbul(təhvil) yerini, son təyinat məntəqəsini, növünü, çəkisini, həcmini, xüsusiyyətlərini və s. Məlumatları özündə əks etdirən yazılı sifariş, -yükün mənşə ölkəsini göstərən sənədləri, o cümlədən yükün idxal (ixrac) gömrük sənədlərini, yol qaimələri və onlara bərabər tutulan sənədlərin scan nüsxəsini, tələb olunduğu spesifikasiya, sertifikatlar və yükün göndərilməsi ilə əlaqədar digər sənədlər, -yükün idxalının(ixracının) gömrük rəsmiləşdirilməsi üçün gömrük və ya digər dövlət orqanları tərəfindən tələb olunan digər zəruri sənədləri. 2.2.4-cü bəndinə əsasən sifarişçi yükün nəqliyyat vasitələrinə yüklənməsini və nəqliyyat vasitələrindən boşatmasını, həmçinin gömrük rəsmiləşdirilməsini öz vəsaiti hesabına müstəqil yerinə yetirməlidir. Sifarişçinin sifarişi əsasında bu xidmətlər ekspeditor tərəfindən həyata keçirildikdə həmin xidmətin dəyərini əlavə olaraq ödəməlidir. 2.2.5-ci bəndinə əsasən sifarişçi daşıma zamanı yaranacaq cərimələr, demerdj və digər məcburi ödənişləri(yanlış kod yazmaq, boş dayanma, sənədlərin natamam olması, gömrük yoxlamaları, sərhəd-keçid məntəqələrində konteynerin saxlanması və ekspeditordan asılı olmayan digər hallarda) təsdiqedici sənədlər təqdim edilikdə 5 iş günü ərzində (ödəmə gecikdirildiyi təqdirdə hər gün üçün məbləğin 0,1 % həcmində dəbbə pulu hesablanır) ekspeditorun bank hesabına ödəməlidir. 4.3-cü bəndinə əsasən tərəflər müqavilə şərtlərinin yerinə yetirilməməsinə, və özünün və/və ya cəlb etdiyi 3-cü şəxslərin hərəkət və hərəkətsizliyi ucbatından dəymiş ziyana görə məsuliyyət daşıyır. 4.4.1-ci bəndinə əsasən sifarişçi nəqliyyat vasitələrinin boş dayanmasına gətirib çıxaran hallara görə (nəqliyyat təşkilatları/daşıyıcılar tətbiq etdikləri cərimə sanksiyaları miqdarında) əlavə məsuliyyət daşıyır. 4.4.7-ci bəndinə əsasən sifarişçi yaranmış demeredjlar, saxlama xərcləri, dəbbələrə və cərimələrlə bağlı təqdim edilmiş hesab-fakturaya 3 iş günü ərzində etirazını və ondan irəli gələn suallarını ekspeditora yazılı şəkildə bildirməlidir, əks halda hesab-faktura sifarişçi tərəfindən qəbul edilmiş hesab ediləcəkdir və etirazların qəbuluna yol verilməyəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 431 nömrəli "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, bu etibarnamə ilə "xxxx" MMC-yə "xxxx" MMC adından konteynerləri və yükləri qəbul etmək üçün verilir Ədv daxil olmaqla, nəqliyyat sənədlərinin qeydiyyatı və təyinat yerinə daşınması üçün təqdim edilir. Bu etibarnamə ilə "xxxx" MMC-yə bu etibarnamə çərçivəsində öz səlahiyyətlərini üçüncü şəxslərə həvalə etmək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqaviləyə 7 nömrəli əlavələrdən görünür ki, MEDUAS717711 nömrəli dəniz xətti qaiməsində qeyd olunan 13 ədəd 20Ft-luq konteynerlərdə olan yükün xx.xx.2023-xx.xx.2023-cü il müddətdə saxlanılması üçün xərclər 364 ABŞ dolları və xx.xx.2023- xx.xx.2023-cü il müddətə(21 gün pulsuz) olan 9 konteynerə demuraj xərcləri 10800 ABŞ dolları, qalan 4 konteynerə xx.xx.2023-xx.xx.2023-cü il müddətə (21 gün pulsuz) 5040 ABŞ dolları olmaqla, cəmi 16204 ABŞ dolları demuraj xərci hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən göndərilmiş yazışmada(müqavilənin icrası ilə bağlı “Aqrokimya" MMC tərəfdən məsul şəxs-Esmira Cəfərova, "xxxx" tərəfdən məsul şəxslər-Cavid Həbibova və Günel Duman) qeyd edilmişdir ki, “Salam Cavid bəy və Günel xanım. Əlavədəki sənədlərə əsasən 13 ədəd 20 futluq konteyner, Multi K gübrəsinin Bakıya daşınması üçün qiymət təklifi verməyinizi xahiş edirik. Qeyd edirik ki, yüklər təhlükəli yükdür." xx.xx.2023-cü il tarixdə cavab olaraq qeyd edilmişdir ki, “Qiymətə THC Poti daxil deyil, təəssüf ki THC xidməti hazırda etməmiz mümkün deyil”. xx.xx.2023-cü il tarixli "xxxx" tərəfindən göndərilmiş yazışmada qeyd edilmişdir ki, "Başqa terminala konteyneri çəkmə +120 ABŞ dolları, əgər cərimələr yaransa zəmanət məktubu təqdim edilsə THC xidməti verə bilərik, öz tərəflərindən gecikmələr yaranmasın deyə platforma təminatını əlimizdən gələn ən yaxşı şəkildə ediləcəyini bildiririk”.” xx.xx.2023-cü il tarixli “Aqrokimya" MMC tərəfdən göndərilmiş yazışmada qeyd edilmişdir ki, "X5 götürüb başqa bir terminala daşıyıb ordan dəmir yolu ilə gətirmək imkanı necə varmı? Belə olan halda THC xidmətini də etmək olarmı? THC xidməti biz tərəfdən öhdəlik məktubu verilsə yerinə yetirilə bilərmi və bu halda qiymət necə dəyişər?. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin “ADY Container” LLC-yə olan zəmanət məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixli sifarişinizə əsasən MSC dəniz xətti MEDUAS717711 nömrəli SWB ilə gələn 13 ədəd konteynerin daşınması zamanı yarana biləcək demuraj xərclərini qarşılamağı öhdələrinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 601 nömrəli "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, “X6 and Trading LTD” Şirkətinə Poti/Batumi limanına konteynerlərdə gəlmiş yüklərin alınmasını, bütün gömrük və maliyyə prosedurlarının həyata keçirilməsini və səlahiyyətlərin üçüncü şəxslərə verilməsi huququ ilə Bakı şəhərinə daşınmasını etibar edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BAR**********34 nömrəli hesab-fakturadan görünür ki, “Bartrans Lojistic Ticaret Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 4212,00 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli, BAR**********54 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək 16204 ABŞ dolları məbləğində işlər yerinə yetirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə aktında da görünür ki, “Bartrans Lojistic Ticaret Limited” şirkəti tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, BAR**********54 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək 16204 ABŞ dolları məbləğində işlər yerinə yetirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İNV-AZE 2311-040 nömrəli hesabfakturada cavabdeh "xxxx" MMC-nin 2023-cü ilin iyul ayında sifarişdən də, 208 dollar məbləğində saxlama xərcləri və 3180 dollar məbləğində demuraj xərci olmaqla, ümumilikdə 3388 ABŞ dolları məbləğində xərclərin qaldığı göstərilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması şəklində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron qaimədə 2023-cü ilin sentyabr və oktyabr ayları üçün konteynerlərin daşınması üçün demuraj xərcinin 40466 manat 80 qəpik məbləğində olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, xx.xx.2024-cü il tarixli 330 №-li “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri 24 saylı Vəkil Bürosuna iddiaçı tərəfindən 1520 manat vəkil haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Mülki Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Mülki Məcəllənin 852.2-ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. Mülki Məcəllənin 852.3-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Mülki Məcəllənin 852.4-ci maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2023cü il tarixli 2023/M-059 saylı nəqliyyat-ekspedisiya xidmətlərinə dair müqavilə bağlanmış və iddiaçı cavabdehə həmin müqaviləyə uyğun olaraq daşıma xidmətləri göstərmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 13 ədəd konteynerin saxlama və demuraj xərclərini qarşılayacağı barədə zəmanət verdikdən sonra iddiaçı 20416 ABŞ dolları məbləğində vəsaiti “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödəniş edib həmin məbləği cavabdehdən tələb etsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, iş materialından olan hesab-fakturalardan göründüyü kimi 4212 ABŞ dolları məbləğində saxlama xərci və 16204 ABŞ dolları məbləğində demuraj xərci "xxxx" MMC tərəfindən “Bartrans Lojistic Ticaret Limited” şirkətinə ödənilmiş və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla 20416 ABŞ dolları hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. İddia tələbinin 3388 ABŞ dolları məbləğində xərclərin təsdiq edilməsi ilə bağlı sübutlar isə məhkəmənin hazırlıq iclasında təqdim edilmədiyindən sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə qeyd edir, iş üzrə sübutlar iş məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməlidir, məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə gedişində əmələ gəlmiş olsun və tərəflər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 244 manat 70 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi” haqqında Plenumun Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20416 ABŞ dolları əsas borc, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21416 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 244 manat 69 qəpik dövlət rüsumu, həmçinin 1520 manat vəkil xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, dəbbə puluna dair iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20416 ABŞ dolları əsas borc, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21416 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 244 manat 69 qəpik dövlət rüsumu, həmçinin 1520 manat vəkil xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-51/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-51/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver