Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-526/2022 17.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X5 qarşı borc tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X5 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.10.2018-ci il tarixli 171 saylı müqavilə üzrə 14510 manat 18 qəpik əsas borc, pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün 1448 manat 98 qəpik faiz borcu olmaqla, cəmi 15959 manat 16 qəpik məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki mübahisə alqı-satqı müqaviləsi ilə bağlıdır. Belə ki, 22.10.2018-ci tarixdə 171 saylı müqavilə ilə "xxxx" və fiziki şəxs X6 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vaxtında icra edərək cavabdehi mallarla təchiz etmişdir. Cavabdeh isə əvəzində müqavilə öhdəliklərini pozmuş, aramızda yarnmış etibardan istifadə etmiş, müqaviləyə əlavələr və təhvil təslim aktlarını imzalamamış, həmin malların dəyərini iddiaçıya tam olaraq ödəməmiş, öhdəliyini pozmuş və iddiaçıya ziyan vurmuşdur. Cavabdehlə aralarında əvvəllər də işgüzar münasibətlər və alqı-satqı müasibətləri olmuşdur. 171 saylı müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya sifariş olunmuş malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin malı qəbul edir, və Müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 (bundan sonra QRP) ilə razılaşdırılmış qaydada Malın dəyərini“Satıcıya” ödəyir. Müqavilənin 5.1.-ci maddəsinə əsasən, malın qiyməti və ödənilmə müddəti bu müqaviləyə əlavə ediləcək əlavələrdə göstəriləcək və QRP ilə müəyyənləşdirilir. 5.5-ci maddəsinə əsasən bu müqavilə əsasında bütün ödənişlər rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. 22.10.2-18-ci il tarixli, 171 saylı müqaviləyə - 22.10.2018-ci tarixli Əlavə №01 QRP-na əsasən bir ton biokarbonatın qiyməti 880 manat olmaqla, 14,322 ton, 15.03.2019-cu tarixli Əlavə №02 QRP-na əsasən bir ton biokarbonatın qiyməti 762,71 manat olmaqla, 10,00 ton, 21.05.2019-cu tarixli Əlavə №03 QRP-na əsasən bir ton biokarbonatın qiyməti 763,27 manat olmaqla, 7,55 ton, 27.05.2019-cu tarixli Əlavə №04 QRP-na əsasən bir ton biokarbonatın qiyməti 763,27 manat olmaqla, 10,00 ton, 31.07.2019-cu tarixli Əlavə №05 QRP-na əsasən bir ton biokarbonatın qiyməti 763,16 manat olmaqla, 2,443 ton, 26.09.2019-cu tarixli Əlavə №06 QRP-na əsasən bir ton biokarbonatın qiyməti 762,71manat olmaqla, 14,00 ton, 18.11.2019-cu tarixli Əlavə №07 QRP-na əsasən bir ton biokarbonatın qiyməti 762,71 manat olmaqla, 5,00 ton, biokarbonat təqdim edilməsi nəzərədə tutulmuşdur. Qeyd edilən əlavələrə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 16.11.2018-ci il tarixli EAAN seriyalı 668935 nömrəli elektron qaimə əsasında 14,322 ton, 15.03.2019-cu il tarixli EAAR seriyalı 758068 nömrəli elektron qaimə əsasında 10,00 ton, 21.05.2019-cu il tarixli EAAU seriyalı 730744 nömrəli elektron qaimə əsasında 7,55 ton, 27.05.2019-cu il tarixli EAAU seriyalı 923122 nömrəli elektron qaimə əsasında 10,00 ton, 31.07.2019-cu il tarixli EAAX seriyalı 883193 nömrəli elektron qaimə əsasında 2,443 ton, 26.09.2019-cu il tarixli EBAA seriyalı 367509 nömrəlielektron qaimə əsasında 14,00 ton, 18.11.2019-cu il tarixli EBAC seriyalı 597872 nömrəli elektron qaimə əsasında 5,00, cəmi 63,315 ton biokarbonat təqdim edilmişdir. Hal hazırda cavabdehin iddaçıya 01.05.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən təqdim edilmiş malla görə 12296,77 manat əsas, 2213,41 ƏDV olmaqla, ümumilikdə 14510,18 manat borcu qalmışdır. Cavabdeh tərəfindən borc etiraf edilsə də indiyə qədər ödənilməmişdir. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. İddiaçı tərəfindən cavabdehə borcun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Cavabdehə ünvanlanmış 08.06.2021-ci il tarixli, pretenziya məktubunda borcun tam ödənilməsi cavabdehin nəzərinə çatdırılmışdır. İddiaçı tərəfdən ünvanlandırılan pretenziya məktubundan uzun müddət keçməsinə baxmayaraq, bugünkü günədək cavabdeh iddiaçıya heç bir ödəmə etməmişdir. Bundan başqa qeyd edilən müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə üzrə öz vəzifəsini icra etməyən tərəf digər tərəfə vurduğu zərərə göə Azərbaycan Respublikasının qüvvədə olan qanunverciliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Cavabdehə mallar sonuncu dəfə 18.11.2019-cu il tarixdə təqdim edilmişdir. 171 nömrəli müqavilə və onun əlavələrinə əsasən həmin tarixdə malların dəyəri ödənilməli idi. Lakin yuxarıda da qeyd edildiyi kimi cavabdeh öz öhdəliklərini icra etməmişdir. Cavabdehin bu hərəktələri nəticəsində öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən iddiaçıya faizlər ödəməlidir. 171 nömrəli müqavilənin 1, 2, 3, 4, 5, 6 və 7 nömrəli əlavələrində nəzərdə tutlmuşdur ki, təhvil verilmiş malların dəyəri mal “Satıcı” tərəfindən “Alıcıya” təhvil verilməmişdən öncə tam həcmdə “Alıcı“ tərəfindən “Satıcı”ya ödəniləcəkdir. Cavabdeh tərəfindən sonuncu dəfə mal alındığı tarixdə yəni 18.11.2019-cu il tarixdə də ödəmişlər edilməmişdir. Buna görə də gecikmiş günlərin sayı 18.11.2019-cu il tarixdən iddianın verildiyi günə kimi hesablanmalıdır. Bu qaydada cavabdeh tərəfindən öhdəliyin icrası ümümilikdə 729 gün gecikdirlmişdir. Gecikdirilmiş günlərə görə cavabdeh iddiaçıya gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə 1448 manat 98 qəpik məbləğində faiz ödənilməldir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, iddianı tam olaraq müdafiə etdiklərini bildirmişdir. Məhkəmə işə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı X6 arasında bağlanmış 22.10.2018-ci il tarixli, 171 saylı alqı-satqısı müqaviləsindən görünür ki, satıcı alıcıya sifariş olunmuş malları satmağı, alıcı isə həmin malı qəbul edib və müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş qiymət razılaşdırılması protokollarından görünür ki, 22.10.18-ci il tarixli, 171 saylı müqaviləyə - 22.10.2018-ci tarixli Əlavə № 01 qiymət razılaşdırılması protokoluna əsasən bir ton biokarbonatın qiyməti 880 manat olmaqla, 14,322 ton, 15.03.2019-cu tarixli Əlavə № 02 qiymət razılaşdırılması protokoluna əsasən bir ton biokarbonatın qiyməti 762 manat 71 qəpik olmaqla, 10 ton, 21.05.2019-cu tarixli Əlavə № 03 qiymət razılaşdırılması protokoluna əsasən bir ton biokarbonatın qiyməti 763 manat 27 qəpik olmaqla, 7,55 ton, 27.05.2019-cu tarixli Əlavə № 04 qiymət razılaşdırılması protokoluna əsasən bir ton biokarbonatın qiyməti 763 manat 27 qəpik olmaqla, 10 ton, 31.07.2019-cu tarixli Əlavə № 05 qiymət razılaşdırılması protokoluna əsasən bir ton biokarbonatın qiyməti 763 manat 16 qəpik olmaqla, 2,443 ton, 26.09.2019cu tarixli Əlavə № 06 qiymət razılaşdırılması protokoluna əsasən bir ton biokarbonatın qiyməti 762 manat 71 qəpik olmaqla, 14 ton, 18.11.2019-cu tarixli Əlavə № 07 qiymət razılaşdırılması protokoluna əsasən bir ton biokarbonatın qiyməti 762 manat 71 qəpik olmaqla, 5 ton biokarbonat təqdim edilməsi nəzərədə tutulmuşdur. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 16.11.2018-ci il tarixli EAAN seriyalı 668935 nömrəli elektron qaimə əsasında 14,322 ton, 15.03.2019-cu il tarixli EAAR seriyalı 758068 nömrəli elektron qaimə əsasında 10 ton, 21.05.2019-cu il tarixli EAAU seriyalı 730744 nömrəli elektron qaimə əsasında 7,55 ton, 27.05.2019-cu il tarixli EAAU seriyalı 923122 nömrəli elektron qaimə əsasında 10 ton, 31.07.2019-cu il tarixli EAAX seriyalı 883193 nömrəli elektron qaimə əsasında 2,443 ton, 26.09.2019-cu il tarixli EBAA seriyalı 367509 nömrəlielektron qaimə əsasında 14 ton, 18.11.2019-cu il tarixli EBAC seriyalı 597872 nömrəli elektron qaimə əsasında 5 ton olmaqla, cəmi 63,315 ton biokarbonat təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 01.05.2021-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı borcların üzləşdirmə aktına əsasən alıcı X1 "xxxx" MMC-yə olan borcu 12296 manat 77 qəpik əsas, 2213 manat 41 qəpik ƏDV olmaqla, ümumilikdə 14510 manat 18 qəpik məbləğində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh X6 iddiaçı "xxxx" MMC-yə 14510 manat 18 qəpik məbləğində mal almış, lakin borcunu ödəməyərək, öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, cavabdeh X5 borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. 10 oktyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi X6 ilkin mediasiya sessiyasında iştirak etməmiş, "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 20 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 14510 manat 18 qəpik əsas borc, 1448 manat 98 qəpik icranın gecikdirilməsinə görə faiz borcu olmaqla, cəmi 15959 manat 16 qəpik məbləğində borc cavabdeh X3 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14510 manat 18 qəpik əsas borc, 1448 manat 98 qəpik icranın gecikdirilməsinə görə faiz borcu olmaqla, cəmi 15959 manat 16 qəpik məbləğində borc cavabdeh X3 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-526/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-526/2022
17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver