Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-513/2025 22.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 027/2023 saylı alqı-satqı müqaviləsi əsasında alınan mallara görə 936218 manat borcun, müqavilə üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 12220 manat faiz borcunun, cavabdehin malların pulunun qaytarılmaması nəticəsində yaranmış 71000 manat vergi borcunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 1000 manatın və iddia ərizəsi üçün ödənilmiş 1300 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli 027/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müxtəlif malları satır. Satıcı malı alıcıya bu müqavilənin ayırmaz hissəsi olan qaimələrə, çeklərə uyğun qiymətlə, çeşiddə və miqdarda satır. Müqavilədə qeyd olunmuşdur ki, hesab üzrə müvafiq məbləği alıcı satıcıya ödəməlidir. Müqavilənin 5-ci bəndində göstərilmişdir ki, alıcı razılaşmaya uyğun olaraq məbləği elektron qaimə təqdim olunandan sonra ödəyə bilər. Müqaviləyə uyğun olaraq satıcı elektron qaimələr təqdim etmişdir. Elektron qaimələrdən də göründüyü kimi satıcı alıcıya ümumilikdə 1993351,40 manat dəyərində mal satmışdır. Lakin alıcı satıcıya aldığı mallar qarşılığında 1993351,40 manatdan hesabdan çıxarış məlumatlarından göründüyü kimi ******* manatını qaytarmış, 936218 manat borc qalmışdır. Göründüyü kimi alıcı müqavilə şərtlərini pozaraq satıcıya külli miqdarda ziyan vurmuşdur. Həmçinin alıcı satıcıya aldığı mallara görə ödəniş etmədiyi üçün satıcının elektron qaimələr əsasında satdığı mallara görə 71000 manat vergi borcu yaranmışdır. Alıcının satıcı qarşısında xx.xx.2025-ci il tarixinə kimi 936218 manat icra edilməmiş əsas borcu mövcuddur. Cavabdeh borcunu vaxtında ödəməməklə iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Bu səbəbdən alıcı satıcıya gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Alqı-satqı müqavilədən göründüyü kimi müqavilənin müddəti xx.xx.2023-cü il–xx.xx.2024-cü il tarixlərini əhatə edir. Odur ki, gecikdirilmiş günlərin say axımı xx.xx.2024-cü il tarixdən başlayır və tərəfə xəbərdarlıq məktubu göndərilən günə, yəni xx.xx.2025-ci il tarixdə bitir və bu aralıqda gecikdirilmiş günlərin sayı 94 gün təşkil edir. xx.xx.2025-ci il tarixə yaranmış gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunu sadə qaydada riyazi heablama aparmaqla ((əsas borc/100*5)/360 yəni gecikdirilmiş 1 gün üçün faiz borcunu tapmaqla və yaranmış məbləği ümümi gecikdirilmiş günlərin sayına vurmaqla) müəyyən etmək mümkündur. Bu qaydada aparılmış hesablama ((936218 / 100 x 5) / 360 = 130 - 1 gün üzrə faiz borcu) nəticəsində 1 gün üçün yaranmış faiz borcunun olduğu müəyyən edilir. Bu məbləğ də gecikdirilmiş günlərin sayına vurulduqda (130 x 94 = 12220 manat) xx.xx.2019-cu il tarixə yaranmış gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun 12220 manat təşkil etdiyi aşkar olunur. Bu səbəbdən qeyd edilən müqavilə üzrə gecikdirilmiş vaxt üçün faiz borcu qismində məhz 12220 manat məbləği cavabdehdən tutulmalıdır. İddiaçı "xxxx" MMC iddia tələbinin azaldılması ilə bağlı ərizə verərək xx.xx.2023-cü il tarixli 027/2023 saylı alqı-satqı müqaviləsi əsasında alınan mallara görə 936218 manat borcun, müqavilə üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 12220 manat faiz borcunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 1000 manatın və iddia ərizəsi üçün ödənilmiş 1300 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işin mürəkkəbliyi ilə bağlı hüquqlarının müdafiəsi üçün vəkil ilə müqavilə bağlamaq istədiklərini, ona görə də məhkəmə baxışının 15 gün müddətinə təxirə salınmasını, iş həcminin çoxluğu ilə bağlı prosesin təxirə salınarkən iclas katibinin vəkil kimi müqavilə bağlamaq istədikləri X3 ilə (*** *** ** **) əlaqə saxlanılmasına şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə işin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmasını, keçən müddət ərzində cavabdehin istər hazırlıq iclaslarında, istərsə də baxış iclasında nümayəndəsinin iştirakını təmin etməməsini, iddiaya dair hər hansı münasibət bildirməməsini, baxış iclasında hələ gələcəkdə vəkillə müqavilə bağlamaq arzusunun olmasını nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027/2023 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya malları satmağı, alıcı isə hesab üzrə müvafiq məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan:
1. 898825 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 153926,65 manat,
2. 994155 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 132430,35 manat,
3. 082596 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 136915,60 manat,
4. 081862 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 134300,75 manat,
5. 081518 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 152614,60 manat,
6. 077078 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 126421,65 manat,
7. 080549 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 156520,10 manat,
8. 886392 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 62635,40 manat,
9. 269453 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 58844,80 manat,
10. 953736 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 139484,70 manat,
11. 063811 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 127432,15 manat,
12. 089971 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 133647,60 manat,
13. 093618 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 136655,55 manat,
14. 094359 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 115813,05 manat,
15. 100858 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 109250,40 manat,
16. 101344 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 116458,05 manat dəyərində mallara dair İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə elektron qaimələr ötürülmüş, qaimələr elektron qaydada təsdiq edilmişdir. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına; 1.xx.xx.2023-cü il tarixdə 898825 nömrəli elektron qaimə üzrə 60000 manat,
2. xx.xx.2023-cü il tarixdə 898825 nömrəli elektron qaimə üzrə 93926,65 manat,
3. xx.xx.2023-cü il tarixdə 994155 nömrəli elektron qaimə üzrə 132430,35 manat,
4. xx.xx.2023-cü il tarixdə 081862 nömrəli elektron qaimə üzrə 134300,75 manat,
5. xx.xx.2023-cü il tarixdə 082596 nömrəli elektron qaimə üzrə 136915,60 manat,
6. xx.xx.2023-cü il tarixdə 081518 nömrəli elektron qaimə üzrə 152614,60 manat,
7. xx.xx.2024-cü il tarixdə 080549 nömrəli elektron qaimə üzrə 156520,10 manat,
8. xx.xx.2024-cü il tarixdə 077078 nömrəli elektron qaimə üzrə 126421,65 manat,
9. xx.xx.2024-cü il tarixdə 886392 nömrəli elektron qaimə üzrə 22000 manat,
10. xx.xx.2024-cü il tarixdə 886392 nömrəli elektron qaimə üzrə 21000 manat,
11. xx.xx.2024-cü il tarixdə 886392 nömrəli elektron qaimə üzrə 21000 manat pul ödəmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya malları satmağı, alıcı isə hesab üzrə müvafiq məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci bölməsində tərəflər razılığa gəlmişlər ki, ödəniş şərti olaraq alıcı razılaşmaya uyğun olaraq məbləği elektron qaimə təqdim olunduqdan sonra ödəyə bilər. Müqavilədən görünür ki, tərəflər malın təhvil verilməsi və ödənilməsi ilə bağlı mala dair elektron qaimələrin göndərilməsini nəzərdə tutmuşlar. Həmçinin tərəflərin işgüzar münasibətindən də görünür ki, mallar elektron qaimə üzrə təhvil verilmiş, malın ödənişi də elektron qaimə əsasında aparılmışdır. Belə ki, satıcı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 16 ədəd 1993351,40 manat dəyərində malın qaiməsi göndərilmiş, həmin qaimələr alıcı tərəfindən təsdiq edilmişdir. Göndərilən elektron qaimələr üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 8 elektron qaimə üzrə ******* manat ödəniş etmiş, alıcının satıcıya 936218 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixdək gecikdirilmiş 94 gün müddətinə 5% olaraq əldən çıxmış fayda, yəni 12220 manatın ödənilməsini tələb edir ki, bu hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 936218 manat məbləğində əsas borc və 12220 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1300 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən 1000 manat vəkil xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 1238,44 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 1000 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən qanunun müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vəkil xidmətinin xərci olaraq ödənilmiş 500 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 027/2023 saylı alqı-satqı müqaviləsinə əsasən 936218 manat əsas borc, 12220 manat faiz borcu olmaqla cəmi 948438 (doqquz yüz qırx səkkiz min dörd yüz otuz səkkiz) manat borc, 1238 (bir min iki yüz otuz səkkiz) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu, 500 (beş yüz) manat hüquqi yardım göstərilməsinə dair ödənilmiş xidmət haqqı Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnaz Quliyeva