Məhkəmə qərarları › İş №e-2-2(115)-54/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-54/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-54/2020 27.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə hesablanmış 66073,20 manat məbləğində pulun və 30,40 manat dövlət rüsumunun, ümumilikdə isə 66103,60 manat pulun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan isatifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx xxxxxx 2019-cu il tarixli, AMX-4922/19 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən Cavabdeh məxsus istixana İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin, Cavabdeh bağlanmış müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun nəticəsində istifadə edilən təbii qazın dəyərinə görə cavabdehin İddiaçınə 66073 manat 20 qəpik məbləğində debitor borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə xx.xx.2019-cu il tarixli, FM-01/13-687 saylı məktubla pretenziya qaydasında müraciət olunmuş və cavabdehə borcun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubundan sonra Cavabdeh ilə Gəncə RQİİ arasında xx.xx.2019-cu il tarixli KP29/35201 saylı borcun istehlakçı tərəfindən bir ay ərzində ödənilməsinə dair razılaşma protokolu bağlanmışdır. Lakin cavabdeh tərəfindən bu gün ki, günə heç bir ödəniş aparılmamış və əksinə borc artaraq xx.xx.2019-cu il tarixə 66073 manat 20 qəpik olmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş və İddiaçınə 66073 manat 20 qəpik məbləğində debitor borcu yaranmışdır. Borc əsaslıdır. İstehlakçı tərəfindən ödənilməlidir. Lakin cavabdeh borcu könüllü ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-4922/19 saylı qazın alğısatqısı müqaviləsindən, xx.xx.2019-cu il tarixli abonentin saldosundan və debitor borcunun ödənilməsi barədə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) Göygöl rayonu Quşqara kəndində yerləşən istixanada təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 66073 manat 20 qəpik borcu yaranmış, həmin borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcu ödəməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı Cavabdeh sayğacla müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, istehlak edilmiş təbii qaza görə 66073 manat 20 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı «xxxx» ASCdə olan hesablaşma hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İstehlak edilmiş təbii qaza görə 66073 manat 20 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı «xxxx» ASC-də olan hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar