Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-552/2024 23.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 151114,75 manat (ƏDV daxil) qalıq borcun və müqavilələr üzrə hesablanmış 7555,73 manat cərimənin, cəmi 158670,48 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı: “X5” MMC) ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli QSZ B 066/0421 saylı beton alqı-satqı müqaviləsi, xx.xx.2021-ci il tarixli QSZ S 103/1221 saylı sement alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müxtəlif növdə sement və betonu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, onun müqavilələr üzrə iddiaçıya 151114,75 manat (ƏDV daxil) ödənilməyən borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun ərzində ödənilməsini xahiş etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilələr üzrə yaranmış qalıq borc, habelə borc məbləğində uyğun hesablanmış cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh MMC məhkəməyə 02 may 2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq etirazını belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində QSZ B 066/0421 saylı beton alqı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixində QSZ S 103/1221 saylı sement alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilələrə əsasən satıcı İddiaçı MMC Cavabdeh MMC-yə beton və sement məhsullarını müqavilələrin ayrılmaz tərkib hissələri olan əlavə və sertifikasiyalarda göstərilən sayda, həcmdə və qiymətdə satmalı, alıcı isə öz növbəsində sifariş verdiyi malı müqavilədə nəzərdə tutulmuş qaydada vaxtında qəbul etməli və ödənişləri həyata keçirməli idi. Qeyd olunan müqavilələr bağlansa da, icrasız qalmış, tərəflərindən satıcıya müqaviləyə uyğun olaraq heç bir sifariş verilməmiş, mal qəbul edilməmişdir. Buna baxmayaraq satıcı tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək alıcıya elektron qaimə-faktura göndərilərək ƏDV daxil cəmi 154237 manat pul tələb edilmişdir. Həmin dövrdə cəmiyyətdə mühasib işləmiş şəxsin işə məsuliyyətsiz yanaşması səbəbindən qaimə-fakturalar geri qaytarılmamışdır. Bu səbəbdən də həmin elektron qaimə-fakturalar proqram təminatı tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəf məhkəməyə elektron qaiməfakturalardan və özünün tərtib etdiyi arayışdan başqa heç bir sübut təqdim edə bilməmişdir. İşə əlavə edilmiş qaimələrin təhlili isə onu göstərir ki, həmin qaimələrdə göstərilmiş beton və sement məhsullarının alıcı tərəfindən alınmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Alıcı tərəfindən satıcıya müqaviləyə uyğun heç bir sifariş verilməmişdir. Bununla bağlı işdə heç bir sübut yoxdur. İddiaçının iş materiallarına əlavə etdiyi qaimələrdə yük kifayət qədər böyük yükdür. Bu həcmdə yük hansı nəqliyyat vasitəsilə daşınmışdır, yol vərəqəsi, təhvil aktı və s. sübutları məhkəməyə iddiaçı təqdim etməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh MMC-dən 151114,75 manat (ƏDV daxil) borcun və müqavilələr üzrə hesablanmış 7555,73 manat cərimənin, cəmi 158670,48 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli QSZ B 011A/0320 saylı beton alqı-satqısı müqaviləsi, xx.xx.2021-ci il tarixli QSZ B 066/0421 saylı beton alqı-satqısı müqaviləsi, xx.xx.2021-ci il tarixli QSZ S 103/1221 saylı sement alqısatqısı müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli QSZ B 011A/0320 saylı beton alqı-satqı müqaviləsi üzrə 24450,19 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli QSZ B 066/0421 saylı beton alqı-satqı müqaviləsi üzrə 58836,57 manat (ƏDV daxil), xx.xx.2021-ci il tarixli QSZ S 103/1221 saylı sement alqı-satqı müqaviləsi 67828 manat (ƏDV daxil) həcmdə öz istehsalı olan məhsulları cavabdehə satmışdır. Beləliklə, tərəflər arasında bağlanmış müqavilələrə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə ümumilikdə 151114,76 manat (ƏDV daxil) həcmində mallar/sement və beton məhsulları təhvil verilmiş, lakin cavabdeh iddiaçıdan aldığı malların dəyərini ödəməmişdir. İddiaçı MMC məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq Cavabdeh MMC-dən 151114,75 manat (ƏDV daxil) borcun və müqavilələr üzrə hesablanmış 7555,73 manat cərimənin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 448,67 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 159119,15 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndələri X1 və X2 iddia tələbinə uyğun izahat verərək iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edirək izahatında göstərdi ki, tərəflər arasında 2 ədəd müqavilə bağlanmışdır. Lakin həmin müqavilələr üzrə onlara hər hansı mal təqdim edilməmişdir. Çünki tərəf həmin malların onlara təhvil verilməsini və ya onların təhvil almağını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Qaimələrin də təsdiq edilməsi onların mühasibinin səriştəsizliyi ucbatından olmuşdur. Müqavilənin şərtlərinə görə də həmin malların təhvil alınmasına dair sənədlər mövcud olmalıdır. 06 dekabr 2021-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən onların tərəfindən avas ödənilməsi ilə əlaqədar heç bir sənəd yoxdur. Həmin müqavilənin 3.2-ci bəndində əsasən 30 təqvim günü ərzində ödəniş edilməmişdir, qaimələrin tarixi 04 may 2020ci ildən başlanır və 31 dekabr 2022-ci ilədək davam edir, bu qədər qaimə təqdim ediblər, əgər ödəniş edilməmişdirsə nəyə görə malları verirdilər. Müqavilənin 4.4-cü bəndinə əsasən tərəflər arasında yük nəqliyyat qaimləri olmalı idi, qarşı tərəf 1505.50 ton yükün onlara göndərildiyini bildirir, bu qədər yükü əlbəttə ki, nəqliyyat vasitələri ilə göndərməli idilər, lakin bununla əlaqədar də sənəd təqdim edilməmişdir. Müqavilənin 5.1-ci bəndinə qeyd edilənlərlə əlaqədar hər hansı sifariş yoxdur. Müqavilə 2022-ci ilin dekabrında qüvvədən düşmüşdür. Bu illər ərzində tərəf borcunu tələb etməmişdir, müqavilə qüvvədən düşəndən sonra tərəf borcunu tələb etməyə başlamışdır. Həmin müqavilənin 12.1.4-cü bəndinə əməl edilməmişdir. Müqavilənin şərtləri əgər onların tərəfindən pozulmuşdursa nəyə görə müqaviləyə xitam verilməsi üçün iddiaçı müraciət etməmiş, onlara mal verməyə davam etmişdir. 02 aprel 2021-ci il tarixdə bağlanmış müqavilənin 3.1-ci bəndi, 3.7-ci bəndinə əsasən hər hansı akt təqdim edilməmişdir. 3.8-ci bəndinə əsasən də akt mövcud deyildir. Həmin müqavilənin 1 saylı əlavəsinin 2.1-ci bəndinə əsasən hər hansı sifariş olmamışdır. 2.2-ci bəndində qeyd edilən məlumatlar barədə də sənəd yoxdur. 2.3-cü bəndində də 30 gün ərzində ödənilmə göstərilmişdir. Təqdim edilmiş sənədlərdə təhvil-təslim aktı, yol qaimləri ilə əlaqədar hər hansı sübuta rast gəlinmir. Həmin müqavilənin 2.5-ci bəndində əsasən malın təhvil verilməsi ilə əlaqədar sənəd təqdim edilməmişdir. Konstitusiya Məhkəməsi plenum qərarında da göstərilmişdir ki, elektron vergi hesab fakturalar özü-özlüyündə malın təqdim edilməsini, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Odur ki, qarşı tərəfin təqdim etdiyi qaimələr birbaşa sübut deyildir. Eyni zamanda tərəflər arasında olan müqavilənin şərtlərində də göstərilmişdir ki, yol qaimləri, təhvil-təslim aktları, malların təhvil alınmasına dair sənəd olmalıdır, lakin bununla əlaqədar hər hansı sənəd mövcud deyildir, mallar onlara təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, o, qarşı tərəfdən ötən iclaslarda da yük nəqliyyat qaimələrinin məhkəməyə təqdim edilməsini tələb etmişdir. Ancaq qarşı tərəf həmin yük nəqliyyat qaimələrini məhkəməyə təqdim etmədi. Müqavilənin 4.4-cü bəndində göstərilib ki, alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaimələrini imza və möhürlə təsdiq edir. Həmiçinin qarşı tərəfin məhkəməyə təqdim etdiyi malların təhvil-qəbul aktlarını da qəbul etmir. Belə ki, həmin sənədlərə sonradan qələmlə qaimə nömrələri yazılıb ki, guya bu qaimələr əsasında mallar təhvil alınıb. Eyni zamanda müqavilənin şərtlərinə əsasən yük nəqliyyat qaimələri tərtib olunmalı idi. Çünki iddiaçı tərəf o qaimələri tərtib edir və yükün harda təhvil verilməsi, hansı nəqliyyat vasitəsilə daşınması göstərilir, ancaq hazırki işdə həmin qaimələr yoxdur. Beton alqısatqısı ilə bağlı olaraq da müqavilədə qeyd edilmişdir ki, istədiyi mallar barədə əvvəlcədən satıcıya sifariş verir. Sifariş satıcı tərəfindən qəbul edilərək onunla alıcı arasında sifariş verilən malın həcmi, markası, malın təhvil vaxtı, yeri və çatdırılma şərtləri razılaşdırılır ki, bununla da bağlı olaraq qarşı tərəf məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Müqavilə şərtlərinə əsasən tərəflər arasında sifarişlə bağlı olan sənədi, həmiçinin yük nəqliyyat qaimələri ilə bağlı olan sənədləri qarşı tərəf məhhkəməyə təqdim etmədi. Yüklərin hansı nəqliyyat vasitələri daşındığı, həmin yüklərin kimə təhvil verildiyi təsdiq olunmadı. Bundan başqa sonradan təqdim olunmuş qaimələrə uyğunlaşdırılmış aktlar təqdim edilsə də, onların nömrəli elektron qaydada tərtib edilməmişdir. Müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq onlar həmin malları da qəbul etməmişdir. Həmiçinin müqavilənin 3.2-ci bəndinə əsasən razılaşdırılmış kredit limiti çərçivəsində və qaydasında sonradan ödəmə şərti ilə alıcı tərəfindən alınacaq hər malın dəyəri (vergilər daxil olmaqla) elekrton qaimə vurulduğu gündən sonra 30 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürülməli idi. Ən azından mal verilibsə 30 gün ərzində ödəniş edilmədiyi təqdirdə niyə yenidən mal təqdim eedilirdi? Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 13 mart 2020-ci il tarixli QSZ B 011A/0320 saylı beton alqı-satqısı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, “X5” MMC Cavabdeh MMC-yə pompa və çatdırılma daxil satış qiyməti manatla (ƏDV xaric) beton məhsulunu satmağı, alıcı isə malın müqabilində nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər xüsusi hazırlanmış təhviltəslim aktı imzalayırlar. Əlavənin 2.1-ci bəndinə əsasən alıcı almaq istədiyi mallar barədə (həcmi və markası) əvvəlcədən satıcıya sifariş verir. Həmin əlavənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə 30 təqvim günündən gec olmayaraq satıcıya ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 456370 nömrəli qaiməyə əsasən 3214,32 manat, xx.xx.2020-ci il tarixli 537316 nömrəli qaiməyə əsasən 4095,78 manat, xx.xx.2020-ci il tarixli 103629 nömrəli qaiməyə əsasən 1762,92 manat, xx.xx.2020-ci il tarixli 723463 nömrəli qaiməyə əsasən 2938,20 manat, xx.xx.2020-ci il tarixli 467023 nömrəli qaiməyə əsasən 3506,96 manat, xx.xx.2020-ci il tarixli 462078 nömrəli qaiməyə əsasən 2546,44 manat, xx.xx.2020-ci il tarixli 033176 nömrəli qaiməyə əsasən 1224,25 manat, xx.xx.2020-ci il tarixli 098059 nömrəli qaiməyə əsasən 4279,86 manat, xx.xx.2020-ci il tarixli 593592 nömrəli qaiməyə əsasən 881,46 manat dəyərində betonun elektron qaiməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülmüş və qaimələr təsdiq edilmişdir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli QSZ B 066/0421 saylı beton alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, “X5” MMC Cavabdeh MMC-yə pompa və çatdırılma daxil satış qiyməti manatla (ƏDV xaric) beton məhsulunu satmağı, alıcı isə malın müqabilində nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər xüsusi hazırlanmış təhviltəslim aktı imzalayırlar. Əlavənin 2.1-ci bəndinə əsasən alıcı almaq istədiyi mallar barədə (həcmi və markası) əvvəlcədən satıcıya sifariş verir. Həmin əlavənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı və alıcı tərəfindən razılaşdırılmış şəkildə 30 təqvim günündən gec olmayaraq satıcıya ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 619321 nömrəli qaiməyə əsasən 736,32 manat, xx.xx.2021-ci il tarixli 708808 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 494177 nömrəli qaiməyə əsasən 783,52 manat, xx.xx.2021-ci il tarixli 494355 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 494398 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 494855 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 597196 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 568946 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 571034 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 573352 nömrəli qaiməyə əsasən 783,52 manat, xx.xx.2021-ci il tarixli 576739 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 582133 nömrəli qaiməyə əsasən 293,82 manat, xx.xx.2021-ci il tarixli 895615 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 900183 nömrəli qaiməyə əsasən 783,52 manat, xx.xx.2021-ci il tarixli 301868 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 304125 nömrəli qaiməyə əsasən 489,70 manat, xx.xx.2021-ci il tarixli 542501 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 560052 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 560889 nömrəli qaiməyə əsasən 783,52 manat, xx.xx.2021-ci il tarixli 563789 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 569085 nömrəli qaiməyə əsasən 391,76 manat, xx.xx.2021-ci il tarixli 685487 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 844261 nömrəli qaiməyə əsasən 391,76 manat, xx.xx.2021-ci il tarixli 073776 nömrəli qaiməyə əsasən 685,58 manat, xx.xx.2021-ci il tarixli 111162 nömrəli qaiməyə əsasən 685,58 manat, xx.xx.2021-ci il tarixli 930659 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 932564 nömrəli qaiməyə əsasən 783,52 manat, xx.xx.20021-ci il tarixli 932929 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.20021-ci il tarixli 946093 nömrəli qaiməyə əsasən 783,52 manat, xx.xx.20021-ci il tarixli 948159 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.20021-ci il tarixli 954040 nömrəli 783,52 manat, xx.xx.2021-ci il tarixli 636233 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 641116 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 666888 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 851450 nömrəli qaiməyə əsasən 782,34 manat, xx.xx.2021-ci il tarixli 886043 nömrəli qaiməyə əsasən 184,08 manat, xx.xx.2021-ci il tarixli 426017 nömrəli qaiməyə əsasən 874,38 manat, xx.xx.2021-ci il tarixli 428910 nömrəli qaiməyə əsasən 874,38 manat, xx.xx.2021-ci il tarixli 100441 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 105981 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 107928 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 109792 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 116933 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 122041 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 128983 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 495952 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 496365 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 989450 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 134289 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 134321 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 134381 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 134588 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 135613 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 430982 nömrəli qaiməyə əsasən 979,40 manat, xx.xx.2021-ci il tarixli 814384 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 825687 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 826257 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 827081 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 828025 nömrəli qaiməyə əsasən 930,43 manat, xx.xx.2021-ci il tarixli 594652 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 594715 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 594757 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 594965 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 595104 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 311209 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 311478 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 311735 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 311928 nömrəli qaiməyə əsasən 881,46 manat, xx.xx.2021-ci il tarixli 312202 nömrəli qiaməyə əsasən 783,52 manat dəyərində betonun elektron qaiməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülmüş və qaimələr təsdiq edilmişdir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli QSZ S 103/1221 saylı alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, satıcı “X5” MMC Cavabdeh MMC-yə sement növlərini satmağı, alıcı isə həmin sement növlərinin dəyərini müqaviləyə 1 saylı əlavə ilə müəyyənləşdirilmiş məbləğində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1 və 3.2-ci bəndinə əsasən alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla satıcının bank hesabına avans ödəniş (əvvəlcədən) qaydasında köçürmə yolu ilə həyata keçirilir. Razılaşdırılmış kredit limiti çərçivəsində və qaydasında sonradan ödəmə şərti ilə alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla elektron qaimə vurulduqdan sonra 30 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilr. 4.4-cü bəndinə əsasən alıcı daşımaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhrlə təsdiq edir. Yük nəqliyyat qaiməsində qeyd olunan malın çəkisi satıcının ölçü göstəricilərinə əsasən müəyyən olunur. Alıcının malın çəkisinə dair hər hansı iradı yaranarsa, tərəflərin nümayəndələri tərəfindən müvafiq yoxlama aparılır. 5.1-ci bəndinə əsasən alıcı mal alınması üçün satıcıya birbaşa, elektron poçt, sms və ya telefon vasitəsilə sifariş göndərir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 774726 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 775652 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 777203 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 788539 nömrəli qaiməyə əsasən 2060 manat, xx.xx.2021-ci il tarixli 791003 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 798296 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 831248 nömrəli qaiməyə əsasən 3708 manat, xx.xx.2021-ci nil tarixli 834130 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 838744 nömrəli qaiməyə əsasən 2060 manat, xx.xx.2021-ci il tarixli 840199 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 841636 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 857640 nömrəli qaiməyə əsasən 3510 manat, xx.xx.2021-ci il tarixli 862348 nömrəli qaiməyə əsasən 2060 manat, xx.xx.2021-ci il tarixli 907287 nömrəli qaiməyə əsasən 2060 manat, xx.xx.2021-ci il tarixli 908227 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 925961 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 929588 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 929718 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 931722 nömrəli qaiməyə əsasən 2060 manat, xx.xx.2021-ci il tarixli 932250 nömrəli qaiməyə əsasən 3090 manat, xx.xx.2021-ci il tarixli 936771 nömrəli qaiməyə əsasən 3240 manat, xx.xx.2021-ci il tarixli 937150 nömrəli qaiməyə əsasən 3660 manat, xx.xx.2021-ci il tarixli 939814 nömrəli qaiməyə əsasən 3240 manat məbləğində sement məhsuluna dair elektron qaimə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülmüş və qaimələr təsdiq edilmişdir. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli 037695 nömrəli təhvil-qəbul aktına əsasən 774726 nömrəli qaiməyə uyğun 30 ton sement, 08 dekabr 2021-ci il tarixli 037696 nömrəli təhvil-əbul aktına əsasən 775652 nömrəli qaiməyə uyğun 30 ton sement, 08 dekabr 2021-ci il tarixli 037697 nömrəli təhvil-qəbul aktına əsasən 777203 nömrəli qaiməyə uyğun 30 ton sement, 08 dekabr 2021-ci il tarixli 037699 nömrəli təhvil-qəbul aktına əsasən 788539 nömrəli qaiməyə uyğun 20 ton sement, 08 dekabr 2021-ci il tarixli 037700 nömrəli təhvil-qəbul aktına əsasən 791003 nömrəli qaiməyə uyğun 30 ton sement, 09 dekabr 2021-ci il tarixli 037709 nömrəli təhvil-qəbul aktına əsasən 798296 nömrəli qaiməyə uyğun 30 ton sement, 09 dekabr 2021-ci il tarixli 037719 nömrəli təhvil-qəbul aktına əsasən 831248 nömrəli qaiməyə uyğun 36 ton sement, 09 dekabr 2021-ci il tarixli 037721 nömrəli təhvil-qəbul aktına əsasən 834130 nömrəli qaiməyə uyğun 30 ton sement, 09 dekabr 2021-ci il tarixli 037722 nömrəli təhvil-qəbul aktına əsasən 838744 nömrəli qaiməyə uyğun 20 ton sement, 09 dekabr 2021-ci il tarixli 037723 nömrəli təhvil-qəbul aktına əsasən 840199 nömrəli qaiməyə uyğun 30 ton sement, 09 dekabr 2021-ci il tarixli 037724 nömrəli təhvil-qəbul aktına əsasən 841536 nömrəli qaiməyə uyğun 30 ton sement, 09 dekabr 2021-ci il tarixli 037729 nömrəli təhvil-qəbul aktına əsasən 857540 nömrəli qaiməyə uyğun 30 ton sement, 09 dekabr 2021-ci il tarixli 037730 nömrəli təhvil-qəbul aktına əsasən 862349 nömrəli qaiməyə uyğun 20 ton sement, 10 dekabr 2021-ci il tarixli 037742 nömrəli təhvil-qəbul aktına əsasən 907287 nömrəli qaiməyə uyğun 20 ton sement, 10 dekabr 2021-ci il tarixli 037743 nömrəli təhvil-qəbul aktına əsasən 908227 nömrəli qaiməyə uyğun 30 ton sement, 10 dekabr 2021-ci il tarixli 037746 nömrəli təhvil-qəbul aktına əsasən 925961 nömrəli qaiməyə uyğun 30 ton sement, 10 dekabr 2021-ci il tarixli 037748 nömrəli təhvil-qəbul aktına əsasən 929588 nömrəli qaiməyə uyğun 30 ton sement, 10 dekabr 2021-ci il tarixli 037749 nömrəli təhvil-qəbul aktına əsasən 929718 nömrəli qaiməyə uyğun 30 ton sement, 10 dekabr 2021-ci il tarixli 037755 nömrəli təhvil-qəbul aktına əsasən 931722 nömrəli qaiməyə uyğun 20 ton sement, 10 dekabr 2021-ci il tarixli 037756 nömrəli təhvil-qəbul aktına əsasən 932250 nömrəli qaiməyə uyğun 30 ton sement, 10 dekabr 2021-ci il tarixli 037758 nömrəli təhvil-qəbul aktına əsasən 936771 nömrəli qaiməyə uyğun 30 ton sement, 10 dekabr 2021-ci il tarixli 037759 nömrəli təhvil-qəbul aktına əsasən 937150 nömrəli qaiməyə uyğun 30 ton sement, 11 dekabr 2021-ci il tarixli 037764 nömrəli təhvil-qəbul aktına əsasən 939814 nömrəli qaiməyə uyğun 30 ton sement “X5” MMC tərəfindən alıcı Cavabdeh MMC-yə təhvil verilməsi tərəflərin imzası ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil qalıq borcu 151114,75 manat təşkil edir. İş materiallarında olan borcun qaytarılması tələbinə dair 31 yanvar 2024-cü il tarixli və 12 fevral 2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, “X5” MMC ilə Cavabdeh MMC arasında beton alqı-satqısı ilə bağlı 13 mart 2020-ci il tarixli və 02 aprel 2021-ci il tarixli iki, sement alqı-satqısı ilə bağlı 06 dekabr 2021-ci il tarixli bir müqavilə bağlanmışdır. İddiaçı iddia tələbində 13 mart 2020-ci il tarixli beton alqı-satqı müqaviləsi üzrə 24450,19 manat (ƏDV daxil), 02 aprel 2021-ci il tarixli beton alqı-satqı müqaviləsi üzrə 58836,57 manat (ƏDV daxil), 06 dekabr 2021-ci il tarixli sement alqı-satqı müqaviləsi üzrə 67828 manat (ƏDV daxil), ümumilikdə 151114,76 manat (ƏDV daxil) alıcıya mal verdiyini, alıcının isə malı alaraq ödənişləri etmədiyini qeyd etmiş, hər üç müqavilə üzrə 151114,76 manat (ƏDV daxil) pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəflər arasında 06 dekabr 2021-ci il tarixdə bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi ilə bağlı yaranmış borcun ödənilməsinə dair iddia tələbinə münasibət bildirərək qeyd edir ki, həmin müqavilə üzrə satıcı sement növlərini alıcıya satmağı, alıcı isə həmin sement növlərinin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə alıcıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix də daxil olmaqla 23 ədəd 67828 manat dəyərində elektron qaimə göndərilmiş, həmin elektron qaimələr alıcı tərəfindən təsdiq edilmişdir. Həmçinin iddiaçı həmin qaimələr üzrə malların təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. Həmin aktlarda qaimələrin nömrəsi və sement məhsulunun adı, çəkisi və miqdarı əks olunmaqla təhvil verən və təhvil alan tərəfindən imzalanmışdır. Qeyd eidlənlərə əsasən məhkəmə hesab edir ki, sement məhsulunun alqı-satqı müqaviləsi üzrə 67828 manat (ƏDV daxil) dəyərində malın satıcı tərəfindən alıcıya verilməsi təsdiq olunur. Malı təhvil almasına baxmayaraq alıcı satıcıya malın pulunu ödəməmişdir. Ona görə də 06 dekabr 2021-ci il tarixli sement alqı-satqı müqaviləsi üzrə 67828 manat (ƏDV daxil) pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsi sözügedən müqavilə üzrə malın dəyərinin əvvəlcədən ödənilməli olması, alıcının mala dair sifariş verməli olması, mala dair yük nəqliyyat qaimələrinin tərtib olunmalı, imza və möhrlə təsdiq olunmalı olmasını qeyd etməklə müqavilə şərtlərinə iddiaçı tərəfindən əməl edilməməsini, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməməsini, habelə təhvil-təsmil aklarında qaimə nömrələrinin elektron deyil, əl yazısı ilə yazıldığını vurğulamışdır. Məhkəmə bildirir ki, sement alqı-satqı müqaviləsi üzrə 67828 manat (ƏDV daxil) dəyərində malın satıcı tərəfindən alıcıya təhvil verilməsi cavabdeh tərəfindən təsdiq edilmiş elektron qaimələrlə yanaşı malların təhvil-təslim akları ilə təsdiq edilir. Həmin sübutların mötəbərliyini istisna edən hallar mövcud deyildir. Məhkəmə betonun alqı-satqı müqavilələri üzrə borcun tutulması ilə bağlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında betonun alqı-satqısı ilə bağlı 13 mart 2020ci il tarixli və 02 aprel 2021-ci il tarixli müqavilələr bağlanmış, satıcı tərəfindən müqavilələrlə bağlı alıcıya 78 ədəd elektron qaimə göndərilmiş və həmin qaimələr alıcı tərəfindən təsdiq edilmişdir. Sözügedən müqavilələrin 3.7-ci bəndinə əsasən mal təhvil verilərkən tərəflər xüsusi hazırlanmış təhvil-təslim aktı imzalayırlar. Məhkəmə bildirir ki, beton alqı-satqı müqavilələri üzrə iddiaçı tərəf yalnız məhkəməyə elektron qaimələri təqdim etmişdir ki, həmin qaimələrdə qeyd edilən betonun alıcıya təhvil verilməsi digər hər hansı sübutla təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, beton alqı-satqı müqavilələri üzrə borcun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə, eyni zamanda iddianın hesablanmış cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı sement məhsulu verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 7555,73 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan **********11 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 448,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 296,48 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli sement alqı-satqı müqaviləsi üzrə 67828 manat (ƏDV daxil) əsas borc, 1000 manat cərimə olmaqla 68828 (altmış səkkiz min səkkiz yüz iyirmi səkkiz) manat pul, ödənilmiş 296 (iki yüz doxsan altı) manat 48 (qırx səkkizir) qəpik dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-552/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-552/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver